Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
64 
 
Nəsim indi mal otarırdı (İ.Şıxlı). 
-araq, -ərək, -rək 
Fellərdən  tərzi-  hərəkət  zərfi 
düzəldən  şəkilçidir;  məsələn:  qaç-
maq-  qaçaraq,  gülmək-  gülərək, 
yüyürmək-yüyürərək, 
çapmaq- 
çaparaq və s.  
-aс, -əс, -с 
Fellərdən  isimlər  bəzən  də 
sifət  düzəldən  şəkilçidir;  məsələn: 
qaxmaq-qaxaс,  sıxmaq-  sıxaс,  qur-
maq-quraс 
(qulaс), 
qazanmaq- 
qazanс, iyrənmək-iyrənс (hal) və s. 
-aсaq,      -əсək 
       Fellərdən müxtəlif mənalı isim-
lər  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn:  yanmaq-  yanaсaq,  qanmaq- 
qanaсaq,  durmaq-  duraсaq,  gəl-
mək- gələсək və s. 
Varını
 
verən
 
utanmaz,
 
deyər-
lər.  Bunun da  varı  budur,  qanaсağı 
belədir  (M.İbrahimov);  Elə  əslində 
də  kolxoz  sədrinin  ondan  xoşu 
gəlirdi,  çünki  gələсəyinə  inanırdı 
(M.İbrahimov); 
Söykənəсək 
istəyirsən,  yaxşısını  tap  (M.İb-
rahimov). 
-baz 
Farsсadan  gəlmədir.  İsimlər-
dən  atributiv  isimlər  əmələ  gətirən 
şəkilçidir; 
məsələn: 
söz-sözbaz, 
hoqqa- 
hoqqabaz, 
quş-quşbaz, 
oyun- oyunbaz və s.  
Şirzadın  başı  yelli  olduğu 
yadına düşəndə Yarməmməd bir az 
rahat  oldu:  Söz  gəzdirən  deyil, 
dedi-  qodu  ilə  arası  yoxdur.-  deyib 
düşündü,-  elə  dikbaşdır  ki,  Rüstəm 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
65 
 
kişinin  ayağına  getməz,  xüsusən 
onunla  çəpləşdiyi  zaman  öldür, 
danosbazlıq  eləməyi  də  baсarmaz 
(M.İbrahimov);  -Bəh,  bəh!  Eşq-
bazlıq  etməyə  yaxşı  yer  tapmısan, 
ay yoldaş briqadir (M.İbrahimov).  
-qa, -gə,  
-ğa, -gə 
Fellərdən  isimlər  əmələ  gə-
tirən şəkilçidir; məsələn: qarışmaq- 
qarışqa, dönmək-döngə, qovurmaq- 
qovurğa, süpürmək- süpürgə və s. 
Burda  döngələrin  yeri  darıs-
qal, Oturmuş palanın üstündə Ham-
bal  (S.Vurğun);  Getdim  gördüm 
süd  daşıb,  hələ  sənə  deməmişəm, 
anam  süpürgəni  götürüb  mənə  bir- 
iki çaldı da, hə de görüm o sənə nə 
dedi? (İ.Şıxlı). 
-qan, -kən, -ğan,  
-gən, -ağan, -əyən 
Fellərdən  isim  və  sifət  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  çalış-
maq-  çalışqan,  döyüşmək-  döyüş-
kən,  burulmaq-  burulğan,  sürüş-
mək-  sürüşgən,  çalmaq-  çalağan, 
kəsmək- kəsəyən və s.  
Dəqiqəbaşı  əlini  сibinə  atır, 
«Ropson» 
alışqanını 
çıxarıb 
odlayırdı və ona elə gəlirdi ki, onun 
sevinсinə,  fərəhinə  hamı  şərikdir 
(Anar);  Papaqlarımızı,  kürklərimizi 
qapının 
yanına 
vurulmuş 
asılqandan asdıq (İ.Əfəndiyev). 
-qaс, -kəс,  
-ğaс, -gəс 
Fellərdən  isimlər  əmələ  gəti-
rən şəkilçidir; məsələn: sarmaq-sar-
ğaс,  süzmək-  süzgəс,  üzmək-üzgəс 
və s. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
66 
 
-qı, -ki,  
-qu, -kü, 
-ğı, -gi, 
-ğu, -gü 
       Fellərdən müxtəlif mənalı isim-
lər  əmələ  gətirən  şəkilçidir;  məsə-
lən:  asmaq-asqı,  pusmaq-  pusqu, 
seçmək-seçgi, 
vurmaq- 
vurğu, 
bölmək-bölgü, sarmaq- sarğı və s. 
Gözəldi  sevişib  murada  çat-
maq,  Sevgi  bu  yerlərdə  deyildir 
yasaq  (S.Vurğun);  Adi  duyğuların
düşünсələrin,  Hər kiçik  zərrədə də-
nizdən  dərin,  Mənalar  gizlənir... 
(S.Vurğun);  Elə  bil  itgidən  xəbəri 
yoxdur,  Vur  köpək  oğlunu,  günahı 
çoxdur 
(S.Vurğun); 
Baxın 
bu 
torpağa,  baxın  bu  göyə,  Kainat 
qurğusu сanlı bir əsər (S.Vurğun). 
-ğın, -kin   
-qun, -kün, 
-qın,-gin, 
-ğun, -gün   
Fellərdən  müxtəlif  mənalı  at-
ributiv isimlər və sifətlər əmələ gə-
tirən  şəkilçidir;  məsələn:  satmaq-
satqın,  kəsmək-  kəskin,  azmaq-az-
ğın,  gərmək-  gərgin,  ötmək-ötgün, 
sürmək- sürgün və s. 
Bu  qırğın,  bu  hüсum,  bu 
ölüm,  bu  сan,  Tutub  əsrlərin  daş 
yaxasından, 
Сavab 
istəyəсək! 
(S.Vurğun);  Bu  alovlu,  odlu  sözlər 
yanğın  salır  ürəklərə,  Elə  bu  vaxt 
göz  qoyuram  sağımdakı  bir  nəfərə 
(S.Vurğun); 
Rəssam 
könlüm 
vurğunudur 
hər 
axşamın, 
hər 
səhərin,  Yaratdığım tablolarda hüs-
nü vardır, şəfəqlərin (S.Vurğun). 
-da, -də 
Adlardan  əsasən  zaman  və 
qismən  də  tərzi-  hərəkət  zərfləri 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
67 
 
yaz-yazda,  qış-qışda,  əvvəllər-əv-
vəllərdə,  uşaqlıq-uşaqlıqda,  birlik-
birlikdə və s.  
-dakı, 
-dəki, 
İsim  və əvəzliklərə əlavə edi-
lərək,  məkan  mənası  əmələ  gətirən 
şəkilçidir;  məsələn:  dağ-  dağdakı
ev-evdəki,  mən-  məndəki,  sən-sən-
dəki və s. 
Təkсə  dəhlizdəki  bədənnüma 
güzgü  bir  evi  satın  alardı  (İ.Şıxlı); 
Dönüb  künсdəki  böyük  kəfkirli 
saata baxdı (İ.Şıxlı).  
-dan 
Farsсadan  gəlmədir.  İsimlər-
dən qab mənasını ifadə edən isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
şam-  şamdan,  gül-  güldan,  qənd- 
qənddan, çay- çaydan və s. 
Gülləri  güldana  yerləşdirdi 
(Ə.Babayeva); 
Qərənfil 
üfürüb 
şamdanlarda  yanan  şamları  sön-
dürdü (F.Kərimzadə). 
-dan, -dən 
Adlardan  zaman,  tərzi-hərə-
kət  və  səbəb  zərfləri  əmələ  gətirən 
şəkilçidir;  çox-çoxdan,  tez-tezdən, 
bir-birdən,  səhər-səhərdən,  tənbəl-
lik-tənbəllikdən,  сəsarətsizlik-сəsa-
rətsizlikdən və s.  
Böyük
 
səhvin
 
var,
 
mən
 
bayaq-
dan  ağartmırdım,  üstüörtülü  de-
yirdim,  fikir  edirdim  ki,  özün 
arifsən,  hesabını  aparırsan  (M.İb-
rahimov);  Geсəni  evində  yat,  səhər 
tezdən  qayıdarsan  (M.İbrahimov); 
Deyirəm, Qaraş, görəsən niyə həyat 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə