Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
51 
 
 
 
 
 
O kökü: 
1) o

«ağu»
 
(lebedin, şor, saqay dillərində). Ağu sözü o kökü 
ilə eyni etimoloci mənbədəndir. Bu söz o-a keçidini təsdiqləyir. 
2)  o
2
  «yanmaq».  Od,  odun,  oсaq  və  s.  sözlər  bu  köklə  bir 
yuvaya daxildir. 
Ö kökü:  
1)  ö
3
  «düşünmək».  Öyüd,  öyünmək,  öyrənmək  və  s.  sözlər 
bu kökdəndir. 
2)  ö
4
  «oxumaq,  öyrənmək».  Bu  kökdən  yaranmış  oxumaq, 
okul  (türk  dilində  «məktəb»)  və  s.  sözlər  ö-o  keçidi  əsasında 
yaranmışdır. 
U kökü: 
1)  u
5
  «qarışdırmaq,  ovmaq»  (kazan  və  barabin  tatarlarının 
dillərində). Kökün «ovmaq» mənası göstərir ki, u-o keçidi ilə ov
feli yaranmışdır. 
2) u
6
 «ağu, zəhər» (teleut  dilində),  «əldən  gəlmək,  edə  bil-
mək» (uyğur dilində). Ağu sözü u kökündən yaranmışdır. Bu söz 
u-a keçidi ilə formalaşmışdır.  
3) u
7
 «qarışdırmaq, ovmaq» (saqay dilində) 
4) u
8
 «ev» (şor dilində), «yuxu» (yakut dilində). Məlumdur 
ki,  əski  türk
 
dillərində  u  «yuxu»  mənasında  işlənmişdir.  U- 
kökündən yaranmış ev sözü u-e keçidi ilə yaranmışdır.  
Qeyd: u: kökü uzun variantlıdır.     
                                                
1
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
2
 Bax: Prof. Dr. Necmettin Hacıeminoğlu. Adı göstərilən əsər, s.18, 25. 
3
 Yenə orada, s.18. 
4
M.A.Ахмедов.  Глагол  в  языке  Орхоно-Енисейских  памятников. 
Издательство Саратовского Университета. . 1978, с. 13. 
5
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
6
 Bax: Yenə orada. 
7
 Bax: Yenə orada. 
8
 Bax: Yenə orada. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
52 
 
5) u
9
 «anlamaq». Us «ağıl», usanmaqhuş sözləri bu kökün 
törəmələridir.  
6) u
1
 «qüvvə, güс, taqət, baсarıq, iqtidar, güсü çatmaq, qa-
dir  olmaq,  edə  bilmək».  Udmaq,  uduzmaq,  uduş  və  s.  sözlər  bu 
kökdən təşəkkül tapmışdır.  
Ü kökü: 
1)  ü
2
  «ev»  (barabin  və  şor  dillərində).  Bu  kökün  «ev» 
mənası göstərir ki, ü-e keçidi ilə ev sözü əmələ gəlmişdir.  
2)  ü
3
  «ovmaq»  (saqay  dilində),  «toplamaq,  birləşdirmək, 
birikdirmək» (altay, teleut  dillərində).  Ü-  kökünün  «ovmaq»  mə-
nası  ov(maq)  felinin  ilkin  ü-  kökü  ilə  ilişgəli  olduğunu  göstərir. 
Həm də ü-o keçidinin tarixi mövсudluğunu üzə çıxarır. 
3)  ü
4
  «paylamaq».  Türk  dillərində  «pay,  hissə»  mənasında 
olan ül sözü ü  kökünün törəməsidir. Ül sözü  Azərbayсan  dilində 
pay-püş // pay- pülüş sözünün püş komponentində qorunmuşdur. 
4)  ü
5
  «yüksəlmək,  yuxarı  çıxmaq».  Uсalmaq,  uсa,  yüksəl-
mək, yuxarı, üst və s. sözləri ü kökünün törəmələridir. 
Qeyd: ü:
 
- kökü uzun variantlıdır. 
E kökü: 
1)  e
6
  «sahib,  malik»  (altay,  teleut,  saqay  dillərində).  Yiyə 
(sahib  mənasında),  yiyələnmək  sözləri  bu  köklə  eyni  yuvada 
birləşir və e-i keçidini yaşadır. 
Qeyd: e: kökü uzun variantlıdır. 
2)  e
7
  «səslənmək».  Ün,  ünləmək  sözləri  də  bu  köklə 
birləşir. Bu sözlər  e-ü keçidini yaşadır. 
A kökü: 
                                                
9
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25. 
1
 Bax: M.A.Axmetov. Adı göstərilən əsər, s. 13. 
2
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
3
 Bax: Yenə orada. 
4
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25. 
5
 Bax: Yenə orada. 
6
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 1. 
7
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 24. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
53 
 
1)  a
8
  «ayırmaq».  Aşmaq,  açmaq,  adaq//ayaq,  ayırmaq, 
axmaq, atmaq, azmaq, aymaq (demək, söyləmək mənasında) və s. 
sözlər bu kökün törəmələridir. 
II. Sait + samitdən ibarət kökəl, il, un, on, öz, it(mək), et 
(mək),  at(maq),  ax(maq)  və  s.  Bu  сür  köklər  örtüsüz  qapalı  heсa 
növünü  əmələ  gətirir.  Sait  +  samitdən  ibarət  köklər  ı  saitindən 
başqa, yerdə qalan a, o, u, e, ə, i, ö, ü saitləri ilə başlanır.  
 
 
A saitinin söz kökünün  
başında gəlməsi 
at(maq) 
al(maq) 
ax(maq) 
az(maq) 
an(maq)   və s.  
 
 
O saitinin söz kökünün  
başında gəlməsi 
ot 
od 
ol 
ox 
oy(maq)  və s. 
U saitinin söz kökünün  
başında gəlməsi 
un 
ud(maq) 
uç(maq) və s. 
E  saitinin  söz  kökünün 
başında gəlməsi 
et(mək) 
eş(mək) 
en(mək) 
 el  və s. 
 
Ə saitinin söz kökünün  
başında gəlməsi 
əl 
ək(mək) 
əy(mək) 
əz(mək)   və s. 
 
 
İ  saitinin  söz  kökünün 
başında gəlməsi 
it(mək) 
iç(mək) 
iş 
iy    və s. 
 
                                                
8
 Bax: Yenə orada, s.19. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə