Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

28 
 
münаsibətlərində,  duyğusundа  dəyişiklik  yаrаdа  bilən  dаvrаnışdır.  Hаkimiyyət  – 
səlаhiyyət,    nüfuz  və  fərdi  kеyfiyyətlərindən    istifаdə  еtməklə  bаşqаlаrının 
dаvrаnışınа təsir еtmək imkаnıdır. Lidеrliyin ilkin аlətləri оlаn səlаhiyyət, hаkimiyyət 
və nüfuz оlmаdаn hеç bir rəhbər işçi hеç bir prоblеmin həllinə nаil оlа bilməz.  
darəetmənin  xətti,  funksional,  xətti-funksional,  matris,  şəbəkə,  divizional 
təşkilati struktur formaları mövcuddur.  
  Xətti təşkilati struktur idarəetmənin ən səmərəli təşkilati struktur formasıdır. Xətti 
sistemin mahiyyəti ondan ibarətdir ki, kollektivi aşağı idarəetmə səviyyəsində  aşağı 
rəhbərlər  idarə  edirlər.  Onlar  yuxarı  rəhbərlərə  tabedirlər.  Xətti  təşkilati  strukturda 
asılılıq sxemi xətti formada yuxarıdan aşağıya istiqamətlənir. Hər bir işçi çalışdığı şö-
bənin,  bölmənin  rəhbərinə,  öz  növbəsində  şöbənin  və  ya  bölmənin  rəhbəri  həvalə 
olunduğu müdir müavinlərinə, müdir müavinləri isə müdirə tabedirlər.  darəetmənin 
xətti  strukturunda  istər  vahid  rəhbərlik,  istərsə  də  kollegialılıq  prinsipi  tətbiq  edilə 
bilər. 
Təşkilatın  idarə  olunmasının  funksional  təşkilati  strukturu  idarəetmədə  tez-tez 
rast gəlinən formadır. Funksional təşkilati struktur ən sadə təşkilati struktur forması 
olub, funksional icraçıların yuxarı idarəetmə həlqəsinə tabeçilik sxemini özündə əks 
etdirir. Funksional idarəetmədə məqsəd ondan ibarətdir ki, konkret məsələlər ayrı-ay-
rı funksiyaların mütəxəssislərinə və ya icraçılarına həvalə edilir.  
Lakin elə müəssisələr də vardır ki, funksional idarəetmə forması ilə yanaşı xətti 
idarəetmə  forması  da  mövcud  olur  ki,  bu  da  ikili  idarəetmə  formasını  yaradır. 
Rəhbərlər  müəssisənin  bəzi  sahələrində  idarəetmənin  xətti  formasını,  digər  sahə-
lərində isə funksional formasını tətbiq edirlər. Bu cür təşkilati struktur formasına xət-
ti-funksional təşkilati struktur deyilir 
Matris  forması  daha  mürəkkəb  formadır.  Matris  formasında  xətti  asılılıq 
pozulur. Matris riyazi məfhum olub, sistem xarakterini daşıyır. Həmin sistemin bütün 
elementləri  bir-birindən  qarşılıqlı  formada  asılıdır.  Matris  formasında  idarəetmənin 
yuxarı rəhbərləri özündən aşağıda olan bütün struktur vahidlərini idarə edirlər. Yəni 
aşağı rəhbərlər özündən yuxarıda olan bütün rəhbərlərə tabe olurlar.   


29 
 
Şə
bəkə təşkilati struktur regional və ərazi strukturları, divizional struktur isə iri 
təşkilatların, ittifaq və birliklərin ayrı-ayrı fəaliyyət sahələrini özündə birləşdirir. 
Təşkiletmə,  müəssisənin  bütün  sferalarını  əhatə  edir  və  özündən  sonrakı 
proseslərin həyata keçirilməsində mühüm rol oynayır.  
Koordinasiya funksiyası. 
Planlaşdırma və təşkiletmə funksiyası ilə yanaşı, koordinasiya funksiyası da ən 
vacib  funksiyalardan  biridir.  Koordinasiya  funksiyası  planlaşdırma  funksiyası  ilə ən 
çox  əlaqəsi  olan  funksiyadır.  Ona  görə  də  bəzi  mütəxəssilər  koordinasiyanı  ya 
müstəqil bir fuksiya kimi qəbul etmir, ya da ki, onu planlaşdırma fuksiyasının təzahür 
forması  kimi  qiymətləndirirlər.  Bir  çox  müəlliflər  isə  koordinasiyaya  müstəqil 
idarəetmə  funksiyası  kimi  yanaşırlar.  lk  dəfə  XX  əsrin  20-ci  illərində  fransız 
mühəndis Anri Fayol tərəfindən koordinasiyanın idarəetmə fuksiyası olması fikri irəli 
sürülmüşdür.  
 “Koordinasiya”  sözü  latın  sözü  olub,  hər  hansı  bir  hadisənin  razılaşdırılmış, 
müəyyən  uyğunluğa  gətirilməsi  mənasında  işlədilir.  Bu,  birinci  növbədə,  bütün 
fəaliyyət  və  səylərin  əlaqələndirilməsini  tələb  edir.  Halbuki,  həmin  məsələ 
planlaşdırma  funksiyasının  məzmununa  daxil  deyildir.  Bundan  başqa,  koordinasiya 
funksiyası ayrı-ayrı işlərin və onların ayrı-ayrı mərhələlərinin əlaqələndirilməsi ilə də 
bağlıdır.  Koordinasiya  həmçinin  ayrı-ayrı  işçilərin,  kollektivlərin,  kiçik  qrupların, 
ə
razi,  ərazi-təsərrüfat  komplekslərinin  fəaliyyətinin  əlaqələndirilməsini  də  nəzərdə 
tutur.  Daha  doğrusu,  koordinasiya  funksiyası  bütöv  bir  tamın  ayrı-ayrı 
komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı təsiri və onun bir sistem kimi dinamik, 
tarazılı  inkişafını  təmin  edir.  Bu  funksiya  hadisə  və  proseslərə  sistemli  təhlil 
mövqeyindən yanaşmağı zəruriləşdirir. 
Koordinasiya  münasibətləri  ilə  koordinasiyalı  fəaliyyəti  eyniləşdirmək  olmaz. 
Koordinasiyalı  fəaliyyəti  koordinasiyanın  təşkilati  formalarının  seçilməsi  və  tətbiq 
edilməsi ilə əlaqədardır. 
Koordinasiyalı idarəetmə xeyli dərəcədə idarə edən və idarə olunan sistemlərin 
strukturundan,  mürəkkəbliyindən,  iqtisadi-inzibati  mexanizmlərinin  xarakterindən, 


30 
 
tənzimləyici  və  stimullaşdırıcı  təsirlərin  nisbətindən,  makro  və  mikro  siyasətin 
səviyyəsindən  asılıdır.  Koordinasiya  idarəetmə  prosesinin  tərkib  hissəsidir,  eyni 
zamanda  idarəetmənin  təşkilinin  inteqrasiya  edilmə  formasıdır,  həm  də  idarəetmnin 
universal  funksiyalarından  biridir.  Koordinasiya  yalnız  təsərrüfat  subyektinin 
fəaliyyətini  deyil,  həmdə  idarəetmə  strukturlarının,  bölmələrinin,  iqtisadi,  inzibati, 
təşkilati  təsiretmə  üsullarının  əlaqəli,  bir-birindən  asılı  halda  idarə  olunması 
mexanizmini nəzərdə tutur.  
Motivasiya funksiyası. 
Motivləşmə  daha  çox  psixoloji  termindir.  Motivləşmə  insanı  məqsədyönlü 
formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.  
Motivləşmə  prosesinin  baş  verməsində  motivasiyanın  rolu  olduqca  böyükdür. 
Qеyd  еdək  ki,    «mоtivаsiyа»  sözü  lаtıncа  «sövqеtmə»,  «mаrаq  оyаtmа»  mənаsı 
dаşıyır.    Motivasiya  motivlər  toplusudur.  Motivlər  dedikdə,  prosesin  baş  verməsi 
üçün lazım  olan  amillər,  səbəblər,  maraqlar,  elementlər,  xüsusiyyətlər  başa  düşülür. 
Motivlər  insanı  fəaliyyətə  təhrik  edir.  Deməli,  motivasiya  insanı  fəaliyyətə  sövq 
etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məc-
musudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.  
Motivləşmə  prosesi  isə  insanda  motivlərin  köməyi  ilə  fəaliyyətin  başlaması, 
davam  etməsi  və  fəallığın  artması  prosesidir.  Motivləşmənin  əsasında  insan 
tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını 
yaradır.  nsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar 
insanı həyat    və  əmək  fəaliyyətinə  sövq  edir.  Buradan  belə  aydın  olur  ki,  tələbatlar 
insanın  fəallığının  mənbəyini  təşkil  edir.  Deməli,  motivləşmə  prosesinin  əsas 
mənbəyi  tələbatlardır.  Tələbatlar  –  bu  insanların  daxilində  olur  və  yaranır,  müxtəlif 
insanlar üçün ümumi olur, lakin eyni zamanda hər bir insanda fərdi ifadə tapır.  
Mоtivləşdirmə,  insаnlа  –  hər  bir  işçi  ilə  bаğlı  оlduğunа  görə,  оnlаrın  dаxili  və 
xаrici  hərəkətvərici  qüvvələrinin  məcmusunu  təşkil  еdir.  Mоtivləşdirmə  prоsеsi,  bu 
tələbаtlаrı  ödəmək  üçün  müəyyən  tаpşırıqlаrı  icrа  еtməklə  bаğlıdır.  Bu  prоsеsin 
аşаğ
ıdаkı  mərhələləri  vаrdır:  1)  tələbаtın  mеydаnа  çıxmаsı;  2)  tələbаtı  ödəmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə