Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

34 
 
 
Nəzarət funksiyası. 
Nəzarətetmə  idarəetmənin  mühüm  funksiyalarından biridir.  Nəzarət sözü  nəzər 
yetirmək,  baxmaq,  müşahidə  aparmaq  mənasını  daşıyır.  Nəzarətetmə  müəssisədə 
intizamın  yaranmasını,  fəaliyyətin  tənzimlənməsini,  qayda-qanunlara,  təlimatlara 
ə
məl olunmasını təmin edən idarəçilik funksiyasıdır.  
Nəzarət  idarəetmənin  obyektini  və  subyektlərini  əhatə  edir.  Nəzarətin  obyekti 
bütün istehsal sistemləri və yarımsistemləri, funksional və xətti sistemlər, istehsal, tə-
davül və s. sahələr ola bilər. Nəzarətin subyekti isə, fərdi adamlar, sosial qruplar  və 
bütövlükdə təşkilat ola bilər.  
Nəzarətin  əsas  məqsədi  qərarların  qəbulu  ilə  icrası  arasındakı  vəhdətliyi  təmin 
etməkdən,  müəssisələrin  sərəncamında  olan  maddi  dəyərləri  mühafizə  etməkdən, 
problemləri aşkar etməkdən, aradan qaldırmaqdan və gələcəkdə baş verməməsi üçün 
tədbirlər görülməkdən ibarətdir. 
Nəzarət  təşkilatın  öz  məqsədinə  çatmasını  təmin  edən  bir  prosesdir.  Nəzarətdə 
ə
n başlıca məsələ obyektin arzu olunan standartdan kənarlaşma səbəblərinin sistemli 
halda  aşkara  çıxarılması  və  qiymətləndirilməsi,  tənzimləmə  proqramının  tərtib 
edilməsidir. Ən vacib məsələdən biri də nəzarətin idarəetmə tsikli, idarəetmənin digər 
funksiyaları ilə optimal halda əlaqələndirilməsidir. 
  Nəzarət prosesi dörd mərhələdən ibarətdir.  
Birinci mərhələdə idarəetmə məqsədləri və strategiyasına uyğun qiymətləndirmə 
meyarları və standartları müəyyən edilir.  
kinci  mərhələdə  idarəetmə  obyektlərinin  faktiki  nəticələri  qəbul  edilmiş 
standartlarla  müqayisə  olunur,  yol  verilən  kənarlaşma  intervalı  aydınlaşdırılır  və 
müəyyənləşdirilir.  
Üçüncü mərhələdə kənarlaşmaların, fəsadların aradan qaldırılması baş verir. 
Dörüncü  mərhələdə  həmin  kənarlaşmaların  gələcəkdə  bir  daha  baş  verməməsi 
üçün tədbirlər görülür.  
Nəzarət  baş  vermə  vaxtına  görə  ilkin,  cari  və  yekun  xarakterli  nəzarət 
formalarından ibarətdir.  


35 
 
lkin  nəzarət  fəaliyyətə  başlamazdan  əvvəl  həyata  keçirilir.  lkin  nəzarət  – 
inventarlaşma,  mühasibat  uçotu,  maliyyə  uçotu,  statistik  uçot  formasında  həyata 
keçirilir.  lkin  nəzarət  müəssisədə  nəzarət  sisteminin  təşkil  olunması  və  həyata 
keçirilməsinin  mexanizminin,  sxeminin,  layihəsinin,  modelinin  tərtib  olunması  ilə 
ə
laqədardır. Deməli, ilkin nəzarət gələcəkdə nöqsanların və kənarlaşmaların qarşısı-
nın  alınmasına  xidmət  edir.  Bundan  başqa  ilkin  nəzarət  nəzarətin  subyektlərinin, 
obyektlərinin, proseslərinin qeydə alınmasını da özündə əks etdirir. 
Cari nəzarət hadisə və fəaliyyətin baş verdiyi və yerinə yetirildiyi zaman həyata 
keçirilir. Yəni cari nəzarət işin həyata keçirildiyi müddətdə yerinə yetirilir. Bu nəzarət 
forması  kənarlaşmaların,  nöqsanların  və  pozuntuların  vaxtında  və  yerində  müəyyən 
olunub  aradan  qaldırılmasına  xidmət  edir.  Məhz  buna  görə  də,  cari  nəzarət  prosesi 
rəhbərlər  tərəfindən  daim  reydlərin,  yoxlamaların  keçirilməsi,  müşahidələrin 
aparılması ilə xarakterizə olunur. 
Yekun  nəzarət  sonradan  nəzarət  məfhumu  kimi  də  işlədilir.  Yekun  nəzarət 
hadisə və proseslər baş verdikdən sonra, yəni fəaliyyət başa çatdıqdan sonra aparılır. 
Yekun  və ya sonradan nəzarətin aparılması məqsədilə rəhbərlər ay, rüb və ya il başa 
çatdıqda  işçilərdən  həmin  dövrlər  üzrə  görülən  işlər  barəsində  hesabatlar  alır  və 
hesabat göstəricilərini faktiki göstəricilərlə müqayisə edirlərMüqayisə zamanı kənar-
laşmaların  olub-olmaması  müəyyən  edilir.  Deməli,  sonradan  nəzarət  əvvəlki 
dövrlərdə buraxılmış nöqsanların aşkara çıxarılıb, gələcək dövrlərdə bir daha baş ver-
məməsi üçün böyük əhəmiyyət kəsb edir.  
darəetmənin  planlaşdırma,  təşkiletmə,  koordinasiya,  motivasiya  və  nəzarət 
funksiyalarının tətbiqi qarşıya qoyulmuş məqsədə nail olmağa və effektiv idarəetməni 
təmin etməyə imkan yaradır. 
 
 
 
 


36 
 
II FƏS L: QLOBAL  QT SAD YYATDA MÜAS R  DARƏETMƏ 
NƏZƏR YYƏLƏR . 
 
§2.1.  Müasir iqtisadiyyatda strateji idarəetmə nəzəriyyələri. 
Müasir  iqtisadiyyatda  baş  verən  mütərəqqi  dəyişikliklər  təsərrüfat 
subyektlərinin rəqabət qabiliyyətini yüksəltməyə imkan verən təsərrüfatçılıq siyasəti 
və  strategiyasının  işlənib  hazırlanmasını  tələb  edir.  Xarici  mühitdə  baş  verən 
dəyişikliklər  və  güclü  rəqabət  şəraitində  təşkilatın  inkişafının  idarə  edilməsinin 
müasir  aləti  strateji  idarəetmədir.  Təcrübə  göstərir  ki,  kompleks  planlaşdırma  və 
idarəetməni  həyata  keçirən  təşkilatlar  daha  uğurlu  fəaliyyət  göstərir  və  daha  çox 
mənfəət əldə edir.  
“Strategiya”  sözü  yunan  sözü  olan  “strateqos”-dan  götürülmüşdür  və  mənası 
“generalın  məharəti”  deməkdir.  Bu  termin  ilk  əvvəl  hərbi  mənşəli  söz  olmuşdur. 
Lakin,  XX  əsrin  son  rübündən  başlayaraq  bu  anlayış  idarəetmənin  nəzəriyyə  və 
praktikasında geniş istifadə olunmağa başlanılmışdır.  
Strategiya  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  həyata  keçiriləcək 
uzunmüddətli  hərəkətlərin  ümumiləşdirilmiş  modelidir.  Strategiya  qərar  qəbul 
edilməsi  zamanı  təşkilat  rəhbərlərinin  öz  əllərində  cəmləşdirdiyi  qaydalar 
məcmusunu  əks  etdirir.  Strategiyaya  təşkilatın  missiyasına  və  qarşıya  qoyduğu 
məqsədlərə nail olunmasını təmin edən, təşkilatın zəif və güclü tərəflərini araşdıran, 
imkanları və gözlənilən təhlükələri müəyyənləşdirən ümumi kompleks plan kimi də 
baxılır.  Strategiya  xarici  mühitdə  dəyişkənliyə  reaksiya  verməsinin  vasitəsidir. 
Strategiya  uzun  müddətli  məqsədlərə  mərhələlər  üzrə  nail olmağın  yollarını özündə 
birləşdirir.  Strategiya  təşkilatın  məqsədini  və  ona  nail  olmağın  yollarını  müəyyən 
edərək vahid hərəkət istiqamətinin seçilməsində mühüm rol oynayır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə