Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

58 
 
-
  təyin  olunmuş  direktorların  keçmiş  fəaliyyəti  haqda  arayış  (adları,  tutduğu 
vəzifələri,  korporasiya  ilə  münasibətlər,  korporasiya  səhmlərinə  sahib 
olmaları daxil olmaqla); 
-
  icraçı    direktorlara  ödənilən  əmək  haqqının  (mükafatların)  həcmi,  eləcə  də 
daha  yüksək  ödənişli  rəhbərlərin  (adları  mütləq  qeyd  olunmalıdır)  beşindən 
hər birinə ödənilən mükafatlar haqda məlumat; 
-
  5% - dən çox səhm kapitalına sahib olan bütün səhmdarlar haqda məlumat; 
-
  mümkün birləşmə (qovuşma) və ya yenidən təşkil haqda məlumat; 
-
  audit yoxlamaları üçün dəvət olunmuş kompaniya və ya şəxslərin adları. 
Anqlo  -  amerikan  modelindən  istifadə  edən  Böyük  Britaniyada  və  digər 
ölkələrdə  informasiyanın  nəşr  olunmasına  tələblər  analojidir.  Lakin,  hesabat  hər 
yarımil  üzrə  təqdim  olunur  və  bir  qayda  olaraq  maliyyə  informasiyası  və  təyin 
olunmuş  direktorlar  haqqında  məlumat  daxil  olmaqla    hər  kateqoriya  üzrə  təqdim 
olunan məlumatlar (göstəricilər) azalır. 
Alman  modeli.  Bu  model alman  və  avstriya  korporasiyalarında  istifadə olunur. 
Bu modelin bəzi elementləri Hollandiya  və Skandinaviyada da  mövcuddur. Bundan 
başqa,  Fransa  və  Belçikanın  bəzi  korporasiyaları  da  alman  modelinin  elementlərini 
tətbiq etməyə başlamışlar. 
Alman  modelinin  reallaşmasında  banklar  mühüm  rol  oynayır,  belə  ki,  onlar 
korporasiyanın  uzunmüddətli  səhmdarları  hesab  olunurlar.  Bank  nümayəndələri 
Direktorlar  Şurasına  seçilirlər.  Bankın  Direktorlar  Şurasındakı  nümayəndəliyi 
daimidir.  Bank    səhmdarların  ümumi  illik  iclasında  səhmdar  və  kreditor,  qiymətli 
kağızların  və  borc  öhdəliklərinin  emitenti,  səsverən  agenti  və  depozitarı  kimi  çıxış 
edir. 
Nəzərə alsaq ki, alman modelində Direktorlar Şurası 2 palatalı orqan kimi çıxış 
edir.  Əsas  iştirakçıların  tərkibinə  ayrılıqda  hər  iki  palata  daxildir:  darəedici  və 
Müşahidə  Şurası.  darəedici  (icraedici)  Şura  korporasiyanın  menecerlərindən, 
Müşahidə  Şurası  isə  işçilərin  nümayəndələrindən,  korporasiya  işçilərindən  və 


59 
 
səhmdarlardan  ibarətdir.  Hər  iki  palata  ayrılıqda  fəaliyyət  göstərir.  Bir  şəxsin  eyni 
zamanda  craedici və Müşahidə Şurasının tərkibində iştirakına icazə verilmir. 
Müşahidə  Şurası  idarəetməni  təyin  edir  və  ləğv  edir,  rəhbərliyin  qərarlarını 
təsdiq  edir  və  idarəediciyə  məsləhətlər  verir.  Müşahidə  Şurasının  sayı  qanunla 
müəyyən edilir. Kiçik olmayan korporasiyalarda (500 nəfərdən az) səhmdarlar bütöv 
Müşahidə Şurasını seçirlər. Orta korporasiyalarda (korporasiyanın həcmi fondların və 
vəsaitlərin  ölçüsündən  və  işçilərin  sayından  asılı  olur)  9  nəfərdən  ibarət  Müşahidə 
Ş
urasının üçdə birini işçilər təyin edirlər. Böyük korporasiyalarda işçilər 20 nəfərdən 
ibarət Müşahidə Şurasının yarısını təyin edirlər(seçirlər). 
 
 
                             
Üzvlərin yarısını təyin edir 
 
                                         
                              
Üzvlərin yarısını təyin edir   
                                    
                           
Korporativ quruluş 
 
 
 
Şə
k. 2.3.2   Korporativ idarəetmənin alman modeli 
6
 
Almaniyada  başlıca  səhmdarlar  korporasiyalar  və  banklardır.  Almaniyada 
korporasiyaçılar  həmçinin  səhmdarlar  hesab  olunurlar  və  digər  korporasiyalarda 
uzunmüddətli  qoyuluşlara  malik  ola  bilərlər.  Digər  korporasiyalar  qismində  öz 
                                                            
6
 İstinad olunan mənbə: Həsənov H.S. “İri sahibkarlıq strukturları”. Bakı, 2007, səh. 64. 
 
 
Təyin və nəzarət edir 
Hesabat verir 
                               
 
 
Operativ idarəetməni həyata 
keçirir 
Müşahidə şurası 
darə heyəti 
Ş
irkət 
ş
çilər və 
həmkarlar ittifaqı 
Səhmdarlar 


60 
 
aralarında  qarşılıqlı  asılı  olmayan  müəyyən  korporasiyalar  qrupu  çıxış  edir 
(kommersiya və ya istehsal).  
Alman modelində bank bir neçə rol oynayır: 
-
  Səhmdar və kreditor kimi; 
-
  Qiymətli kağızların və borc öhdəliklərinin emitenti kimi; 
-
  Səhmdarların  illik  ümumi  iclaslarında  depozit  sahibi  və  səsvermədə  iştirak 
edən agent kimi; 
Xarici  investorlar  son  vaxtlaradək  alman  modelinə  əhəmiyyətli  təsir 
göstərmirdilər, lakin hazırki dövrdə isə onların rolu yüksəlir. 
Almaniyada  informasiyanın  nəşr  olunmasının  olduqca    sərt  qaydaları  işlənib 
hazırlanmışdır.  Korporasiyalar  illik  iclasda  və  ya  illik  hesabatda    aşağıdakı 
informasiyanı nəşr etdirməlidirlər: 
-
  hər yarımil üzrə maliyyə hesabatı; 
-
  kapitalın strukturu haqqında məlumat;  
-
  Müşahidə Şurasına namizədlərin hər biri haqqında məhdud informasiya (adı 
və soyadı, ünvanı, iş yerlərinin adı və tutduğu vəzifələr); 
-
  darəedici və Müşahidə Şurası üzvlərinə ödənilmiş mükafatlar haqda məcmu 
informasiya;  
-
  korporasiyanın  səhmlərinin  5%  -  dən  çoxuna  sahib  olan  səhmdarlar  haqda 
məlumat; 
-
  mümkün birləşmə və ya yenidən təşkil haqqında informasiya;  
-
  nizamnaməyə təklif olunan düzəlişlər; 
-
  audit yoxlaması üçün dəvət olunan kompaniya və ya şəxslərin adları. 
 
 
Yapon  modeli.  Yapon  modeli  yapon  ənənələrinə  müvafiq  olaraq  yapon 
praktikası  əsasında  işlənib  hazırlanmışdır,  buna  görə  də  yalnız  Yaponiyada 
yayılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə