Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

68 
 
Dolayı  təsir  amillər:  mükafatlandırmanın  həcminin  çoxaldılması;  fəhlənin  peşə-
ixtisas  hazırlığı;  tarif  sisteminin  və  vəzifə  maaşlarının  dəyişilməsi;  müxtəlif  əmək 
şə
raitində olan sahələrin və istehsalatın xüsusi çəkisinin dəyişilməsi; 
Fəaliyyət  sahəsinə  görə  isə  amilləri
8
  növbəti  təsnifatda  birləşdirirlər:  xalq 
təsərrüfatı miqyasında fəaliyyət göstərərən və bütün xalq təsərrüfatı üçün eyni olan; 
sahə  və  sahələrarası  amillər;  istehsaldaxili  amillər;  bilavasitə  iş  yerlərində  fəaliyyət 
göstərən amillər. 
Ə
mək  məhsuldarlığı  amillərinə  fikir  versək  onların  əmək  məhsuldarlığı 
yüksəldilməsinə  müxtəlif  yönlərdə  təsir  göstərdiyini  görmüş  olarıq.  Bu  amillər 
maddi-texniki baza sferasından tutmuş insan amili sferasına qədər genişdir. Amilləri 
istiqamət cəhətdən aşağıdakı üç qrupa
9
 bölmək olar: 
1.
  Maddi  –  texniki  amillər:  a)  istehsalın  və  əməyin  mexanikləşdirilməsi;  b) 
istehsal prosesinin avtomatlaşdırılması; c) kimyalaşdırılma və elektrikləşdirmə, 
qabaqcıl  texnologiyanın  tətbiqi;  d)  mövcud  avadanlıqların  təkmilləşdirilməsi; 
e)  istehsalın  ixtisaslaşması  və  kooperasiyalaşması;  f)  məhsulun  keyfiyyətinin 
yaxşılaşdırılması;. 
2.  ctimai  –  iqtisadi  və  təşkilati  amillər:  a)  işçilərin  mədəni  texniki  və  təhsil 
səviyyələrinin  yüksəldilməsi;  b)  qabaqcıl  istehsalat  təcrübəsinin  tətbiqi;  c) 
ə
mək 
intizamının 
möhkəmlənməsi; 
d) 
iş 
vaxtından 
istifadənin 
yaxşılaşdırılması; e) əməyin elmi təşkili; f) operativ rəhbərlik və idarəetmənin 
təşkili;  
3.  Sair  amillər:  a)  istehsalın  quruluşunun  dəyişilməsi;  b)  təbii  şərait;  c)  əmək 
şə
raiti;  
Ə
mək  məhsuldarlığının  səviyyəsinə  təsir  baxımından  amilləri  təsnifləşdirsək 
aşağıdakı müvafiq təsnifatı əldə etmiş olarıq: 
                                                            
8
  stinad olunan mənbə: Quliyev T. “ nsan resurslarının idarə edilməsi”. Bakı, 2013, səh. 388 
9
  stinad olunan mənbə: Quliyev T. “ nsan resurslarının idarə edilməsi”. Bakı, 2013, səh. 388-389. 


69 
 
 
Ə
mək  məhsuldarlığının  səviyyəsini  aşağı  salan  amillər:  enerji  ehtiyatlarının 
qiymətinin  yüksəkliyi;  norma  və  qaydaların  tətbiqində  rəhbərliyin  ədalətsiz 
tənzimləmə  həyata  keçirməsi;  ümumi  iqtisadi  vəziyyət.  Məsələn:  iqtisadi  böhran, 
inflyasiya;  vergi  siyasəti  -  vergilərin  yüksəldilməsi  qiymətlərin  yüksəlməsinə  və 
nəticə  etibariylə  məhsuldarlığa  mənfi  təsir  edir;  xidmət  sahəsinin  inkişafı;  ictimai 
amillər. Məsələn: alkoqolizm, narkomaniya və s. 
 
Ə
mək məhsuldarlığını yüksəldən amillər: 
-
  Əmək  məhsuldarlığının  inkişafı  üçün  şərait  yaradan  amillər  –  elmi  inkişafın 
səviyyəsi, 
ə
mək 
intizamının 
möhkəmləndirilməsi, 
kadr 
axıcılığının 
məhdudlaşdırılması və s. 
-
 Əmək  məhsuldarlığının  inkişafına  imkan  yaradan  –  maddi  və  mənəvi 
stimullaşdırma,  əməyin  ödənilməsi,  elmi-texniki  nəaliyyətlərin,  mütərəqqi 
texnologiyanın tətbiqi və s. 
-
  Əmək  məhsuldarlığının  səviyyəsini  müəyyən  edən  amillər  –  proseslərin 
mexanikləşdirilməsi  və  avtomatlaşdırılması,  əmək  keyfiyyətinin  yüksəldilməsi, 
müəssisələrin və idarəetmə üsullarının təkmilləşdirilməsi və s. 
Müasir dövrdə əmək məhsuldarlığının inkişaf amilləri 3 qrupda birləşdirilir: 
I  qrup  -  Əsas  kapital  faktorları.  Onların  rolu  əsas  maddi  vəsaitlərin  və  istifadə 
olunan  investisiyaların  inkişafı  və  keyfiyyəti  ilə  şərtlənib.  Bu  amillər  əməyin 
mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  ilə,  həmçinin,  yeni  texnologiyaların 
tətbiqi, keyfiyyətli və effektli materialların istifadəsi ilə əlaqədardır. 
II  qrup  –  Sosial-iqtisadi  amillər.  Bu,  işçilərin  tərkibi  və  əmək  qabiliyyətliliyi 
(onların  ixtisaslaşma  səviyyəsi),  əmək  şəraiti,  işçilərin  əməyə  münasibəti  və  s.-ni 
ə
hatə  edir.  Sosial-iqtisadi  amillər  qrupunda  əsas  rolu  iş  qüvvəsinin  tərkibi  və  onun 
keyfiyyəti oynayır. Fərdi işçinin əmək məhsuldarlığı işçinin iş qabiliyyətliliyi, biliyi, 
yaşı, sağlamlığı və s.-dən  asılıdır.  
III qrup- Təşkilati amillər. Onlar əməyin təşkil edilməsi və idarə edilməsi, əmək 
məhsuldarlığının  səviyyəsinə  birbaşa  təsir  göstərən  şəxsi  menecmenti  tam  şəkildə 


70 
 
ə
hatə  edir.  Qrupda  xüsusi  yeri  kollektivdəki  qarşılıqlı  münasibət  və  əmək  intizamı 
tutur.  Burada  ilk  növbədə  işçi  heyətinin  müxtəlif  qrupdaxili  və  eləcə  də  ümumi 
kollektivdəki birgə fəaliyyəti, ikinci olaraq işçilərin fəallığı, son olaraq isə idarəçilik 
qərarlarının  yerinə  yetirilməsinin  idarə  olunması  və  səhvlərin  düzəldilməsi  və  s. 
durur. 
Ə
mək məhsuldarlığının yüksəldilməsinə təsir edən əsas sosial amilləri izah edək.  
Ə
mək məhsuldarlığının yüksəldilməsi yollarından biri insan amilini fəallaşdırmaq, 
iş  qüvvəsini  inkişaf  etdirmək,  işçinin  şəxsi  keyfiyyətlərini  yüksəltməkdir.  nsan 
fəallığının  artırılması  üçün  isə  maddi  və  mənəvi  həvəsləndirmə,  hər  bir  müəssisədə 
istehsalın  ali  məqsədinin  müəyyənləşdirilməsi,  işçilərin  bərabər  hüquqlu  iştirakının 
təmin  edilməsi  tələb  olunur.  nsan  fəallığının  artırılması  isə  onun  malik  olduğu 
potensial  imkanlardan  asılıdır.  Bu  potensial  imkanlar  sırasında  a)  ictimai  faydalı 
fəaliyyətdə  iştirak  imkanları;  b)  normal  sosial  əlaqə  imkanları;  c)  yeni  ideyaları, 
metodları,  nümunələri  yaratmaq  bacarığı;  d)  davranışın  səmərəliliyi;  e)  müəyyən 
vəzifə və iş növlərinin yerinə yetirilməsi üçün zəruri olan mövcud bilik və təcrübəsi 
və  s.  göstərilə  bilər.  Bütün  bunlarla  yanaşı  sağlamlıq,  ədəb  qaydaları,  fəallıq, 
peşəkarlıq,  yaradıcı  potensial  və  s.  də  insan  amilinin  zənginləşdirilməsi 
komponentləri kimi çıxış edir. 
Ə
mək  məhsuldarlığının  yüksəldilməsinə  təsir  edən  əsas  amillərdən  biri  də 
bilavasitə  insan  amili  ilə  əlaqədar  olan  əməyə  yaradıcı  münasibət  və  əmək  intizamı 
amilidir.  Əməyə  yaradıcı  münasibət  məsuliyyətdə,  intizamlılıqda,  istehsalın  idarə 
edilməsində, əməyin ödənilməsi və məhsuldarlığında özünü göstərir. Əməyə yaradıcı 
münasibət əməyin zehni inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Əməyin zehni inkişaf 
səviyyəsi  özünü  aşağıdakılarda  göstərir:    əqli  əməklə  məşğul  olan  işçilərin  artım 
sürətinin  fiziki  əməklə  məşğul  olan  işçilərin  artım  sürəti  ilə  müqayisədə 
üstünlüyündə;    orta  və  ali  ixtisas  təhsilli  mütəxəssislərin  daha  sürətlə  artımında;  
bütün kateqoriyalardan olan işçilərin təhsil səviyyəsinin yüksəldilməsində;  işçilərin 
yaradıcılıq fəallığının artımında;  işçilərin peşə quruluşlarındakı dəyişikliklərdə. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə