Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

71 
 
Ə
mək intizamına ciddi əməl olunması müəssisə, idarə və təşkilatların səmərəli və 
fasiləsiz  işinin  təşkilinin,  eləcə  də  istehsal  prosesinin  normal  fəaliyyətinin  zəruri 
şə
rtidir.  Bu  da  öz  növbəsində  texniki  tərəqqi  və  mütərəqqi  iş  üsullarının 
mənimsənilməsini sürətləndirir ki, bu da əmək məhsuldarlığının səviyyəsinə təsirsiz 
ötüşmür. Əmək intizamının möhkəmləndirilməsinin əsas yolu əmək kollektivlərində 
yüksək  tələbkarlıq  və  məsuliyyət  mühiti  formalaşdırmaqdır.  Əmək  intizamının 
möhkəmləndirilməsi,  lazımı  qayda-qanunun  yaradılması  üçün  bir  sıra  inzibatı  təsir 
vasitələrindən  istifadə  edilir  ki,  bura  da  müxtəlif  cəza  tədbirlərinin  seçilməsi  və 
tətbiqi daxildir. Cəza tədbirləri kimi xəbərdarlıq, töhmət, bir ildən çox olmayaraq az 
maaşlı işə keçirmək, işdən çıxarmaq və s.-ni  göstərmək olar. Əmək intizamının ciddi 
pozulması  bəzi  hallarda  müəssisəyə  ciddi  ziyan  vurur  ki,  bu  da  cinayət  kimi 
qiymətləndirilir.  
Sosial mühitlə əlaqədar olan və əmək məhsuldarlığına təsir edən əsas amillərdən biri 
də kollektivdəki sağlam sosial-psixoloji mühitin formalaşmasıdır. Bu amil kollektivin 
ayrı-ayrı  üzvləri  arasında  münasibətlərin  keyfiyyət  tərəfidir.  Bu  amil  əmək 
kollektivinin ümumi inkişaf səviyyəsindən asılıdır və əlverişli və  qeyri-əlverişli ola 
bilər.  Əlverişli  sosial-psixoloji  mühit  əmək  məhsuldarlığını  artırırsa  qeyri-əlverışli 
mühit  əmək  kollektivinin  qeyri-məhsuldar  işləməsinə,  az  səmərə  verməsinə  səbəb 
olaraq məhsuldarlığı aşağı salır. Bu amil eyni zamanda işçilər arasındakı münasibətin 
də  səviyyəsini  ifadə  edir.  Qeyri-sağlam  sosial-psixoloji  mühit  kollektiv  fəaliyyəti 
məhdudlaşdırır, məhsuldarlığı aşağı salır. Sosial-psixoloji amil əmək məhsuldarlığına 
təsir edərək onun  orta səviyyədən 5-10% yüksəlməsinə səbəb olur.  
Ə
mək  məhsuldarlığının  artırılmasında  iqtisadi  amillərin  rolunu  inkar  etmək 
olmaz. Bu amillərin rolunun düzgün müəyyənləşdirilməsi və inkişaf etdirilməsi digər 
amillər üçün təkanverici rol oynayır. Bu da iqtisadi amillərin daim diqqət mərkəzində 
olmasını  zəruri  edir.  qtisadiyyatın  əsas  vəzifələrindən  biri  də  cəmiyyətin  inkişaf 
potensialından istifadəyə imkan verən təsir formalarının yaradılmasıdır. Bura iqtisadi 
vasitələr və həvəsləndirmə sistemi aiddir. 


72 
 
 
Bütünlükdə  əmək  məhsuldarlığının  iqtisadi  amilləri  insanın  potensial 
enerjisindən istifadə edilməsinə yönəldilib. Bu baxımdan həvəsləndirmə (motivasiya) 
mühüm iqtisadi amillər sırasındadır. Bu amil qarşıya qoyulmuş məqsədə nail olmaq 
üçün  rəhbərliklə  işçilər  arasında  əməkdaşlığın  həyata  keçirilməsinə  yönəldilir. 
qtisadi  amil  kimi  həvəsləndirmə  (motivasiya)  işçiləri  maddi  maraq prinsipindən  öz 
ə
mək  nəticəsinə  görə  həvəsləndirilməsini  təmin  edir  ki,  bu  da  son  nəticədə  əmək 
resurslarından  istifadənin  yaxşılaşdırılması,  əmək  məhsuldarlığının  yüksəldilməsinə 
gətirib  çıxarır.  Həvəsləndirmə,  insan  amilinin  fəallaşdırılması  üçün  əsas  şərtdir. 
Bunun üçün aşağıdakılar təmin edilməlidir: işçilərin həmişə müəssisədə olmalarından 
zövq  almaları;  özlərini  təkcə  işçi  kimi  deyil  bir  şəxsiyyət  kimi  hiss  etmələri; 
müəssisənin  etibarlığına  təminatın  olması;  işçilərin  təkcə  maddi  deyil,  mənəvi 
cəhətdən də təmin edilmələri. 
 
Həvəsləndirmə  təkcə  əlverişli  mühit  yaradaraq  mənəvi  motivasiyanı  özündə 
birləşdirmir.  Bura  eyni  zamanda  maddi  həvəsləndirmə  də  daxildir.  Bu  maddi 
həvəsləndirmə  kimi  ilk  olaraq  əməyin  ödənilməsini  göstərə  bilərik.  Əmək  haqqı, 
onun  səviyyəsi  və  səmərəli  istifadəsinin  təhlili  əmək  məhsuldarlığına  təsirinin 
öyrənilməsində önəm daşıyır. Aşağıdakı Cədvəl 3.1.1-ə 
10
 nəzər salaq: 
                                                                                                    Cədvəl 3.1.1 
Göstəricilər 
Ölçü vahidi  Keçən il 
Hesabat ili 
1. Əmək haqqının ümumi məsarifdə tutduğu xüsusi 
çəkisi. 
faizlə 
13.6 
15.5 
2. Əmək haqqının hər manatına 
 
 
 
a) məhsul istehsalı 
manat 
10.84 
9.53 
b) mənfəət 
manat 
2.96 
3.02 
 
                                                            
10
  stinad olunan mənbə: Qasımov M.Ə “Əmək məhsuldarlığının səviyyəsinə təsir edən əsas amillərin təhlili”: Kurs 
Layihəsi. Bakı, 2010, səh. 21. 


73 
 
Buradan  göründüyü  kimi  əmək  haqqının  xüsusi  çəkisi  artmışdır.  Bu  təhlil 
zamanı  araşdırılmalı  olan  məsələlərdəndir.  Həmçinin  əmək  haqqının  hər  manatına 
düşən məhsul azalıb. Bu ciddi nöqsanlardan sayılır. Təhlildə bu məsələ də öz əksini 
tapmalıdır.  Ümumiyyətlə,  əmək  haqqının  səmərəli  istifadəsinin  təhlili  zamanı  onun 
kənarlaşması,  yəni  plana  nisbətdə  artıq  və  ya  əskik  olması  və  bunun  səbəbi,  ikinci 
olaraq  isə  onun  düzgün  seçilməsi  və  əmək  məhsuldarlığının  səviyyəsinə  təsirini 
öyrənmək lazımdır. 
  
Eyni zamanda maddi həvəsləndirmə kimi həm daimi xarakterli (vəzifə və tarif 
maaşlarına  əlavə  və  ödəmələr,  cari  mükafatlandırma  və  s.),  həm  də  birdəfəlik 
ödəmələr (bir dəfəlik mükafatlar, ilin axırında, işin yekununda verilən mükafatlar, bir 
dəfəlik maddi köməklik və s.) aparılır.  
 
Hər bir işçiyə mükafat məbləği aşağıdakı kimi hesablanır: 
M
A
=M
b
 × T
j
 × n
i     
(3.1.1) 
11
 
M

– mükafat məbləği 
M
b
 – bir bal həcmində olan mükafat məbləği 
T
j   
–  alınmış balların miqdarı (hər bir iş günündə) 
n
i
 – iş günlərinin sayı 
sayəsində işçilərdə əməyə münasibətin bu və ya digər tərəfi yaranır. 
 
Ə
mək məhsuldarlığının yüksəldilməsinə təsir edən əsas iqtisadi amillərdən biri 
də işçilərin peşə-ixtisas səviyyəsidir. Peşə – ictimai əmək prosesində meydana çıxan 
və xüsusi əmək vərdişləri və müvafiq bilik tələb edən işçilərin nisbətən daimi əmək 
fəaliyyətidir.  xtisas  –  bir  peşə  daxilində  işçinin  əmək  fəaliyyətini  müəyyən  edir. 
 
ş
çinin  peşə  xarakteristikası  bir  sıra  məsələləri  əhatə  edir.  Bu  məsələlər 
                                                            
11
  stinad olunan mənbə: Qasımov M.Ə “Əmək məhsuldarlığının səviyyəsinə təsir edən əsas amillərin təhlili”: Kurs 
Layihəsi. Bakı, 2010, səh. 21. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə