Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

77 
 
öyrənmək  üçün  işçi  qüvvəsinin  axın  əmsalı  və  dövretmə  göstəricilərindən  istifadə 
olunur.  şçi qüvvəsinin axın əmsalı işdən gedən fəhlələrin onların orta siyahı sayına 
olan  nisbəti  ilə  müəyyən  olunur.  Bu  əməyin  təşkilində  mühüm  çatışmamazlıqların 
olduğunu  göstərir.  şçi  qüvvəsinin  dövretmə  əmsalı  həmişə  qəbul  olanlar  və  işdən 
gedənlər üzrə hesablanır. 
 
Ə
mək  məhsuldarlığının  səviyyəsinə  təsir  edən  amillər  kimi  maddi-texniki 
sferaya aid olan faktorlar da göstərilməlidir. 
 
Elmi  Texniki  Tərəqqinin  nəaliyyətləri,  qabaqcıl  texnika  və  texnologiyanın 
tətbiqi  yalnız  məhsulun  əmək  tutumluluğunu  azaltmır,  həmçinin  məhsul  vahidinə 
düşən  xammal  və  material  məsrəflərini  də  aşağı  salır,  əməyə  qənaət  edilir. 
Texnikanın  iqtisadi  potensialı  onun  texnoloji  və  istismar  keyfiyyətləri  ilə  müəyyən 
olunur ki, bu da əmək məhsuldarlığının yüksəldilməsi imkanını müəyyənləşdirir. 
 
Texniki  tərəqqi  avadanlıqların  modernləşməsinə,  onların  yenisi  ilə  əvəz 
olunmasına,  mənəvi  aşınmanın  aradan  qaldırılmasına  şərait  yaradır.  Yeni 
avadanlıqların  istifadəsi  və  işlədilən  avadanlıqların  modernləşməsi  fəhlə  qüvvəsinə 
qənaət edir. Bu qənaət aşağıdakı kimi hesablanır: 
 
                    
F
nq 
=                                 
 (3.1.3) 
13
 
  A – avadanlıqların cəmi miqdarı 
  A

– texniki təkmilləşməyə ehtiyacı olmayan avadanlıqların miqdarı 
   
A

– yeni və modernləşmiş avadanlıqların miqdarı  
  M
a
  –  yeni  və  modernləşmiş  avadanlıqlardan  istifadə  edildikdə  əmək 
məhsuldarlığının artım faizi 
                                                            
13
 
stinad olunan mənbə: Qasımov M.Ə “Əmək məhsuldarlığının səviyyəsinə təsir edən əsas amillərin təhlili”: Kurs 
Layihəsi. Bakı, 2010, səh. 32. 
 
t
i
a
T
T
M
A
A
A
÷
×
×
+
×
×
100
100
100
2
1


78 
 
  T

– yeni və ya modernləşdirilmiş avadanlıqlardan istifadə aylarının sayı 
  T
t
 – plan dövründə təqvim aylarının sayı 
Avadanlığın  məhsuldarlığı  nə  qədər  yüksək  olarsa  sərf  edilən  əmək  də  bir  o 
qədər  səmərəli  olar,  yəni  bir  işçi  daha  çox  maddi  nemət  istehsal  edə  bilər.  Əməyin 
texnika ilə silahlanması əmsalını müəyyən etmək üçün istifadə edilən avadanlıqların 
dəyəri        (və  ya  işlənmiş  dəzgah  saatların  sayı)  ən  böyük  növbədə  çalışan  fəhlənin 
sayına bölünür. Əmək məhsuldarlığı avadanlığın məhsuldarlığı ilə əməyin texnika ilə 
silahlanması göstəricisinin hasilinə bərabərdir. 
Texniki 
tərəqqinin 
ə

mühüm 
istiqamətlərindən 
biri 
istehsalın 
mexanikləşdirilməsi və avtomatlaşdırılmasıdır. Bu iki amil əl əməyinin azaldılmasına 
təsir edir. 
stehsalın  mexanikləşdirilməsi  4  mərhələdə  həyata  keçirilir:  1)  Əl  əməyi 
mexanikləşdirilmiş alətlərlə əvəz olunur; 2) Əl əməyi maşınlarla əvəz olunur;  
3) Kompleks mexanikləşdirmə – burada istehsal prosesinin əsas və köməkçi hissələri 
mexanikləşdirilir; 4) Avtomatlaşdırma.  Mexanikləşdirilmənin son mərhələsi fəhlələri 
hər  cür  fiziki  əməkdən  azad  edir.  Onların  əsas  işi  maşın  və  mexanizmlər  üzərində 
nəzarətdən və lazım olduqda xırda təmir işləri aparmaqdan, texniki nöqsanları aradan 
qaldırmaqdan  ibarətdir. 
Avtomatlaşdırma  istehsal  proseslərini  sürətləndirməyə,  istehsal  vaxtını  ixtisar 
etməyə, istehsalın fasiləsizliyini təmin etməyə imkan verir. Bu işçilərin əməyini xeyli 


79 
 
yüngülləşdirir, məhsuldarlığı artırır. Avtomatlaşdırma insanın təsir göstərə bilmədiyi 
kimyəvi  proseslərə,  atom,  istilik  proseslərinə,  onların  idarə  edilməsinə  də  təsir 
göstərir. 
Avtomatlaşdırma 
və 
mexanikləşdirmənin 
tətbiqi 
ə
mək 
məhsuldarlığının 
yüksəldilməsinə təsir göstərir. Bu effektliliyi ifadə edən aşağıdakı göstəricilər var: 
istehsalın həcminin artması; maya dəyərinin aşağı salınması; məhsulun keyfiyyətinin 
yaxşılaşdırılması; əməyin yüngülləşdirilməsi; əmək məhsuldarlığının yüksəldilməsi. 
Elektrikləşdirmə  texniki  tərəqqinin  bir  istiqaməti  kimi  əmək  məhsuldarlığının 
səviyyəsinə,  onun  səmərəsinə  qabaqcıl  təsir  göstərir.  O,  texniki  tərəqqinin  başqa 
istiqamətlərinin  də  inkişafını  təmin  edir.  Elektrikləşdirmə  mexanikləşdirmə, 
avtomatlaşdırma və kimyalaşdırmaya da təsir edir. Elektrik enerjisi elektrotexnikanı, 
avtomatikanı,  telemexanikanı,  elektronikanı  və  bir  sıra  bu  kimi  mühüm  sahələri 
inkişaf etdirməkdə əsaslı rol oynayır. Elektrik enerjisi insan səhhəti üçün zərərli olan 
işlərin icrasını həyata keçirən maşın və avadanlıqların işini təmin edir. 
ETT – in istiqamətlərindən biri də kimyalaşdırmadır. Kimyalaşdırma kimyəvi üsul 
və  texnologiyanın  tədbiqini  nəzərdə  tutur.  Belə  ki,  kimyalaşdırma  ictimai  əməyə 
qənaət  edilməsində,  istehsal  olunan  məhsulun  material  tutumunun  azaldılmasında, 
sənayenin  əlavə  xammal  bazasının  yaradılmasında,  istehsalın  intensiv  inkişafında 
mühüm  rol  oynayır.  Beləliklə,  kimyalaşdırma  ictimai  əməyə  qənaət  və  əmək 
məhsuldarlığının  səviyyəsinin  yüksəldilməsi  baxımından  aşağıdakı  əhəmiyyəti 
daşıyır: 


80 
 
-
 yeni məhsul növlərinin yaradılması; 
-
 mövcud texnoloji proseslərin və istehsalın intensivləşdirilməsi; 
-
 məhsulun keyfiyyətinin yüksəldilməsi və dəyərinin aşağı salınması; 
-
 sənayenin xammal bazasının genişlənməsi. 
Ə
mək  məhsuldarlığının  digər  maddi-texniki  amillərindən  biri  də  istehsalın 
ixtisaslaşdırılmasıdır.  O,  əmək  məhsuldarlığının  yüksəldilməsinin  mühüm 
şə
rtlərindəndir.  xtisaslaşma  dedikdə  məhsul  çeşidinin  azaldılması  və  bir  müəssisə 
daxilində  texnoloji  cəhətdən  eyni  cinsli  məhsulun  kütləvi  buraxılışı  başa  düşülür. 
Başqa  sözlə  ixtisaslaşma  əmək  bölgüsünün  elə  formasıdır ki, burada  bir  sahə  və  ya 
müəssisədə  müəyyən  məhsul  və  ya  xidmətin  istehsalı  cəmlənir.  stehsalın 
ixtisaslaşması məhsulun ən az xərclə istehsalına imkan verir.
 
xtisaslaşma  istehsal  güclərindən  səmərəli  istifadə  olunmasını,  avadanlığın  iş 
vaxtından  daha  dolğun  istifadə  imkanını,  maşın  və  avadanlıqların  intensiv  istifadə 
göstəricilərinin yaxşılaşdırılmasını,  köməkçi fəhlələrin xüsusi çəkisinin azaldılmasını 
və  əsas  istehsal  fəhlələrinin  xüsusi  çəkisinin  çoxaldılmasını,  eyni  istehsal  gücünün 
tətbiqi ilə daha çox məhsul istehsalını, kütləvi istehsala güclü imkanın yaranmasını, 
canlı əmək və əmək alətlərindən, habelə xammal və materiallardan qənaətlə istifadə 
olunmasını  və  əməyin  elmi  təşkilinin  asanlaşmasını  təmin  etməklə  əmək 
məhsuldarlığına və onun yüksəldilməsinə təsir edir. 
Bundan  başqa  əmək  məhsuldarlığına  kooperasiyalaşma  da  təsir  göstərir. 
xtisaslaşmanın  inkişafı  kooperasiya  əlaqələrini  daha  da  gücləndirir.  stehsalın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə