Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

81 
 
kooperasiyalaşması hər bir ayrıca məhsul istehsalında ən yüksək iqtisadi nəticə əldə 
etmək məqsədilə bir – birini tamamlayan ixtisaslaşmış istehsalın qarşılıqlı əlaqəsidir. 
Nəqliyyat  xərclərinin  aşağı  salınması  ilə  ictimai  əməyə  qənaət  etmək  üçün 
kooperasiyalaşma  mühüm  rol  oynayır.  Onun  rayondaxili,  sahələrarası  və  sahədaxili 
forması  var.  Kooperasiyalaşma  ikitərəfli  istehsal  əlaqəsi  prosesidir.  Bu  əlaqə  mal 
göndərənlə istehsalçı müəssisə arasında yaranır.  
ctimai  əməyə  qənaətlə  əmək  məhsuldarlığının  artırılması  yönündə  istehsalın 
təmərküzləşməsinin  böyük  rolu  vardır.  Təmərküzləşmə  -  iri  müəssisələrin 
yaranmasına gətirib çıxarır. O, istehsalın iri müəssisələrdə cəmləşməsi, orta və kiçik 
müəssisələrin  əlaqələndirilməsidir.  Bu  da  iş  qüvvəsindən  daha  səmərəli  istifadə 
etməyə,  istehsalın  təşkilinin  yeni  və  əlverişli  üsullarının  istifadə  edilməsini  təmin 
edir.  
Ə
məyə  qənaətin  digər  bir  üsulu  kombinələşmədir.    Kombinələşmə  sayəsində 
xammal,  material  və  energetika  ehtiyatlarından  daha  səmərəli  istifadə  olunur. 
Kombinələşmə  aşağıdakıları  təmin  etməklə  əmək  məhsuldarlığı  səviyyəsinə  təsir 
edir: 
-
  stehsal tullantılarının azalmasını; 
-
 Texnoloji prosesin fasiləsizliyini; 
-
  stehsal tsiklinin qısalmasını 
-
 Xammal emal etmə prosesinin dərinləşməsini. 


82 
 
 
Bütün  bunlar  məhsulun  maya  dəyərini  aşağı  salır,  rentabelliyi  artırır.  Eyni 
zamanda nəqliyyat xərcləri aşağı düşür, texnikadan istifadənin səmərəliliyi artır.
 
 
Bazar  iqtisadiyyatı  şəraitində  hər  bir  müəssisə  yüksək  keyfiyyətli  məhsullar 
istehsal etmək, yüksək rəqabət qabiliyyəti əldə etmək və daha çox mənfəət götürməyi 
hədəfləyir.  Bunlara  isə  əmək  məhsuldarlığını  yüsəltmək  yolu  ilə  nail  olmaq 
mümkündür. 
 
 
§
3.2.   darəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası. 
darəetmə  prosesi  müəssisə  və  təşkilatların  son  məqsədə  çatmaq  üçün  onun 
fəaliyyətinin  həyata  keçirilməsinə  xidmət  edir.  darəetmə  prosesi  bu  sahədə  bütün 
funksiyaların, prinsiplərin, metodların bilavasitə həyata keçirilməsinin  məcmusudur. 
darəetmə prosesi müəssisənin fəaliyyətinin bütün tərəflərini əhatə edir. Elə bir sahə 
yoxdur  ki,  o  idarəetmədən  kənarda  qalsın.  Əks  təqdirdə,  həmin  sahədə  problemlər 
təhlil edilməz, onların qarşısı alınmaz, nöqsanlar aradan qaldırılmaz və bu da müəssi-
sənin fəaliyyətində arzu olunmaz nəticələrə gətirib çıxarar. 
Proses  dedikdə,  müəyyən  nəticəyə  və  yekuna  gətirib  çıxaran  hərəkətlərin, 
hadisələrin, fəaliyyətlərin məcmusu başa düşülür. 
darəetmə  prosesi  sosial  proses  olaraq  hüquqi,  iqtisadi,  ictimai,  psixoloji 
prosesləri özündə birləşdirir və  hüquqi proseslərin bütün fəaliyyət mərhələlərini əks 
etdirir. Rəhbərlərin və idarə edən şəxslərin səlahiyyətlərinin icrası hüquqi prosesdir. 
nzibati  proses  isə  hüquqi  proses  olaraq  bütün  sahələrin  tənzimlənməsini  həyata 
keçirir.  nzibatçılıq  normalar  əsasında  fəaliyyətin  tənzimlənməsinə  yönəldilir. 
nzibatçılıq idarəçilik işlərinin həllinə və nəticələr əldə edilməsinə yönəldilir. 
  darəetmə prosesi idarəetmə fəaliyyəti ilə əlaqədar  davranışları və hərəkətləri 
özündə əks etdirir.  darəetmə prosesinin xüsusiyyətləri aşağıdakılardır: 


83 
 
1.
  darəetmə prosesi şüurlu və məqsədyönlü fəaliyyətdir; 
2.
  darəetmə  prosesi  planlaşdırılmış  işlərin  həyata  keçirilməsinə  yönəlmiş 
fəaliyyətdir; 
3.
  darəetmə  prosesi  hakimiyyət  səlahiyyətlərinin  həyata  keçirilməsi 
fəaliyyətidir; 
darəetmə  prosesinin  əsas  məqsədi  işçi  qüvvəsini  və  əmək  vasitələrini  elə 
işlətməkdir  ki,  bu  zaman  son  məqsədə  çatmaq  mümkün  olsun.  Bundan  başqa 
idarəetmə prosesi az məsrəf sərf etməklə çox gəlir əldə edilməsini nəzərdə tutur. 
darəetmə  prosesi  xammaldan  hazır  məhsul  alınması  ilə  əlaqədar  texnoloji  və 
iqtisadi əməliyyatların təşkili və icrası ardıcıllığını özündə əks etdirir. 
darəetmə bir proses kimi bütövlükdə müəssisənin və onun ayrı-ayrı sahələrinin 
idarə olunmasını özündə birləşdirir.  darəetmə prosesi aşağıdakı kimi təsnif olunur: 
1.
 Müəssisənin idarəedilməsi. 
2.
 Ayrı-ayrı  şöbə  və  ya  bölmələrin  idarə  edilməsi  (plan,  maliyyə,  təchizat, 
istehsal, satış, kadr və s. şöbələrin idarə edilməsi). 
3.
  stehsalın idarə edilməsi. 
 Müəssisənin idarə edilməsi aşağıdakı məsələləri əhatə edir: 
1.
 Müəssisənin fəaliyyətinin planlaşdırılması; 
2.
 Təşkilati məsələlərin idarə edilməsi; 
3.
 stehsalın həyata keçirilməsini təmin etmək; 
4.
 Marketinq və satış fəaliyyətinin həyata keçirilməsini təmin etmək; 
5.
 Müəssisədə ümumi nəzarətin həyata keçirilməsi; 
6.
 nformasiya təminatının həyata keçirilməsi; 
7.
 Ayrı-ayrı şöbə və ya bölmələrin fəaliyyətinin əlaqələndirilməsi. 
Müəssisənin idarə edilməsinin başında onun rəhbəri durur. Lakin o, bu prosesi 
təşkilati  struktur  vasitəsi  ilə  həyata  keçirir.  Yəni  onlar  müavinlərin,  menecerlərin, 
ş
öbə və ya bölmə müdirlərinin vasitəsilə müəssisənin fəaliyyətini idarə edirlər. 
Ş
öbə  və  ya  bölmə  rəhbərləri  idarəetmənin  alt  həlqələridirlər.  Onlar  öz  struktur 
vahidlərinin  fəaliyyət  planını  və  proqramını  tərtib  edir,  şöbənin  fəaliyyətinə  nəzarət 


84 
 
edir,  işçilərin  arasında  koordinasiya  yaradır,  fəaliyyətin  nəticələrinə  dair  müəssisə 
rəhbərliyinə hesabat verirlər.  
stehsalın  idarə  edilməsi  idarəetmə  prosesinin  ana  xəttini  təşkil  edir.  Çünki, 
istehsal  müəssisənin  əsas  fəaliyyət  sferasıdır.  Digər  sahələr  isə  ona  xidmət  edir. 
Məsələn  maddi-texniki  təchizat  sahəsi  istehsal  sferasını  texnika  və  xammal-
materiallarla  təchiz  edir.  Satış  sahəsi  istehsal  edilmiş  məhsulların  satışı  ilə  məşğul 
olur  və  s.  Bütün  sahələrdə  işin  həcmi    istehsalın  həcmi  ilə  bağlıdır.  Yəni  istehsalın 
həcmi nə qədər böyük olarsa, bu həmin sahələrin işinin həcminə təsir göstərəcəkdir. 
  stehsalın  idarə  edilməsi  müəssisənin  istehsal  fəaliyyətini  əhatə  edir.  stehsal 
işçi  qüvvəsi  tərəfindən  əmək  alətlərinin  təsiri  ilə  xammaldan  hazır  məhsul  alınması 
prosesidir.  Deməli,  istehsalın  idarə  edilməsi  bu  prosesi  bütünlüklə  əhatə  edir. 
stehsalın idarə edilməsini aşağıdakı kimi təsnifləşdirmək olar: 
1.  stehsalın planlaşdırılması. 
2.  stehsalın təşkili. 
3. Texnoloji proseslərin idarə olunması. 
4.  stehsal heyətinin idarə olunması. 
5.  stehsal fəaliyyətinə nəzarət edilməsi. 
  darəetmə prosesində istehsalın təşkili zamanı bir sıra prinsipləri nəzərə almaq 
lazımdır: 
1.
  stehsalın səmərəliyi. 
2.
  stehsalın fasiləsizliyi. 
3.
  stehsal texnologiyalarının ardıcıllığı. 
4.
  stehsalın ahəngdarlığı (müntəzəmliliyi). 
5.
  stehsalın resurs təminatı. 
6.
 Əmək bölgüsü. 
7.
 Əməyin təhlükəsizliyi. 
8.
  ş vaxtından səmərəli istifadə olunması. 
stehsalın  səmərəliyinin  artırılması  idarəetmə  prosesində  aşağıdakı  vəzifələrin 
yerinə yetirilməsini tələb edir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə