Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   26   27   28   29   30   31   32   33   34

91 
 
NƏT CƏ VƏ TƏKL FLƏ
Aparılan tədqiqat araşdırmaları bir daha göstərir ki, bazar iqtisadiyyatı şəraitində 
müasir  idarəetmə  elminin  təkmilləşdirilməsinin  və  inkişafının  əsasında  müasir 
idarəetmə  nəzəriyyələri  və  konsepsiyaları  durur.  Müasir  idarəetmə  nəzəriyyələri  və 
konsepsiyaları  üzrə  aparılmış  tədqiqatlar  müəyyən  nəticələr  əldə  etməyə  imkan 
vermişdir.  
Aparılmış tədqiqatlar əsasında aşağıdakı nəticələr əldə edilmişdir: 
-      darəetmə  elminin  formalaşması  istiqamətində  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən edilmişdir ki, idarəetmə təcrübəsinin tarixi çox qədimdir. E.ə 5000 il əvvəl 
Ş
umerlərin  vaxtından  tutmuş  bu  günümüzə  qədər  müxtəlif  fərdlər  və  etnik  qruplar 
tərəfindən idarəetmə elminin formalaşması və inkişafı ilə əlaqədər müxtəlif tövhələr 
verilmişdir.  Aparılmış  araşdırmalar  nəticəsində  müəyyən  olunmuşdur  ki, 
idarəetmənin  tarixi  qədim  və  orta  əsrlər  dövrü,  sənayeləşmə  dövrü,  sistemləşmə 
dövrü  və  müasir  dövr  olmaqla  dörd  dövrə  bölünmüşdür.  Hər  bir  dövrün  də 
özünəməxsus xarakterik xüsusiyyətləri mövcud olmuşdur. 
-      Müxtəlif  idarəetmə  məktəbləri  və  onların  inkişaf  xüsusiyyətləri  üzrə  aparılmış 
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, elmi idarəetmə məktəbi, klassik və ya 
inzibati idarəetmə məktəbi, insani münasibətlər məktəbi, davranış qaydaları haqqında 
elmi  məktəb  və  müasir  idarəetmə  (kəmiyyət)  məktəbi  kimi  müxtəlif  idarəetmə 
məktəbləri  mövcud  olmuşdur  və  hər  bir  məktəb  idarəetmə  elminin  inkişafında 
özünəməxsus  idarəçilik  elementlərini  bərqərar  etmişdir.  Tədqiqatlar  nəticəsində 
müəyyən  olunmuşdur  ki,  idarəetmə  elminin  təkmilləşdirilməsi  və  inkişafında 
F.U.Teylor,  H.Hant,  F.Cilbert,  L.Cilbert,  A.Fayol,  H.Emerson,  R.Robbi,  Q.Xopf, 
O.Şeldon,  M.Veber,  E.Meyo,  M.P.Follet,  D.Mak-Qreqor  kimi  görkəmli 
nümayəndələrin xidmətləri olmuşdur. 


92 
 
-      Müasir  idarəetmənin  əsas  funksiyaları  üzrə  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən  edilmişdir  ki,  müаsir  idаrəеtmənin  plаnlаşdırmа,  təşkilеtmə,  koordinasiya, 
motivasiya və nəzаrət kimi əsаs (univеrsаl) funksiyаlаrı mövcuddur. Bu funksiyaların 
hər  biri  spesifik  xarakteristikaya  malikdir.  Tədqiqatlar  nəticəsində  müəyyən 
olunmuşdur  ki,  planlaşdırma  funksiyası  -  idarəetmənin  ilkin  funksiyası  olub,  təşki-
latın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirən, 
planların tərtib edilməsi ilə əlaqədar olan bir prosesdir, təşkiletmə funksiyası - qəbul 
olunmuş  iş  planının  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə  hazırlıq  işlərinin 
yerinə yetirilməsindən ibarətdir, koordinasiya funksiyası - ayrı-ayrı işlərin və onların 
ayrı-ayrı mərhələlərinin əlaqələndirilməsi ilə də bağlı olub, bütöv bir tamın ayrı-ayrı 
komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı təsiri və onun bir sistem kimi dinamik, 
tarazılı  inkişafını  təmin  edir,  mоtivləşdirmə  funksiyası  -  işçiləri  qаrşıyа  qоyulmuş 
məqsədin yеrinə yеtirilməsinə yönəltmək və icrаnı təmin еtməkdən ibarətdir, nəzarət 
fuksiyası  -  intizamın  yaranmasını,  fəaliyyətin  tənzimlənməsini,  qayda-qanunlara, 
təlimatlara əməl olunmasını təmin edən idarəçilik funksiyasıdır. 
-      Müasir  iqtisadiyyatda  strateji  idarəetmə  nəzəriyyələri  üzrə  aparılmış  tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  strateji  idarəetmə  -  strategiyaların  işlənib 
hazırlanması  və  reallaşdırılması  üzrə  təşkilatların  fəaliyyətləri  ardıcıllığını  müəyyən 
edən prosesdir. Tədqiqatlar nəticəsində strateji idarəetmənin seçilmiş obyektdən asılı 
olaraq  korporativ  strategiya,    biznes  strategiyası  və  funksional  strategiya  kimi 
istiqamətləri  müəyyən  olunmuşdur.  Aparılmış  tədqiqatlar  nəticəsində  strateji 
idarəetmənin  əsasını  təşkil  edən  strateji  planlaşdırma  prosesinin  niyyət  və 
məqsədlərin  müəyyənləşdirilməsi,  xarici  mühitin  təhlili,  zəif  və  güclü  tərəflərin 
təhlili,  strateji  alternativlərin  təhlili  və    strategiyanın  seçilməsi,  strategiyanın 
reallaşdırılmasının  nəticəsi  və  strategiyanın  qiymətləndirilməsi  kimi  mərhələləri 
müəyyən olunmuş və təhlil edilmişdir. 
-      Qlobal  iqtisadiyyatda  böhran  və  antiböhranlı  idarəetmə  nəzəriyyələri  üzrə 
aparılmış  tədqiqatlar  nəticəsində  böhran  və  onun  təsnifatı  müəyyən  edilmişdir, 


93 
 
böhranın  simptomu  (əlamətləri),  böhran  amilləri,  böhranın  baş  vermə  səbəbləri 
araşdırılmış,  böhran  vəziyyətlərində  antiböhranlı  idarəetmənin  həyata  keçirilməsi 
texnologiyası,  antiböhranlı  idarəetmənin  funksiyaları,  antiböhranlı  idarəetmənin 
səmərəliliyini təyin  edən  əsas  amillər,  antiböhranlı  idarəetmədə  riskin  idarəedilməsi 
zamanı  əsas  təsir  vasitələri  müəyyən  edilmiş,  müəssisənin  sağlamlaşdırılması 
məsələləri öyrənilmişdir. 
-      Müasir  korporativ  idarəetmə  modelləri  üzrə  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən edilmişdir ki,  müasir  korporativ  idarəetmənin  anqlo  –  amerikan,  alman, 
yapon  kimi  əsas  modelləri  mövcuddur  və  hər  bir  modelin  spesifik  xüsusiyyətləri 
vardır. 
-      Əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona  təsir  edən  amillər  üzrə  aparılmış 
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, əmək məhsuldarlığının yüksəldilməsi 
maddi-texniki, ictimai-iqtisadi və təşkilati amillərdən asılıdır. Tədqiqatlar nəticəsində 
müəyyən edilmişdir ki, əmək məhsuldarlığının yüksəldilməsinə istehsalın və əməyin 
mexanikləşdirilməsi,  istehsal  prosesinin  avtomatlaşdırılması,  kimyalaşdırılma  və 
elektrikləşdirmə, 
qabaqcıl  texnologiyanın  tətbiqi, 
mövcud 
avadanlıqların 
təkmilləşdirilməsi,  istehsalın  ixtisaslaşması  və  kooperasiyalaşması,  işçilərin  mədəni, 
texniki və təhsil səviyyələrinin yüksəldilməsi, qabaqcıl istehsalat təcrübəsinin tətbiqi, 
ə
mək  intizamının  möhkəmlənməsi,  operativ  rəhbərlik  və  idarəetmənin  təşkili  kimi 
amillər təsir göstərir. 
-      darəetmə  prosesi  və  onun  həyata  keçirilməsi  texnologiyası  üzrə  aparılmış 
tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  idarəetmə  prosesi  müəssisə  və 
təşkilatların  son  məqsədə  çatmaq  üçün  onun  fəaliyyətinin  həyata  keçirilməsinə  xid-
mət  edən  bir  prosesdir  və  onun  spesifik  xüsusiyyətləri  mövcuddur.  darəetmə 
texnologiyasının  məhsuldar  formada  aparılması  müəyyən  idarəetmə  resurslarının 
olmasını tələb edir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə