Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   26   27   28   29   30   31   32   33   34

102 
 
Dissertasiya  işində  idarəetmə  elminin  formalaşması,  müxtəlif  idarəetmə  məktəbləri 
və onların inkişaf xüsusiyyətləri, müasir idarəetmənin əsas funksiyaları araşdırılmış, 
son  dövrlərdə  çox  aktual  olan  və  idarəetmənin  yeni  sferası  sayılan  böhran 
vəziyyətlərində antiböhranlı idarəetmənin, müasir iqtisadiyyatda strateji idarəetmənin  
həyata  keçirilməsi,  müasir  korporativ  idarəetmə  modelləri  və  onların  fərqləndirici 
xüsusiyyətlərinin  müqayisəli  təhlili,  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona 
təsir  edən  amillər,  idarəetmə  prosesi  və  onun  həyata  keçirilməsi  texnologiyası 
araşdırılmışdır. 
Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  idarəetmənin 
keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun araşdırılması, idarəetmənin 
inkişaf  etdiyi  və  təkmilləşdirildiyi  bir  şəraitdə  müasir  idarəetmə  nəzəriyyələri  və 
konsepsiyalarının  öyrənilməsi  və  onların  müasir  idarəetmədə  tətbiqi  imkanlarının 
müəyyən olunmasıdır. 
Qarşıya qoyulmuş məqsəd aşağıdakı tədqiqat vəzifələrini müəyyənləşdirmişdir: 
-
  darəetmə elminin formalaşmasının araşdırılması; 
-
  Müxtəlif  idarəetmə  məktəbləri  və  onların  inkişaf  xüsusiyyətlərinin 
öyrənilməsi; 
-
  Müasir idarəetmənin əsas funksiyalarının müəyyən edilməsi; 
-
  Müasir iqtisadiyyatda strateji idarəetmənin öyrənilməsi; 
-
  Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmənin öyrənilməsi; 
-
  Müasir  korporativ  idarəetmə  modelləri  və  onların  fərqləndirici 
xüsusiyyətlərinin müqayisəli təhlili; 
-
  Əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona  təsir  edən  amillərin 
müəyyənləşdirilməsi; 
-
  darəetmə prosesi və onun həyata keçirilməsi texnologiyasının öyrənilməsi. 
Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  müasir  idarəetmənin 
həyata  keçirilməsi  prosesləri  təşkil  edir.  Tədqiqatın  predmeti  kimi  isə  müasir 
idarəetmə nəzəriyyələri və konsepsiyaları çıxış edir. 


103 
 
Tədqiqat  metodları.  Dissertasiya  tədqiqatının  metodoloji  əsasını  dialektik, 
sistemli analiz, statistik və analitik metodlar təşkil edir. 
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli və xarici 
müəlliflər  tərəfindən  yazılmış  müxtəlif  sferalar  üzrə  idarəetmə  və  menecment 
ə
dəbiyyatları, elmi işlər və internet məlumatları təşkil edir. Tədqiqatın informasiya 
bazası  aşağıdakı  tələblərə  əsasən  seçilmişdir:  dəqiqlik,  doğruluq,  obyektivlik, 
etibarlılıq, müasirlik, müqayisəlilik, əhatəlilik, uyğunluq. 
Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyini  müasir 
idarəetmənin  spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  müasir  idarəetmə 
nəzəriyyələri  və  baxışlarının  müxtəlif  sferalar  üzrə  müasir  idarəetmə  prosesində 
tətbiqi üzrə praktiki tövsiyyələr təşkil edir.  şin elmi yeniliklərinə aid aşağıdakıları 
göstərmək olar: 
-
  Müasir idarəetmənin əsas funksiyaları müəyyənləşdirilmişdir; 
-
  Müasir  iqtisadiyyatda  strateji  idarəetmənin  həyata  keçirilməsi  texnologiyası  
araşdırılmışdır; 
-
  Böhran  vəziyyətlərində  antiböhranlı  idarəetmənin  həyata  keçirilməsi 
araşdırılmışdır; 
-
  Müasir korporativ idarəetmə modelləri təhlil olunmuşdur; 
-
  Əmək məhsuldarlığının yüksəldilməsi yolları araşdırılmışdır. 
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işinin müddəaları makro və  mikro 
səviyyədə  idarəetmənin  həyata  keçirilməsi  zamanı  mühüm  praktiki  əhəmiyyət 
kəsb  edir.  Xüsusilə  də,  yerli  və  xarici  təşkilat  və  müəssisələr  tərəfindən  ümumi 
idarəetmə  prosesinin,  strateji  idarəetmənin,  böhran  vəziyyətlərində  antiböhranlı 
idarəetmənin,  korporativ  idarəetmənin  həyata  keçirilməsində  və  eləcə  də,  əmək 
məhsuldarlığının  yüksəldilməsi  istiqamətində  dissertasiya  işinin  müddəaları 
mühüm praktiki əhəmiyyət kəsb edir. 


104 
 
Dissertasiya  işinin  strukturu  və  həcmi.  Dissertasiya  işinin  strukturu  tədqiqat 
işində  qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrə  müvafiq  olaraq  müəyyən 
edilmişdir.  Dissertasiya  işi  girişdən,  üç  fəsildən,  nəticədən  və  istifadə  edilmiş 
ə
dəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiya  işinin  həcmi  98  səhifədən  ibarət 
olub, özündə 4 sxemi, 4 şəkili və 4 cədvəli əks etdirir. 
Dissertasiya  işinin  “ darəetmə  fikirlərinin  təkamülü”  adlı  birinci  fəslində 
aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır: 
-
  darəetmə elminin formalaşması;  
-
  Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri;  
-
  Müasir idarəetmənin əsas funksiyaları.  
darəetmə elminin formalaşması istiqamətində aparılmış tədqiqatlar nəticəsində 
müəyyən  edilmişdir  ki,  idarəetmə  təcrübəsinin  tarixi  çox  qədimdir.  E.ə  5000  il 
ə
vvəl Şumerlərin vaxtından tutmuş bu günümüzə qədər müxtəlif fərdlər və etnik 
qruplar  tərəfindən  idarəetmə  elminin  formalaşması  və  inkişafı  ilə  əlaqədər 
müxtəlif  tövhələr  verilmişdir.  Aparılmış  araşdırmalar  nəticəsində  müəyyən 
olunmuşdur ki, idarəetmənin tarixi qədim və orta əsrlər dövrü, sənayeləşmə dövrü, 
sistemləşmə  dövrü  və  müasir  dövr  olmaqla  dörd  dövrə  bölünmüşdür.  Hər  bir 
dövrün də özünəməxsus xarakterik xüsusiyyətləri mövcud olmuşdur. 
Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri üzrə aparılmış 
tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  elmi  idarəetmə  məktəbi  (  1886-
1920), klassik və ya inzibati idarəetmə məktəbi ( 1920-1950), insani münasibətlər 
məktəbi  (1930-1950),  davranış  qaydaları  haqqında  elmi  məktəb  və  müasir 
idarəetmə  (kəmiyyət)  məktəbi  (1950-  indiyədək)  kimi  müxtəlif  idarəetmə 
məktəbləri  mövcud  olmuşdur  və  hər  bir  məktəb  idarəetmə  elminin  inkişafında 
özünəməxsus  idarəçilik  elementlərini  bərqərar  etmişdir.  Tədqiqatlar  nəticəsində 
müəyyən  olunmuşdur  ki,  idarəetmə  elminin  təkmilləşdirilməsi  və  inkişafında 
F.U.Teylor, H.Hant, F.Cilbert, L.Cilbert, A.Fayol, H.Emerson, R.Robbi, Q.Xopf, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə