Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

65 
 
payları  haqqında  məlumat  verilmir,  direktorlar  və  menecerlərə  təqdim  olunan 
mükafatlar haqqında məcmu məlumat təqdim olunur.Yaponiyada informasiyanın nəşr 
olunması  prosesi  dünyada  ən  sərt  hesab  olunan  amerikan  modelindən  əhəmiyyətli 
dərəcədə fərqlənir. Yaponiyada maliyyə informasiyası hər yarımil üzrə, ABŞ - da isə 
hər  rüb  üzrə  təqdim  olunur;  Yaponiyada  idarəedici    və  direktorlara  ödənilən 
mükafatların  məcmu  məbləği  təqdim  olunur,  ABŞ  -  da  isə  hər  şəxs  üzrə  ayrılıqda 
birləşdirilir.  Bu  həm  də  iri  sahibkarların  siyahısına  aid  edilir:  səhm  paketinə  malik 
olan  səhmdarların  -  5%-  dən  çoxunu  təşkil  etdiyi  ABŞ  -  dan  fərqli  olaraq, 
Yaponiyada  bu  -  10  iri  səhmdardan  ibarətdir.  Bundan  başqa  amerikan  və  yapon 
mühasibat standartları arasında nəzərə çarpan fərqlər mövcuddur.Həmçinin alman və 
amerikan  maliyyə  hesabatları  standartları  arasında  da  fərqlər  mövcuddur.  Alman 
modelinin  maliyyə  hesabatının  başlıca  fərqi  ondadır  ki,  alman  korporasiyalarına 
ə
həmiyyətli dərəcədə böyük bölüşdürülməmiş mənfəət əldə etməyə icazə verilmir, bu 
isə korporasiyaya öz dəyərini ucuzlaşdırmağa imkan verir. 
Yapon  modeli  səhmdarların  tərkibində  müxtəlif  korporasiyaların  və  bankların 
yüksək  faizi  ilə  xarakterizə  olunur.  Bank  sistemi  korporasiyalarla  sıx  əlaqələrin 
mövcudluğu  ilə  fərqlənir.  Xarici  investorların  yapon  korporasiyalarındakı  payı 
minimaldır,  baxmayaraq  ki,  digər  ölkələrdən  olan  səhmdarların  kiçik  sayı  yapon 
sistemi  və  xarici  səhmdarlar  üçün  daha  rahat  bir  vəziyyətə  gətirib  çıxarardı.Yapon 
modelinin iştirakçıları arasındakı qarşılıqlı təsir Anqlo - amerikan modelindəki kimi  
güc balansının yaradılmasına deyil, işguzar əlaqələrin qurulmasına yönəldilmişdir. 
Yuxarıda qeyd olunan korporativ idarəetmə modelləri arasında əsas model kimi 
ingilis-amerikan  və  alman  modelləri  fərqləndirilir.  Dünyada  gedən  qloballaşma 
prosesləri  korporativ  münasibətlərin  Amerika  sxeminin  təzahürüdür.  Korporativ 
idarəetmənin və korporativ münasibətlərin inkişafı korporativ idarəetmə modellərinin 
də inkişafı və təkmilləşdirilməsini şərtləndirir. 
 
 
 


66 
 
III FƏS L: POST NDUSTR AL CƏM YYƏTDƏ  DARƏETMƏ 
NƏZƏR YYƏLƏR N N  NK ŞAFI. 
 
§
3.1.  Əmək məhsuldarlığının yüksəldilməsi nəzəriyyəsi 
Müxtəlif  təsərrüfat  formalarının  inkişafı,  əmtəə  –  bazar  münasibətlərinin 
formalaşması  və  istehsalın  iqtisadi  səmərəliliyi  ilk  növbədə  əmək  məhsuldarlığının 
yüksəldilməsindən asılıdır. Azad sahibkarlığa əsaslanan bazar iqtisadiyyatı şəraitində 
hər bir müəssisənin, firmanın başlıca məqsədi rəqabət qabiliyyətli, yüksək keyfiyyətli 
məhsullar  istehsal  edib  sataraq  daha  çox  mənfəət  götürməkdən  ibarətdir.  Mənfəətin 
artırılmasının əsas yolu isə əmək məhsuldarlığının yüksəldilməsi sayılır. Xüsusən də 
XXI əsrdə məhsuldarlıq səviyyəsi rəqabətdə müvəffəqiyyətin əsas göstəricisidir. 
Ə
mək  məhsuldarlığı  əmək  sərfi  ilə  istehsal  olunmuş  məhsulun  miqdarı 
arasındakı  istehsal  və  kəmiyyət  əlaqələrini  ifadə  edir.  nsanın  məqsədəuyğun 
fəaliyyətinin  səmərəlilik  dərəcəsi  və  ya  nəticəsi  vaxt  vahidi  ərzində  yaradılmış 
müəyyən  miqdar  istehlak  dəyərlərinin  miqdarında,  yaxud  məhsul  vahidinə  sərf 
olunmuş vaxtda ifadə olunur.  O, iş vaxtı vahidi ərzində istehsal olunmuş məhsulun 
miqdarı və ya məhsul vahidinin hazırlanmasına sərf olunan iş vaxtı ilə ölçülür. Əmək 
məhsuldarlığı  insanın  məqsədli  fəaliyyətinin  göstəricisidir.  O,  əmək  sərfinin 
səmərəlilik  dərəcəsi,  məhsul  istehsalında  əmək  xərclərinin  effektliliyi  kimi  də 
xarakterizə olunur.  
ctimai  istehsalın  artımının  əsas  hissəsi  əmək  məhsuldarlığının  yüksəldilməsi 
hesabına başa gəlir.  Əmək məhsuldarlığının yüksəldilməsi məhsulun maya dəyərinə 
təsir göstərir. O həmçinin məhsulun istehlak dəyərinə də təsirsiz ötüşmür. Beləliklə, 
ə
mək məhsuldarlığı kəmiyyət dəyişikliklərini əks etdirərək keyfiyyət dəyişikliklərinə 
səbəb  olur,  istehsal  münasibətlərini  təkmilləşdirir.  Əmək  məhsuldarlığı  həmçinin 
ictimai tərəqqiyə də gətirib çıxarır. 


67 
 
Ə
mək məhsuldarlığının yüksəldilməsi bir sıra sosial-iqtisadi proseslərə birbaşa 
və  ya  dolayı  təsir  göstərir.  Belə  bir  neçə  əks  təsirə  malik  olan  nəticələri  nəzərdən 
keçirək: 
-
  ctimai məhsulun artım tempinə; 
-
  Müəssisə, təşkilatların və milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə;  
-
  Məhsulun  maya  dəyərinə,  onun  keyfiyyət  parametrlərinə,  istehsalın 
mənfəətlilik səviyyəsinə 
-
  Həyat səviyyəsi göstəricisinə; 
-
  ş vaxtının azaldılması və asudə vaxtın artmasına  
Ə
mək  məhsuldarlığının  yüksəldilməsi  bir  çox  amillərin  təsiri  altında 
formalaşır.  Bu  amillərin  düzgün  təsnifatı  əmək  məhsuldarlığının  tənzimlənməsində 
və öyrənilməsində xüsusi rol oynayır. 
Ə
mək  məhsuldarlığının  amilləri  nəticəsində  məhsul  istehsalına  sərf  edilən 
ictimai-zəruri  iş  vaxtının  miqdarı  azalır  və  nəticədə  az  miqdar  əməklə  çox  miqdar 
məhsul istehsal etmək olur. Bütün amillər bir-biri ilə sıx əlaqədə olub, vahid sistem 
ə
mələ  gətirirlər.  Onların  hər  birinin  əmək  məhsuldarlığının  səviyyəsinə  təsiri 
müxtəlifdir.  
Ə
mək  məhsuldarlığına  təsir  baxımından  amillər  birbaşa  və  dolayı    təsir  edən 
amillərə bölünür.  
Birbaşa  təsir  edən  amillər:  idarəetmənin  təkmilləşdirilməsi;  iş  vaxtı  itkilərinin 
azaldılması;  zay  məhsul  buraxılışı  itkilərinin  azaldılması;  mexanikləşdirmə  və 
avtomatlaşdırma;  yeni  növ  avadanlıqların  və  texnikanın  tətbiqi,  avadanlıqların 
modernləşdirilməsi;  istehsalın  ixtisaslaşdırılması;  xammal,  material  və  enerjidən 
istifadənin yaxşılaşdırılması; məhsul keyfiyyətinin yüksəldilməsi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə