Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

46 
 
darəetmədə böhran halının mümkünlüyünün nəzərə alınmaması, nəinki böhranın baş 
verməsini gözlənilməz edəcək, həm də çoxlu digər səhvlərə səbəb olacaqdır.  
Böhran - ətraf mühitdə sosial iqtisadi sistemin (müəssisənin) fəaliyyətinə təhlükə 
yaradan  əksliklərin  kəskinləşməsidir.  Böhran  obyektiv  səbəblərdən  -  tsiklik  (dövrü) 
modernləşmə  və  struktur  dəyişmələri  ilə  bağlı  baş  verə  bilər.  Böhran  subyektiv 
səbəblərdən  -  iqlimin  xüsusiyyətlərindən  irəli  gələn  təbiət  hadisələri,  idarəetmədəki 
nəzarətsizlik,  özbaşınalıq  və  digər  səhvlərdən,  zəlzələlərdən  və  s.    baş  verə  bilər. 
Böhran  daxili  və    xarici  səbəblərdən  baş  verə  bilər.  Xarici  səbəblər  makroiqtisadi 
inkişaf  strategiyası  və  ya  dünyanın  iqtisadi  inkişaf  meyllərindən,  rəqabət,  ölkədəki 
siyasi  vəziyyətlə  əlaqədar  da  ola  bilər.  Daxili  səbəblər isə  marketinq  strategiyasının 
riskliliyindən,  daxili  münaqişələrindən,  istehsalın  təşkilindəki  çatışmazlıqlardan, 
idarəetmədəki  qeyritəkmillikdən,  innovasiya  və  investisiya  siyasətindən  irəli  gəlir. 
Ə
gər  böhranı  bu  cür  qəbul  etsək,  onda  demək  olar  ki,  böhran  təhlükəsi  hər  zaman 
mövcuddur.  Məhz  buna  görədə  onu  əvvəlcədən  görmək  və  proqnozlaşdırmaq 
lazımdır.  
Ümumi  və  lokal  xarakterli  böhranlar  mövcuddur.  Ümumi  xarakterli  böhranlar 
sosial - iqtisadi sistemi tam əhatə etdiyi halda, lokal xarakterli böhranlar  yalnız onun 
bir hissəsinə toxunur. Yaratdığı problemlərdən aslı olaraq böhranları makro və mikro 
kimi iki hissəyə bölmək olar.  Makro böhran probleminin həcmi və ölçüləri kifayət 
qədər  böyük  miqyaslı  olduğu  halda,  mikro  böhran  bir  problemi  və  ya  müəyyən 
problemlər qrupunu əhatə edir. Sosial-iqtisadi sistemdə problemlərin differensasiyası 
və  strukturlarından  asılı  olaraq,  böhralarının  inkişafında    iqtisadi,  sosial,  təşkilati, 
psixoloji  və  texnoloji  böhranları  fərqləndirmək  olar.  Bilavasitə  yaranma 
səbəblərindən aslı olaraq böhranlar ictimai, ekoloji və təbiətlə əlaqəli olaraq 3 hissəyə  
bölünür. Böhranlar həm də gözlənilməz və gözlənilən ola bilər. Bundan başqa aydın 
və latent ( gizli diqqəti cəlb etmədən meydana çıxan və ona görədə çox təhlükəli) bö-
hranlar  da  mövcuddur.  Böhranlar  kəskin  və  yumşaq  da  ola  bilər.  Bütün  mümkün 
böhranlar uzunmüddətli (davamlı) və qısa müddətli (ötəri) olmaqla da fərqləndirilir. 


47 
 
Böhran təhlükəsi hər zaman mövcuddur. Əgər böhranın xarakterini anlamaq və 
başa düşmək mümkündürsə, onun kəskinliyini azaltmaq, vaxtını qısaltmaq və ağrısız 
ötüşməsini  təmin  etmək  mümkündür.  Odur  ki,  böhran  vəziyyətinin  başlanması 
ə
lamətləri  və  onların  həlli  imkanlarının  qiymətləndirilməsi  çox  vacibdir.  Böhranın 
ə
lamətləri  hər  şeydən  əvvəl  onun  tipoloji  məsuliyyəti,  yəni  ölçüləri,  problemliliyi, 
kəskinliliyi, inkişaf sahəsi, səbəbləri, mümkün nəticələri və özünü göstərmə fazaları 
(dövrləri)  ilə  bağlıdır.  Böhranın  aradan  qaldırılması  idarə  edilə  bilən  prosesdir.  Bu 
sahədə insan inkişafı tarixində istehsal və iqtisadiyyatda baş vermiş bir çox  böhranlar 
haqqında  olan  məlumatlar  əsasında  danışmaq  olar.  darəetmənin  müvəffəqiyyəti 
böhranın əlamətlərinin başlanmasının vaxtında hiss edilməsindən asılıdır.  
Təşkilatda böhranların yaranması səbəbləri müxtəlif ola bilər. Ən vacib məsələ 
böhranın  inkişaf  simtomplarını  (əlamətlərini)  vaxtında  hiss  etmək  və  antiböhran 
idarəetmə  proqramından  vaxtında  istifadə  etməkdir.  Böhranın  amilləri,  simptomları 
və səbəblərini fərqləndirmək lazımdır. 
Böhranın  simptomu  (əlamətləri)  –  təşkilatın  fəaliyyət  və  inkişafını  əks  etdirən 
göstəricilərin vəziyyəti və onların dəyişmə tendesiyasıdır. Bu zaman göstəricilər həm 
qəbul  edilmiş,  normativ  ölçülərə  (dəyişmə  hədləri),  həm  də  bir-birinə  münasibətə 
görə  qiymətləndirilə  bilər.  Böhranın  simptomları  –  mənfi  tendesiyaların  ilk 
görüntüləri,  bu  tendesiyaların  davamlı  olması,  işgüzar  münaqişələr,  maliyyə 
problemlərinin  artması  və  s.  ola  bilər.  Simptom  –  böhranın  ilk,  xarici  görüntüləri 
olub, heç də həmişə əsil səbəbləri xarekterizə etmir, lakin bu simptomlar əsasında əsil 
səbəbləri aydınlaşdırmaq mümkündür. Böhranları yalnız simptomlara görə deyil, həm 
də səbəblər və real amillərə görə qiymətləndirmək lazımdır.  
Böhran  amili  –  bu  böhranın  başlanmasından  xəbər  verən  hadisə  və  ya  qeydə 
alınmış  vəziyyət  yaxud  tendesiyadır.  Böhranın  səbəbləri  –  bu  elə  hadisə  və  ya 
hadisələrdir ki, onun nəticəsində böhranın amilləri aşkar olunur. Məsələn, inflyasiya 
böhran  amilidir  və  inflyasiyanın  səbəbləri  pul  kütləsinin  artması  (  dövlət  borcu  və 
onun vaxtında qaytarılmaması səbəbindən ) ola bilər. Böhranın simptomları isə əmək 


48 
 
haqqının  kəskin  artımı,  qiymətlərin  yüksəlməsi  və  s.  ola  bilər.  Təşkilatda  böhran 
amili  məhsul  keyfiyyətinin  aşağı  düşməsi,  texnoloji  intizamın  pozulması,  texniki 
vasitələrin  köhnəlməsi,  kreditlər  üzrə böyük borc  və s.  ola  bilər.  Böhrana  səbəb  isə 
maliyyə-iqtisadi  səhvləri,  iqtisadiyyatda  ümumi  vəziyyət,  heyətin  aşağı  ixtisaslı 
olması, motivləşdirmə sistemindəki nöqsanlar ola bilər.  
Müəssisədə  baş  verən  bütün  prosesləri  idarəedilən  və  idarəedilə  bilməyən 
hissələrə bölmək olar. Düşünülmüş şəkildə müəyyən istiqamətdə onlara təsir etdikdə 
dəyişdirilməsi mümkün olan proseslərə idarə edilə bilən proseslər deyilir.  darə edilə 
bilməyən  proseslərin  istiqamət  və  xarakterini  dəyişmək  mümkün  deyil.  Müəyyən 
səbəblərdən  bu  proseslər  özlərinə  məxsus  qanunla  baş  verir  və  bu  proseslərin 
nəticəsində nə baş verməlidirsə o da baş verir. 
Antiböhranlı  inkişaf  -  müəssisə  məqsədlərinə  cavab  verən  və  onun  inkişafında 
obyektiv dəyişmə meyllərinə uyğun olan, böhranın qarşısını almağa və ya onu aradan 
qaldırmağa  kömək  edən,  idarə  edilən  prosesdir.  Bu  proses  əsasən  dörd  mərhələdən 
ibarətdir.  nkişafın  birinci  mərhələsi  -  adi  idarəetmə  olub,  səmərəliliyi  təmin  etmək 
üçün əlavə böyük xərclər tələb etmir, funksional məzmununa görə çoxşaxəli olmayıb 
elementar təşkilati formaları nəzərdə tutur.  nkişafın ikinci mərhələsi - istehsalda baş 
verən  mürəkkəbliklər  şəraitində  idarəetmə  olub,  öz  inkişafı  dövründə  istehsaldakı 
inkişafı  qabaqlamalıdır.Yalnız  bu  halda  o  səmərəli  ola  bilər.  Üçünçü  mərhələ  - 
istehsaldakı  mürəkkəbliklərə  uyğunlaşma  idarəetməsidir.  Bu  idarəetmə  istehsalda 
inkişafı  sürətləndirə  və  mürəkkəbliklərin  artmasına  səbəb  ola  bilər.  Dördüncü 
mərhələ  -  istehsalın  kifayət  qədər  yüksək  inkişaf  tempi  zamanı  idarəetmənin 
inkişafının  yavaşıldılmasıdır.  Bu  zaman  istehsalın  mürəkkəbliyi  və  idarəetmə  ara-
sında  yeni  uyğunsuzluqlar  yarana  bilər  ki,  bu  da  idarə  edən  və  idarə  edilən  sistem 
arasındakı nisbəti və mütənasibliyi poza bilər. 
Bu  gün  alimlərin  böyük  əksəriyyəti  qəbul  edir  ki,  yalnız  yeni  tip  idarəetmə 
iqtisadiyyatı  böhrandan  çıxarmağa  qadirdir.  Məhz  bu  tip  idarəetmənin  də  adı 
antiböhranlı  idarəetmədir.  Antiböhranlı  idarəetmə  -  müəyyən  mənada  böhran 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə