Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

37 
 
Təşkilatın  strategiyası  özündə  strateji  vəziyyətin  prioritetlərini,  resursları  və 
strateji məqsədlərə nail olunması üzrə atılacaq addımların ardıcıllığını müəyyən edən 
baş  hərəkət  planını  əks  etdirir.  Strategiyanın  başlıca  vəzifəsi  təşkilatın  hazırki 
vəziyyətindən  rəhbərliyin  təşkilatı  gələcəkdə  görmək  istədiyi  vəziyyətə 
çatdırmasından ibarətdir. 
Nəzərdə tutulan və ya planlaşdırılan strategiya hələ faktiki strategiya deyil, onun 
yalnız  bir  hissəsidir,  ikinci  hissə  isə  dəyişən  şərtlərlə  bağlı  rəhbərlik  tərəfindən 
operativ qəbul edilmiş strategiyadır. Sonuncular aşağıdakı səbəblərdən meydana gələ 
bilər:  iri  texniki  və  texnoloji  dəyişikliklərin  meydana  gəlməsi;  rəqiblərin  bazara 
uğurlu yeni məhsullar çıxarması; yeni qanunların və ya dövlət qərarlarının meydana 
çıxması;  dövlət  siyasətindəki  dəyişikliklər;  istehlakçıların  zövqlərinin  dəyişməsi  və 
ya başqa məhsullara meylli olmaları. 
Strateji  idarəetmə  strategiyaların  işlənib  hazırlanması  və  reallaşdırılması  üzrə 
təşkilatların  fəaliyyətləri  ardıcıllığını  müəyyən  edən  prosesi  əks  etdirir.  Strateji 
idarəetmə  məqsədlərin  qoyuluşunu,  strategiyaların  işlənib  hazırlanmasını,  lazımı 
resursların  müəyyən  olunması  və  təşkilata  qarşı  qoyulmuş  vəzifələrə  nail  olmağa 
imkan verən xarici mühitlə qarşılıqlı əlaqələrin saxlanılmasını da özündə birləşdirir. 
Seçilmiş  obyektdən  asılı  olaraq  strateji  idarəetmənin  aşağıdakı  istiqamətlərini 
fərqləndirirlər: 
-
  Korporativ strategiya – bütövlükdə təşkilatın strategiyası; 
-
  Biznes strategiyası – təşkilatın ayrı-ayrı strateji bölmələrinin strategiyası; 
-
  Funksional strategiya – funksional təsərrüfatçılıq zonalarının strategiyası. 
Strateji idarəetmənin obyektlərinin üç qrupunu fərləndirirlər: 
1.
  Təşkilat  -  strateji  idarəetmənin  obyekti  kimi  özündə  struktur  bölmələrini 
(strateji  təsərrüfatçılıq  bölmələrini)  birləşdirən  açıq  kompleks  sosial  –iqtisadi 
sistem kimi baxılır. 


38 
 
2.
  Strateji təsərrüfatçılıq bölmələri (STB) – təşkilatın fəaliyyətinin istiqaməti və 
ya  bir  sıra  yaxın  istiqamətlərin  məcmusu  kimi  başa  düşülür.  STB-lər  bazar 
prinsipləri  əsasında  işləyən  müstəqil  təsərrüfat  bölmələri  olub  bazarda  öz 
seqmentində  tam  rəqabət  qabiliyyəti  göstərməyə  qadir  olan  tədarükçü, 
istehlakçı və rəqiblər dairəsinə malikdirlər. 
3.
  Təşkilatın funksional zonaları – müəyyən funksiyaların yerinə yetirilməsi üzrə 
ixtisaslaşan  və  həm  ayrı-ayrı  STB-nin,  həm  də  təşkilatın  effektli  fəaliyyətini 
təmin  etmək  üçün  təşkilat  cəhətdən  funksional  struktur  bölmələrinə  həvalə 
edilən fəaliyyət sferası başa düşülür. 
Strateji idarəetmənin iki əsas son məhsulunu bir-birindən fərqləndirirlər. Birincisi, 
yaxın  perspektivdə  məqsədə  çatmağa  imkan  verən  təşkilatın  potensialı.  Təşkilatın 
potensialı  dedikdə  təşkilatın  malik  olduğu  xammal,  maliyyə  və  insan  resursları, 
istehsal  olunmuş  məhsullar  və  xidmətlər,  izlənməsi  təşkilata  öz  məqsədlərinə 
çatmağa  kömək  edən  sosial  davranış  qaydaları  toplusundan  ibarətdir.    Strateji 
idarəetmənin  digər  son  məhsulu  isə  xarici  mühitdə  təşkilatın  dəyişikliklərə  olan 
həssaslığını təmin edən daxili struktur və təşkilati dəyişikliklərdir. 
Strateji idarəetmənin əsasını strateji planlaşdırma təşkil edir. Strateji planlaşdırma 
özündə  təşkilatın  məqsədinin  seçilməsi  və  həlli  prosesini,  buna  nail  olma  yollarını 
birləşdirir.  O,  bütün  idarəetmə  qərarlarının  əsasını  təşkil  edir.  Strateji  planlaşdırma 
təşkilatın  niyyət  və  məqsədlərinin  formalaşdırılması,  lazımı  resursların  müəyyən 
edilməsi  və  əldə  olunması  üçün  xüsusi  strategiyaların  seçilməsi  və  təşkilatın 
gələcəkdə  effektiv  işini  təmin  etmək  məqsədilə  onların  bölüşdürülməsi  prosesidir. 
Strateji  planlaşdırma  prosesi  idarəetmə  qərarlarının  qəbul  edilməsinə  kömək  edən 
alətdir. Onun əsas vəzifəsi ətraf mühitdə baş verən dəyişikliyə adekvat reaksiya verə 
bilən  yeniliklərin  və  təşkilati  dəyişikliklərin  təminatından  ibarətdir.  O.  təşkilatın 
artımını  təmin  edən  və  onun  mövqelərinin  möhkəmləndirilməsinə  xidmət  edən 
ümumi istiqamətlərin təyin olunması ilə yekunlaşır. 
Strateji planlaşdırma prosesi aşağıdakı mərhələləri əhatə edir (Sxem 2.1.1): 


39 
 
1)  Niyyət  və  məqsədlərin  müəyyənləşdirilməsi; 2)  Xarici  mühitin təhlili; 3)  Zəif 
və güclü tərəflərin təhlili; 4) Strateji alternativlərin təhlili və  strategiyanın seçilməsi; 
5)Strategiyanın reallaşdırılmasının nəticəsi; 6) Strategiyanın qiymətləndirilməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 2.1.1   Strateji planlaşdırma prosesinin modeli 
 
Strateji planlaşdırma prosesinin qeyd olunmuş mərhələlərini daha geniş izah edək. 
Missiya və məqsədlərin müəyyənləşdirilməsi. Missiya ali məqsəddir. Ali məqsəd 
təşkilatın  ictimai  statusunu  formalaşdırır.  Strateji  planlaşdırma  zamanı  təşkilatın 
missiya  və  məqsədlərinin  seçilməsi  birinci  və  ən  məsuliyyətli  qərardır.  Missiya  və 
məqsədlər  planlaşdırmanın  bütün  sonrakı  mərhələləri  üçün  oriyentir  rolunu  oynayır 
və    alternativ  inkişafı  təhlil  edərkən  təşkilatın  fəaliyyət  istiqamətinə  müəyyən 
məhdudiyyətlər  qoyur.  Missiyanın  əsasında  onun  hüdudları  çərçivəsində  işlənib 
hazırlanan əsas məqsədlər durur. 
Təşkilatın məqsədlərinin formalaşdırılması üzrə bir neçə addımdan ibarət alqoritm 
tövsiyyə olunur: 
-
  Məqsədlərin təşkilatın uğurlu inkişafının zəruri şərti kimi təqdim olunması və 
formalaşdırılmasının vacibliyinin dərk edilməsi.  
-
  Məqsədlərin ifadə edilməsi (formalaşdırılması).  
-
  Məqsədlərin məntiqi qurulması 
-
  Əməkdaşların məqsədlərin formalaşdırılmasına cəlb edilməsi.  
Niyyət və məqsədlər 
Xarici mühitin 
təhlili 
Zəif və güclü tərəflərin 
təhlili 
Strateji alternativlərin 
təhlili və  strategiyanın 
seçilməsi 
Strategiyanın 
reallaşdırılmasının 
nəticəsi 
Strategiyanın 
qiymətləndirilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə