Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   2   3   4   5   6   7   8   9   ...   34


 
 
Cədvəl 1.1.1 
Qədim və müаsir dövrdə təşkilаtlаrın və idarəetmə xüsusiyyətlərinin müqаyisəsi. 
Qədim təşkilat 
Müasir təşkilat 
Böyük təşkilаtlаrın оlmаmаsı, nəhəng 
təşkilаtlаrın istisnаsı 
Çоxlu sаydа kоmmеrsiyа və qеyri-kоmmеrsiyа 
təşkilаtlаrı kimi böyük və nəhəng təşkilаtlаrın оlmаsı 
Nisbətən аz sаydа rəhbərlər, 
о
rtа pilləli rəhbərlərin olmaması 
О
rtа pilləli və ümumiyyətlə rəhbərlərin çоxlu sаydа 
о
lmаsı 
Qеyri-idаrəçilik fəaliyyətindən sеçilməyən və 
а
yrılmаyаn idаrəçilik işi 
Dəqiq аyrılmış idаrəçilik qruplаrı, idаrəçilik işi qеyri 
idаrəçilikdən qəti аyrılmış və qəbul оlunmuşdur 
Rəhbər vəzifələrin təşkilаtlаrdа çоx  
vaxt irsən və yа güc yоlu ilə tutulmаsı 
Rəhbər vəzifələrin təşkilаtlаrdа çоx vаxt sеçkili və 
səlаhiyyətli şəkildə qаnunа muvаfiq оlаrаq tutulmаsı 
Təşkilаtlаrdа mühüm qərаrlаrın qəbul 
о
lunmаsınа qаdir оlаn аz sаydа  
а
dаmlаrın оlmаsı 
Təşkilаtlаrdа mühüm qərаrlаrının qəbul оlunmаsınа  
qаdir оlаn çоxlu sаydа аdаmlаrın оlmаsı 
Ə
mrə və intuisiyаyа mеyl 
Kоllеktiv və fərdi qаydаdа əməyə mеyl 
 
dаrəеtmə  bütün  tаrix  bоyu  mövcud  оlmuşdur.  Аmmа  оnun  təsirеtmə 
xüsusiyyətləri və icrа mеxаnizmi bаşqа cür оlmuşdur. 
Kiçik kold Corcun “ darəçilik fikrinin tarixi” kitabının “ darəçilik kontinuumu”
1
 
(kontinuum  –  latıncadan  –  proses  və  hadisələrin  arasıkəsilməzliyi,  fasiləsizliyi  kimi 
tərcümə  olunur)  adlı  başlığında  eramızdan  5000  il  əvvəl  idarəetmənin  inkişafı 
mərhələləri  verilir.  Həmin  başlıqda  Şumerlərin  mixi  yazıları  kəşf  etməsindən 
başlayaraq  psixologiya  və  insan  davranışının  idarəetmədə  mühüm  yer  tutmasına 
qədər XX əsrin 50-ci illərinədək olan bütün hadisələrin qeydiyyatı aparılmışdır.  
Fərd  və  etnik  qrupların  müxtəlif  tarixlərdə  idarəetmənin  formalaşması  və 
inkişafına verdikləri əsas tövhələrdən bəzilərini qeyd edək: 
-
  E.ə  5000  il  əvvəl  Şumerlər  tərəfindən  yazılış  və  faktların  qeydiyyatının 
aparılması; 
-
  E.ə  4000  il  əvvəl  Misirlilər  tərəfindən  planlaşdırma,  təşkiletmə  və 
nəzarətin zəruriliyinin qəbul edilməsi; 
                                                            
1
 İstinad olunan mənbə: Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. “Menecment”. Bakı, 2007, səh. 41-47       



 
-
  E.ə  350  il  əvvəl  Platon  tərəfindən  elmi  metodlardan  istifadə,  əmək 
metodlarının  və  iş  ahənginin  öyrənilməsi,  ixtisaslaşma  prinsipinin 
formalaşdırılması; 
-
  E.ə 325 il əvvəl Böyük Aleksandr tərəfindən qərargahın yaradılması; 
-
  1340-cı ildə L.Paçoli tərəfindən ikili mühasibatın yaradılması; 
-
  1776-ci  ildə  Adam  Smit  tərəfindən  sənaye  işçilərinə  ixtisaslaşma 
prinsipinin  tətbiqi,  nəzarət  konsepsiyası,  əməyin  ödənilməsinin 
hesablanması; 
-
  1800-cü ildə Ceyms Uatt tərəfindən standart əməliyyatlar, ixtisaslaşma, iş 
metodları,  planlaşdırma,  əmək  haqqı  vasitəsilə  stimullaşdırma,  standart 
vaxt,  standart  məlumatlar,  qulluqçular  üçün  bayramların  təşkili,  bayram 
hədiyyələri, qulluqçuların sığorta cəmiyyətləri, balans və hesabatın təftişi; 
-
  1810-cu  ildə  Robert  Ouen  tərəfindən  şəxsi  təcrübədən  istifadə,  işçilərin 
hazırlanması  ilə  bağlı  məsuliyyət,  işçilərə  hər  cür  şəraiti  olan  evlərin 
tikilməsi; 
-
  1820-ci  ildə  Ceyms  Mill  tərəfindən  insan  motivasiyasının 
ümumiləşdirilməsi və təhlili; 
-
  1886-cı  ildə  Henri  K.Metkalf  və  Henri  P.Taun  tərəfindən  menecment 
sənəti, idarəetmə elmi; 
-
  1900-cu  ildə  Frederik  V.Teylor  tərəfindən  elmi  menecment,  sistemli 
yanaşma,  kadr  menecmenti,  əməklə  menecment  arasında  kooperasiyanın 
zəruriliyi,  yüksək  əmək  haqqı,  əməklə  menecment  arasında  bərabərlik, 
funksional  təşkiletmə,  sexlərə  tətbiq  zamanı  müstəsnalıq  prinsipi,  maya 
dəyərinin  qiymətləndirilməsi  sistemi,  metodik  tədqiqatlar,  iş  saatının 
tədqiqi,  elmi  menecmentin  müəyyənləşməsi,  menecmentin  işinə 
arxalanmaq, 
tədqiqatlar, 
planlaşdırma, 
standartlar, 
nəzarət 
və 
kooperasiyaya arxalanmaq; 
-
  1900-cu  ildə  Frenk  B.Cilbert  tərəfindən  motivasiyalı  tədqiqatlar 
aparılması; 



 
-
  1901-ci  ildə  Henri.  L.Hant  tərəfindən  mükafatlandırmanın  vəzifə  və 
sistemi, əməyə humanist yanaşma, Hant sxemi, işçilərin hazırlanması ilə 
ə
laqədar menecerlərin məsuliyyəti; 
-
  1910-cu  ildə  Xyuqi  Münsterberq  tərəfindən  menecmentdə  və  işdə 
psixologiyadan istifadə, effektiv injirinq, effektivliyin prinsipləri; 
-
  1916-cı  ildə  Anri  Fayol  tərəfindən  menecmentin  ilkin  tam  nəzəriyyəsi, 
menecmentin  funksiyaları  və  prinsipləri,  tədris  müəssisələrində 
menecmentin bir fənn kimi tədris edilməsi zəruriliyinin qəbul edilməsi; 
-
  1923-cü  ildə  Oliver  Şeldon  tərəfindən  menecment  fəlsəfəsinin  və 
menecmentin prinsiplərinin inkişaf etdirilməsi; 
-
  1927-ci  ildə  Elton  Meyo  tərəfindən  qrup  səylərində  sosioloji 
konsepsiyanın yaradılması; 
-
  1930-cu  ildə  Meri  P.Follet  tərəfindən  fərdi  motivasiyaya  əsaslanmış 
menecment  fəlsəfəsi,  menecment probleminin həllinə  qrup  yanaşmasının 
yaradılması; 
-
  1938-ci  ildə  Çester  Barnard  tərəfindən  təşkiletmə  nəzəriyyəsi, 
menecmentin 
sosioloji 
aspektləri, 
kommunikasiyanın 
zəruriliyi 
ideyalarının irəli sürülməsi; 
-
  1943-cü ildə Lindell Urvik tərəfindən Menecment prinsiplərinin bir araya 
gətirilməsi və korrelyasiyası; 
-
  1947-ci  ildə  Maks  Veber  tərəfindən  təşkiletmə  nəzəriyyəsi  üzrə  insani 
münasibətlərin  tədqiqatında    sosioloji  psixologiyaya  və  ümumi 
psixologiyaya əsaslanması; 
-
  1960-cı  ildə  Duqlas  Mak-Qreqor  tərəfindən  “X”  və  “Y”  nəzəriyyəsinin 
ə
sasının  qoyulması.  Menecerlərin  tabeçilikdə  olanlara  münasibətinin 
onların  davranışına  və  təşkilatdakı  iş  mühitinə  əhəmiyyətli  dərəcədə 
təsirinin sübut edilməsi; 
-
  1965-ci ildə  qor Ansoff tərəfindən strateji planlaşdırma modelinin təklif 
edilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə