Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   2   3   4   5   6   7   8   9   ...   34

10 
 
-
  1975-ci  ildə  Uilyam  Ouçi  tərəfindən  Firma  nəzəriyyəsinin  inkişafı, 
bazarın qeyri təkmilliyinin müəyyən olunması; 
-
  1980-cı  ildə  Maykl  Porter  tərəfindən  nisbi  rəqabət  strategiyasının 
yaradılması,  rəqabət  qabiliyyəti  haqında  yeni  ideyaların  irəli  sürülməsi; 
1982-ci ildə Terens Dill və Alan Kennedi tərəfindən “Təşkilati davranış” 
və korporativ mədəniyyət konsepsiyasının yaradılması; 
Qeyd olunan fərd və kollektivlərin idarəetməyə verdikləri tövhələri idarəetmənin  
darəetmənin tarixini dörd dövrə bölmək olar: 
1.Qədim  və  orta  əsrlər  dövrü.  darəetmənin  tarixi  qədimdir.  Ibtidai  icma 
quruluşunda  tayfalar  və  qəbilələr  rəhbərlər  tərəfindən  idarə  olunurdu.  Misir 
ehramlarının,  Babilistanın  asma  bağlarının,  Çin  səddinin  inşaası  onu  göstərir  ki, 
həmin  dövrdə  idarəetmə  mövcud  olmuşdur.  Əks  halda,  həmin  tikinti  abidələri  və 
nümunələri inşa oluna bilməzdi. Lakin onu da qeyd etmək lazımdır ki, qədim dövrdə 
idarəetmə çox primitiv qaydada həyata keçirilirdi.  
ctimai  formasiyalar  bir-birini  əvəz  etdikcə,  idarəetmə  də  müəyyən  qədər 
təkmilləşirdi. Məsələn quldarlıq dövründə, daha sonra feodalizm dövründə təsərrüfat 
sahələrinin inkişafı idarəetmənin nisbətən təkmilləşməsinə səbəb olurdu. Bu nöqteyi 
nəzərdən, orta əsrlər dövründə idarəetmə nisbətən inkişaf etməyə başladı. Ticarət mü-
nasibətlərinin  inkişafı,  torpaqların  ayrı-ayrı  adamların  əlində  cəmləşməsi,  yeni  tə-
sərrüfat  sahələrinin  yaranması  və  inkişafı  idarəetmə  əməyinin  təkmilləşməsini  tələb 
edirdi. 
2. Sənayeləşmə dövrü. Sənayeləşmə dövrü sənaye  sahələrinin yaranması, xırda 
müəssisələrin  iri  müəssisələrdə  təmərküzləşməsi,  kiçik  əmək  kollektivlərinin  böyük 
heyətlərdə  birləşməsi  ilə  əlaqədar  idi.  Bu  dövr  XVIII  əsrin  axırlarından  XIX  əsrin 
axırlarınadək olan dövrü əhatə edirdi. Sənayeləşmə dövründə idarəetmə sahəsində ye-
ni  prinsiplər  və  metodlara  ehtiyac  yaranırdı.  Bu  cür  prinsip  və  metodlar  mürəkkəb 
idarəetmə formalarını asanlaşdırmaq məqsədini güdürdü. Yaranan sənaye sahələri ar-
tıq köhnə idarəetmə texnologiyası ilə idarə oluna bilmirdi.  
Sənayeləşmə dövründə idarəetmə fəaliyyəti özünün inkişafının yeni mərhələsinə 


11 
 
qədəm  qoyurdu.  ri  zavod  və  fabriklərin  rəhbərləri  idarəetmə  təcrübəsinə  sahib  ol-
maqla fəaliyyətə yeniliklər gətirirdilər. Belə ki, rəhbərlər idarəetməni asanlaşdırmaq 
üçün  idarəetmə  strukturunu  genişləndirir,  aşağı  rəhbərlərin  nəzarət  fəaliyyətindən 
yararlanmağa çalışırdılar. 
3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə dövrünün yaranması ilə əlaqədar 
olmuşdur. Sistemləşmə dövründə idarəetmə bir elm kim sistemləşdi və onun funksi-
yaları, metodları, prinsipləri tədqiq olunmağa başladı.  darəetməyə elmi yanaşma ilk 
dəfə 1911-ci ildə Fredrik Teylor tərəfindən həyata keçirilmişdir. F.Teylor “ darəetmə-
nin prinsipləri” kitabını yazmış və həmin vaxtdan idarəetmə bir elm kimi tanınmışdır.  
4.  Müasir  dövr.  Bu  dövr  idarəetmənin  tarixi  dövrləri  arasında  ən  mütərəqqi 
səciyyə daşıyır. Müasir dövr idarəetmədə riyazi- iqtisadi modellər və üsulların tətbiqi 
ilə  xarakterizə  olunur.  darəetmənin  müasir  dövründə  yeni  texnologiyaların  idarəet-
məyə  gətirilməsinə  üstünlük  verilir.  Yeni  rabitə  texnologiyalarının  köməyi  ilə 
informasiyaların ötürülməsi, kompüter texnologiyası vasitəsilə riyazi hesablamaların 
aparılması, məlumatların uçota alınması, saxlanılması, işlənməsi və ötürülməsi, tex-
niki vasitələrlə hadisələrin gedişatını izləmək və müşahidələr aparmaq idarəetmənin 
müasir  dövrünün  xarakterik  xüsusiyyətlərindəndir.  Bu  hallar  idarəetmə  sahəsində 
vaxta, əl əməyinə xeyli qənaət olunmasına, işin səmərəliliyinin, sürətinin və keyfiy-
yətinin yüksəldilməsinə səbəb olur. 
darəetmənin  tarixi  dövrləri  idarəetmə  elminin  formalaşması  və  inkişafında 
mühüm rol oynamışdır. Çünki idarəetmənin bu tarixi dövrlərində idarəetmə elminin 
müxtəlif tərəfləri öyrənilmiş, bu sahədə tədqiqatlar aparılmış və problemlər araşdırıl-
mışdır.  darəetmə  elminin  hazırki  duruma  gəlib  çıxmasına  idarəetmənin  tarixi 
dövrləri ciddi təsir göstərmişdir. 
 
 
 


12 
 
§1.2.  Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri 
dаrəеtmə  bütün  tаrix  bоyu  mövcud  оlmuşdur.  Аmmа  оnun  təsirеtmə 
xüsusiyyətləri  və  icrа  mеxаnizmi  bаşqа  cür  оlmuşdur.  darəetmənin  inkişаfınа  əsаs 
təkаn  vеrən  qüvvə,  ngiltərədə  bаş  vеrmiş  sənаyе  inqilаbı  оlmuşdur.  Аmmа 
idаrəеtmənin  inkişаfındа  və  uğurlаrındа  əhəmiyyətli  sıçrаyış    ilk  dəfə  Аmеrikаdа 
yаrаnmışdır.  XIX  əsrin  əvvəllərində  АBŞ    yеgаnə  ölkə  idi  ki,  оrаdа  insаn  özünün 
milliyyəti və mənşəyi ilə bаğlı prоblеmləri  unudаrаq öz pеşəsi üzrə  iş tаpа bilirdi. АBŞ 
dövləti yаrаndığı gündən təhsil аlmаq istəyənləri ciddi dəstəkləmişdir. Təhsil, insаnlаr 
а
rаsındа  intеllеktuаl  səviyyənin  yüksəlməsi,  müxtəlif  sаhələrdə,  еləcə  də  biznеs 
sаhəsində  və  idаrəеtmədə  üstünlük  yаrаdırdı.  Bu  və  yа  digər  аmillər  iri  istеhsаl 
sаhələrinin  mеydаnа  gəlməsinə  səbəb  оldu  ki,  bu  dа  оnlаrın  еlmi  yоllа 
təkmilləşdirilməsini və yеni idаrəеtmə üsullаrının tətbiqini tələb еdirdi. 
darəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin 
böyük  rolu  olmuşdur.  darəetmə  məktəbləri  bu  sahədə  nəzəri  biliklərin  formalaş-
masında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin veril-
məsində xüsusi rol oynamışdır. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən 
tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir: 
1.
 Elmi idarəetmə məktəbi ( 1886–1920) 
2.
 Klassik və ya inzibati idarəetmə məktəbi ( 1920 – 1950) 
3.
  nsani münasibətlər məktəbi ( 1930 – 1950) 
4.
 Davranış qaydaları haqqında elmi məktəb 
5.
 Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950 – indiyədək). 
Elmi  idarəetmə  məktəbi  idarəetmə  elminin  yaradıcısı  hesab  edilir.  Onun 
nümayəndələrindən  Fredrik  Uinslou  Teylor,  Henri  Hant,  Frenk  Cilbert,  Lillian 
Cilbert və başqalarını göstərmək olar. 
Bu məktəbin banisi Fredrik Uinslou Teylor olmuşdur. Qərb alimlərinin fikrincə 
1911-ci  ildə  Fredrik  Uinslou  Teylor  (1856  –  1915)  “Elmi  idarəetmənin  prinsipləri” 
kitabını dərc etdirməklə ilk dəfə idarəetməyə elmi yanaşmanın əsasını qoymuşdur. O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə