481
t bizim eradan 15 min il əvvəl bütün heyvanlardan qabaq əhliləşdirilmişdir. Ev itlərinin əjdadı janavar, bəzi
yerdə isə çaqqal olmuşdur. tin yüzlərlə cinsi vardır. Pişik isə ilk dəfə Şərq ölkələrində əhliləşdirilmişdir.
Ov heyvanları da alqı-satqı müqaviləsinin predmeti qismində çıxış edə bilər. Hələ qədimdən heyvanlar ov-
lanıb istifadə olunur. Onların dərisindən də istifadə edilir. Ölkəmizdə ov heyvanlarının bir çox növlərinin təbii
ehtiyatı azaldığı üçün ovlanması müvəqqəti dayandırılmışdır. Söhbət Xəzər suitisi, maral, cüyür, jeyran, dağ
qoyunu, tur, dağ keçisi, qarapaça, boz ayı və digər heyvanlardan gedir. Bu kimi ov heyvanları alqı-satqı mü-
qavilə
sinin predmeti kimi çıxış
edə
bilmə
z. Xəz dərisindən istifadə etmək üçün samur, suiti, norka, sinjab, də-
lə, tülkü, çaqqal, janavar, qunduz və s. ovlanır. Bəzək-estetik məqsədlər üçün qəfəsdə saxlanan heyvanlar
Avropa ölkələrinə nisbətən Azərbayjanda azdır.
Quşlar da alqı-satqı müqaviləsinin predmeti ola bilər. Təxmini hesablamalara görə dünyada yüz milyard
başa qədər quş yaşayır və onlar doqquz min növə daxildir. Quşlar da ev quşları və ov quşları adlı iki yerə ay-
rılır. Ev quşları əsasında quşçuluq inkişaf edir. Quşçuluq heyvandarlığın çox əlverişli və xeyirli sahəsidir. Bu
elə bir sahədir ki, o, az vaxtda çoxlu miqdarda və yüksək keyfiyyətli ərzaq məhsulları verməyə qadirdir, Quş
ə
tinin dadı yaxşı, qidalılığı yüksəkdir, tez və rahat həzm olunur. Ona görə pəhriz xörəklərinin çoxunu və uşaq
xörəklərini hazırlamaq üçün quş əti əlverişlidir. Toyuq yumurtaları çox vacib ərzaq məhsuludur. Yumurtadan
yeyinti sənayesində geniş istifadə olunur. Quş əti və yumurta hətta müalijəvi əhəmiyyətə malikdir, bəzi dərman-
ların hazırlanmasında yumurtadan istifadə olunur. Lələkdən yorğan, balış və döşək düzəldilir. Dünyada geniş
istifadə edilən əsas ev quşları toyuq, qaz, ördək, hind toyuğu, tovuz quşu və göyərçinlərdir. Bundan əlavə, bə-
zək quşu olan bülbül, tutuquşu və başqaları ev quşu kimi bəslənib saxlanır. Biz tez-tez bu cür quşların alınıb-sa-
tılmasının şahidi oluruq.
Ov quş
ları da alqı-satqı müqaviləsinin predmeti ola bilər. Keçmişdə quşların demək olar ki, hamısı ov quşu
hesab edilirdi. 1950-ci illərdən sonra Azərbayjanda ov quşlarının tədarük edilməsi aradan götürüldü. Ovçuluqda
qayda-qanun yaradıldı. cazəli quş ovlanmasının vaxtı, yeri, qaydası və miqdarı müəyyənləşdirildi. Ov məhsulları
satmaq qadağan edildi. Hər kəs ovladığı quşu yalnız özü istifadə edə bilər. Təbii ehtiyatı azalmış quşların ovlan-
ması dayandırıldı.
Hazırda Azərbayjanın əsas ov quşları bir neçə növ ördək, qaz, qaşqaldaq, cüllüt, kəklik, bildirçin və qır-
ğ
ıdır. Biz tez-tez bazarlarda bu cür ov quşlarının satıldığının şahidi oluruq.
Balıqların təsərrüfat əhəmiyyətinə malik olması onun alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etmə-
sini şərtləndirir. Hazırda dünya əhalisinin heyvani zülala olan ehtiyajının 35-40%-nə qədərini balıq məhsulları
təşkil edir. Bu məhsullar konserv, dondurulmuş, duzlanmış, ədviyyatlı və hisə verilmiş halda emal olunur. Balıq
yağı çox faydalı məhsuldur. Bəzi balıqların dərisi qalantereya sənayesi üçün xammal mənbəyi ola bilər. Nəha-
yət, balıq məhsulları yüksək keyfiyyətli ərzaqdır. Balıq ətinin tərkibində fosfor maddələri çoxdur ki, bu maddə-
lərin zehni əmək adamları üçün vacib əhəmiyyəti vardır. Balıq estetik əhəmiyyətə də malikdir. Min cür al-əlvan
rəngli, zahirən çox gözəl görünən akvarium balıqları mənzil-məişətin bəzəyidir. Həvəskar balıqçılıq, hər şeydən
ə
vvəl, əsəb xəstəliklərinin müalijəsində müəyyən əhəmiyyətə malikdir. Balıq kürüsü yüksək keyfiyyətli qida
məhsuludur. Bakı bazarlarında nərə, siyənək, çəki və digər balıq növlərinin tez-tez satılmasını görürük.
Balıq ehtiyatının qorunması ilə əlaqədar qanunsuz tutulan hər bir balıq üçün jərimə müəyyən edilmişdir.
Beləliklə, heyvanlar, quşlar və balıqlar insanın həyatında böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanla-
rın ətindən, dərisindən, sümüyündən istifadə edirdilər. Zaman keçdikjə insanlar tədrijən müxtəlif heyvanları əh-
liləşdirmiş və onlardan maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfat
cəmiyyəti yeyinti məhsulları və yüngül sənaye xammalı ilə təmin edir.
nsan üçün heyvanların, quşların və balıqların əhəmiyyəti böyük və çoxcəhətlidir. Onların ətindən, xəz dəri-
sindən, piyindən, daxili orqanlarından ərzaq, sürtmə yağı, ətriyyat maddələri, müalijə-profilaktika dərmanları
alınır. Heyvanların, quşların və balıqların istehlakçılara çatdırılmasında alqı-satqı müqaviləsi hüquqi forma
rolunu oynayır. Lakin elə heyvan növləri vardır ki, onlar alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Azər-
bayjanın Qırmızı kitabına daxil edilmiş heyvanlar bu cür heyvanlardan hesab edilir. Məsələn, ilan balığı Qırmı-
zı kitaba daxil edilib.
§ 2. Müqavilənin məzmunu
1. Satıcının vəzifələri
Heyvanların, quşların və balıqların alqı-satqısı müqaviləsinin məzmunu tərəflərin hüquq və vəzifələrindən
ibarə
tdir. Heyvan, quş
və
balıq satıcısının ə
sas və
zifə
si heyvan, quş
və
balıqları baş
lıja qüsur olmadan
alıcıya vermə
kdə
n ibarətdir (MM-in 609.1-ci maddəsi).
Baş
lıja qüsurlar dedikdə heyvanlarda müəyyən xəs-
təliklərin olması başa düşülür. Qanun faydalı, damazlıq və yaxud yeyinti məhsulları əldə etmək məqsədi ilə kə-
silmək üçün heyvanlar (jıdır və yük heyvanları, qaramal, qoyunlar və keçilər və s.) satıldığı halda onun başlıja
qüsurlara malik olmasını şərtləndirən xəstəliklərin dairəsini müəyyən edir (MM-in 609.2-ci və 609.3-cü maddə-