Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   2   3   4   5   6   7   8   9   ...   23

14 

 

  Neftlərin  molekul  kütlələri  çox  geniş  intervalda,  əsasən  220-300  arasında 



dəyişir. Neft fraksiyasının qaynama temperaturu artdıqca, onların molekul kütləsi 

də artır. 

Neft  və  neft  məhsullarının  alışma,  alovlanma  və  öz-özünə  alovlanma 

temperaturlarını təyin etməklə, onun yanğına qarşı təhlükəsizliyi təmin edilir.  

Neft və neft məhsullarının buxarlarına kənardan od mənbəyi yaxınlaşdırdıqda 

sönməyən  alov  əmələ  gəlirsə,  həmin  minimal  temperatura  –  alovlanma 

temperaturu  deyilir.  Ağır  neft  məhsullarının  öz-özünə  alovlanma  temperaturu 

yüngül  neft  məhsullarınkına  nisbətən  aşağı  olur.  Benzinin  öz-özünə  alovlanma 

temperaturu 500 

0

C olduğu halda, yağların öz-özünə alovlanma temperaturu 300



0

olur.  Buna  səbəb,  yüksək  molekullu  karbohidrogenlərin  kiçik  molekullu 



karbohidrogenlərə nisbətən asan oksidləşməsidir.  

Neft məhsullarının tərkibi haqqında qısa müddətdə fikir söyləmək və onların 

istehsalı zamanı keyfiyyətinə nəzarət etmək üçün, çox zaman şüasındırma əmsalı, 

molekulyar  refraksiya  və  refraksiya  intersepti  kimi  optik  xassələrdən  istifadə 

olunur.  Neftin  optik  xassələrini  şüasındırma  əmsalı,  molekulyar  refraksiya  və 

refraksiya intersepti kimi fiziki kəmiyyətlər müəyyən edir. 

Ş

üasındırma  əmsalı  –  istər  fərdi  birləşmələr  və  istərsə  də  çoxsaylı  müxtəlif 



birləşmələrdən  ibarət  neft  məhsullarının  molekul  kütləsinin  hesablanması,  eyni 

zamanda ağır neft məhsullarının struktur-qrup analizi və başqa məsələlər üçün çox 

vacib göstəricidir. 

  Şüasındırma  əmsalı  təcrübənin  aparıldığı  temperaturdan  və  işıq  şüasının 

dalğa  uzunluğundan  asılıdır.  Neft  və  neft  məhsullarının  şüasındırma  əmsalına 

temperaturdan  başqa  molekul  kütləsi,  kimyəvi  və  fraksiya  tərkibinin  də  təsiri 

vardır. 

Karbohidrogenlər  qarışığının  şüasındırma  əmsalı  additiv  xarakterlidir. 

Bundan istifadə edərək qarışıqda olan hər bir karbohidrogenin miqdarını müəyyən 

etmək olur.  




15 

 

Karbohidrogenlərin  xüsusi  dispersiyası  da  additiv  kəmiyyətdir.  Buna  əsasən 



benzinin  tərkibində  olan  aromatik  karbohidrogenlər  müəyyən  edilir.  Müxtəlif 

karbohidrogenlər üçün xüsusi dispersiyanın qiymətləri cədvəl 1.2-də verilmişdir. 



 

 

Cədvəl 1.2   

Karbohidrogenlərin xüsusi dispersiyası 

 

  Kabohidrogenlə

Xüsusi dispersiya qiyməti 

Doymuş karbohidrogenlər 

Aromatiklər 

Benzol 


Toluol 

Etilbenzol, kselollar 

Monotsiklik 

Politisik (yüksək temperaturda qaynayan) 

90 

 

190,5 



184,9 

179,2 


200-ə qədər 

465-ə qədər 

   

 Kristallaşma,  bulanma  və  donma  temperaturu:  Neft  və  neft  məhsulları 

çox  komponentli  sistem  olduğuna  görə  onların  fərdi  birləşmələr  kimi  dəqiq 

kristallaşma,  bulanma  və  donma  temperaturları  olmur.  Göstərilən  kəmiyyətlərin 

təyini neft və neft məhsulları üçün vacibdir. 

  Neft  məhsullarının  soyuq  şəraitdə  istismarı  zamanı  onun  tərkibində  olan 

fərdi  birləşmələrin  xüsusilə,  n-parafin  karbohidrogenlərinin  kristallarının  çökmək 

və yaxud sistemdə molekulüstü faza quruluşunun əmələ gətirməsi çox təhlükəlidir. 

Belə  ki,  sürtkü  yağlarının  və  yanacaqların  soyuq  şəraitdə  istismarı  zamanı  əmələ 

gələn  çöküntü  borularda  tıxacların  əmələ  gəlməsinə  və  eləcə  də  süzgəclərin 

tutulmasına səbəb ola bilər. Bu isə mühərrikin sıradan çıxmasına gətirib çıxarır. 

  Karbohidrogenlərin  molekul  kütləsi  və  qaynama  temperaturu  artdıqca,  bir 

qayda  olaraq  onların  kristallaşma  temperaturu  da  artır.  Neft  məhsullarında 

karbohidrogenlərin çökmə sürəti kristal mərkəzlərinin yaranması və sistemi əhatə 

etmə  sürətindən  asılıdır.  Karbohidrogenlərin,  xüsusilə  normal  quruluşlu 




16 

 

parafinlərin  molekul  kütləsi  artdıqca,  onların  müəyyən  temperaturda  kristal 



mərkəzləri yaratmaq qabiliyyəti də artır. 

  Kristallaşmaya sistemin özlülüyünün, fraksiya tərkibinin (kristalları həll edə 

bilər), səthi aktiv maddələrin, eləcə də başqa qarışıqların soyudulma sürətinin və.s 

kimi amillərin də təsiri vardır. 

  Neft  məhsulları  öz  mütəhərrikliyini  itirən  temperatura  qədər  (həmin 

temperaturdan  yüksək  temperaturda)  artıq  parafinlər  kristallaşmış  olur.  Deməli, 

hələ  donma  temperaturuna  qədər  əmələ  gəlmiş  kristallar  əvvəldə  qeyd  olunduğu 

kimi,  yanacaq  süzgəclərini  tuta  və  eyni  zamanda  yanacaq  borularında  tıxaclar 

ə

mələ gətirə bilər. Buna görə də neft məhsullarının, xüsusilə yanacaq və yağların 



donma temperaturları ilə yanaşı, onların kristallaşma temperaturları da təyin edilir. 

  Müəyyən  temperaturda  neft  məhsulunun  kiçik  kristallarının  əmələ  gəlməsi 

ilə  bulanma  müşahidə  olunur.  Həmin  temperatura  bulanma  temperaturu  deyilir. 

Bulanma temperaturu neft məhsullarının istismar keyfiyyətini göstərən sabitlərdən 

biridir. Bulanma temperaturu gözlə və ya optik üsullarla təyin edilir.  

Göründüyü  kimi  neft  çox  mürəkkəb  quruluşa  malik  təbii  məhsuldur.  Onun 

emalı 

çox 


ş

axəlidir. 

Neftin 

fiziki 


və 

kimyəvi 


xassələrini 

dəqiq 


müəyyənləşdirmədən  onu  emala  hazırlamaq  mümkün  deyil.  Eyni  zamanda  emal 

zamanı  ətraf  mühitə  atılan  tullantıların  xassələrini  öyrənmədən  göstərdikləri 

neqativ təsirləri qiymətləndirmək mümkün olmur. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə