Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   2   3   4   5   6   7   8   9   ...   23

17 

 

1.2. Ətraf mühiti neft karbohidrogenləri ilə çirkləndirən mənbələ

 

Ə

traf mühiti çirkləndirən müəsisələr içərisində neft sənayesi müəsisələri əsas 



yerlərdən  birini  tutur.  Praktiki  olaraq  neft  sənayesinin  əsas  obyektləri  –  neftin 

çıxarılması,  nəqli,  onun  emalı,  emaldan  alınmış  məhsulların  istifadəçiyə 

çatdırılması  prosesləri  ətraf  mühiti  çirkləndirən  potensial  mənbələrdir.  Bir  ildə 

çıxarılan neftin ümumi miqdarının 2-3% itkiyə gedir, bu itkinin 0,23%-i isə Dünya 

okeanına daxil olaraq okean sularını çirkləndirir. 

Neftçıxarma  rayonlarında  torpağın  və  suyun  neftlə  çirklənməsinin  əsas 

səbəbləri aşaöıdakılardır:  

Neftin  çıxarılmasında  köhnə  texnologiyaların  tətbiqi:  istifadə  olunan 

avadanlıqların  ətraf  mühitin  çirklənməsinin  qarşısını  ala  bilməməsi;  neft 

mədənlərində quyuların qazılması zamanı quyu daxili kollektorların hermetliyinin 

pozulması, neftin nəqli zamanı boru kəmərlərində baş verən qəzalar. 

Bundan əlavə neft quyularının qazılması zamanı ətraf mühit buruqlarda olan 

cihazların  normal  işləməməsi  səbəbindən  (quyudaxili  təzyiqin  nizamlanması) 

işlənmiş məhlulların (gilli məhlul) ətrafa atılması səbəbindən çirklənir. 

Çıxarılma  ərazisindən,  neft  və  neft  məhsulları  emal  sənaye  müəssisələrinə 

magistral boru kəmərləri vasitəsilə nəql edilir. Xüsusi diqqət çəkən belə borularda 

baş  verən  qəzalar  zamanı  ətraf  mühitdə,  xüsusən  də  biogesenozlarda  böyük 

dəyişiklər baş vermişdir. Çaylardan, kanallardan, göl və su ambarlarından neft boru 

xəttləri  keçdikdə  qəza  zamanı  min  tonlarla  neft  və  neft  məhsulları  suları 

çirkləndirir. Qeyd etmək lazımdır ki, belə borularda baş verən qəzaların əsas səbəbi 

xəttlərin  köhnəlməsidir,  belə  ki,  boruların  48%-dən  çoxunun  işləmə  müddəti  20 

ildən artıq, yalnız 7%-in işləmə müddəti isə 10 ildən azdır [ 5, 7]. 

Neftin emal məhsulları saxlanılan müxtəlif ambarlar və emal müəssisələri su 

və  qrunt  sularının  çirklənməsində  mühüm  rol  oynayır.  Neftin  emalı  zamanı  ətraf 

mühiti  çirkləndirən  tullantılar  qazlar,  çirkab  suları  və  texnoloji  kollektorlardan 

axan sızmalardır. 




18 

 

Mütamadi  sızmalar  və  qəzalar  zamanı  neft  məhsullarının  ətrafa  dağılması 



nəticəsində  neft  emalı  zavodlarının  ərazilərindən  və  neft  məhsulları  saxlanılan 

anbarlardan süzülən neft məhsulları yeraltı suların və qruntların aerasiya zonasının 

səthlərində müxtəlif neft məhsullarının texnogen linzalarının formalaşmasına səbəb 

olur. 


Öz  təsərrüfat  fəaliyyətində  neft  məhsullarından  istifadə  edən  sənaye 

müəssisələri, avtomobil və dəmir yolu nəqliyyatları da ətraf mühiti karbohidrogen 

tullantılarla  çirkləndirən  mənbələrə  aid  edilir.  Belə  ki,  atmosferə  atılan  zəhərli 

tullantıların  48%,  çirkab  suların  27%,  bərk  tullantıların  30%  və  istixana  effekti 

yaradan qazların 70% yanacaq-energetika kompleksi müəsisələrinin payına düşür. 

Belə çirkab suların tərkibi isə müxtəlif kimyəvi maddələrlə zəngin olur. 

Bir çox ölkələrin neft emalı sənayesi daha az təhlükəli sənaye sahələrinə aid 

edilir.  Birincisi  –  neft  emalı  müəsisələrində  yüz  illərlə  toplanmış  təcrübə  ətraf 

mühitin  ekoloji  təhlükəsizliyini  müasir  sənaye  texnologiyalarına  nisbətən  daha 

etibarlı  təmin  edər.  kincisi  –  avropa  ölkələrində  bir  çox  neft  emalı  müəsisələri 

kənarda yerləşdirilmişdir ki, bu da ətraf mühitin mühafizəsində və qəzalar zamanı 

ə

halinin  ekoloji  təhlükəsizliyinin  təmin  olunmasında  mühüm  rol  oynayır. 



Üçüncüsü  –  bu  ölkələrdə  neft  emalı  müəsisələri  müasir  tələblərə  cavab  verən 

avadanlıq  və  cihazlarla  təmin  olunmuşdur  ki,  fövqəladə  hadisələrin  yaranması 

riskini azaltmış olur [ 12, 15]. 

Eyni  zamanda  neft  emalı  müəsisələri  daima  genişlənir,  kommunikasiya 

xəttləri  sıxışdırılır,  sənaye  müəsisələri  ilə  yaşayış  məntəqələri  arasındakı  məsafə 

daralır, istehsalda daha təhlükəli substansiyalardan istifadə edilir. Bu isə neft emalı 

müəsisələri  daxilindəki  qarşılıqlı  əlaqələrin  genişlənməsinə  gərginliyin  artması 

nəticəsində normal qəzaların baş verməsinə səbəb ola bilir. 

Avropa ölkələrindən fərqli  olaraq  Rusiya  Federasiyasında  vəziyyət  ürəkaçan 

deyildir.  Neft  emalı  müəsisələrinin  texniki  təchizatı  köhnəlmişdir.  Bəzi 

müəsisələrdə  köhnəlmiş  avadanlıqlar  80%  təşkil  edir.  1990-cı  ildən  sonra  müasir 

avadanlıqlarla  təchiz  olunmuş  neft  emalı  müəsisələri  cəmi  4%  təşkil  edir.  Emal 




19 

 

qurğularının işləmə müddəti qəbul olunmuş normativlərə nisbətən 2-2.5 dəfə artıq 



istismar edilmişdir. 

Avropa  və  Rusiyadan  fərqli  olaraq  Respublikamızda  “Qara  şəhər” 

adlandırılan  və  Bakı  şəhərinin  demək  olar  ki,  mərkəzindən  keçən  əsrlərlə  inşa 

olunan  neft  emalı  müəsisəsi  şəhərdən  kənara  köçürülmüşdür.  Bu  müəsisənin 

ə

trafında  35  min  əhali  yaşayırdı.  Artıq  “Qara  şəhər”  “Ağ  şəhər”ə  çevrilmişdir və 



bu  ərazidə  böyük  abadlıq  işləri  aparılır.  Lakin  təəsüflə  qeyd  etmək  lazımdır  ki, 

hələlik  Neft-yağ  zavodunda  köhnə  texnologiyalar  üstünlük  təşkil  edir,  ətraf 

mühitin çirklənməsində bu müəssisənin rolu böyükdür [ 21, 29, 30]. 

Ə

traf mühiti çirkləndirən neft emalı sənaye mənbələrini üç qrupa ayırırlar.  



Birinci  qrupa  mənbələrə  texnoloji  tullantılar  yaradan  proseslər  aid  edilir. 

bunlar  katalitik  krenkinq,  sintetik  yağlı  turşuların  istehsalı,  elementer  kükürdün 

istehsalı və başqaları aid edilir. 

Ikinci  qrup  mənbələrə  texnoloji  sexlərdə  və  köməkçi  istehsalda  istifadə 

olunan,  konstruksiyasında nöqsanları olan  müxtəlif  avadanlıqlar  aid  edilir. bunlar 

ə

traf mühiti toksiki maddələrlə çirkləndirən texnoloji qurğuların sobaları, nasos və 



kompressorlar.  Məşəl  qurğuları,  neft  və  neft  məhsulları  saxlayan  rezervuarlar, 

nefttutucuları, durulducu hovuzlar, şlamtoplayıcılar və s. aid edilir. 

Üçüncü  qrupa  maşın  və  aparatlara  edilən  xidmətin  aşağı  səviyyədə  olması 

nəticəsində  ətraf  mühiti  çirkləndirən  mənbələr  aid  edilir.  bu  halda  ətraf  mühitin 

çirklənməsi,  qəzaların  baş  verməsi  yaxud  işçilərin  öz  işlərinə  məsuliyyətsiz 

yanaşması, səriştəsiz işçilərin fəaliyyəti ilə əlaqələndirilir. Bu qrupa işçilərin səhvi 

nəticəsində nümunələr götürülən zaman neft və neft məhsullarının ətrafa sızması, 

rezervuarların  boşaldılması  zamanı,  aparat  və  kommunikasiya  xətlərinin 

hermetliyinin pozulması, qurğuların təmirə hazırlanması zamanı neft məhsullarının 

kanalizasiya borularına axıdılması və başqa hallar aid edilir. 

Neft  emalı  və  neft  kimya  müəsisələrinin  ətraf  mühitə  etdikləri  neqativ 

təsirlərin  xüsusiyyəti  təbii  mühitin  komponentləeinin  tədricən  çirklənməsinin 

nəticəsidir.  Belə  vəziyyətdə  bu  sənaye  müəsisələrinin  ətrafında  olan  ərazilər  – 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə