Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   15   16   17   18   19   20   21   22   23

74 

 

8.  Neft  və  neft  məhsulları  daşıyan  boru  kəmərlərində  baş  verə  biləcək 



qəzaları  müəyyən  etmək  və  onu  ləğv  etmək  üçün  geoinformasiya 

texnologiyasının tətbiqi daha münasib hesab olunur. 

 

 

 



75 

 

Ə



DƏB YYAT  

 

1. A.M. Məhərrəmov, M. R.Bayramov “Neft kimyası və neft kimyəvi sintez” 

587 səh. 2006-cı il 

2. A.M. Məhərrəmov, R.A.  Əhmədova, F.N. Əhmədova “Neftkimya və neft 

emalı” 658 səh. 2009-cu il 

3.  S.Ə.Novruzov  “Ümumi  kimya  texnologiyası  və  sənaye  ekologiyası”  384 

səh. 1991-ci il 

4.  Q. .Səfərov,  A.S.Məmmədov  “Neft  və  qaz  emalının  texnologiyası”  464 

səh, 2000-ci il 

5. C.Mahmudov “Ekologiya” 320 səh, 2008-ci il 

6.  A.M.  Məhərrəmov,  M.R.Bayramov,  .Q.Məmmədov  “Ümumi  kimya 

texnologiyası” 308 səh, 2011-ci il 

7.  N.A.Verdizadə,  M.H. sgəndərov  “Ekologiyanın  əsasları  və  təbiətin 

mühafizəsi” 232 səh, 2008-ci il 

8. M.Q.Məmmədli, “Neft-qaz emalının texnologiyası” 1964-cü il 

9. B.C.Şıxəlizadə, Q. .Səfərov, R.M.Azəri “Neft və qaz kimyası” 1978-ci il 

10. А.С. Ахметов “Технология глубной переработки нефти и газа” 672 с 

УФА


 2002 год 

11.  А.С.  Ахметов,  М.Х.  Ишмияров,  А.П.  Веревкин,  Е.С.  Докугаев, 

Ю

.М.Малышев  “Технология  економика  и  автоматизатсия  процессов 



переработки

 нефти и газа” 735 с, Москва,Химя 2005 год 

12.C.M.Mahmudov 

“ stehsal  sahələrinin  texnologiyası  və  sənaye 

ekologiyası”, 2006-cı il 

13. Q.Ş.Məmmədov “Ekologiya və ətraf mühitin mühafizəsi”, 2005-ci il 

14. A.S.Sadıqov,  .B.Xəlilov “Ekologiya və ətraf mühitin mühafizəsi”, 2004-

cü il 


15. Q.T.Mustafayev, E.Ə.Əlizadə “Ekologiya” 2001-ci il 

16.  T.S.Quliyev  “Təbiətdən  istifadənin  və  ətraf  mühitin  mühafizəsinin 

iqtisadiyyatı” 2005-ci il 



76 

 

17. A.M.Əzizov “Ekologiyanın əsasları” 1996-cı il 



18. Ə.Ə.Məmmədov “Sənaye ekologiyası” 2004-cü il 

19. Şövqi Göyçaylı “Təbiətdən istifadənin ekoloji əsasları” 2006-cı il 

20. M.C. Atakişiyev “Təbiətdən istifadənin iqtisadiyyatı” 2004-cü il 

21. Т.А. Акумова, В.В.Хеснин “Екология” Москва, 1998 Год 

22.  Ə.Ə.Əsgərov  “Ətraf  mühitin  qotunması  və  təbii  sərvətlərdən  istifadə” 

1983-cü il 

23. Ə.Ə.Əsgərov “Təbii sərvətlərin mühafizəsi” 1983-cü il 

24. H.Ə.Nəbiyev, H.A. Vəliyev “ Təbii sərvətlər və ekoloji mühit” 

25.  R.N.Nurəliyeva  “Az-ərbaycanın  yanacaq  enerji  kompleksinin  inkişafının 

iqtisadi-ekoloji problemləri” 221 səh, 2010-cu il 

26. “Azərbaycanınstatistikgösticiləri-2001” 2002-ciil 

27. 


“AzərbaycanDövlətNeft 

Ş

irkətinin 



1999-2001-ciillər 

üzrə 


texnikiiqtisadigöstəricilərtoplusu” 1999-2002  

28.  Ş.Allahverdiyev,  A.  Əliyev  “Faydalı  qazıntılardansəmərəliistifadə  və 

ə

trafmühitinmühafizəsi”  .  (Azərbaycan  XXI  əsrin  astanasında  elmi  praktiki 



konfransın materialları) I cild, 1997-ci il 

29.  N.Nəbiyev  “ qtisadiyyat  və  ekologiya”  (Azərbaycan  XXI  əsrin 

astanasında elmi praktiki konfransın materialları) II cild, 1998-ci il 

30. “Respublika neft sənayesinin problemlərinin həlli yolları. Az NSETL -nin 

elmi əsərlər toplusu” 1997-ci il 

31. M.Salmanov “Tətbiqi ekologiyanın əsasları” 1993-cü il 

32.  Ş.  Əhmədov,  N.  Muradov  “Ekologiya  .Atmosferin  çirklənməsi”  84  səh, 

2008-ci il 

33. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə. .Babayev “ Mühəndis ekologiyası” 

634 səh, 2012-ci il 

34.  N.Ə.Səlimova,  B.Ş.Şahpələngova  “Azərbaycanın  ekoloji  vəziyyətinin 

sağlamlaşdırılması” 91səh, 2008-ci il 

35.  В.И.Коробкин,  Л.В.Переделский  "Экология"  Ростов,  "Феникс",  575 

стр


, 2003 год 


77 

 

36.  Ə.M.Əzizova.,  X.B.Quliyeva  “Qlobal  istehlakın  müasir  durumu  və 



onların  mahiyyəti”,  “Qloballaşma  ilə  əlaqədar  FH  qarşı  mübarizənin  müasir 

problemlərinin  həlli”  mövzusunda  Beynəlxalq  elmi-praktiki  konfrans.  Bakı, 

səh.184, 2012 

37.  X.B.Quliyeva  “Ətraf  mühitin  çirklənməsindən  dəyən  zərərin  iqtisadi 

göstəricilərinin  təyini  üsulları”.  Coğrafiya:  nəzəriyyə,  praktika  və  innovasiyalar. 

Səh.614, Bakı, 2015 

38. Б.М.Азизов, Х.Б.Кулиева «К методике проведения под спутниковых 

на

 земных эколого-географических исследований». Ekologiya, s.122, 2012 



 

 

 



 

 



78 

 

XÜLASƏ 

 

Neft  və  neft  məhsullarının  emalı  zamanı  yaranan  karbohidrogenlərin  ətraf 



mühitə  neqativ  təsirləri  araşdırılmışdır.  Müəyyən  olunmuşdur  ki,  ətraf  mühitə 

atılan  və  tərkibində  SO

2

  olan  tullantı  qazları  təmizləmək  üçün  istifadə  olunan 



təmizləmə üsullarından ən effektlisi əhəng və pirolyuzit üsullarıdır. Eyni zamanda 

tullantıların  ətraf  mühitə  vurduğu  iqtisadi  zərər  hesablanmışdır.  Bu  zaman 

“Azərneftyağ”  və  “Azərneftyanacaq”  zavodlarının  göstəricilərindən  istifadə 

edilmişdir. 

 

 

 



 

 

 



 

 

 




79 

 

“NEFT MƏHSULLARININ EMALI ZAMANI YARANAN EKOLOJ  



PROBLEMLƏR VƏ DƏYƏN ZƏRƏR N HESABLANMASI” mövzusunda 

magistr dissertasiyasının 

REFERATI 

 

Mövzunun  aktuallığı.  Məlum  olduğu  kimi  Azərbaycan  neftlə  zəngin  olan 

ölkədir. Respublikanın sosial-iqtisadi inkişafında neft müstəsna rol oynayır. Uzun 

illər  mütərəqqi  texnologiyanın  olmaması  və  neftə  olan  tələbatın  artması  ıtraf 

mühitin həddən artıq çirklənməsinə səbəb olmuşdur. 

XXI  əsrdə  baş  verən  elmi-texniki  tərəqqi,  məhsuldar  qüvvələrin  sürətlə 

inkişafı, istehsalın və əhalinin böyük şəhərlərdə məskunlaşması müsbət nəticələrlə 

yanaşı  kəskin  neqativ  nəticələrdə  doğurmuşdur.  Bu  gün  ölkənin  neft  emalı 

müəssisələrin  qarşısında  duran  başlıca  vəzifə  son  illərdə  qazanılmış  uğurları 

möhkəmləndirmək,  iqtisadiyyatın  və  əhalinin  neft  məhsullarına  olan  tələbatını 

ödəmək və eyni zamanda ətraf mühiti neft və neft emal məhsulları tullantılarından 

mühafizə etməkdən ibarətdir. 

Məlum  olduğu  kimi  Azərbaycan  neftinin  tərkibində  kükürdün  miqdarı 

çoxdur. Emal zamanı yaranan tullantı qazların tərkibi hidrogen-sulfid və kükürd 4-

oksidlə  zəngin  olur.  Belə  tərkibli  tullantılar  ətraf  mühitdə  böyük  neqativ  təsirlər 

yaradırlar. 

Müasir dövrün ən aktual problemlərindən biri də ətraf mühitin mühafizəsinin 

təmin  olunmasıdır.  Odur ki,  müxtəlif  texnoloji  qurğuları  olan,  yüksək keyfiyyətli 

məhsullar  istehsal  edən  müasir  neft  emalı  sənaye  müəssisələrinin  ətraf  mühitə 

etdikləri neqativ təsirlərin azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri 

magistr dissertasiya işinin mövzusunun aktuallığını bir daha təsdiq edir. 

Problemin  öyrənilmə  vəziyyəti.  Məlum  olduğu  kimi  ətraf  mühitə  edilən 

neqativ  təsirlərin  azaldılması  Azərbaycanda  həmişə  diqqət  mərkəzində  olmuşdur. 

Bu  problemin  tədqiqi  ilə  ölkəmizin  görkəmli  alimlərindən  N.A.Verdizadə, 

M.H. sgəndərov, B.C.Şıxəlizadə, A.C.Əhmədov, M.C.Atakişiyev, R.N.Nurəliyeva, 

A.S.Sadıqov,  .B.Xəlilov, Ə. .Babayev və başqaları məşğul olmuşlar. 



80 

 

Tədqiqat  mövzusunun  bəzi  problemləri  T.A.Akimova,  B.B.Xeskin, 



M.X. şmiyarov,  A.P.Verevkin,  Y.M.Malışev,  V. .Karovkin,  L.V.Peredelskiy  və 

başqaları da araşdırmışlar. 

Mövcud  ədəbiyyatlarda  göstərilən  araşdırmaların  nəticələrini  azaltmadan 

aparılan tədqiqat işində ətraf mühitə edilən neqativ təsirlərin azaldılması üçün tələb 

olunan işlərin müəyyən hissəsi yerinə yetirilmiş, eyni zamanda neft məhsullarının 

emalı  prosesində  yaranan  tullantıların  ətraf  mühitə  vurduğu  iqtisadi  zərər 

hesablanmışdır. 

ş

in  məqsədi  və  vəzifələri:  Magistr  dissertasiya  işinin  başlıca  vəzifəsi  neft 

məhsullarının emalı prosesində yaranan tullantı qazların ətraf mühitə göstərdikləri 

neqativ  təsirləri  azaltmaq,  elmi  cəhətdən  əsaslandırılmış  təkliflər  işləyib 

hazırlamaqdan ibarətdir. 

Magistr  dissertasiya  işində  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün 

aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:  

  Ətraf  mühitin  neft  karbohidrogenləri  ilə  çirklənməsi  probleminin  müasir 



vəziyyətini araşdırmaq; 

 Azərbaycan neftinin tərkibi, fiziki və kimyəvi xassələrini araşdırmaq; 



 Neft karbohidrogenləri ilə ətraf mühitin komponentləri arasında baş verən 

kimyəvi və biokimyəsi prosesləri araşdırmaq; 

  Neft,  neft  emal  məhsullarının  və  onların  tullantılarının  torpağa,  su 



hövzələrinə  göstərdikləri  neqativ  təsirləri  araşdırmaq  və  neqativ  təsirlərin 

azaldılması üçün tədbirlərin görülməsi; 

  Neft  məhsullarının  emal  zamanı  yaranan  tullantı  qazların  ətraf  mühitə 



göstərdikləri  neqativ  təsirləri  azaltmaq  məqsədilə  təmizləyici  qurğuların  işinin 

təkmilləşdirilməsi; 

 ─  Neft  məhsullarının  emalı  prosesində  yaranan  tullantıların  ətraf  mühitə 

vurduğu iqtisadi zərərin hesablanması. 



Tədqiqat obyekti kimi ətraf mühiti neftin emal məhsullarının tullantıları ilə 

çirkləndirən neft emalı sənaye müəssisələrinin göstəricilərinə istinad edilmişdir. 




81 

 

Tədqiqat işinin nəzəri-metodoloji əsasını mövzu ilə əlaqədar milli və xarici 

ölkələrin  ekoloq  və  kimyaçı  alimlərin  nəzəri-təcrübi  elmi  əsərləri,  ətraf  mühitin 

mühafizəsinə  aid  Respublika  Prezidentinin  fərman  və  sərəncamları,  Azərbaycan 

Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar əsas götürülmüşdür. 

Tədqiqat  işi  müvafiq  statistik,  iqtisadi-riyazi  modellərdən  və  üsullardan 

istifadə edilməklə təhlil, araşdırma metodları əsasında yerinə yetirilmişdir.  

Dissertasiya  işinin  informasiya  bazasını  statistik  göstəricilər,  Neft  Emalı 

Zavodu  (NEZ),  "Azərneftyanacaq"  Neft  Emalı  Zavodunun  statistik  göstəriciləri, 

müvafiq ədəbiyyatlar təşkil etmişdir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

 -  Neft  məhsullarının  emalı  zamanı  ətraf  mühitə  dəyən  iqtisadi  zərərin 

hesablanmasında yeni metodlardan istifadə edilmişdir; 

 -  Neft  və  neft  məhsullarının  ətraf  mühitə  etdikləri  neqativ  təsirlər 

araşdırılmışdır; 

- Neft karbohidrogenləri ilə çirklənmiş ətraf mühitin müasir ekoloji vəziyyəti 

araşdırılmışdır; 

- Tullantı qazların buxar şəklində olan toksiki maddələrdən təmizlənməsində 

fiziki və hemosorbsiyalı absorbsiya üsulları tədqiq edilmişdir;  

- Pirolyuzit üsulu ilə tullantı qazlarının SO

2

-dən ekoloji təmizlənməsi prosesi 



tədqiq edilmişdir; 

- Su hövzələrinin çirkab sularla çirklənməsinin qarşısını əsaslı şəkildə almaq 

üçün  tullantı  suları  alınmayan  müəssisələrin  yaradılmasının  zəruriliyi 

ə

saslandırılmışdır; 



-  Neft  məhsulları  ilə  çirklənmiş  səth  və  qrunt  sularının  çirkləndiricilərdən 

təmizlənməsi  üçün  tətbiq  olunan  müxtəlif  üsullar  müqayisəli  şəkildə 

araşdırılmışdır. 

Tədqiqat işinin praktiki əhəmiyyəti. Respublikamızda ekoloji problemlərin 

həlli, onun ümumi nəzəri metodoloji əsaslarının və istiqamətlərinin öyrənilməsində 

yaranan 

problemin 

səbəbləri, 

aradan 


qaldırılmasının 

istiqamətlərinin 




82 

 

müəyyənləşdirilməsi,  bu  istiqamətdə  konkret  tədbirlərin  işlənib  hazırlanması  və 



həyata keçirilməsi böyük praktiki əhəmiyyət kəsb edir.  

Magistr dissertasiya işinin quruluşu: Giriş, üç fəsil, doqquz yarımfəsildən, 

nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

Birinci  fəsildə  neft  karbohidrogenləri  ilə  çirklənən  ətraf  mühitin  müasir 

vəziyyəti  araşdırılmışdır.  Neftin  fiziki  və  kimyəvi  xassələri  öyrənilmiş,  neft 

məhsullarının  emalı  zamanı  yaranan  tullantıların  ətraf  mühitin  komponentləri 

arasında baş verən kimyəvi və biokimyəvi proseslər və yaranan ekoloji problemlər 

öyrənilmişdir. 

Ikinci  fəsildə  neft  və  neft  məhsullarının  fiziki  və  kimyəvi  xassələri,  emal 

texnologiyası, alınan  məhsullar və istehsal prosesində yaranan ekoloji problemlər 

araşdırılmışdır. Neft və neft məhsullarının nəqli və saxlanılması zamanı baş verən 

qəzalar  nəticəsində  suyun  və  torpağın  çirklənməsi,  yaranan  ekoloji  problemlər 

təhlil edilmişdir. 

Üçüncü  fəsil  neft  və  neft  məhsullarının  emalı  zamanı  yaranan  tullantıların 

ə

traf  mühitə  neqativ  təsirlərini  azaltmaq  üçün  tətbiq  olunan  təmizləmə  üsullarına 



həsr  edilmişdir.  Müəyyən  edilmişdir  ki,  tərkibində  kükürd  qazları  olan  tullantı 

qazlarının  ətraf  mühitə  göstərdikləri  neqativ  təsirləri  azaltmaq  məqsədilə  tətbiq 

olunan  təmizləmə  üsullarından  ən  effektlisi  əhəng  və  pirolyuzit  üsullarıdır.  Bu 

fəsildə  eyni  zamanda  neft  məhsullarının  emalı  zamanı  yaranan  tullantıların  ətraf 

mühitə neqativ təsirləri qiymətləndirilmişdir. 

Aparılan  araşdırmalar,  ümumiləşdirmələr  və  təhlillərə  əsasən  aşağıdakı 

nəticələr çıxarılmışdır:   

1. Neft məhsullarının emalı zamanı yaranan tullantı qazları təmizləmək üçün 

istifadə edilən təmizləyici qurğular müasir tələblərə cavab verə bilmədiyindən həm 

ekoloji, həmdə böyük iqtisadi zərərin yaranmasına səbəb olur. 

 2.  Neft  və  neft  məhsulları  ilə  çirklənmiş  qrunt  və  səth  sularının 

“özünütəmizləmə” xüsusiyyətinin bərpa olunması aktual problem olaraq qalır. 

3.  Neft  məhsullarının  emalı  zamanı  tullantı  qazların  tərkibində  olan  toksiki 

maddələrin buxarlarının tam tutulması ekoloji problemlər yaradır. 




83 

 

4.  Kombinə  edilmiş  iri  təmizləyici  qurğuların  tədbiqi  atmosferin 



karbohidrogenlərlə və hidrogen sulfidlə çirklənməsinin qarşısını alar.  

5.  Ətraf  mühitin  neft  məhsullarının  emal  zamanı  yaranan  çirkab  sularla 

çirklənməsinin qarşısını əsaslı şəkildə almaq üçün tullantı suları alınmayan sənye 

müəssisələr  yaradılmalıdır,  yaxud  neft  emalı  zavodlarında  aşağıdakı  tədbirlər 

həyata keçirilməlidir: 

 ─  tərkibində  neft  olan  az  minerallaşmış  tullantı  sularını  biokimyəvi  üsulla 

təmizləyib sistemə qaytarmaq; 

 ─  yüksək  minerallaşmış  tullantı  sualarını  buxara  çevirib,  kondesləşdirib  ya 

sistemə qaytarmaq, yaxud da başqa texnoloji məqsədlər üçün işlətmək; 

 ─  atmosfer  çöküntülərindən  və  biokimyəvi  üsulla  təmizlənmiş  kommunal 

yığıntı sularından zavodlarda istifadə etmək;  

 6.  Neft  məhsullarının  emalı  zamnı  ətraf  mühitin  çirklənməsindən  dəyən 

iqtisadi zərərin hesablanması qabaqcıl hesablama üsullarlı ilə aparılmışdır. 

7.  Neft  və  neft  məhsullarının  daşınması  zamanı  baş  verə  biləcək  qəzaların 

qarşısını  vaxtında  almaq  və  neft  itkilərini  azaltmaq  məqsədilə  riyazi 

modelləşdirmədən istifadə etmək. 

8. Neft və neft məhsulları daşıyan boru kəmərlərində baş verə biləcək qəzaları 

müəyyən  etmək  və  onu  ləğv  etmək  üçün  geoinformasiya  texnologiyasının  tətbiqi 

daha münasib hesab olunur. 

 

 




84 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə