Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   15   16   17   18   19   20   21   22   23

63 

 

Belə çatışmamazlığın aradan qaldırılması gərgin əmək və vaxt tələb edir. Ona 



görə də,  ayrı-ayrı  sahələrdə təbiətin  mühafizə  fəaliyyətinin səmərələşdirilməsində 

zərərlərin təqribi iqtisadi qiymətləndirilməsi üç əsas metod üzrə hesablanır.  qtisadi 

və  ekoloji  zərərlər  qarşılıqlı  əlaqədardır.  Belə  ki,  iqtisadi  zərər  öz  növbəsində 

ekoloji zərəri yaradır və əksinə ekoloji vəziyyətin pisləşməsi iqtisadiyyatda itkilər 

yaradır. 

Keçən  ildə  havaya  (ətraf  mühitə)  atılmış  zərərli  maddələrin  faktiki  miqdarı 

2TP-hava statistik hesabatına görə aparılmışdır[ 25-30].  

Havaya atılıb cəmi – 30591,0 t/il; o cümlədən bərk halda hissəciklər – 1130,0 

t/il;  qaza  oxşar  maddələr  –  29460,0  t/il;  vanadium  5-oksid  –  51122,58  t/il; 

karbohidrogenlər – 29,0 t/il; 

Atmosferə  atılmış  zərərli  tullantıların  miqdarı  2TP  statistik  hava  hesabına 

görə  aparılmışdır.  Havaya  24877,287  ton  zərərli  tullantılar;  o  cümlədən  573,029 

ton bərk halda hissəciklər; 21471,643 ton kükürd anhidridi; 168,454 ton vanadium 

5-oksid; 2624,161 ton – azot oksidləri; 0,048 ton benzopren atılmışdır. 

Hazırda respublikamızda ildə ümumi istehsal gücü təqribən 22 mln ton xam 

neft emal edən iki iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Onlardan biri əsasən 

açıq rəngli neft məhsulları və yağ-bitum istehsalı üzrə ixtisaslaşan “Azərneftyağ” 

Neft  Emalı  Zavodu  (NEZ),  digəri  isə  şəffaf  neft  məhsulları  istehsalı  üzrə 

ixtisaslaşan “Azərneftyanacaq” Neft Emalı Zavodudur. Zavodların istehsal gücləri 

müvafiq olaraq 14 və 8,2 mln ton neft emalına malikdir.  stehsal texnologiyasına 

görə  həmin  zavodlar  ən  çox  su  istifadə  edən  müəssisələr  kateqoriyasına  aiddir. 

Baxmayaraq  ki,  hər  iki  müəssisədən  alınan  istehsalat  sularının  təmizləyici 

qurğularından  BBAH  (Buraxıla  Bilən  Axıntı  Həddi)  normalarında  təmizlənərək, 

Xəzər  dənizinə  buraxılan  istehsalat  sularında  olan  zərərli  maddələr  istər-istəməz 

ə

traf mühitə öz mənfi təsirini göstərir. 



2000-ci  ilə  nisbətən  2010-cu  ildə  atmosfer  hava  mühitinə  buraxılan  zərəli 

maddələrin  miqdarı  86  %,  yəni  28936  ton  miqdarında  aşağı  salınmışdır.  Həmin 

zərərli maddələrin təqribən 97 %-i neft karbohidrogenləri təşkil edir. 



64 

 

2000-ci ilin oktyabr ayında ekoloji cəhətdən təmiz yeni “Bituroks” (“Perner” 



Avstriya  )  qurğusunun  kompleks  şəklində  tam  istismara  buraxılması  ilə  əlaqədar 

olaraq nəinki Xətai rayonu ərazisinin hətta Bakı şəhərinin ərazisinin çox hissəsinin 

atmosfer  hava  mühitini  zəhərləyən  406  və  601  №-li  qurğularının  istismarı  tam 

dayandırılmışdır. 406 saylı qurğu tam demontaj olunmuşdur. 

Buna  görə  də  NEZ  tərəfindən  atmosfer  hava  mühitinə  buraxılan  zərərli 

maddələr ildə 400 ton azalmışdır. 

Ümumiyyətlə, neft emalı zamanı ətraf mühitin çirklənməsindən dəyən zərərin 

hesablanmasının bir neçə üsulu vardır[ 14-16]. 

1. Birbaşa hesablama üsulu. 

2. Analitik üsul. 

3. Empirik üsul. 

Birbaşa  hesablama:  qtisadiyyata  dəyən  zərər  iqtisadiyyatın  sahələrinə 

vurulmuş zərərin cəminə bərabərdir: 

ܼ = ܼ



+ ܼ



௞ ௧

+ ܼ



௠ ௞

+ ܼ



௦ə௛

 

burada; 



ܼ

– sənayeyə dəyən zərər; 



ܼ

௞ ௧


– kənd təsərrüfatına dəyən zərər; 

ܼ

௠ ௞


– mənzil kommunal təsərrüfatına dəyən zərər; 

ܼ

௦ə௛


- səhiyyəyə dəyən zərər. 

Atmosferin  çirklənməsindən  kənd  təsərüfatına  və  meşə  təsərüfatına  dəyən 

zərər ayrı-ayrılıqda onların zərərləri cəminə bərabərdir. 

ܼ = ܼ


௞ ௧

+ ܼ





 

  Kənd təsərrüfatına dəyən zərər belə hesablanır: 

ܼ

௞ ௧


= ܼ


+ ܼ


+ ܼ


 

burada: 



ܼ

 -  çirklənmə  nəticəsində  torpağa  dövriyyədən  çıxmasına  görə 



dəyən; 

 

ܼ



 -  kənd  təsərrüfatında  bitkiçiliyə  dəyən  zərər  (məhsuldarlığın  düşməsi 

nəticəsində); 

 

ܼ



 - heyvandarlığa dəyən zərər; 




65 

 

  Torpağın  dövriyyədən  çıxmasına  görə  dəyən  zərəri  aşağıdakı  kimi 



hesablamaq olar; 

ܼ



= ܵ ⋅ ܩ 

burada: 


ܵ – çirklənməyə görə dövriyyədən çıxan torpağın sahəsi (ha); 

 

ܩ – hər hektardan alınan illik gəlir (݉ܽ݊ ℎܽ



⁄ ); 

  Bitkiçiliyə dəyən zərər aşağıdakı kimi hesablanır; 

 

ܼ



= ෍ ܵ



௜ୀଵ

߂ݕ



ݍ



 

burada: 

ܵ



 – kənd təsərrüfatı məhsulunun çirklənmə sahəsi; 

߂ݕ



 – i bitkisinin məhsuldarlığının aşağı düşməsi (sentinerlə); 

ݍ



− məhsulun satış qiyməti (manatla); 

  Heyvandarlığa  dəyən  zərər  hər  məhsuldar  qrup  üçün  aşağıdakı  kimi 

hesablanır. 

ܼ



= ෍ ܰ



௜ୀଵ

߂ܯ



ݍ

 



burada: 

ܰ



 – i məhsuldar qrupdan olan heyvan və quşların sayı; 

߂ܯ



− i  məhsuldar qrupunun məhsuldarlığının aşağı düşməsi (sentinerlə); 

ݍ



− məhsulun satış qiyməti (manatla); 

  Zərərli  maddələrin  atmosferə  atılması  nəticəsində  meşə  təsərrüfatına  dəyən 

zərər aşağıdakı kimi hesablanır; 

   


ܼ

= ∆ܼ



+ ∆ܼ


ə

+ ܼ


௦௔௡

 

  burada; 



∆ܼ

– meşənin qırılması və artımının azalmasından dəyən zərər; 



∆ܼ

ə

-  meşənin əmtəə dəyərinin azalmasından dəyən zərər(ağac quruduqda və 



s); 

ܼ

௦௔௡



– sanitar kəsməyə və meşənin bərpasına çəkilən xərclər. 

  Mənzil-kommunal  təsərrüfat  obyektləri  təbii  amortizasiyadan  başqa 

atmosferin  çirklənməsinə  görə  də  amortizasiyaya  uğrayır.  Mənzil-kommunal 

təsərrüfatına dəyən zərər aşağıdakı düsturla hesablanır; 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə