Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   2   3   4   5   6   7   8   9   ...   23

11 

 

 Neftin  oksigenli  birləşmələri:  Neftin  oksigenli  birləşmələrinə  −turşular, 

fenollar,  ketonlar,  efirlər  və  laktonlar,  həmçinin  furan  və  anhidrid  birləşmələri 

aiddir.  

  Neft 

fraksiyalarının 



qaynama 

temperaturu 

artdıqca, 

oksigenli 

birləşmələrinində  miqdarı  artır.  Neftin  oksigenli  birləşmələrinin  miqdarı  onun 

geoloji  və  əlaqədar  olduğu  süxurun  təbiəti  ilə  sıxı  sürətdə  əlaqədardır.  Belə  ki, 

müxtəlif neftlərin analizindən alınan ümumiləşdirilmiş nəticələrə əsasən müəyyən 

edilmişdir  ki,  oksigenin  orta  miqdarı  (%-lə)  0,2-dən  (paleozoy  qalıqlarında)  0,4-

dək (kaynazoy) artır. Karbonat süxurları ilə əlaqəli neftlərdə isə oksigenin miqdarı 

neftin yaşı artdıqca azalır. Amma qumdaşı ilə əlaqəli neftlərə nisbətən xeyli yaşlı 

karbonat süxurları ilə əlaqəli neftlərdə oksigenin miqdarı çox olur. 

  Neftin  oksigenli  birləşmələri  içərisində  turşular  və  fenollar  miqdarca  daha 

çox  olur.  Bu  birləşmələr  turşu  xassəsinə  malik  olduqlarına  görə  istər  neftdən  və 

istərsə də neft fraksiyalarından qələvilərin köməyi ilə ayrıla bilər. Bütün oksigenli 

birləşmələr  kimi,  turşu  xassəli  maddələrin  miqdarı  da  neft  yatağının  dərinliyi  və 

yaşı artdıqca azalır. 



 Neftin  azotlu  birləşmələri:  Neftin  tərkibində  azotun  miqdarı  çox  nadir 

hallarda 1 %-dən çox olur. Neftin yerləşdiyi layın dərinliyi və yaşı artdıqca azotun 

miqdarı azalır və bu miqdar neftin təmasda olduğu süxurların təbiətindən az asılıdır 

[ 4]. 


  Azotun  miqdarı  çox  olan  neftlər  daha  cavan  hesab  olunur.  Heteroatomlu 

komponentlər içərisində azotlu birləşmələr və az öyrənilmişdir. Bu birləşmələr iki 

qrupa bölünür: 1. Neytral xassəli; 2. Əsasi xassəli. 

 Azotlu  birləşmələrin  az  hissəsini  əsas,  çox  hissəsini  isə  neytral  azotlu 

birləşmələr təşkil edir. Əsasi xassəli azotun ümumi azota olan nisbəti Azərbaycan 

neftlərində  29−32%  -ə,  Qərbi  Sibir  neftlərində  8−30%  -ə,  Saxolin  neftlərində  isə 

44%  -ə  çatır.  Azotlu  birləşmələrin  əsas  hissəsi  ağır  fraksiyaların  və  xüsusilə  ağır 

qalıqların tərkibinə daxil olur. 

  Yanacaqların tərkibinə daxil olan azotlu birləşmələr başqa sinif birləşmələrlə 

birlikdə  yanma  prosesinə  məruz  qalır.Azotlu  birləşmələr  də  yanarkən  atmosferi 




12 

 

çirkləndirir  (azot  oksidlərilə). lkin  tullantılardan  olan  azot  oksidləri  atmosferdə 



zəhərli  törəmə  tullantılarının  əmələ  gəlməsində  fəal  rol  oynayır  və  atmosfer 

çirkləndiricilərinin çoxalmasına səbəb olur. 



Neftin  mineral  komponentləri:  Hazırda  müxtəlif  mədənlərdən  çıxarılan 

neftlərin  tərkibində  30-dan  çox  metal,  20  -  yə  yaxın  qeyri-metal  elementlərinin 

olması  aşkar  edilmişdir.  Neftin  tərkibində  olan  elementləri  bele  qruplaşdırmaq 

olar[ 6]: 

-

  Qələvi və qələvi-torpaq metalları – Li, Na, K, Ba, Ca, Sr, Mg; 



-

  Mis yarımqrupu metalları – Cu, Ag, Au; 

-

  Sink yarımqrupu metalları – Zn, Cd, Hg; 



-

  Bor yarımqrupu metalları – B, Al, Ga,  n, Ti; 

-

  Vanadium yarımqrupu metalları – V, Nb, Ta; 



-

  Dəyişkən valentli metallar – Ni, Fe, Mn, Co, W, Cr, Sn və.s 

 Elementlərin cüzi miqdarının neftin tərkibində aşağıda göstərilən formalarda 

olmaları  qəbul  olunmuşdur: duzların  suda  məhlullarının xırda  dispers hissəcikləri 

şə

klində;  mineral  süxurların  xırda  asılqan  dispers  hissəcikləri  formasında;  üzvi 



maddələrlə kompleks və ya molekulyar birləşmələr şəklində. 

Neftin tərkibində metal duzlarının, xüsusilə fərdi birləşmələrin olması da hələ 

sübut olunmamışdır. Mədən sularında xeyli miqdarda olan qələvi və qələvi-torpaq 

metalların  duzları  ilə  neft  turşuları  arasında  gedən  kation  dəyişmək  nəticəsində 

ə

mələ  gəlməsi  daha  çox  ehtimal  olunur.  Neftin  qatran-asfalten  hissəsinin  daha 



mürəkkəb  polifunksional  qruplarının  dəmir,  molibden,  manqan  və.s  ilə  duzlar 

ə

mələ gətirməsi ehtimal olunan fikirlər də səslənir. 



Neftin  xarakterik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onun  tərkibində  nikel  və 

vanadiumun  qatılığı  başqa  elementlərə  nisbətən  xeyli  yüksək  olur.  Adətən 

kükürdlü  neftlərdə  vanadiumun,  az  kükürdlü  neftlərdə  (azotun  miqdarı  çox  olan) 

isə nikelin qatılığı daha çox olur. Bu metalların daha çox öyrənilmiş birləşmələri 

porfirin kompleksləridir. 

Mikroelementlərin neftin tərkibində  miqdarının hədsiz dərəcədə  az olmasına 

baxmayaraq,  onların  neftin  emalı  prosesinə  və  neft  məhsullarının  istismarına 



13 

 

mühüm təsiri vardır. Neftin tərkibində mikroelementlərin cüzi miqdarı katalizator 



zəhəri  hesab  olunur  və  neft  emalı  sənayesində  işlədilən  katalizatorları  qısa 

müddətdə dezaktivləşdirir. Ona görə də texnoloji prosesləri düzgün təşkil etmək və 

səmərəli  katalizator  seçmək  üçün  mikroelementlər  miqdarı  və  vəsfi  təyin 

olunmalıdır. 

Neftin  xassələri  onun  emal  istiqamətini  müəyyən  edir  və  alınan  neft 

məhsullarının  keyfiyyətinə  təsir  edir.  Neftin  fiziki,  kimyəvi  xassələri  onun  emal 

istiqamətini  müəyyən  edir.  Neft  və  neft  məhsullarının  fiziki-kimyəvi  və  xüsusi 

xassələri  müəyyən  olunduqda  onun  əmtəə  dəyəri  müəyyən  edilir.  Neftin  fiziki 

xassələrini aşağıdakı kəmiyyətlər təyin edir. 

Neftin sıxlığını təyin etməklə, onun kimyəvi tərkibi haqqında təxmini də olsa 

fikir  söyləmək  olur.  Sıxlıq  neft  və  neft  məhsulları  üçün  ən  vacib  göstəricilərdən 

hesab  olunur.  Neft  məhsulları  üçün  bir  çox  təyinat  və  hesablamalarda  sıxlıqdan 

istifadə olunur. Neftin sıxlığı yanacaq və yağların istismar keyfiyyətini xarakterizə 

edən ən çox əhəmiyyətli göstəricidir. 

Vahid  həcmdə  olan  kütləsi  sıxlıq  adlanır,  ölçü  vahidi  isə  BŞ-də  kq/m

3



Çıxarılan  neftlərin  sıxlıqları  əsasən  0,82-0,90  arasında  dəyişir.  Lakin  elə  neftlər 

vardır  ki,  onların  sıxlığı  vahidə  yaxındır.  Belə  neftlərin  tərkibində  qətran-asfalt 

maddələrin miqdarı çox olur. 

Bununla  yanaşı  elə  neftlər  vardır  ki,  onların  sıxlığı  0,82-dən  kiçikdir.  Belə 

neftlərin  tərkibində  qətran-asfalt  maddələrin  miqdarı  cüzi,  parafin  sıra 

karbohidrogenlərin miqdarı isə daha çoxdur. Əksər hallarda neftin geoloji yaşı və 

çıxarılma dərinliyi artdıqca onun sıxlığı azalır. 

Özlülük  –  sıxlıq  kimi  neft  sənayesində  çox  vacib  kəmiyyətlərdən  biridir. 

Neftin  nəql  edilməsində,  neft  emalında,  neft  ehtiyyatlarının  hesablanmasında 

özlülükdən geniş istifadə olunur.  

Neft  və  neft  məhsulları  üçün  əhəmiyyətli  göstəricilərdən  biri  də  -  molekul 

çəkisidir. Neft və neft məhsulları üçün orta molekul kütləsi təyin olunur. Molekul 

kütləsindən  texnoloji  və  istilik  hesabatlarında,  molekulyar  refraksiyanın,  neft 

fraksiyalarının struktur-qrup tərkibinin təyinində istifadə olunur. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə