Microsoft Word ocerkler son 'sas doc



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə6/134
tarix01.07.2018
ölçüsü2,44 Mb.
#52546
1   2   3   4   5   6   7   8   9   ...   134

Azərbaycan Tarixi 
 
 
21 
əşyalar baxımından Naxçıvan mədəniyyətinin Xocalı – 
Gədəbəy mədəniyyəti ilə oxşarlığı vardır. Naxçıvan 
mədəniyyətinin  əhatə etdiyi ərazidə  əkinçilik və maldarlıqla 
yanaşı dulusçuluq, metalişləmə, toxuçuluq və b. sənətkarlıq 
sahələri də inkişaf etmişdir. 
Hələ Erkən Tunc dövrünün axırlarında özünü göstərən 
Orta Tunc dövründə xeyli dərinləşən əmlak bərabərsizliyi Son 
Tunc və Erkən Dəmir dövründə daha da güclənir, iri soy 
birləşmələri yaranır, sosial təbəqələşmə baş verir. Tayfa 
başçıları varlanır, onlar öz təsərrüfatlarında var-yoxdan çıxmış 
icma üzvlərini və qulları  işlədirlər.  İlk qullar müharibələr 
zamanı  əsir düşmüş düşmən soylarının döyüşçülərindən ibarət 
olurdu. 
Beləliklə, sosial təbəqələşmə, soy ittifaqlarının 
yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin  əlində 
cəmləşməsi nəticəsində e.ə. II minilliyin sonlarında Azərbay-
canda ibtidai icma quruluşu dağılmağa başlayır, sinifli cəmiy-
yətin təşəkkülü prosesi baş verir. 
 
Ədəbiyyat: 
 
 1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild, s. 54-165. 
 2. Azərbaycan tarixi. Dərslik, 1-ci cild, s. 19-57. 
3. Ə.Cəfərov. Quruçay dərəsində. Bakı, 1991. 
4. M.Hüseynov. Azıx mağarası. Bakı, 1981.   
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
22
 
 
 
II FßSÈL 
 
AZƏRBAYCAN ƏRAZİSİNDƏ  
ƏN QƏDİM DÖVLƏTLƏR 
 
2.1. Azərbaycan  ərazisində  qədim soylar. E.ə. IV 
minillikdə Mesopotamiya sivilizasiya mərkəzinə  məxsus 
Oveyd (Üveyd), yaxud protosümər arxeoloji mədəniyyətinin 
ünsürləri Suriya, Anadolu, Türkmənistan və Ön Qafqaz, o 
cümlədən Azərbaycana da yayılmışdı. Ehtimala görə  həmin 
mədəniyyət Azərbaycana sümər soyları tərəfindən gətirilmişdir. 
Qərb oriyentalistlərindən (şərqşünas alimlərindən) Kra-
mer, Lleyd, Çayld, Reklü, Betitski və başqalarının qənaətinə 
görə tarixdə ilk Sümər dövlətini yaratmış soylar prototürklərin 
əcdadları olmuşdur və  Cənubi Mesopotamiyaya Tibetdən, ya-
xud Mərkəzi Asiyanın başqa bir ölkəsindən gəlmişlər. Onlar 
Mesopotamiyaya gəlməmişdən öncə köçəri maldar soyları 
imişlər. 
Son dövrün tədqiqatları müəyyən etmişdir ki, prototürklə-
rin əcdadları olan sümərlər Mesopotamiyaya Mərkəzi Asiyadan 
deyil, Mesopotamiyadan şimalda yerləşən Zaqros dağlıq ölkə-
sindən  - Cənubi Azərbaycandan gəlmişlər. Rus dilli tarixi 
ədəbiyyatda onlar e.ə III minilliyin birinci yarısında Cənubi 
Azərbaycan ərazisində yaşayan “su” soyları kimi təqdim edilir-
lər. Qədim Mesopotamiya sivilizasiyasını yaratmış sümərlər ilə 
“su” (“sü”) “soylarının”  əlaqəsini görməyən rus tədqiqatçıları 
“sümər"ləri də “şumer” kimi qeyd etmişlər. Azərbaycan tarix-
şünaslığındakı  “şumer” anlayışı da bizə rus tarixşünaslığından 
gəlmişdir. Əslində bu “sümər”dir. Həm də sübut edilmişdir ki, 
qaynaqlarda “sümər” soy adı deyil, “hərbçilər” sosial təbəqəsini 


Azərbaycan Tarixi 
 
 
23 
bildirən anlayış kimi işlədilmişdir. “Sü” qədim türk dillərində 
“qoşun” mənasını verir, “ər” isə “igid”, “kişi” mənasında 
işlədilmişdir. “Sü + ər” qoşun igidləri,  əskərlər, hərbiçilər 
mənasını verir. Türk dillərində sözün ortasında saitlər yanaşı 
işlədilmir. Alınma sözlərdə  və düzəltmə sözlərdə sait səslər 
yanaşı düşdükdə aralarına diləyatımlı samitlərdən biri əlavə 
edilir. Türk dillərindəki bu qanunauyğunluqlara əsasən “sü” və 
“ər” sözlərinin arasına “m” samiti əlavə edilməklə “sümər” 
(hərbçilər) anlayışı yaranmışdır.    
Ehtimal edilir ki, Cənubi Azərbaycanın Zaqros dağlıq 
bölgəsində yaşayan maldar kuti soylarının “sümər” adlanan 
hərbçilər sosial təbəqəsi Cənubi Mesopotamiyaya getmiş
bataqlıqdan ibarət olan bu ərazinin mənimsənilməsində  iştirak 
etmişlər. (Geoloqlar müəyyən etmişlər ki, Mesopotamiya e.ə. X 
minilliyədək su altında qalmış ərazi olmuşdur. Onun səthi dəniz 
səviyyəsi ilə bərabər olub körfəz təşkil etmişdir. Dəclə, Fərat və 
Harun çayları Mesopotamiya körfəzinə tökülmüşlər. Dənizin 
suyu çəkildikdən sonra yaranmış bataqlıq  ərazi e.ə. VI 
minillikdən insanlar tərəfindən mənimsənilməyə başlanıb, 
əkinçilik üçün yararlı sahələrə çevrilmişdir). Piktoqrafik 
kitabələrdən məlum olur ki, sümərlər Cənubi Mesopotamiyada 
Uruk  şəhər-dövlətini yaratmışlar. Sonralar isə Uruk şəhər-
dövləti Cənubi Mesopotamiyanın digər  şəhər-dövlətlərini 
özlərinə tabe edərək dünyanın ilk dövlətini - Sümər dövlətini 
yaratmışlar. Böyük şərqşünas alim Samuel Kramer “Tarix 
Sümərdən başlanır” adlı kitabında dövlətçilik tarixinin Sümər 
dövləti ilə başlamasını sübut etmişdir. Biz fəxrlə deyə bilərik 
ki, dünyanın bu ilk dövlətini azərbaycanlıların  əcdadları olan 
protatürk soyları yaratmışlar. 
Məlumdur ki, e.ə. IV minilliyin sonu – III minilliyin 
əvvəllərinə, yəni Eneolit dövrünün sonu və  İlk Tunc dövrünə 
aid edilən Kür-Araz mədəniyyəti Cənubi Qafqazdan tutmuş
Cənubi Azərbaycan,  Şərqi Anadolu və Orta Asiyanın cənub – 
qərbinə kimi böyük bir ərazidə  təmsil olunmuşdur. Kür-Araz 
Qəzənfər Rəcəbli 
 
 
24
mədəniyyəti yayılan  ərazidə müxtəlif etnoslar yaşamışlar. 
Tarixi  ədəbiyyatda Kür-Araz mədəniyyətinin bir çox soylarla 
bərabər hurri soylarına da mənsub olması haqqında fikir vardır. 
Eyni zamanda alimlər Hind-Avropa dil ailəsinə aid olan 
xalqların ilk vətəninin Mərkəzi və Ön Asiya olması fikri ilə 
əlaqədar, onların əcdadlarını da bu mədəniyyəti təmsil edənlər 
sırasına daxil edirlər. Son illərin tədqiqatları 
müəyyənləşdirmişdir Kür-Araz mədəniyyəti  ərazisində  qədim 
zamanlarda türk dilli soylar da yaşamışlar. 
Sümər kitabələrində Cənubi Azərbaycan ərazisində Urmu 
gölü hövzəsində kuti, lullu və turukki soylarının yaşamaları 
haqqında məlumat vardır. Bu soyların qədim türk dilli etnoslar 
olmasına dair tarixi qaynaqlarda kifayət qədər dəlillər 
mövcuddur. Kutilər və lullubi soyları ilə bağlı ilk məlumatlar 
e.ə. III minilliyin birini yarısına aiddir. 
Qaynaqlarda e.ə I minilliyin başlanğıcında Urmu 
gölündən cənubda və  şərqdə mannalıların yaşamaları qeyd 
edilir. Azərbaycan tarixşünaslığında belə bir yanlış fikir vardır 
ki,  guya onlar kuti, lullu və turuxki soylarının nəsilləridirlər. 
Lakin 1994-cü ildə Moskva Dövlət Universitetinin nəşr etdiyi 
“Etnologiya” dərsliyində xəbər verilir ki, Ərəbistan yarımadası 
e.ə. II minillikdə, müasir sami dilli xalqların  əcdadları 
tərəfindən məskunlaşdırılan zaman orada manalar və  səbailər 
yaşayırdılar. Sami dilli soyların əcdadları tərəfindən sıxışdırılan 
manalar və  səbailər  şimal istiqamətində köç edirlər. Onlar 
Cənubi Azərbaycan  ərazisindən keçən zaman, artıq Kuti və 
Lullubi dövlətləri süqut etmiş  və kiçik hökmdarlıqlara 
bölünmüşdülər. Tarixdən məlumdur ki, səfərə  çıxan, yürüş 
edən, köç edən soylar daha hazırlıqlı olurlar, keçdikləri 
ölkələrin pərakəndə soylarından hərbi-siyasi baxımdan güclü 
olurlar. Görünür manalar Cənubi Azərbaycan  ərazisindən 
keçərkən burada mərkəzləşmiş dövlətin olmamasından istifadə 
edərək və etnik cəhətdən qohum soyların tez-tez Assur və 
Urartu təcavüzünə  məruz qaldıqlarına görə onları öz ətrafla-


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə