Azərbaycan Tarixi
241
qəbul olunduğunu bildirdi. 1801-ci
ildə Şərqi Gürcüstan ilə
birlikdə, əhalisi azərbaycanlılardan ibarət olan Qazax və
Şəmsədil sultanlıqları Rusiya təbəəliyinə qəbul edildilər. 1801-
ci ildə Talış, Quba və Bakı xanları Rusiyanın imperatoru I
Aleksandr tərəfindən qəbul olundular və onlar arasında
Rusiyaya birləşmə haqqında rəsmi danışıqlar getdi. 1802-ci il
dekabrın 26-da Şimali Qafqazın Georgiyevski kəndində Şərqi
Gürcüstanın və Şimali Qafqazın Rusiyaya birləşdirilməsi
haqqında bağlanan müqavilənin imzalanması mərasimində
Talış, Quba və Bakı xanlıqlarının nümayəndələri də iştirak
etdilər. Georgiyevski müqaviləsini Rusiya imperiyası
tərəfindən Rusiyanın Qafqaz qoşunlarının baş komandanı ilə
birlikdə Talış və Quba xanları da imzaladılar.
1803-1804-cü illərdə Rusiya Azərbaycan torpaqlarını
işğal etməyə başladı. General Bulqakovun komandanlığı
altında rus qoşunları Car – Balakən torpaqlarını tutdular. 1803-
cü ilin noyabrında general Sisianovun komandanlığı altında rus
qoşunları Tiflisdən başlayaraq Gəncə xanlığı üzərinə yeridilər.
Gəncə hökmdarı Cavad xan Gəncə şəhərinin mühafizəsini
təşkil etdi. Lakin 1804-cü il yanvarın 3-də güclü
top atəşi ilə
dağıdıldıqdan sonra Gəncə şəhəri rus qoşunları tərəfindən
tutuldu. Cavad xan döyüşdə qəhrəmancasına həlak oldu. Gəncə
şəhəri işğal edildikdən sonra adı dəyişdirilib I Aleksandrın
arvadı Yelizavetanın şərəfinə Yelizavetpol edildi. Rusiya
imperatorunun fərmanı ilə Gəncə xanlığı ləğv edilib Rusiyanın
əyalətinə çevrildi. Gürcüstanın Rusiyaya birləşdirilməsi və
Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması İran və
Osmanlı dövləti tərəfindən etirazla, İngiltərə və Fransa
tərəfindən isə narazılıqla qarşılandı.
1804-cü ilin mayında İran rus qoşunlarının Cənubi
Qafqazdan çıxarılmasını tələb etdi. İranın notasına Rusiya
tərəfindən rədd cavabı verildi. 1804-cü il iyunun 10-da Rusiya
ilə İran arasında müharibə başladı. Bu Azərbaycanı
bölüşdürmək uğrunda birinci Rusiya – İran müharibəsi idi.
Qəzənfər Rəcəbli
242
1806-cı ilin sonunda isə Rusiya – Osmanlı müharibəsi başladı.
1812- ci il iyulun 16-da Osmanlı dövləti ilə Rusiya arasında
müharibə Buxarest sülh müqaviləsi ilə bitdi. Osmanlı dövləti
Cənubi Qafqaz torpaqlarının Rusiya tərəfindən zəbt edilməsini
tanımalı oldu.
Rus qoşunları Gəncəni işğal etdikdən sonra şərqə doğru
irəliləməyə başladılar. 1805-ci il mayın 14-də Qarabağ xanı
İbrahim xanla general Sisianın arasında “Andlı öhdəlik” adı ilə
tarixə düşən Kürəkçay müqaviləsi imzalandı. Kürəkçay
müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçir
və Qarabağ xanlığı ərazisində yerləşən rus ordusunu ərzaqla
təmin etməyi öz öhdəsinə götürürdü. Bir qədər sonra Şəki xanı
Səlim xan da gəlib Kürəkçay “Andlı öhdəliyini” imzaladı.
1805-ci il dekabrın 27-də isə Şamaxı xanı Mustafa xan ilə
Sisianov arasında Şirvanın Rusiya tabeliyinə keçməsi haqqında
müqavilə imzalandı. 1806-cı il fevralın 8-də Bakıda
İçərişəhərin qoşaqala qapıları yanında Bakı xanı Hüseynqulu
xan general Sisianovu qarşıladı. Bu görüş zamanı Hüseynqulu
xanın dayısı oğlu İbrahim bəy tərəfindən Sisianov öldürüldü.
Oktyabrın 3-də Dərbənddən hərəkət
edən general Bulqakovun
qoşunları Bakını zəbt etdilər. Hüseynqulu xan İrana qaçdı. Bakı
Rusiyaya qatıldı, Bakı xanlığı ləğv edildi. Az sonra Quba da
Bulqakov tərəfindən döyüşsüz tutuldu, Quba xanı Şeyxəli xan
dağlara qaçdı. Qafqazda rus ordusunun baş komandanı general
Qudoviçin əmri ilə Dərbənd və Quba xanlıqları müvəqqəti
olaraq Tarkov şamxallığının hakimiyyəti altına verildi, sonra
isə Rusiyanın əyalətinə çevrildi. Şəki xanlığı Cəfərqulu xan
Xoyskinin hakimiyyəti altına verildi. Cənubi Azərbaycanın
Xoy xanlığından çoxlu azərbaycanlı, qismən də erməni
köçürülüb Şəkidə məskunlaşdırıldı.
1812-ci ilin payızında İran cəbhəsində general Kotlyaro-
viçin komandanlığı altında rus qoşunları hücuma keçdi.
Oktyabrın 18-də Araz çayı sahilində Aslandüzü adlı yerdə İran
ordusu məğlubiyyətə uğradı və İran vəliəhdi şahzadə Abbas
Azərbaycan Tarixi
243
Mirzənin komandanlığı altında Təbrizə çəkildi. 1812-ci il
dekabrın 31-də isə rus qoşunları yaxşı möhkəmləndirilmiş
Lənkəran qalası üzərinə hücuma keçdilər. Rus komandanlığı,
Peterburqa Yeni il sovqatı təqdim etmək naminə, nəyin
bahasına olursa-olsun şəhəri tutmaq əmri vermişdi. 1813-cü il
yanvarın 1- də Lənkəran şəhəri rus qoşunları tərəfindən tutuldu.
Bu qələbə rus qoşunlarına ikiqat itki hesabına başa gəldi.
Lənkəran şəhərinin tutulması rus hərbçilərinin törətdikləri
dəhşətli bir faciə ilə də tarixə düşdü. Həmin il yanvarın 1-i
müsəlmanların Aşura günü idi.
Səhər sübhdən dindar əhali
əllərində ələm (dini bayraq) şəhərin Sütəmordov kəndi adlı
məhəlləsində məscidin qarşısında toplaşmışdı. Rus hərbçiləri
onların əllərində bayraq hücuma keçməyə hazırlaşdıqlarını
zənn edib dinc əhalini qılıncla doğrayıb məscidin həyətindəki
quyuya tökdülər. Dindarların bayrağı da həmin quyuya atıldı.
(Həmin “ələm” sonralar quyudan çıxarılıb tarixi şahid kimi
Sütəmordov məscidində saxlanılır).
Lənkəran qalasının süqutundan sonra İran sülh xahiş
etməyə məcbur oldu. 1813-cü il oktyabrın 12-də Qarabağın
Gülüstan kəndində bağlanmış sülh müqaviləsi ilə birinci Rusiya
– İran müharibəsi başa çatdı. Gülüstan müqaviləsinə görə
Şimali Azərbaycanın Bakı, Qarabağ, Quba, Dərbənd, Gəncə,
Talış, Şamaxı və Şəki xanlıqları Rusiyaya qatıldı, İran bu
xanlıqlara iddiasından imtina etdi
və həmçinin Şərqi Gürcüstan
ilə Dağıstanın Rusiya tabeliyinə keçmələrini tanıdı. Gülüstan
müqaviləsinə görə yalnız Rusiya Xəzər dənizində hərbi
donanma saxlaya bilərdi. Ticarət münasibətlərində 5%
miqdarında gömrük rüsumu müəyyən edildi. Iranın daxilində
Rusiya təbəələri üçün gömrük rüsumu ləğv edildi. Gülüstan
müqaviləsi Rusiya ilə İran arasında ticarət münasibətlərinin
inkişafı üçün əlverişli şərait yaradıldı.
Beləliklə, Gülüstan müqaviləsi ilə Rusiya və İran
arasında Azərbaycanı bölüşdürmək uğrunda müharibənin
birinci mərhələsi başa çatdı. Naxçıvan və İrəvan xanlıqları
Qəzənfər Rəcəbli
244
istisna olmaqla Şimali Azərbaycan xanlıqları Rusiyaya qatıldı,
Naxçıvan və İrəvan xanlıqları və Cənubi Azərbaycan xanlıqları
İranın tabeliyində qaldılar.
15.2. Azərbaycanın Rusiya və İran arasında
bölüşdürülməsinin başa çatması. Türkmənçay müqaviləsi.
Gülüstan müqaviləsindən sonra da İran
hakim dairələri Şimali
Azərbaycan torpaqlarını zəbt etmək niyyətlərindən əl
çəkməmişdilər. İngiltərə də İranı qızışdıraraq, Rusiyaya qarşı
müharibəyə təhrik edirdi. İngiltərənin Peterburqdakı səfiri
İranın Peterburqdakı səfirinə bildirir ki, onun hökuməti
Gülüstan müqaviləsini bəyənmir, onu İrana qarşı ədalətsizlik
hesab edir.
Səfir bildirirdi ki, əgər İran Gülüstan müqaviləsinin
şərtlərinə yenidən baxılmasını, Talış və Muğanın İrana
qaytarılmasını tələb etsə İngiltərə onu dəstəkləyər. Böyük
Britaniyanın Tehrandakı səfiri şahı inandırmağa çalışırdı ki,
İran Cənubi Qafqazı yenidən əlinə keçirə bilər. Bunun üçün
İrana öncə güclü ordu yaratmaq lazımdır. Səfir bildirirdi ki,
İngiltərə İrana yaxşı təlim görmüş və yaxşı silahlanmış 50 min
nəfərlik ordu yaratmaqda köməklik göstərməyə hazırdır.
İranın Rusiya ilə yeni müharibəyə hazırlaşması işində
Cənubi Azərbaycanın hakimi, vəliəhd şahzadə Abbas Mirzə
mühüm rol oynayırdı. Abbas Mirzə özünü ingilis zabitləri və
səfirin məsləhətçiləri ilə əhatə etmişdi və onların köməkliyi ilə
öz ordusunu yenidən qururdu. İranın cəbhəxanaları ingilis
silahları və hərbi sursatları ilə dolu idi. Abbas Mirzə rus
səfirliyini qorumaq adı ilə Təbrizə 10 min nəfərlik hərbi hissə
göndərdi.
XIX əsrin 20-ci illərinin əvvəllərində İranın Rusiyaya
qarşı hərbi hazırlığı yeni mərhələyə qədəm
qoydu və çox
fəallaşdı. Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun
gücünü artırır və gələcək müharibədə Osmanlı imperiyasından
kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İrana kömək
edirdi. Çünki İngiltərə ehtiyat edirdi ki, Rusiya Şərq məsələsini
öz xeyrinə həll edə bilər. İngilis diplomatiyasının dəstəyi ilə