Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 

 



Fəsil 1. Ekspert sistemlərin quruluşu və funksiyaları. 

1.1.Insan və ekspert sistemlər. 

 

Hal-hazırda ekspert sistemlər geniş yayılmaqdadır. Onlar bilavasitə fərdi EHM-



lərlə    əlaqədardır.  Formalaşan  fərdi  EHM-lər  süni  intellekt  sahəsindəki 

nailiyyətlərə  arxalanır.  Başqa  sözlə,  avtomatların  reallaşdırdığı  intellektual 

funksiyalar  insanın  təbii  intellektinin  xüsusiyyətlərinə  uyğunlaşır,  onlara  adekvat 

olur. 


Cəmiyyətin  inkişaf  qanunauyğunluqları  belə  proqnoz  verməyə  imkan  verir  ki, 

ancaq  elementar  intellktual  avtomatların  və  ya  məntiqi  intellektual  avtomatların 

hərtərəfli  inkişafı  əsasında  «kompüter  inqilabı  başlayar».  Bu,  həm  bilavasitə 

istehsalda istifadə olunan avtomatlara, əlaqə sistemləri və cihazlarına, istehlak və 

idarəetmənin  müxtəlif  texniki  vasitələrinə,  mədəniyyət,  incənsənət,  ali  və  orta 

təhsilin  rəngarəng  idarəetmə  sistemlərinə,  həm  də  insan  fəaliyyətinin  müxtəlif 

növlərinin, o cümlədən idrakın intellektual dəstəklənməsinə aiddir[1]. 

Bəs insan və ekspert sisemlər hansı uyğunluq və fərqlərə malikdir? 

Insan  həm  bioloji,  həm  də  psixoloji  cəhətdən həlledici  dərəcədə  fərqlənir. 

O, bölünməyən biopsixososial vahidlik təşkil edir. Insan təkrarolunmazdır və[1]:  

-

  yaşamaq, işləmək, yemək içmək, geyinmək və s. kimi xüsusi tələbatla; 



-

  hiss etmək, qəbul etmək, tanıma, fikirləşmək, yaratmaq, inanmaq və s. 

kimi xüsusi qabiliyyətlə; 



-

  öyrənmə, dərketmə, başa düşmə, nəticə çıxarma, təhlil, müqayisə  etmə, 

sintez, layihələndirmə və s. kimi əvəzolunmaz və eyni zamanda məhdud 

qabiliyyətlərlə; 

-

  fərdi  və  kollektiv  yaradıcılıqla,  yenilik  yaratmaq,  bu  yeniliyi  təqdim 



etmək, inkişaf etdirmək və s. qabiliyyətləri ilə fərqlənir. 

Təbiətin,  cəmiyyətin,  yəni,  varlığın  və  yeni  düşüncənin  daha  dərin,  ətraflı  və 

kompleks başa düşülməsi belə meydana çıxır. 

Insanın həm fərdi, həm də ictimai yaradıcılığına hal-hazırda «1 №li dünya 

problemi»  kimi  baxılır.  O,  ictimai  tərəqqi  və  yaşayış  səviyyəsinin  həlledici 

mənbəyidir.  Yaradıcılıq  fenomeni  anlayışında,  insan  idrakının  inkişafı  və  başa 

düşülmənin,  xüsusən,  insan  və  maşın  təfəkkürünün  açarı  yerləşir.  Insan  idrakı 

(fərdi,  subyektiv  və  ictimai,  abstrakt)  qlobal  problemlərin  başa  düşülməsinə  açar 

ola  bilər.Bu  halda  avtomatların  yeri  və  funksiyaları  barədə,  ekspert  sistemlərin 

insanla müqayisədə xüsusi funksiyaları barədə təbii sual meydana çıxır. 

Ekspert  sistemlər  dərketmə  vasitəsidir.  Onlar  birinci  növbədə  xüsusi 

professional  sahələrdə  baş  verən  proses  və  hadisələrin  daha  tez  və  yaxşı  başa 

düşülməsinə  xidmət  edir.  Ekspert  kollektivlərinin  dərin  professional  biliyi  tələb 

olunan  mürəkkəb,  zəif  formalaşdırılan  proseslərin  başa  düşülməsi,  tədqiqi  üzrə 

problemlərin  həllində  onlar  həlledici  rol  oynaya  bilər.  Həlledici  qabiliyyəti 

biliklərin  təsviri  və  işlənməsində  cəmləşən  ekspert  sistemlərdən,  gələcəkdə 

yaradıcılığın kəskin artması gözlənilir. 

Insanın  əvəzedilməz  fərdi  (subyektiv)  qabiliyyəti  və  intellektual 

avtomatların geniş təkrar olunan ictimai (obyektiv) qabiliyyətinin, yeni «insan və 

maşın»    tipində  birləşdirilməsi  məqsədəuyğundur.  Insan  və  maşın  bir-birilə 

təbiətdə, texniki mühitdə, kooperativ və interaktiv qarşılıqlı fəaliyyətdə həqiqətən 

silahdaş  münasibətlərini  təşkil  edir.  Bu  mənada  spesifik  qabiliyyəti,  insanın  əqli 

qabiliyyətini  əhəmiyyətli  dərəcədə  genişləndirən  ekspert  sisteilərin  yaradılması 

zəruri hesab edilir. Bunun üçün  onlar, bu vaxta qədər ancaq insana mənsub olan 




xüsusi qabiliyyətlərə malik olmalıdır. Intellektual insan və intellektual avtomat zəif 

və  güclü  tərəflərə  malikdir.  Intellektual  insan  subyektivdir,  şüurludur, 

initsiativlidir,  az  sürətlidir.  Intellektual  avtomat  isə  obyektivdir,  çox  bilir  (bilik 

bazasına  malikdir),  məntiqlidir,  sürətlidir.  Onlar  birlikd  kooperasiya  nəticəsində 

daha məhsuldar ola bilər. 

Intellektual  avtomatların  mahiyyəti  onların  insanın  imitasiyasında  və  ya 

onun  beyninin  köçürülməsində  deyil,  yüksək  inkişaf  etmiş  texniki  sistem  kimi 

şə

xsi fəaliyyətindədir. 



EHM kooperasiya üzrə insanın əsil silahdaşına çevrilməlidir. Uyğun olaraq 

ekspert sistemlər perspektivdə aşağıdakı yüksək tələblərə nail olmalıdır: 

-

  uyğun  predmet  sahəsinin  mütəxəssis  dilində  və  imkan  daxilində  təbii 



dildə dialoq qabiliyyəti; 

-

  biliklərin,  xüsusi  proqramlaşdırma  dili  istifadə  etmədən,  ancaq 



problemin təsviri dili əsasında təqdim edilməsi; 

-

  biliklərin,  problemin  avtomatik  həlli  yolu  ilə  işlənməsi  və  bütün  həll 



addımlarının dialoq recimində izahı; 

-

  faktların  araşdırılması  və  çıxarış  qaydalarından  istifadə  etməklə 



biliklərin əldə olunması. 

Insanla  ekspert sistemin  müqayisəsində nəzərə almaq  lazımdır  ki, insan bioloji 

mühitdir  (bədəndir).  Bioloji  mühit  maddələr  mübadiləsi  prosesləri  nəticəsində 

meydana gəlir və bu proseslərsiz mövcud ola bilməz, başqa sözlə, yaşaya bilməz. 

Bu mühitlərin yaşaması üçün zəruri olan bütün enerji çevrilmələri, bu mühitin və 

onu əhatə edən mühitin kəskin məhdud temperaturlarında ərzaq qəbulu və qalığın 

tullanması  yolu  ilə  həyata  keçirilir.  Beləliklə,  canlı  orqanizmlərdə  bütün 

informasiya  mübadiləsi  prosesləri  də  maddələr  mübadiləsinin  spesifik  şəraitinə 

bağlıdır.  Onlarda  informasiyanın  şəkli,  həcmi,  yazılma  və  işlənmə  sürəti  və 

keyfiyyətinə  belə  bioloji  məhdudiyyət,  eyni  zamanda,  materiya  hərəkətinin  canlı 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə