Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   2   3   4   5   6   7   8   9   10   ...   26

uyğun olaraq ekspert sistemlər aşağıdakı tərkib hissələrini özündə birləşdirməlidir 

[1] (şək.1).  

 

 

1.



 Biliklərin əldə edilməsi. Biliklərin əldə edilməsi ekspert sistemlərin  nisbətən 

mürəkkəb  funksiyasıdır.  Çünki  insanın,  onu  bioloji  və  ictimai  nöqteyi-

nəzərdən əhatə edən mühiti tanıma və təsvir etmə qabiliyyəti mahiyyətcə çox 

rəngarəng və ziddiyyətli prosesdir. Bu uyğun avtomat üçün olduqca vacibdir. 

Çünki o, insanla interaktiv dialoq rejimində ən müxtəlif informasiyaları təkcə 

formal  sintaksis  deyil,  həm  də  semantik  adekvat  (birqiymətli)  qəbul 

edilməlidir. Informasiyaların qəbul edilmə üsulu onun avtomatda saxlanması 

və  təsvirinə  əhəmiyyətli  təsir  göstərir.  Həqiqi  biliyi  əks  etdirən 

informasiyaların  düzgün,  effektiv  qəbulu  ekspert  sistemin  müvəffəqiyyətli 

«öyrənməsi»  üçün  həlledici  şərtdir.  Idrak  (nitq)  və  fəaliyyət  insanın  təbiətlə 

və kollektivdə məhsuldar qarşılıqlı fəaliyyəti üçün interfeys təmin etdiyi kimi, 

avtomatın  insanla  interfeysi  idrak  və  nitqlə  adekvat  olmalıdır.  Buradan 

informasiüaların təbii dildə daxil edilməsi zərurəti meydana çıxır. 

2.

 Biliklərin  təsviri  (biliklərin  saxlanması).  Bilik  bazasının  formalaşdırılması 



seçilmiş  predmet  sahəsi  üzrə  quraşdırılan,  qiymətləndirilən,  birləşdirilən  və 

mübadilə  edilən  proqroam  modullarının,  fakt  və  qaydaların,  habelə  həll 

strategiyalarının 

(məntiqi 

çıxarış 

mexanizmlərinin) 

yazılması 

və 



saxlanmasının  uzunmüddətli  prosesi  nəticəsində  həyata  keçirilir.  Prosedur 

(əməliyyat)  və  deklarativ  bilikləri  fərqləndirirlər.  Əməliyyat  bilikləri  həm 

alqoritm,  həm  də  qayda  formasında  təsvir  edilə  bilər.  Hər  iki  halda  onlar 

gedişi,  ya  alqoritmin  strategiyası  ilə,  ya  da  məhsuldar  qaydalara  uyğun  olan 

məntiqi  çıxarışın  avtomatik  prosesləri  ilə  təyin  olunan  proseslərə  gətirib 

çıxarır.  Deklarativ  bilik  «statik»  fakt  və  qaydaların  cədvəl  və  ya  semantik 

şə

bəkə  formasında  təsvirini  əhatə  edir.  biliklərin  təsviri  etibarlılıq,  tamlıq, 



istifadə sərhədləri, dəqiqlik, birqiymətlilik, professional aidiyyət, abstraksiya 

səviyyəsi  kimi  vacib  tələblərə  cavab  verməlidir.  Biliklərin  təsvirinin 

ə

həmiyyətli  xüsusiyyəti  blik  bazasının  praktiki  yararlığı,  yeniləşmə 



qabiliyyətidir. 

3.

 Biliklərin  işlənməsi  (problemin  həlli).  Ekspert  sistemlərdə  biliyin  işlənməsi 



həm  hesablama  texnikasının  köməyilə  adi  proqramların  icrasından,  həm  də 

problemin məntiqi həllindən (burada bu, əsas hesab edilir) ibarət ola bilər. Bu 

o deməkdir ki, ekspert sistem istifadəçisinin sərəncamında onun məsələlərinin 

həlli  üçün  effektiv  proqram  vasitələri,  habelə  problemin  həli  mexanizminə 

(məntiqi çıxarış maşını) malik alət maşını mövcud olur. 

Problemin  real  quruluşundan  asılı  olaraq,  biliyin  işlənməsinin  hesabi-alqoritm 

hissəsi,  məntiqi  qeyri-alqoritmik  hissəsi  ilə  müqayisədə  üstünlük  təşkil  edə  bilər. 

Məsələn,  şahmat  oynamaq  üçün  ekspert sistem  öz  faktları  (şahmat  fiquru  növləri 

və şahmat taxtası) və qaydaları (yol verilən, əhəmiyyətli gedişlər), habelə oyunun 

uyğun strategiyaları ilə  sırf  məntiqi  çıxarış  prosesi  şəklində biliklərin işlənməsini 

həyata keçirir. Biliklərin işlənməsi ekspert sistemlərin tipik məsələsidir. Bu, axtarış 

və müqayisə yolu ilə məntiqi çıxarışın dəqiq verilmiş strategiyasına uyğun fakt və 

qaydaların  avtomatik  qiymətləndirilməsindən  ibarətdir.  Bu  zaman  alınmış  aralıq 

nəticələr  yeni  fakt  və  qayda  kimi  istifadə  edilir  və  beləliklə  tam  həll  alqoritmi 

qurulur. 

Ə

gər  əvvələr  konkret  bir  tətbiq  sahəsi  üçün  hazırlanmış  ekspert  sistemlərdə 



biliklərin  təsviri  və  işlənməsi  bir-birilə  ayrılmaz  əlaqədə  idisə,  sonralar  tam  qrup 


məsələlər  üçün  ekspert  sistem  örtükləri  meydana  gəldi.  Onlarda  məntiqi  çıxarış 

prosesləri  predmet  sahəsindən  asılı  deyil,  başqa  sözlə  onlarda  bilik  bazası  ya 

mövcud  deyil,  yaxud  da  dəyişiləndir.  Belə  sistemləri  «boş»  ekspert  sistemlər  də 

adlandırırlar.  Onlar  ancaq  məntiqi  çıxarış  maşınından,  biliklərin  təsviri  üçün 

vasitədən  (bilik bazasının təşkili, imkan  varsa, istifadəçi  ilə  əlaqə üçün interfeys) 

ibarət olur. 

4.

 Izahat  komponenti  (nətijələrin  təqdim  edilməsi  (təsviri)).  Klassik  EHM-lər 



üçün  aşağıdakı  ədalətli  təsdiq  mövcud  idi:  EHM-də  insan  tərəfindən  ayrıca 

ə

mrə qədər düşünülməyən, təyin edilməyən heç nə baş vermir. 



Bilikləri  işləmək  qabiliyyətinə  malik  olan  ekspert  sistemlər  üçün  artıq  bu  fikir 

ə

dalətli deyil. Süni intellekt kimi, onların yeni keyfiyyəti belə büruzə verir ki, onlar 



özlərinin  şəxsi  məntiqi  çıxarışlarını  verə  bilir.  Həm  də  uzun  məntiqi  çıxarış 

zəncirinin  ayrı-ayrı  bölmələri  qabaqcadan  görülə  də  bilməzdi.  Bu  zaman  ekspert 

sistemlərin  əsas təyinatı ondan ibarətdir ki, ekspert sistemin istifadə edildiyi sahə 

üzrə müəyyən biliyə malik istifadəçi ilə kooperasiya (birlik) təşkil edərək istifadəçi 

üçün  tam  əyani  və  başa  düşülən  nəticələr  əldə  etsin.  Ekspert  sistemin  izahat 

komponenti «niyə və necə ancaq belə çıxarış alınmışdır?» sualına çavab verməklə 

həll  prosesinin  ayrı-ayrı  addımlarının  izahı  əəsasında  bu  məqsədə  nail  olur. 

Bununla  da  problemin  daxili  qarşılıqlı  əlaqələrinə  nüfuz  etmək,  əhəmiyyətli  və 

ə

həmiyyətsiz  fakt  və  qaydaları  ayırmağa  nail  olunur.  Bu  ekspert  sistemin  aldığı 



çıxarışları  başa  düşməyə,  qiymətləndirməyə  və  ya  atmağa  (qəbul  etməyə)  imkan 

verir.  Sonuncu  hal  yeni  fakt  və  qaydaların  axtarışı,  tədqiqi  və  qəbulu  ilə 

ə

laqədardır. Bu zaman ilkin qəbul edilib  maşina daxil edilmiş fakt və mülahizələr 



yalan, qeyri-adekvat, düzgün olmayan və ya sadəjə olaraq heç bir qiyməti olmayan 

ola bilər. Qeyd etmək lazımdır ki, belə «kənar nailiyyət» həm də həlledici qiymətə 

malik ola bilər. 

Ekspert  sistemlər  olduqca  etibarlı,  kompotentli  (nüfukzlu),  korrektli  (düzgün), 

açıq  və  həm  də  formal  obyektmv  silahdaş  ola  bilər.  Bu  (böyük  həcmdə 

hesablamaların icrası ilə birlikdə) onların keyfiyyətcə güclü tərəfidir. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə