Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   2   3   4   5   6   7   8   9   ...   26

forması  daxilində  aradan  qaldırılması  mümkün  olmayan  (ola  bilsin  ki,  buna  heç 

ehtiyac  da  yoxdur)  ciddi  sərhəddir.  Bu,  ümumiyyətlə,  canlıların,  o  cümlədən 

insanın spesifikliyi və oricinallığının əsasıdır. 

Avtomat «maddi  mühitin» köklü, tamamilə başqa bir prinsipini tələb edir. 

Çünki  onun  daxilində  maddələr  mübadiləsi  prosesləri  deyil,  informasiya 

mübadiləsi prosesləri baş verir. Bu o deməkdir ki, o, informasiya mühiti olmalıdır. 



1.2.EHM və ekspert sistemlər. 

 

Dördüncü  mərhələ  EHM-lərindən  başlayaraq  hesablama  texnikası  olduqca 



böyük gücə və sürətə malik olmuşdur. Onlar ən müxtəlif sahələrdə tətbiq olunurlar. 

Elə EHM-lər meydana gəlmişdir ki, onlar xarici görünüşcə EHM kimi tanınmırlar. 

Çünki  müxtəlif  cihaz  və  qurğuların  daxilində  quraşdırılıb,  onların  ayrılmız  tərkib 

hissəsi hesab edilirlər (idarəedici avtomatlar).  

Qeyd  etmək  lazımdır  ki,  ekspert  sistemlərin  inkişaf  istiqamətlərinin 

müəyyən edilməsinidə belə daxili EHM-lər də fərdi EHM-lər kimi eyni dərəcədə 

rol oynayır. Əgər EHM-lərin klassik anlayışı və məlumatların işlənməsi sisteminə 

baxsaq, onda onlarla  müqayisədə, ölçmə, tənzimləmə və idarəetmə funksiyalarını 

icra  edən  «daxili  EHM-lər»,  mahiyyətcə  bilavasitə  mütəxəssisin,  başqa  sözlə, 

informasiyaölçmə  texnikası,  avtomatika  və  idarəetmənin  avtomatlaşıdırılması 

sahəsində  ekspertin  məsələsini  həll  edir.  Buna  görə  də  idarəetmənin 

mikroprosessor  və  mikrokompüter  sistemlərinə  aşağıdakı  tələblər  qoyulur.  Bu 

sistemlərin istifadəçiləri onlara, proqramlaşdırma dillərini bilməklə deyil, müəyyən 

professional  sahə  ilə  məhdudlaşan  «təbii»  dildə  xidmət  etməlidir.  Burada  insanla 

proses  arasında  əlaqə,  müəyyən  məna  kəsb  edən  anlıyışlar  (semantik  mənada) 

vasitəsilə həyata keçirilir. 

Bu  fenomeni  bir  qədər  də  aydınlaşdırmaq  üçün  mikroprosessorla  idarə 

edilən paltaryuyan maşın təsəvvür edək. Onun işi beysik, paskal və ya başqa dildə 

proqramlaşdırılır.  Onun  idarə  edilməsi  paltarların  yuyulması,  yaxalanması  və 



qurudulmasını  aydın  müəyyən  edən  və  obyektə  yönəldilmiş  proqramların 

buraxılmasını  təmin  edən  əmrlər  vasitəsilə  həyata  keçirilir.  Sintaksis  səviyyədən 

(məlumatların  işlənmə  sistemi  səviyyəsi)  semantik  səviyyəyə  (ekspert  sistemlər 

səviyyəsi)  keçid  tendensiyası,  EHM-lərin  tətbiqinin  insana  çıxış  olan  bütün 

sahələrində texnikanın inkişafının zəruri ümumi qanunauyğunluğudur. Ekspertlərin 

biliyinə  əsaslanan  ekspert  sistem  anlayışı  həm  dəqiq  riyazi  formalaşdırılan  əməli 

bilikləri,  həm  də  mütəxəssisin  böyük  təcrübəsi,  talantı  ilə  təsdiq  olunan  qeyri-

müəyyən, qeyri-dəqiq, etibarsız bilikləri əhatə edir. 

Buna  uyğun olaraq  ekspert  sistem  üçün onun lokal,  qlobal və ya  regional 

hesablama  şəbəkələri  vasitəsi  ilə  başqa  ekspert  sistemlərlə  birləşməsinin  və  ya 

onun  özünün  nə  şəklə  malik  olması  biliyi  həlledici  deyil.  Həlledici  olan  odur  ki, 

EHM keyfiyyətcə yeni xüsusiyyət kəsb edir, insanla birlikdə (onunla məsləhətdə, 

kooperasiyada),  proseslə  bilavistə  əlaqədə  müəyyən  professional  sahənin 

problemini  işləyir,  həll  edir.  Bu  zaman  insanla  intellektual  avtomat  arasında, 

məsələnin  birgə  həlli  üçün  silahdaşlıq  münasibətlərinin  meydana  gəlməsi 

həlledicidir.  Insan  cəmiyyətinin  məhsuldar  qüvvələrininn  inkişafının  aktiv, 

perspektiv və uzun prosesi buna yönələcəkdir. 

Müasir  EHM-lərin  inkişaf  səviyyəsinə  baxsaq,  onda  fərdi  EHM-lərin, 

layihələndirmənin  və  idarəetmənin  avtomatlaşdırılması  sistemlərinin  işçi 

stansiyalarının nail olduğu tipik əlamətləri aydınlaşdırmaq olar [1]: 

-

  xarkterik fon-neyman arxitekturası ilə və uzunluğu 16, 32 və 64 ikilik 



mövqe  maşın  sözü  ilə  BIS  və  BIS-texnologiyaya  (70000-450000 

tranzistor) əsaslanan mikroprosessorlar və soprosessorlar; 

-

  həcmi 1-dən 100-lərlə Mbayta qədər oan işçi (əməli) yaddaş (RAM); 



-

  tutumu 20-dən 50 Qbayta qədər olan bərk disk (vinçester) yığıcıları; 

-

  qabiliyyəti  təqribən 512x1024 nöqtə və üç  ölçülü qrafikə  malik  rəngli 



monitor; 


-

  yazı  makinasının  genişləndirilmiş  klaviaturasının,  kursorun  əllə  idarə 

edilməsi  üçün  manipulyatorun  və  bilavasitə  ekranda  işıq  perosunun 

köməyi ilə EHM-ə xidmət; 

-

  dünyada  geniş  yayılmış  standart  əməliyyat  sistemləri  MSDOS,  UNIX 



(MUTOS), VMS, WINDOWS; 

-

  prosedur (alqoritmik) proqramlar üçün dünyada geniş yayılmış problem-



yönümlü  proqramlaşdırma  dillərinin  hakimiliyi:  Paskal,  Modula  2, 

FORTRAN,  Kobol,  Ada  –universal  istifadə  üçün;  Si,  Fort-sistem  və 

tətbiqi professional proqramların işlənməsi üçün; RTL 2, Perl-idarəedici 

EHM-lərdə  proqramlaşdırma  üçün,  köhnə  proqramlaşdırma  dili  LISP 

ə

sasında  funksional  proqramlaşdırmaya  keçid-süni  intellekt  məsələləri 



üçün;  hal-hazırda  geniş  yayılmış  və  LISP-dən  sonra  hazırlanmış, 

məntiqi  (qeyri-alqoritmik)  proqramlaşdırma  sahəsində  ilk  addım  olan 

PROLOQ –süni intellekt üçün.  

Bu  şəkildə  beşinci  mərhələ  EHM-lərə  keçid,  başqa  sözlə,  problem  yönümlü 

dillərdən (məsələn, Paskal) problemin təsviri dillərinə (məsələn, PROLOQ) keçid 

başlayır. Bu sahədə tərəqqi kifayət qədərdir. Konkret istifadəçi, onun məsələsinin 

həlli üçün EHM-in daxilən necə təşkil edilə biləcəyini bilməyə də bilər. O, ancaq 

EHM-də həll edilə biləcək məsələni düzgün formalaşdırmalıdır. Bu o deməkdir ki, 

problemi  EHM-in  başa  düşəcəyi  şəkildə  yazarkən,  insan  ancaq  problemin  daxili 

qanunauyğunluqları  haqqında  fikirləşə  bilər,  başqa  sözlə,  onun  təfəkkürü  EHM-ə 

deyil, problemə yönəldilir. 

Bu  problemlərə  kifayət  qədər  cavab  verən  dördüncü  mərhələ  proqramlaşdırma 

dillərinə  SMOLLTOK  («kiçik  danışıq»)  və  ya  ATLAS  (ölçü  texnikası)  aiddir. 

Onlar əmrlər kimi, uyğun predmet sahəsində müəyyən qiymətə malik anlayışları və 

problem sahəsinin anlayışlarını istifadə edirlər. 

SMOLLTOK  proqramlaşdırma  dilindən  istifadə  edərkən  «üçbucaq»  əmri  ilə 

ekrana üçbucaq sözü deyil, bu sözün qiymətinə uyğun olaraq üçbucaq şəkli çıxır. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə