Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Ekspert sistem, proseslərlə əlaqə vasitəsilə olduqca müxtəlif, hətta, istifadəçiyə 

məlum  olmayan  və  ya  az  məlum  olan  faktları  təhlil  etdikdə,  izahat  komponenti 

xüsusi  qiymətə  malik  olur.  Bu  zaman  məntiqi  çıxarış  zənciri,  hər  biri  ayrılıqda 

kritik  olmayan  kəmiyyətlərin  qarşılıqlı  təsiri  nəticəsində  baş  verə  bilicək 

katastrofların  qabaqcadan  görülməsinə  imkan  yaradır.  Faktların  belə  mürəkkəb 

qarşılıqlı    fəaliyyəti  təcrübə  (sınaq)  mexanizmləri  vasitəsilə  aydınlaşdırılmalıdır. 

Buradan ekspert sistemlərin ümumi xüsusiyyəti meydana gəlir: onlar eyni zamanda 

həm də məsləhətçi olmalıdır. Insan və intellektual avtomatın qarşılıqlı fəaliyyətinin 

kooperasiyası üçün bu xüsusiyyət olduqca böyük əhəmiyyət kəsb edir. 

5.

 Interfeys komponenti (dialoq qurğusu). Interfeys komponenti iki tam müxtəlif 



funksiyanın icrasına xidmət edir: 

-

  istifadəçinin arzusu ilə və ya həll və ya izahat prosesinin gedişinə uyğun 



qaydada, müəyyən professional sahə ilə məhdudlaşan, imkan daxilində 

təbii dildə, interaktiv dialoqun aparılması; 

-

  əhatə  edən  mühitlə  (obyektlər,  şəkillər,  səslər,  prosesin  ölçülməsi 



siqnalları) bilavasitə əlaqə. 

Giriş  və  çıxış  reaksiyalarının  hər  iki  növü  ekspert  sistemin  köməyilə  işlənmə, 

saxlanma və əks olunma üçün əlverişli formada təsvir edilməlidir. 

Insana verilən və  ondan  qəbul  olunan  məlumatlar onun  başa  düşdüyü  formada 

(şəkil,  nitq)  olmalıdır.  Lakin  bu  biliklərin  avtomat  dilində  və  insan  beynində 

təsvirinə  aid  edilmir.  Buna  uyğun  olaraq  ekspert  sistemi  əhatə  edən  mühitin 

özünün tələb etdiyi və verdiyi informasiyalar insan tərəfindən şərti bilavasitə və ya 

vasitə ilə başa düşülə bilər. 

Insanla  ekspert  sistemin  qarşılıqlı  anlaşma  şərti  onlar  arasında  əlaqənin  təmin 

edilməsi  üçün  zəruri  və  kifayətdir.  Infomasiyaların  daxili  işlənməsi  hər  iki 

sistemdə  konkret  dildən  (rus,  alman,...,  riyazi)  asılı  deyil.  Real  obyekt  və  ya 

proseslə  onun  əks  edilməsi  üçün  seçilən  vasitənin  ekvivalentliyi  bu  və  ya  digər 




dilin yararlı  və ya yararsız, effektiv və ya qeyri-effektiv olmasını müəyyən edən 

kriteriyadır. 

Ekspert sistemlərin qeyd edilən qabiliyyətləri təbii sual doğurur: insan cəmiyyəti 

üçün onların həlledici nailiyyətini nədə gözləmək lazımdır? 

Ekspert  sistemlər  üçün  bilik  problemlərinin  tədqiqi,  ekspert  sistemlərdə 

cəmləşən  biliklərin  istifadəsi  əsasında    insan  cəmiyyətinin  keyfiyyəti  üçün 

qiymətli, aşağıdakı nailiyyətləri gözləmək olar: 

-

  əmək  məhsuldarlığı  və  prestijinin  güclü  artımı  (xüsusən  çətin 



məsələlərin həllində); 

-

  insanın  dərketmə  (öyrənmə)  qabiliyyətinin  kifayət  qədər  yüksəlməsi 



(xüsusən mürəkkəb problemlərin həllində); 

-

  subyektiv bilik, fikir və inamların obyektivləşməsi; 



-

  məntiqi  düşünmənin  yüksək  keyfiyyətinə  layiq  insan  və  maşın 

münasibətləri silahdaşlığının təmin edilməsi; 

-

  etibarlı  biliklərə  geniş  müraciət  əsasında,  arqumentlərin  yığılması, 



mübadiləsi  və  sübut  olunması  əsasında  insanın  interaktiv 

ümumiləşməsinin yeni xarakteri. 

 

1.4. Ekspert sistemlərin layihələndirilməsi mərhələləri. 

 

Ekspert  sistemlərin  proqram  komplekslərinin  hazırlanması  elmi  xarakter 

deyil, daha çox incəsənət xarakteri daşıyır. Bu onunla əlaqədardır ki, uzun müddət 

süni intelekt sistemləri əsasən layihələndirmə mərhələsində tətbiq edilmişdir. Daha 

çox hallarda isə son məhsul alınmayıb, proqramların bir neçə nümunə versiyaları 

hazırlanmışdır.  Belə  yanaşma  tətqiqat  şəraitində  əlverişli  olub,  kommersiya 

şə

raitində baha olur. 




 

Sənaye  ekspert  sisteminin  hazırlanması  prosesini  predmet  sahəsindən  asılı 

olmayaraq, bir-birindən nisbətən az asılı olan 6 mərhələyə bölmək olar [2]: 

1)

  Münasib problemin seçilməsi ; 



2)

  Ilk nümunə versiyalarının hazırlanması; 

3)

  Nümunənin  sənaye ekspert sisteminə qədər inkişaf etdirilməsi; 



4)

   Sistemin qiymətləndirilməsi 

5)

  Ekspert  sistemin  işləyəcəyi  mühitin  proqram  vasitələri  ilə  qovuşması  və 



istifadəçilərin öyrədilməsi 

6)

  Sistemin saxlanması 



Mərhələlərin  ardıcıllığı  ideal  layihənin  hazırlanması  haqqında  ümumi 

təsəvvür yaratmaq məqsədilə verilmişdir və tam müəyyən edilmiş ardıcıllıq deyil. 

Həqiqətdə  isə  ekspert  sistemin  hazırlanmasının  hər  bir  mərhələsi  əvvəlki 

mərhələlərə təsir edən və hətta onların yenidən işlənməsinə səbəb ola bilən ideyalar 

yaradır.  Buna  görə  də  informatika  üzrə  bir  çox  mütəxəsislər  ekspert  sistemlərin 

metodologiyasına  tənqidi  yanaşırlar.  Onlar  hesab  edirlər  ki,  belə  sistemlərin 

hazırlanması  xərcləri  çox  böyükdür,  uzun  vaxt  tələb  edir.  Nəticədə  alınmış 

proqramlar isə hesablama resurslarının üzərində ağır bir yükdür. 

  Bütövlükdə 

ekspert 


sistemlərin, 

informasiya 

axtarışı, 

mürəkkəb 

hesablamalar,  qrafika  və  mətnlərin  işlənməsi  sahəsində  təcrübəyə  malik  olan 

təşkilatların məşğul olması məqsədəuyğundur. 

Münasib  problemin  seçilməsi  mərhələsi  konkret  ekspert  sistem  hazırlanmasına 

başlamaq  qərarına  qədərki  fəaliyyəti  özündə  birləşdirir  və  aşağıdakı  mərhələləri 

ə

hatə edir: 



1.

  Problem sahəsi və məsələsinin təyini; 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə