Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

1)

  terminlər; 

2)

  əsas anlayışların və onların atributlarının siyahısı; 



3)

  anlayışların arasındakı münasibətlər; 

4)

  giriş və çıxış informasiyalarının quruluşu; 



5)

  qərarın qəbulu strategiyası; 

6)

  Strategiya məhdudiyətləri  



Belə təsvir bilik zəmisi adlanır. 

Biliklərin  formalaşdırılması,  bilik  bazasının  həm  bilik  zəmisinin  quruluşuna 

uyğun  olan,  həm  də  növbəti,  proqramla  reallaşdırma  mərhələsində  sistemin  ilk 

nümunəsini reallaşdırmağa imkan verən dildə hazırlanmalıdır. Bu zaman predmet 

sahəsinin  konsepsiyaları  biliklərin  təsviri  üçün  seçilmiş  dildə  forma  təsvir  edilir. 

Adətən bu mərhələdə aşağıdakılar istifadə edilir: 

1)

  Məntiqi metodlar (1-ci tərtib mühakimələrin müəyyənləşdirilməsi); 



2)

  Məhsul modelləri (düz və əks çıxarışla); 

3)

  Semantik şəbəkələr; 



4)

  Freymlər 

5)

  Qrup və obyektlərin iyerarxiyasına əsaslanan obyektə yönəldilən dillər və s. 



Reallaşdırma,  bütövlükdə  yanaşmanın  həyatiliyini  nümayiş  etdirən  proqram 

kompleksinin  hazırlanmasından  ibarətdir.  Bu  zaman  ekspert  sistemin  bilik  bazası 

və başqa bloklar daxil olan ilk nümunəsi qurulur, aşağıdakı üsullar istifadə edilir: 

1) Paskal, Si və s kimi ənənəvi dillərdə proqramlaşdırma; 

1)

  Süni intelekt məsələlərində tətbiq edilən xüsusi dillərdə (LISP, FRL, Small  



Talk vəs.) proqramlaşdırma; 


3) Ekspert sistemlərin hazırlanmasının alət vasitələrinin istifadəsi; 

2)

  Boş ekspert sistemlərin (Ekspert, FIAKR) istifadəsi və s.  



Sınaq prosesi ilk nümunənin reallaşdırılmasında və yanaşmada səhvlərin aşkar 

edilməsi  və sənaye  variantının  hazırlanması üçün  məsləhətlərin  hazırlanmasından 

ibarətdir.  Bu  zaman  nümunə  proqramları  işi  istifadəçinin  real  sorğularına  uyğun 

şə

kilə gətirmək məqsədilə yoxlanır və qiymətləndirilir. Aşağıdakılar yoxlanır: 



1)

  Giriş-çıxış  interfeyslərinin  əlverişliliyi  və  adekvatlığı  (dialoq  və  sualların 

xarakteri, nəticə mətnlərinin əlaqəliliyi); 

2)

  Idarəetmə  strategiyasının  effektivliyi  (Seçmə  qaydası,  qeyridəqiq  çıxarışların 



istifadəsi və s.) 

3)

  Yoxlama nümunələrinin keyfiyyəti; 



4)

  Bilik bazasının korrektliyi (tamlığı və qaydaların ziddiyətsizliyi. 

Ilk  nümunə  qənaətbəxş  fəaliyyət  göstərdikdə  ekspert  və  biliklər  üzrə 

mühəndis  sistemin  sonuncu  variantına  nələrin  daxil  ediləcəyini  qiymətləndirmək 

imkanına malik olur. 

Ə

gər  ilkin  seçilmiş  obyekt  və  xüsusiyətlər  münasib  hesab  edilmirsə  onları 



dəyişmək lazımdır. Ekspert sistemin son variantının hazırlanması üçün lazım olan 

evristik  qaydaların  ümumi  miqdarını  qiymətləndirmək  olar.  Bəzən  sənaye 

variantının  hazırlanması  prosesində  aşağıdakı  mərhələləri  də  ayırırlar:  nümayiş 

nümunəsi, tədqiqat nümunəsi, fəaliyyət nümunəsi, sənaye ekspert sistemi. 

Sənaye  nümunəsinin  hazırlanması  mərhələsində  əsas  iş  yeni  evristikaların 

ə

lavə  edilməsindən  ibarətdir.  Bu  evristikalar  ayrı-ayrı  çətin  hiss  edilən  aspektlər 



üçün  qaydaların  miqdarını  çoxaltmaqla  sistemin  dərinliyini  artırır.  Eyni  zamanda 

eksper  və  biliklər  üzrə  mühəndis  ekspert  məsələlərin  ayrı-ayrı  cəhətlərini  və  alt 

məsələlərini idarə edən qaydalar daxil etməklə sistemin əhatə dairəsini genişləndirə 

bilər. 



Ekspert  sistemin  əsas  quruluşu  müəyyənləşdirildikdən  sonra  biliklər  üzrə 

mühəndis,  istifadəçinin  və  ekspertin  sistemlə  əlaqəsini  təmin  edən  interfeyslərin 

hazırlanmasına  və  adaptasiyasına  başlayır.  Bu  zaman  interfeyslərin  dil 

imkanlarına, sadəliyinə və sistemin işinin idarə edilməsi üçün əlverişliliyinə xüsusi 

diqqət  yetirilir.  Sistem  istifadəçiyə  başa  düşülməyən  məsələləri  asan  və  təbii 

şə

kildə  soruşmaq,  işi  dayandırmaq  və  s.  imkanı  verməlidir.  Qrafiki  təsvirlərin 



istifadəsi daha əlverişli ola bilər.  

Bu  məqhələdə  ekspertlərin  əksəriyyəti  qaydaların  daxil  edilməsi  haqqında 

kifayət qədər biliyə malik olur və özü sistemə yeni qaydalar daxil edir. Beləliklə, 

biliklər üzrə mühəndisin ekspert sistem üzərində mülkiyyət və nəzarət hüququnun 

dəqiqləşdirmək,  hərtərəfli  hazırlamaq,  və  xidmət  üçün  ekspertə  keçməsi  prosesi 

başlayır. 

 

Sənaye  ekspert  sisteminin  hazırlanma  mərhələsi  başa  çatdıqdan  sonra 



effektivlik 

kriteriyaları 

üzrə 

sınaq 


keçirilməlidir. 

Ekspert 


sistemin 

qiymətləndirilməsi  proqramların  işinin  dəqiqliyinin  və  əhəmiyyətinin  yoxlanması 

məqsədilə  sınaq  prosesinə  başqa  ekspertlər  də  dəvət  edilir.  Ekspert  sistemin 

qiymətləndirilməsi  proqramların  işinin  dəqiqliyinin  və  əhəmiyyətinin  yoxlanması 

məqsədilə  aparılır.  Qiymətləndirmə  aşağıdakı  qruplara  bölünən  müxtəlif 

kriteriyalar üzrə aparıla bilər: 

1)

  Istifadəçi kriteriyası (sistemin işinin başa düşülənliyi və aydınlığı); 



2)

  Dəvət olunmuş ekspertlərin kriteriyası (sistemin təklif etdiyi məsləhət qərarların 

qiymətləndirilməsi, onların şəxsi qərarlarla müqayisəsi, izahatlar alt sisteminin 

qiymətləndirilməsi və s.); 

3)

  Sistemi  hazırlayan  kollektivin  kriteriyası:  reallaşmanın  effektivliyi, 



məhsuldarlıq,  cavab  vaxtı,  dizayn,  predmet  sahəsinin  əhatə  dairəsi,  bilik 

bazasının  ziddiyətsizliyi,  dalan  hadisələrinin  miqdarı,  biliklərin  təsvirindəki 

kiçik dəyişikliklərə çəki əmsallarına proqramların hissiyatının təhlili və s. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə