Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   2   3   4   5   6   7   8   9   ...   26

Buna  uyğun  olaraq  ATLAS  proqramlaşdırma  dilində  ölçmə  texnikası  üzrə 

mütəxəssisin işinə uyğun olaraq, EHM-in köməyilə idarə edilən ölçmə və nəzarət 

prosesi formalaşdırılır. Buna baxmayaraq, məsələlərin qəbulu və həlli üzrə EHM-ə 

verilən  göstərişlər  güclü  formalaşdırılmış  şəkildə  təqdim  olunur  və  mütəxəssisin 

təbii professional dilindən olduqca uzaqdır. 

Problem  və  onun  təsviri,  obyekt  və  onun  əksi  arasında  qarşılıqlı  əlaqə 

zəruriliyindən problemin tanınması, başa düşülməsi, məzmunlu işlənməsi və həlli 

üçün  EHM-in  yeni  xüsusiyyətlərinə  tələb  mövcuddur  və  hətta,  qaçılmazdır:  o, 

informasiyaların təsviri (bilik səviyyəsi) və işlənməsinin semantik səviyyəsinə nail 

olmalıdır. 

Beşinci  mərhələ  EHM-lər  həm  xarici  görünüş,  həm  də  funksional  nöqteyi-

nəzərdən dördüncü mərhələ EHM-lərlə bilavasitə birləşir. Bəzən, hətta, dördüncü 

mərhələ EHM-lər, texniki (şardware) və xüsusən proqram (software) vasitələrinin 

genişləndirilməsi yolu ilə beşinci mərhələ EHM-lərin xüsusiyyətlərini kəs edir. Bu 

keçid  prosesi  hal-hazırda,  xüsusən  fərdi  EHM  və  işçi  stansiya  EHM-lərinin 

nisbətən  yaxşı  öyrənilmiş  və  məhdud  predmet  sahələri  üçün  ekspert  sistemlər 

səviyyəsinə  qədər  işləndiyi  zaman  daha  da  genişlənir.  Buna  baxmayaraq,  qeyd 

etmək  lazımdır  ki,  ancaq  beşinci  mərhələdən  başlayaraq  EHM-lər,  insanla  maşın 

arasında interaktiv kooperasiya ictimai qiymətli keyfiyyətini kəsb edir. Bu, insanla 

maşın arasında silahdaşlıq münasibətləri yaratmağa imkan verir. 

Beşinci  mərhələ  EHM-lər  cəmiyyətin  məhsuldar  qüvvələrinin  səviyyəsini 

ə

həmiyyətli dərəcədə təyin edir, dərketmə qabiliyyətini kifayət qədər genişləndirir. 



Buna  görə  də  onlar  barədə  «intellektual  avtomatların  sıfırıncı  mərhələsi»  kimi 

danışmaq  olar.  Lakin  yaxın  gələcəkdə  onların  tətbiqindən  kifayət  qədər  iqtisadi 

effekt  gözləmək  olmaz.  Bilik  bazasına  malik  EHM-lərin  geniş  tətbiqində  onların 

gücü  nisbətən  zəif  maneədir.  Ekspert  sistemlərdə  biliyin  əldə  edilməsi,  işlənməsi 

və təsviri üzrə işlərin vəziyyəti daha əhəmiyyətli dərəcəyə malik maneədir. Xüsusi 

və  super  EHM-ləri  çıxmaq  şərtilə,  beşinci  mərhələ  EHM-ləri,  bütünlükdə 




hesablama  texnikasının  inkişafında görünməmiş  ciddi sıçrayış  ola biləcək  miqdar 

və keyfiyyət parametrlərinə malik olmalıdır. 

1981-ci ildə Yaponiyada süni intellekt sahəsində işlərin layihəsi dərc edilmişdir. 

Bu  reallıqdan  daha  çox  «dünyaya  çağırış»  idi.  Buna  baxmayaraq,  dünya  Yapon 

çağırışını  qəbul  etdi  və  ona  dünya  üzrə  vahid  layihə  ilə  deyil,  çoxlu  milli 

konsepsiyalarla  cavab  verdi.  Bu  zaman,  yeni  EHM-lərin,  nail  olunması  nəzərdə 

tutulan parametrləri təqribən eynidir. 

Yapon proqramının FGCS (Fiftş Generation of Computer Systems) layihəsində, 

beşinci mərhələ EHM-lər beynəlxalq konfrasında qeyd edilən aşağıdakı məqsədlər 

qəbul edilirdi (19-22.10.1981-ci il, Tokio): 

-

  böyük  və  daha  böyük  (BIS  və  DBIS)  inteqrasiya  dərəcəli  (1-10  mln. 



tranzistor)  inteqral  mikrosxemlərin  hazırlanma  texnologiyasına  və 

məlumatların  paralel  işlənmə  sistem  kimi  maşın  sözünün  uzunluğu  32 

və  64  ikilik  mövqe  olan  16-dan  1000-ə  qədr  prosessorlara  əsaslanan 

multimikroprosessor sistemlər; 

-

  böyük  sürətli  müraciətlə,  tutumu  10-dan  100  Mbayta  qədər  olan  işçi 



(əməli) yaddaş qurğusu; 

-

  proqram və məlumatlar üçün tutumu 100 Qbaytdan 1 tbayta qədər olan 



yaddaş qurğusu (xarici yaddaş qurğusu); 

-

  təbii dildə dialoq aparmaq üçün təqribən 1000-10000 (yaxın məqsəd) və 



ya 50000 (uzaq məqsəd) sözlü əlifba, mənaca düzgün tanıma və nitqin 

sintezi imkanına malik intellektual interfeys; 

-

  obyektlərin (işarə, şəkil, və əşyaların) yüksək qabiliyyətli tanınması və 



təsviri; 

-

  1000-dən  -  10000-ə  qədər  məntiqi  çıxarış  qaydasına  malik  və 



məhsuldarlığı  kiçik  və  orta  EHM-lər  üçün    10000-dən  1  mln-a  (lips  – 

logical interences per Second- saniyədə məntiqi çıxarış), habelə nisbətən 




uzaq məqsəd kimi böyük EHM-lər üçün 10 M lipsdən 1 Q lipsə qədər 

olan funksioanl, məntiqi və relyatsion səviyyələrdə biliklərin təsviri dili. 

Elmi tədqiqatın bu proqramı əsasında bütövlükdə cəmiyyət üçün olduqca böyük 

qiymətə malik çoxsaylı elmi tədqiqat mövzu və tapşırıqları formalaşdırılır. Hələ 20 

il əvvəl kibernetika, informatika və xüsusən də süni intellekt adını almış elm sahəsi 

tərəfindən qoyulmuş məsələlər də bu sıradandır [1]: 

-

  xarici dillərin sintaksis və semantik səviyyələrdə tərcüməsi; 



-

  arayış, məsləhətçi, plnlaşdırıcı və diaqnostik sistemlərin yaradılması; 

-

  şəkil və obyektlərin tanınması və korreksiyası; 



-

  layihələndirmə və idarəetmənin avtomatlaşdırılması; 

-

  nitqi  başa  düşən  (fonetik  yazı  makinaları),  oxuyan  qurğu,  müəssisə 



fəaliyyətini avtomatlaşdıran sistemlərin yaradılması; 

-

  proqramların 



hazırlanması, 

yoxlanması, 

korreksiyası 

və 


profilaktikasının avtomatlaşdırılması; 

-

  bir-birilə  volokno-optik,  şirokopolos  kabellərlə  və  süni  sputnikin 



köməyilə birləşdirilən yerli, reqional, milli və beynəlxalq (ümumdünya) 

bilik banklarında biliklərin təqdim edilməsi. 

Qeyd  etmək  vacibdir  ki,  konsepsiyada  müəyyən  rol  oynamasına  baxmayaraq, 

avtmatlaşdırılmış  öyrənmə,  adaptasiya  və  özütəşkilprinsipləri  beşinci  mərhələ 

EHM-lərin birinci növbəli məqsədi deyil. Onlara strateji məqsəd kimi baxılmır. 

Rəsmi  olaraq  FGCS  layihəsinin  həyata  keçirilməsinə  başlandıqdan  sonra  26 

kompleks  elmi-tədqiqat  mövzusu  ilə  birlikdə  bir  sıra  əlavə  mövzular  da  təklif 

edilmişdi.  Beşinci  mərhələ  EHM-lər  üçün  BIS  texnologiya  əsas  oduğuna  görə 

prosessorun  yeni  arxitekturalarının  axtarışı  haqqında sual  ön  plana  çıxır.  Belə  ki, 

1985-ci  ildə  Yaponiyada  PSI  adı  altında  ilk  PROLOQ  prosessor  hazırlanmışdı. 

Onun məhsuldarlığı 40000 lips, yaddaş qurğusunun tutumu isə 80 Mbayt idi. Təbii 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə