Döyüşdə bir addım
irəli getmək mümkünsə, bir qədəm geri
qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, vuruşu
dayandırma, çünki yalnız vuruşla düşməni ram etmək olar.
Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə
ölümü özün üçün xoşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli
ol.
Qoçaqların əlində qısa qılınclar uzun görünər. Vuruşda
ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min
canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam
sənə üstün gələr. Beləliklə, öldürülsən rüsvayçılıq olar,
bədnamlıqda şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan,
səndən bir səliqəsizlik baş versə də ziyan çəkməzsən, tay-
tuşların içində başıaşağı olmazsan. Lakin şöhrət
və dövlət
olmadıqda, adamın öz tay-tuşları arasında hörməti də olmur.
Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı adla ölmək pis adla
yaşamaqdan yaxşıdır.
B e y t
Xoşdur yaxşı adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.
Lakin nahaq qan tökməyə həvəskar olma, heç müsəlmanın
qanını halal hesab etmə. Öldürsən yolkəsənləri, oğruları,
gorqazanları, yolazanları öldür. Nahaq qan hər iki dünyanın bəla
qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan,
bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə e'tibar etməz.
Xidmətçilərin ümidi qırılar. Xalq səndən nifrət edər. Camaat
ürəklərində sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr
nahaq qan üstündə verilər. Lakin mən kitablarda oxumuşam,
təcrübədən də görmüşəm ki, nahaq qanın cəzasını elə bu
dünyada da çəkərlər. Əgər adamın öz taleyi uğurlu olsa, bəla
onun övladına yetişər. Buna görə, özünə və balalarına yazığın
gəlsin, nahaq qan tökmə. Lakin sərfəli olan haqq qanın
axıdılmasında da kahıllıq göstərmə, işlərlnə ziyan dəyər.
Məsələn, mənim babam Şəmsülməali haqqında nağıl
edirlər ki,
o çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis
adam imiş, pisliyindən qoşun ondan nifrət edirmiş. Onlar mənim
əmim Fələkülməali ilə əlbir olurlar, o, məcburiyyət üzündən
gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: "Sən bu işdə
bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik".
Şahlığın öz xanədanının əlindən çıxacağını gördükdə zərurət
üzündən, şahlıq xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu
bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət
keşikçi qoydular və Cənaşk qalasına göndərdilər. Onu yola
92 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
salanlar içərisində Abdullah adlı bir adam var idi. Yolda
Şəmsulməali həmin adama deyir: "Ya Abdullah, bu işin kim
tərəfindən edildiyini, bu tədbirin necə həyata keçirildiyini
bilirsənmi? Necə oldu ki, belə böyuk bir iş görüldü, mən isə
xəbər tutmadım"? Abdullah deyir ki, bunu filankəslər və
filankəslər etmişdir. Beş sipəhsaların adlarını çəkir, deyir: "Bu
işi
onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar. bu işdə mənim
də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə, özündən gör,
çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin çoxlu
adam öldürməyindir". Şəmsülməali deyir: "Səhvin var, bu iş
mənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş
ağıllı qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış
olaydı. Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm
özüm salamat qalardım".
Bunu deyirəm, biləsən ki, görüləsi zəruri olan işlərdə
ehmallıq etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən.
Bir də ki, adam axtalatmağı özünə adət etmə, bu qan tökməyə
bərabər bir şeydir. Öz şəhvətin xatirinə bir müsəlmanın nəslin
kəsirsən, bundan daha ağır zülm ola bilməz. Sənə xədim
lazımsa, xədim edilmişi tap ki, onun günahı başqasının
boynunda olsun, sən bu günaha batmış olmayasan.
Döyüş məsələsinə gəldikdə isə, dediyim kimi ol, canının
hayına qalma, nə qədər ki, bədənini
itlərə yem etməmisən, adını
şirlər adına qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də
öləcəkdir.
Canlılar üç növdür: danışan çanlılar, danışıb ölənlər, canlı
ölülər, yə'ni: mələklər, insanlar, quşlar və heyvanlar. Pəhləvi
dilində bir pars kitabında oxumuşam: Zərdüştdən soruşurlar ki,
"canlılar neçə növdür"? O da belə cavab verib demişdir:
"Danışan canlılar, danışan və ölən canlılar, ölən canlılar".
Demək mə'lum olur ki, bütün canlılar ölür və heç kəs öz
əcəlindən əvvəl getmir. Ona görə də döyüşdə inamla vuruşub
sə'y göstərmək lazımdır ki, həm çörəyə çatasan,'həm şöhrət
tapasan.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
İyirmi birinci fəsil
MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA
Ey oğul, bir şey ələ gətirmək mümkünsə,
fürsəti fövt etmə,
lakin şey üstündə özünü təhlükəyə də vermə. Sə'y et, hər şeyi
özünə layiq, ən yaxşı üsulla əla gətir. Elə ki, gətirdin, möhkəm
saxla, heçə-puça xərcləmə, əldə saxlamaq ələ gətirməkdən
çətindir. Xərcləmək lazım gəldikdə, çalış onun əvəzini tez
yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun
83
dövləti də olsa qurtarar. Lakin ona çox da könül salma. Əbədi
hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən. Deyiblər
ki: "Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə
istəməkdən yaxşıdır".
Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan
məsləhətdir. Az da olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı
saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini
başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq
bədbəxtliyin şagirdidir. Zəhmət sevən ol, çünki
hər şey
tənbəllikdən deyil, zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək
ne'mət yaradır, tənbəllik isə dövlət dağıdır!? Müdrik adamlar
deyiblər: "Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət
istəyirsinizsə, qənaət edən olun, çox dost istəyirsinizsə
təvazö'kar olun".
Zəhmət və sə'y nəticəsində ələ gəlmiş şeyi, tənbəllik və
xamlıq üzündən itirmək ağıllı iş hesab edilməz. Ehtiyac günü
peşmançılıq fayda verməz. Zəhmətini çəkirsənsə, çalış bəhrəsini
də özün götür. Şey nə qədər qiymətli olur-olsun, onu layiqli
adama müzayiqə etmə, çünki heç kəs
heç bir şeyi özü ilə gora
aparmayacaqdır. Lakin başqalarına möhtac olmamaq üçün gərək
insanın çıxarı gəlirinə uyğun olsun, çünki ehtiyac yalnız
94 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
yoxsulların evində deyil, bütün evlərdə ola bilər. Məsələn, əgər
birinin gəliri bir dirəm
84
, çıxarı bir dirəm bir həbbədirsə
85
, o,
həmişə ehtiyac içində olar. Gəlir bir dirəmsə, çıxar bir dirəmdən
bir həbbə az olmalıdır. Belə evdə heç vaxt ehtiyac olmaz. Nəyin
varsa, ona da qane ol, çünki qənaət özü dövlət deməkdir.
Qismətində nə varsa, o da sənə çatacaqdır.
Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul
sərf etmə. Yoxsul adamın qədr-qiyməti olmaz. Bil ki, qara
camaat xeyir görmədikləri halda dövlətliləri xoşlar, zərər
çəkmədikləri halda, bütün gasıblardan acıqları gələr. İnsanın ən
ağır günü ehtiyacdır. Varlılar tərəfindən edilərkən tə'riflənən
hərəkətlər yoxsullar üçün eyib hesab edilər.
İnsanların zinətini onların əli açıqlığında bil, hər kəsin
qiymətini isə onun zinətinə görə tə'yin et. Lakin israfı düşmən
bil, onu uğursuzluq hesab et. Allah-taalanın düşmən hesab etdiyi
hər şey onun bəndələri üçün uğursuzluq olar. Necə ki, deyiblər:
"İsraf
etməyiniz, o israf edənləri sevməz". Böyük Allahın
sevmədiyi şeyləri sən də sevmə. Hər bədbəxtliyin bir səbəbi
vardır, yoxsulluğun da səbəbi israfçılıqdır. İsrafçılıq yalnız mal-
dövləti xərcləməkdə deyil, yemək. işləmək, danışmaq-hər iş
olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu
incidər, ağlı çaşdırar, ömrü söndürər. Görmürsənmi çırağın
ömrü yağa bağlıdır?! Lakin çırağa həddindən artıq yağ töksən o,
dərhal sönər. Ölümə səbəb olan həmin yağ qaydasında tökülsə,
həyata səbəb olar. Belə mə'lum olur ki, ölümə səbəb həmin
israfdır. Deməli, çırağa həyat verən yağdır, lakin həddini
aşdıqda israf meydana çıxır, həyat verən həmin yağ dönüb
öldürücü olur. Allah-taala ona görə israfı düşmən hesab
etmişdir. Alimlər də heç bir işdə israfı bəyənməyiblər, çünki
israfın nəticəsi həmişə ziyan olur. Lakin öz həyatını acı eləmə,
ruzi qapısını üzünə bağlama, imkan daxilində özünə yaxşı bax,
lazım olan heç bir şeydə səhlənkarlıq etmə. Öz işində
səhlənkarlıq göstərən bəxtindən
fayda götürə bilməz və
arzularına çata bilməz. Nəyin varsa və sənə nə lazımsa, hamısını
özünə xərclə. Doğrudur, mal şirin olar, lakin candan şirin ola
bilməz. Xülasə, ələ gətirə bildiyin şeyləri xeyirli işlərə sərf et,
var-dövlətini paxıl adama tapşırma, qumarbazlara, əyyaşlara
e'tibar etmə. Hamını oğru fərz et ki, şeylərin oğrunun əlinə
düşməsin. Mal-dövlət toplamaqda səhlənkarlıq etmə, rahatlıq
zəhmətdədir, zəhmət isə dincəlməkdə. Bu günün rahatlığı
sabahın zəhməti olduğu kimi, bu günün də zəhməti sabahın
istirahəti olar.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib