Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 
 
Sənə e'tibar edən adamların ümidini puça çıxarma, şeyləri 
görməmiş alma. Satmaq istədiyin  şeylərin  əvvəl qiymətini 
öyrən. Şərt-peymanla satma ki, məhkəməyə düşməkdən və dedi-
qodudan xilas olasan. 
Ev saxlamaq yolunu yaxşı öyrən. Ən böyük ticarət, evi və 
onun avadanlığını saxlamaqdır. Təsərrüfat işlərini pərakəndə 
halda aparmamalısan. Evə nə lazımsa, ildə bir dəfə bolluq vaxtı 
hamısını birdən almalısan, özü də bir ildə sərf edə biləcəyindən 
iki dəfə çox al. Sonra qiymət öyrən, qiymət qalxdıqda, şeylərin 
hərəsindən yarısını sat. Beləliklə, həmin ili havayı dolanmış 
olarsan. Burada nə günah var, nə bədnamlıq və heç kəs səni bu 
işdə  xəsis hesab etməz, çünki bu ev dolandırmaq yollarından 
biridir. Öz təsərrufat işlərində  kəsir görəndə, gəliri artırmaq 
haqqında tədbir tök, kəsiri aralıqdan qaldır. Gəliri artırmaq 
haqqında bir çarə tapa bilməsən, xərcini azalt. Elə bu da gəliri 
artırmaq kimi bir şeydir. Ticarəti bəyənməsən və elmdə  şöhrət 
qazanmaq fikrinə düşsən, din elmi nəzərə alınmasa, tibb 
elmindən ən faydalı və ən şərəfli elm yoxdur. Peyğəmbər s. və s. 
deyibdir: "Elm ikidir: din elmi, bədən elmi". 
 
 
Otuz üçüncü fəsil 
TİBB ELMİ QAYDALARI HAQQINDA 
Ey oğul, bil, təbib olsan, gərək tibb elminin əsaslarını, həm 
nəzəri, həm əməli cəhətdən yaxşı biləsən. Bil ki, bədəndə hər nə 
varsa ya təbiidir, ya qeyri-təbii. Təbii olanlar üç növdur: bir növ 
odur ki,bədənin möhkəmliyini və davamlılığını saxlayır; ikinci 
növ isə  bədənin möhkəm və davamlılığını saxlayana tabe 
olanlardır; üçüncü odur ki, bədəni bir haldan başqa hala keçirir. 
Qeyri-təbii olanlar ya bilavasitə, ya dolayısilə zərər yetirənlər və 
ya özləri zərərli olanlardır.  İnsanın bədəninin möhkəmliyini və 
davamlılığını mühafizə edən ya maddədir, ya surət. Maddə 
olanlar ya uzaqdır, məsələn, ünsürlər kimi, onların sayı dörddür: 
hava, od, torpaq və su; ya ünsürlərə nisbətən daha yaxındır, 
məsələn, məzac
146
 kimi, onların sayı doqquzdur: biri mülayim, 
səkkizi isə qeyri-mülayim: bunların da dördü sadədir, dördü 
mürəkkəb; ya məzaca nisbətan daha yaxındır, məsələn, tərkib
147
 
kimi; onların da sayı dörddür: bəlğəm, səfra, öd, qan; ya 
140 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tərkibdən daha yaxındır, məsələn, üzvlər kimi; onların sayı 
bə'zilərinin fikrinə görə dörd, bə'zilərininkinə görə isə ikidir. Bu 
dediyim sözlərin mə'nası budur ki, bədən üzvləri tərkibdən, 
tərkiblər məzacdan, məzac isə ünsürlərdən  əmələ  gəlmişdir, 
ünsürlər isə ən uzaq maddələrdir. 
Surət cinsindən olanlar üçdür: nəfsani, heyvani və təbii. 
Nəfsani qüvvət və hissdən ibarətdir. Hiss beş növdür: 
görmə, dad, eşitmə, qoxu, toxunma. Qüvvət və  hərəkət, 
hərəkətin sayı  və növü bədənin hərəkət üzvlərinin say və 
növünə  bərabərdir. Qüvvətdən ibarət olan üçdür: təxəyyül, 
təfəkkür və zikr. Heyvanilər ikidir: aktiv və passiv (genetik və 
potensial). Təbii üç növdür: istehsal edənlər, nizama salanlar və 
yeyənlər. 
Fəaliyyətlər qüvvələrin sayına mütabiqdir: nəfsani, 
heyvani, təbii. Ruh qüvvələrə xidmət etdiyindən fəaliyyətlərinin 
sayı qüvvələrin sayına tam bərabər olar. 
Bədənin möhkəmliyini və davamlılığını saxlayanlara tabe 
olanlar, məsələn, soyuqluğa
148
 tabe olan köklük məzacdır. 
İstiliyə
149
 tabe olan arıqlıq məzacdır, yanağın qırmızılığı kimi 
ki, qana tabedir, ya sarılıq kimi ki, səfraya tabedir, nəbzin 
vurması kimi ki, heyvani aktiv qüvvəyə tabedir, qəzəb kimi ki, 
passiv heyvani qüvvəyə tabedir, şücaət kimi ki, mülayim 
heyvani qüvvəyə tabedir, həya kimi ki, mülayim şəhvani 
qüvvəyə tabedir, hikmət kimi ki, mülayim nitq nəfsinə tabedir, 
xüsusiyyət və keyfiyyət kimi ki, maddə və ya surətə tabedir. 
Bədəni bir haldan başqa hala keçirən vasitələrə  zəruri 
səbəblər deyilir. Onlar altı növdür: birincisi hava, ikincisi 
yemək, üçüncüsü hərəkət və sakitlik, dördüncüsü yuxu və 
ayıqlıq, beşincisi geniş  və dar təbiətlilik, altıncısı hadisələr, 
məsələn, qəm, qəzəb və s. Bunlara ona görə  zəruri deyirlər ki, 
insanlar onlarsız keçinə bilmir. Onların hərəsinin insan bədəninə 
öz xüsusi və tam tə'siri vardır. Bunlardan biri müvazinətdə olsa, 
onların hamısının adamlar tərəfindən işlədilməsi düz və 
müvazinətdə olar, əksinə bunlardan bə'ziləri öz müvazinətini 
itirsə  və  ya  insanlar  tərəfindən düz istifadə edilməsə, ifratlıq 
üzündən xəstəlik və nasazlıq  əmələ  gələr. Təbiətdən xaric 
olanlar da üç qisimdir: 1) xəstəlik, 2) əlamətləri, 3) nəticələri. 
Xəstəlik də üç növdür: oxşayan üzvlərin xəstəliyi, oxşamayan 
üzvlərin xəstəliyi, bağların xəstəliyi. Oxşar üzvlərin xəstəliyi ya 
isti xəstəliyi olar, bu beş qisimdir, ya soyuq xəstəliyi olar, bu 
səkkiz qisimdir, ya rütubət xəstəliyi olar, ya quru. Bunların 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
hərəsi dörd qisimdir. Oxşamayan üzvlərin xəstəliyinin səbəbi ya 
anadangəlmə olar, ya kəmiyyətcə olar, ya vəziyyətcə, ya sayca. 
Xilqətdən olan xəstəliklər ya şiş olar, ya batıq. 
Bu da yeddi cürdür, ya bərk olar, bu da iki cürdür; ya 
yumşaq, bu da iki cürdür. Miqdara görə  xəstəliklər üç cür, 
vəziyyətə və saya görə isə hərəsi iki cürdür. Bağlar dörd cürdür, 
xəstəlikləri isə üç cürdür:oxşar üzvlərin xəstəliyi, oxşamaz 
üzvlərin və bağların xəstəliyi. Buna ümumi-müştərək xəstəliklər 
deyilir, çünki o həm oxşar üzvlərə, həm də oxşamaz üzvlərə aid 
olur. 
Oxşar üzvlərin xəstəliyi səkkiz cürdür, dördü sadə: isti, 
soyuq, yaş. quru; dördü mürəkkəb: isti-yaş, isti-quru, soyuq-yaş, 
soyuq---quru. Oxşamaz üzvlərin də  xəstəliyi dörd cürdür: 
xilqətdən olanlar, miqdara görə, vəziyyətə görə, saya görə. 
Xilqətdən olan xəstəliklər dörddur: şişə görə, batıqlığa görə, 
bərkliyə  və boşluğa görə. Miqdara görə  xəstəliklər iki cürdür: 
artmaq yolu ilə  əmələ  gələnlər,  əksilmək yolu ilə  əmələ 
gələnlər. Vəziyyətə görə xəstəliklər iki cürdür: ya üzv öz olduğu 
yerdən oynayır, ya başqası ilə bitişməklə  fəsad törədir. Saya 
görə  də  xəstəliklər iki cürdür: ya çoxalmaqla əmələ  gələr, ya 
azalmaqla. 
Barda (rabitədə) olan xəstəliklər ya oxşar üzvlərdə olar ya 
oxşamaz üzvlərdə, ya da hər ikisində.  Əlamətlər-ya özünü 
hərəkətdə göstərər, ya vəziyyətdə göstərər, ya ifrazatda. 
Hərəkətdə göstərənlər üç cürdür, vəziyyətdə göstərənlər dörd 
cürdür, ifrazatda göstərənlər üç cür. 
Bilməlisən ki, elm iki qisimdir: nəzəri və  əməli. Nəzəri 
mən dediklərim idi. Yaxşı pis, sənə dediyim bu nəzəri cəhətin 
haradan oxumaq mümkün olduğunu da indi deyirəm, biləsən ki, 
bunların hərəsinin şərhi və incəlikləri nədən ibarətdir. 
Mənim dediyim bu nəzəriyyələri Calinus
150
 əsasən özünün 
"On altı traktat"
151
 kitabında, bə'zilərini isə başqa  əsərlərində 
geniş izah edir. Ünsürlər nəzəriyyəsinə gəldikdə isə, bu barədə 
həkimə lazım olacaq qədər mə'lumatı "On altı traktat" kitabında 
olan "Ünsürlər" fəslindən, məzaclar haqqında olan nəzəriyyəni 
"Məzaclar" fəslindən, tərkiblər nəzəriyyəsini hamin məcmuədə 
olan "Təbii qüvvələr" kitabının ikinci məqaləsindən, oxşar 
üzvlər bəhsini "Kiçik anatomiya" kitabından, oxşamaz üzvlər 
haqqında "Böyük anatomiya" kitabından, təbii qüvvələr 
nəzəriyyəsini "Təbii qüvvələr" kitabından, heyvani qüvvələr 
nəzəriyyəsini "Ən-Nəbz" kitabından öyrən. Bunların hamısı "On 
142 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
altı traktat" məcmuəsindədir. Nəfsani qüvvələr nəzəriyyəsini 
"Bokrat (Hippokrat)
152
  və  Əflatunun rə'yləri"
153
 kitabından 
öyrən, bu da Calinusun əsəridir, lakin "On altı traktat" 
məcmuəsinə daxil deyildir.  
Əgər bu kitabı daha dərindən öyrənib öz bilik səviyyəni 
artırmaq istəyirrənsə, ünsürlər və məzaclar haqqında "Əlkun əl-
fəsad"
154
, "Əs-Səma-ül-aləm"
155
 kitablarını oxu, qüvvələr və 
hərəkətlər haqqında "Ən-Nəfs
156
  və  "Əl-hiss-ul-Məhsus"
157
 
kitablarını oxu, üzvlər haqqında "Əl-heyvanat"
158
 kitabından, 
xəstəliklərin növünü "On altı traktat" məcmuəsində olan "Əl-
iləlü əl-Ə'raz" kitabının birinci məqaləsindən öyrən. Əlamətlərin 
səbəbləri haqqında həmin məcmuənin üçüncü məqaləsini, 
xəstəliklərin səbəbləri haqqında yenə  də dediyim həmin 
məcmuənin dördüncü, beşinci və altıncı məqalələrindən oxu. 
H a ş i y ə. Nəzəriyyədən danışdığım üçün sözün 
uzanmasına baxməyaraq, gərək bir az da əməliyyədən danışam, 
çünki nəzəriyyə və əməliyyə cisimlə ruh kimi bir yerdə olarlar, 
cisim ruhsuz, ruh da cisimsiz kamil olmaz. 
Müalicəyə başlarkən, qocaların və cavanların yeməklərinə 
fikir ver, baxanlarına diqqət yetir. 
Xəstələrin müalicəsi iki cürdür: Hər  şeydən  əvvəl həkim 
xəstənin qüvvəsini, xəstəliyin növünü, səbəbini xəstənin 
məzacını, yaşını  sənətini,  şəxsiyyətini, təbiətini. Yaşadığı yeri, 
bədəninin vəziyyətini bilməyincə müalicəyə başlamamalıdır. 
H a ş i y ə. Sidik, nəbz, xarici görünüş, zərərsiz və zərərli 
əlamətlər, səpkilərin növü, ləkələr, daxildə ola biləcək 
xəstəliklər, onlardakı  ağrı  və böhranların, hərarət və 
qızdırmaların növünü bilməli, nə kimi tədbirlərin olduğunu 
öyrənməli, dava-dərman düzəltməkdə, onların tərkibini tə'yin 
etməkdə mahir olmalı  və bunları  hər müalicə qanununa görə 
mütəxəssislərin tapdıqları nüsxələr əsasında hazırlamalıdır. 
 Onların hərəsi haqqında harada oxumaq mümkün 
olduğunu deyirəm ki, sənə  mə'lum olsun və ehtiyac olduqda 
tapa biləsən, hifzi-səhhət haqqında "On altı traktat" 
məcmuəsindəki "Tədbir-Əsihha" fəslindən oxumaq lazımdır, 
xəstələrin müalicəsi, müalicə qanunları haqqında "On altı" 
məcmuəsindən oxu, zərərsiz və  zərərli  əlamətlər haqqında 
"Təqəddəmətül-mərifə" və Bokratın "Fəsillər"indən oxumalı, 
nəbz nəzəriyyəsini "Böyük nəbz və "Kiçik nəbz" kitablarından, 
sidik haqqında yenə də "On altı"da olan "Əl-Böhran" fəslindən 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə