92
sizin iradənizə müraciətlə buyururam ki,
özünüzü sevdiyiniz kimi
yaxınlarınzı sevin”.
Onlardan ikincisi (Əhdi – Cədid-B.T.), əlbəttə, hər cür yaxşılıq
etməyi insanın xoş məramına buraxaraq bildirir ki, hər kəslə əda-
lətlə davranmaq hamının vicdan borcudur. Elə bu səbəbdən də “İn-
cil”i yazıya köçürməmişdən öncə onu şifahi şəkildə təbliğ edirdilər.
İkinci. Məsih gəldi, insanlara ümumiyyətlə bütün qanunları
öyrətməyə başladı və imanı zəif olan adamlara yazılı qanun vermək
istəmədi. Odur ki, İncildə insanlara məhkəməyə çatmamış yoldaca
barışmağı tövsiyyə etmişdir. Məsih müqəddəs məhkəmə barədə
İncildəki ibrətamiz hekayə ilə başa salır ki, borcu olan borclu
olduğuna borcunu könül xoşluğu ilə qaytarmalı, ədalətlə mühakimə
etməlidir, çünki ən yaxşı hakim insanın öz vicdanıdır. Bütün
mübahisəli məsələlər də eyni qayda ilə həll edilməlidir. İsa Məsih
İncildə və idarəçi haqqında öyüdündə belə öyrədir: baxmayaraq ki,
onun dürüst olmadığını görsə də, onu dərrakəsinə və ağasının qar-
şısında etiraflarına görə təriflədi və o
bu səbəbdən də cavab vermək
üçün məhkəmə qarşısına çıxmadı. O bildirir ki, məhkəmə lazımdır,
amma məhkəməyə müraciət etməmək daha xeyirlidir. İncildə eyni
qayda ilə İsa Məsih ona “Qardaşıma de ki, atamın mülkünü
mənimlə bölüşsün” – deyə məhkəmə qurması barədə müraciət edən
şəxsə etiraz edir. Budur, əlinizdə - biri təbii, digəri isə hüquqi - iki
əsas var, bununla belə nədən başqalarının yarğılanmasını bu qədər
çox istəyirsiniz? Bundan çıxış edərək həvvari Boğos (Pavel) deyir
ki, qəlbinizdə gerçək ədalət olmadığndan özünüz – özünüzü ehtiyac
və ədalətsizliyə sürükləyir və təkcə başqalarını deyil, eləcə də
qardaşlarınızı sıxışdırır və qəlblərinə dəyirsiniz.
Üçüncü. Tanrı o səbəbdən yazılı qanun
vermək istəmədi ki,
ədalətə və yazılmamış qanunlara, əl – qolumuzu hüquqla məcburən
bağlanmış olması üzündn deyil, sevgi və mərhəmtimiz üzündən
əməl edək.
Dördüncü. Tanrı ədalətlə mühakimə etmək və hökm çıxarma-
mız üçün qanunların, peyğəmbərlərin və İncilin qəlbimizdə yaxşı
bir ailə kimi yer tutmasını yetərli saymışdır.
93
Beşinci. Qanunlar, peyğəmbərlər və İncil dəyişməzdir. İcbari
qanunlar isə ölkələrə və xalqlara görə dəyişir. Odur ki, Tanrı
məhkəmənin ədalətli olması üçün müdriklərə işin gedişini tədqiq
etməyə icazə verir.
Altıncı. Məhkəmədə məcburən and içmək lazımdır, halbuki,
Rəbbimiz Məsih gerçək xristian imanı ilə yaşaya bilməmiz, həqi-
qətin həqiqət, yalanın isə yalan olması üçün and içməyi bizə
qadağan etmişdir.”
***
Bundan sonra “Törə bitiki”nin çox cüzü redaktəyə məruz
qalmış və demək olar ki, dəyişikliyə uğramamış orijnal
hissəsi
gəlir. Orijinal mətn “Bitik”in ikinci hissəsi ilə başlayır. Oksent oğlu
Xaçeres ona belə bir başlıq qoymuşdur:
“Ekinci ki ne üçün emdi yazdıq ya kimin priçinasından”
“İkinci. Nə üçün indi və hansı səbəbdən yazdıq”
Bu başlığın, eləcə də sonrakı başlıqların məhz Xaçeres tərə-
findən qoyulduğunu buradakı slavyan (polyak) mənşəli “priçina”
(səbəb) kəlməsi sübut edir. Halbuki, artıq yuxarıda qeyd etdiyimiz
kimi, Mxitar Qoş əsərinin hər yerində “səbəb” sözünü işlətmişdir.
“Törə bitiki”nin ikinci, orijinal hissəsi belə başlayır:
“Dağı da ne üçün emdi klədik yazmağa törələrni, ya ne sə-
bəptən teprəndi esimiz bu işkə. Egər ki yazdıq esə əvəlgidə ki, kerə-
kimiz dügül edi yazğan törə berilməgə Tenqridən, yoxsa köp kez
işittik panbas özgə milləttən ki, yoxtur krisdanlarda törə. Kim ki
munu aytır, bilməsti ari bitiklərninq küçüni. Munınqki yaman sa-
ğıştan 2 türlü yamanlıx toğar: 1, ya sağışlar edi, ki törəni xoygan
essiz edi; 2, ya kləməs edi ki, könülük bolğay edi adəmilər arasına
dünyada.
2-inçi ki, ol biliklikni ki, tarbiyatımızdan bar edi, yamanlıx sön-
dürdü, da tügəl yaratılğan adəmini yarımdıx etti, da sövüknü u
şağavatnı körəlməsizlik xapanel etti.
3-ünçi, bu vaxtlarda erinçəkliktən üvrənməg kləməslər Eski u
Yənqi Törələrni ne markarelərdən, ne Avedarandan ki, bolğaylar
94
edi ari bitiklərninq küçündən bilməgə könü törəni. Anınq üçün
klədik bu Törə bitiki bilə oyatmağa alarnı, necik kimsəni yuxudan.”
TƏRCÜMƏSİ:
“Nə üçün törələri indi yazmağı arzu etdik və hansı səbəbdən
şüurumuz buna cəsarət etdi.
Əvvəlki bölümdə Tanrıdan yazılı qanun verilməsinə ehtiyacı-
mızın olmadığını yazsaq da, başqa millətlərdən xristianların qanun-
larının olmadığı barədə çox rişxəndlər eşittik.
Bunu söyləyənlər müqəddəs yazıların gücündən bixəbərdirlər.
Bu cür rişxənd dolu düşüncələr səbəbindən ortaya iki pislik çıxır.
Birincisi, ya onlar elə düşünürlər ki, qanunları bərqərar edən cahil
idi, ikincisi, ya da ki o, dünyada insanlar arasında ədalətin olmasını
istəməmişdir.
İkinci
səbəb o idi ki, təbiətən sahib olduğumuz biliyi pislik
söndürdü, kamil insanı yarımçıq etdi və nifrət sevgi və mərhəmətin
yolunu kəsdi.
Üçüncü. Zamanəmizdə insanların tənbəllik üzündən əski və
yeni törələri (Əhdi - Ətiq və Əhdi - Cədidi-B.T.) mənimsəmək, nə
peyğəmbərlərdən, nə də İncildən bir şey öyrənmək istəməməsidir
ki, onların köməyi ilə gerçək qanunları anlasınlar. Odur ki, biz, yat-
mışları oyatdığımz kimi, bu “Törə bitiki” ilə onları oyatmaq
istədik.”
***
Bundan sonra yenə də Xaçeresin redaktəsinə və müdaxiləsinə
məruz qalmış hissə gəlir:
“4-ünçü, bu vaxtlarda biliklik eksildi, ki biliklik bolsa edi,
bolur edik sınap u tanqlap zəmanəsinə körə; anınq üçün yöğdıq
barça milləttən u uluslardan, da yazıp ta berkittik oxşaş Eski u
Yənqi Törələrgə, ne türlü proroklar xoydı da Avedaran buyurdu.
5-inçi ki, bu zamanda Ari Can ızyavit etməs, necik Soğomon u
Taniel vaxtına, ya necik Gorıntos kerməninə, ya özgə uluslarda ki,
könü Törə etərlər edi. Zera Ari Can edi körgüzücü alarnınq yü-