150
Bı gəlir İsgəndərin yanına. Əlin qaldırır, deyir:
– Hörmətli şahım, mən gedərəm.
Padşah deyir ki, a bala, gedif gələ bilərsən? Deyir:
– Hə.
Bı durur, bınlardan icazə alır, iki-üş saata qalxır dağın başına.
Dağın başına qalxanda görür, o tərəfdə evlər, həyət-baca, məsələn,
insannar... Bir az da irəli yeriyəndə görür meşənin qırağında bir
nəfər oğlan mal, heyvan, qoyun otarır. Yaxınnaşır bına ki, bura
haradı, kimdi, nədi? İndi nə bı bının dilin bilir, nə bı bının da. Bı
dinmir. Belə deyəndə bı çoban ağacı götürür kü, bı yetimi vıra. Bı
oğlan yerdən bir daşı götürür, nətəər belə atırsa, çobanın kürəyinə
dəyəndə bı yıxılır. Yıxılanda yüyürür bının əlin də, qolın da daldan
bağlıyır. Bağlıyannan soorasına deyir ki, çıxım gedim. Bir on, on
beş metr aralanannan soora öz-özünə deyir: “Ə, mən dəliyəm, cin-
niyəm? Mən gediv orda deyəjəm belə bir şey tapbışam, onda mənə
inanmıyajaxlar ha. Bəs mən neyniyim? Yaxşısı budu, bunu sürüyə-
sürüyə aparım”. Gəlir bını tutur, belə sürüyəndə, indi bı da candı
axı, ağrıyır. İşarə eliyir ki, onsuz da hara deyirsən gedirəm dana.
Əyaxlarımı aş, onsuz qolum bağlıdı da, gedəh. Gətirir bının əyax-
ların açır, qolunnan tutur, yavaş-yavaş gəlir.
Görür bəy-zad bılar hamısı oturubdu. Deyir:
– Ağa, o tərəfdə ev də var, millət də var, dünya da var, mal,
pul, var, devlət. Min dəfə də bizimkinnən yaxşıdı. Bıdı, bir nəfər də
gətirmişəm.
Uje bırda padşah day atkaz eliyə bilmir. Deyir ki, indi neyni-
yək? Vəzir, vəkil deyir ki, padşah sağ olsun, indi oranın adamları
kimdi bilmirik, xasiyyətin bilmirik. Gedəh evə, bı oğlanı yerri qızın
biriynən evləndirəh, bınlardan uşağ olar. Uşağ böyüdühcən atanın
da dilin örgənər, bizim də dilimizi, ananın da dilini dana. Bizə
təkrar eliyər, bilərih ki, kimdi.
Götürüllər oğlanı da gəlillər, gələn kimi bir qıznan bını evlən-
dirillər. Bınlar yaşıyana qədər deyir ki, padşah sağ olsun, hardeysə
bir səkkiz, doqquz, on il lazımdı da bı uşağ orda böyüyə, neyniyə.
Deyir:
151
– Onda gedəy şərqə.
Deyir:
– Yaxşı.
Gəlillər, şərqə çatanda böyük bir meşəyə çıxıllar. Deyir:
– Neyniyək?
Deyir ki, gəlib meşəni tapbışıx. Düşəh bı meşiyə təhlihdə.
Kim ceyrannan, cüyürdən vırsa, gətirək bırda tonqal qalıyağ, böyük
bir qonağlığ eliyək.
Bir ağacın dibinə yığılıllar, padşah özü təhcə düşür meydana.
Bı meşə bını nətəər cəlb eliyirsə, bir də onda başın qaldırır ki, axşam
saat beş-altıdı, hava qarannıxlıyır. Belə vaxtda geri qayıtmağ müm-
kün dəyil. Qayıtsa bını vəhşi heyvannar parçalıyar. Neyniyim, nejə
eliyim? Meşədən qırağa çıxanda görür kü, bir çoban mal, qoyun
otarır. Yaxınnaşır bına:
– Salamməlöykü?
– Əleykümsalam.
Deyir:
– A qardaş, kimsən, nəçisən?
Deyir:
– A kişi, mən ovçuyam. Gəlmişəm bura, indi qarannığa düş-
müşəm. Sən harda yaşıyırsan?
Deyir:
– O dey, o görükən kəntdə.
Deyir:
– Olar, mən də gedim sənnən gejə orda qalım, səhər gələrəm?
Bı müsəlmanın ayrı şeyi olmasa da, bir-birinə inamı, hörməti
var da. Deyir:
– Gedəh.
Bınlar gəlir. İndi bir az yol gedənnən soora baxır ki, yol uzaxdı
da. Deyir:
– Ə, çoban qardaş, gəlsənə bı yola bir nərdivan salax, – deyən-
də bı çoban öz-özünə deyir ki, ə, bu dəlidi, cinnidi? Bıra nərdivan
salmaxçun nə qədər taxta, ağaj, mismar, kərpic, balta, insan lazımdı.
152
Tay dinmir. Bir az da gəlillər, gələnnən soora qabaxlarınnan
balaca bir çay keçir. Bı çoban atı vurdu çayı keçə. İsgəndər indi
qorxır axı belə yerdən keşməyə. Deyir:
– Çoban qardaş, gəlsənmi bıra bir körpü salax?
Gənə bı belə baxır, baxır. Deyir: “Ə, bu dəlidi, cinnidi? Bıra
körpü salmaxçun nə qədər daş, ağac lazımdı”. Genə dinmir. Ordan
birtəhər keçillər, kəndə çatmağa iki-üç kilometr qalmış, görür kü,
böyük bir taxıl zəmisidi, sünbül bax belə-belə. Adam baxır, həvəsə
gəlir. Deyir:
– Çoban qardaş, görəm bı taxılın yiyəsi biçif yiyəjəh, biçmiyif
yiyəjəh?
Çoban öz-özünə deyir: “Ə, bu dəlidi, cinnidi? Taxılı da biç-
məmiş yiyəllər?”
Nəysə, gəlillər, kəndə çatanda bının evi kəndin qırağındeymiş,
gözünün də ağı-qarası bir qızı varmış. Deyir ki, o dey, o ev mənimdi,
qapıdakı da qızımdı. Çağırıb ona deyəjəm. Sən get otur evdə, əl-
üzünü yu, mən qoyunu, malı paylıyıb gəlim.
Çağırır qızın, deyir:
– Qızım, bir qonax var, onu qarşıla.
Bı gedir, evə çatannan soora qız su qızdırır gətirir, bının əlin-
əyağın yuyur, süfrə açır. Atası hərrənif gəlir. Oturullar, Allah verən-
nən yeyif-eliyillər. – Onda belə ev döyüldü ey. Dam bajasıydı, doq-
quz metr eni, doqquz metr uzunu. – Çoban deyir ki, gedək. Gedəndə
deyir ki, ovçu qardaş, – elə bilir ovçudu dayna, – bağışda day kasıbın
olanı bıdı da. Nə xoşa gəldi, nə xoşa gəlmədi? İsgəndər deyir:
– A kişi, evin yaxşıdı, amma bir azca bajası əyridi.
Dedi:
– Yaxşı, gedəh.
Çoban genə ürəyində dedi: “Ə, sənin nə borcuna baja əyridi,
əyri döyül”. Gətirdi, yolun yarısınnan bı dedi, mən meşənin qıra-
ğınnan gedəjəm, sən getginən. Gəldi çatdı yoldaşlarına. Gördü bılar
ceyran-zad vırıflar, oturuflar, ojax-zad qalıyıflar. Hamısı da qorxu-
sunnan əsir ki, padşahı itirmişik də. Görən bını canavar yedi, çaqqal
yedi, öldü, qaldı? Padşahın gəldiyini görəndə hamısı üstünə yüyürür:
Dostları ilə paylaş: |