Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

 
106

İmam  Əli (ə) «Hakimiyyət» məsələsində buyurdu: «Bunlar 
deyirlər ki, hakimə ehtiyac yoxdur, halbuki hakimiyyətin 
sayəsində möminin öz işini görməsi və günahkarın öz payını 
alması üçün hakimin olması zəruridir. 

İnsanları yalnız hökmdar- istər yaxşı əməl sahibi olsun, istərsə 
də pis əməl sahibi- yoluna qoya bilər. 

İnsanlara bir hökmdar gərəkdir istər yaxşı  əməl sahibi olsun, 
istərsə  də pis. Çünki onun hökuməti sayəsində imanlı  şəxs öz 
işini (Allaha itaəti) görər və kafir öz payını alar. Allah 
hökumətin mövcudluğu ilə hər bir kəsi onun üçün təyin edilmiş 
əcəlinə çatdırar. Hökumətin vasitəsi ilə vergilər yığılar, 
düşmənlə müharibə aparılar, yollar əmin-amanlıq olar, zəifin 
haqqı güclüdən alınar, yaxşı  əməl sahibi asayişdə olar və 
günahkardan amanda qalar.  

İmam Əli (ə) çarığının bir tayını tikmək və yamamaqla məşğul 
olan zaman İbn Abbas gəlib dedi: Hacılar toplaşıblar ki, sizdən 
bir söz eşitsinlər. O Həzrət buyurdu: And olsun Allaha  bu 
çarıqların ikisini sizə hakimlikdən çox sevirəm, bu istisna ilə ki, 
bir ilahi həqq icra etmiş olam və ya bir batili uzaqlaşdıram. 

İmam Əli (ə) İbn Abbasa dedi: Bu çarığın bir tayının dəyəri nə 
qədərdir? (İbn Abbas nəql etdi ki,) dedim: Dəyəri yoxdur. 
Buyurdu: Allaha and olsun ki, bunu sizə hökmdarlıq etməkdən 
daha çox sevirəm, bu istisna ilə ki, bir haqqı bərqərar edəm və 
ya batili aradan götürəm. 

İmam  Əli (ə)  İbn Abbasa yazdığı  məktubunda:… Sonra: 
Məbada sənin hakimlikdən payın mal əldə etmək və ya qəzəbini 
yatırmaq ola. Sənin ondan payın batili öldürmək və haqqı 
diriltmək olmalıdır. 

İmam  Əli (ə) (O Həzrətin (ə)  Şam  şəhərinə yolunun üstündə 
atlarından düşüb onun qarşısında qaçan Əndarın torpaq 
sahiblərinə): Bu nə işdir görürsünüz? Dedilər: Bu bir adətdir və 
bununla öz hökmdarlarımıza hörmətimizi bildiririk. Həzrət 


 
107
buyurdu: Allaha and olsun! Sizin hökmdarlarınız bu işdən fayda 
götürməzlər. Siz də dünyada özünüzə  əziyyət verirsiniz və 
axirətdə isə bu əməlinizə görə  bədbəxt olacaqsınız. Arxasında 
cəza olan əzab və məşəqqət necə də ziyanlıdır. Oddan asudəlik 
yaradan rahatlıq, necə də faydalıdır. 

İşlərin ən yaxşısı, başlanğıcı asan, sonu xoşa gələn və nəticələri 
bəyənilən işlərdir.  

İnsanların ən xəsisi öz malını özünə əsirgəyən və varisləri üçün 
qoyub gedən kəsdir. 

İmam Əli (ə) öz katibi Ubeydulla ibn Əburafiyə xitabən: « Öz 
mürəkkəbqabına liqa (sap) qoy, qələminin ucunu itilə, xəttlər 
arasında məsafə saxla və  hərfləri bir-birinə yaxın yaz. Belə 
yazsan xəttin gözəl olar. 

İmam  Əli (ə) xəvaricin cənazələrinin yanından keçərkən 
buyurdu: Vay sizin halınıza, sizi aldadan sizə çox ziyan vurdu. 
Ərz etdilər: Ey Əmirəl-möminin! Onları kim aldatdı? Buyurdu: 
Yoldan azdıran  şeytan və pisliyə  əmr edən nəfs xam arzularla 
onları aldatdı.  

İdrak və Allahtanıma olmayan ibadətdə heç bir xeyir yoxdur. 

İbrət götürmək ən doğru ayıqlıq gətirəndir. Düşünən insan ibrət 
götürər. Kim ibrət götürsə, günahlardan və  məhv edici 
amillərdən kənar durar və kənara çəkilən salamat qalar. 

İbrət götürmək doğru yola aparar. 

İbrətdoğuran  şəxs gözüaçıq olar. Gözüaçıq olan dərrakəli olar 
və dərrakəli olan da hər şeyi bilər. 

İbrət götürmək insanı (günahdan və xətadan) qoruyar. 

İffət hər yaxşılığın başıdır. 

İffət ən yüksək alicənablıqdır. 

İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq saxlayır. 


 
108

İffətin kökü qənaətdir, meyvəsi isə qəm-qüssənin azalması. 

İffət şəhvəti aciz qoyar. 

İffətin meyvəsi qənaətdir. 

İffətin meyvəsi özünü saxlamaqdır. 

İxlas dinin ən yekun dərəcəsidir. 

İxlas (Allaha) yaxın olan kəslərin ibadətidir. 

İxlas ibadətin ölçü və meyarıdır. 

İxlas insanın zirvəsidir. 

İxlasın səbəbi əminlikdir. 

İxlasın kökü, xalqın əlində olanlardan gözünü çəkməkdir. 

İsraf məhv olmağa mötədillik isə imkanlı olmağa səbəbdir. 

İmam  Əli (ə) xalq xəlifə kimi onunla beyət etdikdən sonra 
oxuduğu xütbədə buyurmuşdur: Camaat! Nə  qədər ki, məni 
itirməmisiniz, soruşun, məndən sual soruşun! Çünki birincilərin 
və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər 
məhkəmə kürsüsündə otursam, Tövratın davamçıları arasında 
onların tövratları  əsasında hökm çıxararam və … sonra 
buyurdu: Məni  itirməmişdən qabaq məndən soruşun. Toxumu 
yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran 
ayəsindən soruşsanız, sizə onun nə vaxt kimin barəsində nazil 
olmasını deyərəm. 

İmam  Əliyə  (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o 
Həzrət buyurmuşdur: and olsun Allaha siz daha hərissiniz. Siz 
ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı 
və daha yaxınam (mən ona daha layiqəm və ya peyğəmbərə 
qohumluq baxımından daha yaxınam). Həqiqətən mən öz 
haqqımı  tələb etdim və siz ona çatmağıma mane olursunuz… 
İlahi! Mən Qüreyşə  və onlara yardım edənlərə qarşı  səndən 
kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi 


 
109
kəsdilər, mənim yüksək məqamımı aşağı hesab etdilər və mənə 
məxsus olan şeyə görə mənimlə vuruşmaq üçün əlbir oldular. 

İmam və  rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə  və 
coşqun qəlbə malik olsun. 

İtaəti vacib olan imamın vilayətinin böyük sərhədləri bunlardır: 
Mənim olmalıdır ki, o səhvdən, büdrəmədən, bilərəkdən edilən 
günahdan, ümumiyyətlə bütün günahlardan-istər böyük olsun 
istərsə, də kiçik uzaqdır, pak və müqəddəsdir. O, nə büdrəyər nə 
səhv edər. O, dinin devrilməsinə heç cür qol qoymaz, heç vaxt 
əyyaşlıq və kef etməz, Allahın halal-haramına, onun 
vaciblərinə, müstəhəbbilərinə və (digər) hökmlərində insanlığın 
ən biliklisidir, o heç kəsə möhtac deyil, amma başqaları ona 
möhtacdır, o insanların səxavətli və şücaətlisidir. 

İmam Allahın kitabı  əsasında hökm çıxarmaq və  əmanəti 
sahibinə qaytarmaq vəzifəsidir. O belə edəndən sonra camaatın 
vəzifəsi onun sözlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və 
onları (hər hansı bir işə ) çağıranda (çağırışına) cavab 
verməkdir. 

İman əməli (Allaha görə) saflaşdırmaqdır. 

İman çətinlik və giriftarçılıq zamanı səbirlilik, rahatlıq və nemət 
içində olan zaman isə şükr etməkdir. 

İmanın başı düzlük və doğruçulluqdur. 

İman qəlbdə bir ağ nöqtə kimidir ki, iman artdıqca həmin ağ 
nöqtə də böyüyər və iman kamilləşəndə qəlbin hamısı ağarar. 

İmanın  ən üstünü (Allah barəsində) yəqinliyin gözəl  şəkildə 
olmasıdır. 

İman dörd sütun üzərində möhkəmlənib: Allaha təvəkkül, işləri 
Allaha həvalə etmək, Allahın  əmrinə boyun qoymaq, Allahın 
qəzavü-qədərinə razı olmaq. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə