91
Hər kəsin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri
tərbiyəsiz olar.
Hər kəs dilinə malik olmasa, xar olar.
Haqqı tərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq
xətadır.
Hər kəs cahilin tərəfindən xoşhal olsa, hikmətdən xəbərsizdir.
Haqq çətin və ağırdır, batil yüngül və asan.
Hər bir qabı doldurmaq olar, elm qabından başqa.
Hər kəs həya libası geysə xalq onun eybini görməz.
Hər bildiyin şeyi demə, bu sənin nadanlığın üçün kifayət edər.
Hər kəs zülmün qılıncını qaldırsa, o qılıncla da məhv olar.
Hər kim öz rəyini bəyənsə, yolunu itirər.
Hər kəs alimlərlə oturub-dursa ehtiram tapar.
Hər kim şərəfsizlərlə oturub dursa qədir-qiymətini itirər.
Hər kəs haqq ilə vuruşsa, haqq onu yerə sərər.
Haqqı tərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq
xətadır.
Hər kəs düşmənçilik toxumu səpsə, həmişə süst olar.
Hər kəs nifaq salsa, çarə yollarını üzünə bağlayar.
Hər kəs ölçüb-biçmədən işə başlasa, axırda peşman olar.
Hər kəs başqasının xasiyyətini ləkələsə, öz şəxsiyyətini
ləkələmiş olar.
Hər təcrübə yeni bir elmin mənbəyidir.
Hər kəsin öz daxili ona tanışdır.
Hər kəs zəmanəyə etimad göstərsə, zəmanə ona xəyanət edər.
92
Hər kim axirət işini islah eləsə, Allah onun dünyasını islah edər.
– X–
Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma.
Axmaqlığı göstərməkçün elə bu kifayətdir.
Xoş o kimsənin halına ki öldürücü yalanlar onu öldürməmişdir.
Xəbərsizlik və yalanın məstliyi içkinin məstliyindən daha gec
gedər.
«Xalq kütləsinin bəlası pis əməlli alimdir.»
Xeyirli olanları kənara atmaqla, özünü boş şeylərin astanasında
qoyma.
Xoş o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə
əlləşməkdən saxlasın.
Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir.
Xoş ətir müalicə edəndir.
Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir.
Xoşgümanlıq qəm-qüssəni azaldar və günahın tələsinə
düşməkdən xilas edər.
Xəlvət yerlərdə Allaha qarşı günah etməkdən çəkinin. Çünki
şahid olan Allah həm də hakimdir.
Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya
etməz.
Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə
qədər də uzaqdır.
Xeyir əməl əbədi qalan qazanc, saf və təravətli meyvədir.
Xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər.
93
Xeyir işi tez yerinə yetirməyə tələsin ki başqa bir işlə məşğul
olduğunuza görə o (xeyir) işdən qalmayasız.
Xeyir işi yerinə yetirin və onların heç birini kiçik saymayın.
Sanki onun kiçiyi böyük, azı da çoxdur.
Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis
şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur.
Xəsislik böyük ardır.
Xəsislik yoxsulluq kürküdür.
Xəsis öz varislərinin xəzinədarıdır.
Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir.
Xəsisin heç bir dostu olmaz.
Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf
çəkir, axtardığı zənginlik və sərvəti əldən çıxarır. Xəsis,
dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər
kimi hesab çəkiləcəkdir.
Xətt-yazmaq əlin dilidir.
Xəyanət ikiüzlülüyün mənşəyidir.
Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bu günü
dünənindən pis olandır.
Xəsis üzr və bəhanə gətirməyə can atar.
Xəstəlik iki zindandan biridir.
Xoşbəxt insan Allaha ixlasla itaət edəndir.
Xoşbəxtlik haqqa bağlılıqdadır.
Xeyir işlər görməyə nail olmaq xoşbəxtlikdir.
Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar.
Xudpəsəndlik axmaqlıqdır.
94
Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir.
Xudpəsəndlik düzgün fikirləşməyin düşməni və ağılların
bəlasıdır.
Xudpəsəndlik ağılı korlayar.
Xudpəsəndlik tərəqqi və kamal üçün maneədir.
Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi,
götürməyi və qoymağı, nitqi və sükutu, əməli ilə danışığı yalnız
Allah üçün ola.
Xalis ibadət, insanın öz Rəbbindən başqa bir kimsəyə ümid
bəsləməməsi və günahından başqa heç nədən qorxmamasıdır
Xəyanətdən uzaqlaşın. Çünki xəyanət islamdan uzaqdır.
Xətalara dözmək dostların sənətidir.
Xəsis insanla yoldaşlıq qəlbi sərtləşdirər.
Xeyir iş görmək qəlbləri abadlaşdırar.
Xoş o adamın halına ki, malının artığını Allah yolunda xərcləyir
və özünün artıq danışmasının qarşısını alır.
Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı
möhtəkirlikdə xeyir-bərəkət yoxdur.
Xəsis möhtəkir eləsi üçün (varis) yığır ki, ona təşəkkür
etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki
onun üzrünü qəbul etməyəcək.
Xoş, ona doğru yolu göstərən nəsihətinə tabe olanın və onu
məhvə sürükləyən azğından uzaqlaşanın halına.
Xasiyyətcə uyğun olan zövcə iki narahatlıqdan biridir.
Xalqın zəhmətlərinin və xərclərinin yükünü üzərinə götürmək
başçılığa səbəb olar.
Xoş niyyətli olanın, ruzisi çox olar.
Dostları ilə paylaş: |