118
verməyi son həddinə çatdırdı və doğru yolda hərəkət etdi və
(camaatı) hikmət və gözəl öyüdlərə dəvət etdi.»
İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdu: « Söz
qəlbdən gələndə qəlbə yatar, dildən çıxanda isə qulaqlardan o
tərəfə keçməz.»
İnsanın ədəbləndirilməsi və tənbehi üçün təcrübələr kifayət
edər.
İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir.
İşi gecikdirmək tənbəlliyin nişanəsidir.
İmam Əli (ə) mal satan bir kişiyə tövsiyə edərək buyurmuşdur:
«Allahın Peyğəmbərinin (s) belə buyurmasını eşitdim: Güzəşt
və asanlıq yaratmağın özü bir növ mənfəətdir.»
İnsanın təvazökar olması üçün onun öz həddini bilməsi
kifayətdir.
İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur: Günah
ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları
peşmançılıq suyu ilə sulayıblar. Bu ağaclar onlara salamatlıq
barı verib və arxasınca razılıq və kəramət gətirib.
İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan
amanda saxlayar.
İnsanların ən ağıllısı, aqibəti ən çox düşünənidir.
İmam Əli (ə) (buyurardı): Camaata olan ehtiyacın və
ehtiyacsızlığın hər ikisi, qəlbində cəm olmalıdır. Mülayim
danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma
abrını, izzət və başıucalığını qorumağında onlara ehtiyacın
olmasın.
İmam Əli (ə) (əziz oğlu Həsənə tövsiyəsindən): məbada sənin
ailən bəd rəftarına görə insanların ən bədbəxti olsun.
İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir.
119
İnsanın ömrünün keçəninə ağlaması, vətəninə bağlılığı və
köhnə dostlarını qoruması onun alicənablığındandır.
İmam Əli (ə) (həmin fərmandan): Allahın və camaatın haqqını
özündən, yaxın adamlarından və səni sevən rəiyyətindən al.
Çünki belə etməsən zülm etmiş olarsan.
İmam Əli (ə) (həmin fərmandan): Xudpəsəndlikdən və
xudpəsəndlik yaradan şeylərə arxalanmaqdan çəkin. Camaatın
səni öyməyinə məftun olmaqdan daha uzaq dur. Çünki bu
xasiyyət yaxşı əməl sahiblərinin əməllərini pis etmək üçün
şeytanın əlinə düşmüş gözəl fürsətdir.
İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru
danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan.
İnsan yalan danışar və ona görə də gecə namazından məhrum
olar.
İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s) qabağına isti
yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah
bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.
İslam (Allahın qarşısında) təslim olmaqdır. Təslim də yəqinlik,
yəqinlik isə təsdiq, təsdiq də etiraf, etirafın özü də yerinə
yetirmək, yerinə yetirmək isə əməl etmək deməkdir.
İnsanın fani olanlara rəğbəti onun əbədi olanlara yəqinliyinin
dərəcəsilədir.
İmam Əli (ə) (Ən ağır yoxsulluq nədir? Sualının cavabında):
İmandan sonra küfr.
İnsanın agahlığı üçün öz zəmanəsini tanıması kifayət edər.
İmam Əli (ə) (öz minacatında): ilahi! Elə et ki, hər şeydən
əvvəl məndən aldığın əziz bir şey və mənə əmanət verdiyin
nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım
olsun.
120
İtaətsizlik və təcavüzkarlıq qılıncı çəkən şəxs həmin qılıncla
öldürülər.
İtaətsizlik viran və məhvə səbəb olur.
İtaətsizlik itaətsizləri oda tərəf çəkir.
İmam Əli (ə) (həmin xütbədə): Allaha and olsun, əgər yeddi
iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə,
qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha
itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu
etmərəm.
İmam Əli (ə): "Hansı günahın cəzası günahkara daha tez çatar?"
- sualının cavabında: Allahdan başqa köməyi olmayan insana
zülm edənə, nemətləri haqqını yerinə yetirməkdə səhlənkar
olana, yoxsula zülm və təcavüz əlini uzadana.
İmam Əli (ə) oğlanları (Həsən (ə) və Hüseynə (ə) xitabən):
haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma
dost olun.
İmkandan qabaq tələsmək axmaqlıqdır, münasib vaxt çatanda
süstlük etmək də həmçinin.
İnsanlar dünyanın övladlarıdır, onlar analarını sevdikləri üçün
məzəmmət olunmazlar.
İbrət və nəsihətlər çoxdur, qəbul edənlər az.
İradələrimin pozulması, düyünlərimin açılması ilə Allahımı
tanıdım.
İnsanlar bilmədiklərinə düşməndirlər.
İşləri təcrübədən çıxarmayan aldanar.
İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır.
İmam Əli (ə) (İnsanların ən zirəyi haqda sualının cavabında): öz
doğru yolunu azğınlıqdan ayırd etsin və öz qurtuluşuna üz
tutsun.
121
İsrafçılıq bütün işlərdə məzəmmətlidir, ancaq yaxşı işlərdən-
əməllərdən başqa.
İnsan üçün böyük eybəcərlik odur ki, zahirini bəzəyər, daxili
çirkin olar.
İki tayfa doymaz: elm tələb edən və mal tələb edən.
İnam və yəqinliklə yatmaq şəkk ilə namaz qılmaqdan yaxşıdır.
İki adam mənim yolumda həlakdır: dostum və düşmənim.
İman - ürəkdə inanmaq, dildə iqrar edib etiraf etmək və əməldə
göstərməkdir.
İnsanlar o zaman bir şeyə yaxşı deyirlər ki, ruzigar onun
pisliyini örtür (gizli saxlayır).
İnsanlar övladın ölümünə səbr edirlər, malın-dövlətin əldən
çıxmasına dözmürlər.
İmam Əlidən (ə) soruşdular: «Əgər bir şəxsin üzərinə qapını
bağlayasan, ruzisi hardan gələr? O yerdən ki, əcəl gəlir» - deyə
cavab verdi.
İsti xörəkdə bərəkət olmaz.
İbadətlərin yaxşısı: səbr, sakit oturmaq və nicata müntəzir
olmaqdır.
İnsanlar dünyada yatmışlar, ölüm zamanı xəbərdar olurlar.
İnsanın qiyməti, onun etdiyi yaxşılıqları ilə ölçülür.
İntiqam almaqla, ağalıq tutmaz.
İslamdan yüksək şərəf yoxdur.
İnsanlar arasında bir kəsə nəsihət etmək, onun üçün danlaqdır.
İnsan o zaman azad olur ki, öz vədəsinə vəfa edir.
İki şey insanları həlak edər: yoxsulluq qorxusu, mənsəbə
çatmaq həvəsi.
Dostları ilə paylaş: |