127
Kin qəzəb gətirər.
Kin bəsləmək, paxıl adamların xislətidir.
Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç
bir şeylə söndürmək olmaz.
Kin bəsləmək fitnə və narahatlıqlara səbəbdir.
Kinli adamın canı əzabda və qəmi ikiqat olar.
Kin saxlayan dostluğa sadiq olmaz.
Kin pis bir toxumdur.
Kin yaxşı işləri aradan aparar.
Kinli qəlblərin ən pisi paxıllıq və kinli insanın ürəyidir.
Kitablar alimlərin bostanlarıdır.
Kitab necə də gözəl natiqdir.
Kitablarla özünü sakitləşdirən, heç bir sakitliyi əldən verməz.
Küfr dörd sutun üzərində dayanır: fisq (Allahın əmrindən
çıxmaq), ifratçılıq, şəkk və şübhə.
Kim düzgün sınaqdan sonra özünə bir qardaş seçsə dostluğu
davamlı və möhkəm olar. Kim sınaqsız özünə bir qardaş seçsə
pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar.
Kim Allaha çatmaq naminə dözsə, ona çatar.
Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.
Kin bəsləmək eyblərin ən pisidir.
Kim Allaha görə qardaşlıq etsə, xeyir görər və kim dünyaya
görə qardaşlıq etsə, məhrum olar.
Kişinin dəyəri onun himməti qədərdir. Onun şücaəti abır-həya
etməsi iffəti isə onun qeyrəti qədərdir.
128
Kim qəddarlıq etsə, sındırılar.
Kim qəddarlıq etsə, Allah onu xar edib alçaldar.
Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz.
Kimin ibadətləri az olarsa qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə
gedər.
Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənərsə, qəmlə
özünə əzab vermiş olar.
Kim az malına qane olmasa, çox malının da xeyrini görməz.
Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə,
Allah ondan ötrü qəzəblənər və qiyamət günündə onu şad edər.
Kim yaxşı qulaq assa, tez faydalanar.
Kim Allah tərəfindən qüdrətli olarsa, camaat ona möhtac olar.
Kim özünü çəkindirməzsə, imkanlı olmaz.
Keçidlərdə oturmaqda çəkin.
Kimin batini nəsihətçisi olsa, Allah tərəfindən onun qoruyucusu
var.
Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd
mənbəyi edər.
Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları
bağışlanar.
Kimin Allahın nemətlərindən payı çox olsa, camaatın ona
ehtiyacı da çox odar. Buna görə də, kim Allahın razılığı xatirinə
nemətlərlə əlaqədar öz vəzifəsinə əməl etsə, onları davamlı
edib. Bu barədə öz vəzifəsinə əməl etməyən şəxs isə həmin
nemətləri məhvə və puçluğa düçar edib.
Kim öz nəfsini məzəmmət etsə, onu islah edər, kim öz nəfsini
tərifləsə, onu öldürər.
129
Kim özünü islah etməsə çirkin adətlər onu rusvay edər.
Kim öz eyb və nöqsanı ilə məşğul olmasa, nəfsi istəklər ona
hakim olar. Kim nöqsan içində olsa onun üçün ölüm daha
yaxşıdır.
Kim Allaha qarşı itaətsizlikdən və gunahdan ləzzət alsa, Allah
onu xar edər.
Kim nəfsin istəyinə tabe olsa, bu istək onu kor, kar, xar edər və
azdırar.
Kim şəhvətlərdə nəfsinin istəklərinə tabe olsa, ona həlak
olmaqda kömək edib.
Kimin nəfsi istəyi güclənsə, iradəsi zəifləyər.
Kim özünə qiymət qoysa, şəhvət və nəfsin istəkləri onun
gözündə dəyərdən düşər.
Kim şəhvət və nəfsi istəyinə qalib gəlsə ağlı aşkara çıxar.
Kim savabı öz ömründən sayarsa, ölümə layiq olduğu yeri
verməmişdir.
Kim məni sevirsə, ölüm ayağında məni özünə xoş gələn şəkildə
tapacaqdır.
Kim məni düşmən bilirsə, öləndə məni narahat olacaq şəkildə
tapacaq.
Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə
bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı
geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin.
Kim özünü göstərmək naminə iş görərsə, Allah-Təala onu
qiyamət günündə üzüqara məşhur edər.
Kifayət edənə qane olan kimsə rahatlıq tapıb dinclik
mənzilində məskən salar.
130
Kim öz bədənini ibadət zəhmətinə salarsa Rəbbini razı
salmışdır.
Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir.
«Kim insanlara xeyir vermək üçün öz fikrini səy və zəhmətə
salsa, öz niyyətinin mükafatını alar və vəzifəsini yerinə yetirmiş
olar.»
Kim Allaha xatir səbr edərsə, öz məqsədinə çatar.
Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun
əziyyətinə səbr etməlidir.
Kasıb vaxtınızda sədəqə ilə Allahla sövdələşin.
Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.
Kim nadanın, özü haqda mədh və vəsfindən xoşhal olarsa, ağıllı
deyil.
Kim səndə olmayan şeylərə görə səni tərifləsə, (əgər aqil olsan,)
bu əslində səni pisləməkdir.
Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa)
xalq üzərində də siyasət yürütmək məqamına çatar.
Kim «bilmirəm» sözündən uzaqlaşsa özünün ölüm uçurumuna
düşər.
Kim Allahdan qeyrisindən bir şey istəsə məhrumiyyətə layiq
olar.
Kim Allahın işində itaətsizlik edərsə, şəkkə düçar olar. Kim
şəkkə düşərsə, Allah ona üstün gələr. Öz qüdrəti ilə onu xar
edər və Öz cəlalı ilə onu alçaldar. Necə ki, o da Allahın işində
səhlənkarlıq etmişdir.
Kişinin dəyər-qiyməti onun səyi qədərdir. Doğru danışmağı və
sadiqliyi onun mərdliyi şücaəti və qeyrəti qədərdir.
Dostları ilə paylaş: |