Microsoft Word Qismet-esas-redakteli-son-son doc



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix26.09.2017
ölçüsü2,11 Kb.
#1684
1   ...   9   10   11   12   13   14   15   16   17

 
107
 
Amma üşütməz səni 
bu adam, bu aysberq adam, 
içi xarabalıq adam, 
balıq adam 
adam... 
 
 


 
108
 
 
 
 
 
 
 
 
 
 
21. Darıx-an-tik 
 
Bu kömürgözlü gecə borc kimi  ağır 
küçəyə yağış yağır. 
Binalar yuyunur, ağaclar su içir. 
Adamın ağlından min fikir keçir...  
 
Saat üç tamam. 
qonşunu oyadıb soruşmaq istəyir adam: 
bəlkə,  bir az hənirtiniz ola? 
 
 


 
109
 
 
 
 
 
 
 
 
 
 
22.Çarəsizlik 
 
Danışdıqca adamlar 
ağızlarından töküldülər, 
çilikləndilər. 
göründü sözlərinin  altından  
içlərindəki  diktator, 
qəlblərindəki  bölgü. 
ürəkləri yaltaqlığa döyündü, 
sözlər  boylarını 
daha dəqiq göstərdi şəxsiyyət vəsiqəsindən.  
 
Susdum. 
 
Siqareti siqaretə caladım, 
tüstü uddum, tüstüsüz yandım 
adamlar danışdıqca. 


 
110
 
Danışdıqca adamlar 
yetimin tapdığı çörək kimi 
didildim, parçalandım. 
Söz-söz böyüdüm,  
Cümlə-cümlə yaşlandım. 
Gözlərimi yummağa, 
əllərimi qulağıma tıxmağa utandım. 
Yapmacıq gülüşlərlə gülümsündüm. 
Susmağın yalanını danışdım. 
 
Gülümsünən sükutuma baxıb 
danışdılar adamlar. 
Çıxıb gedə bilmədim. 
Axı kimsəm yoxuydu onlardan başqa... 
 
 


 
111
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
III bölüm 
 
NO COMMENT 
 
 
 
 
 


 
112
 


 
113
 
 
 
 
 
 
 
 
 
 
1. Yalan 
 
Əsir düşüb 
susuzluqdan ölən əsgərin  
evdən çıxanda dalınca su atmışdılar. 
Onu aldatmışdılar... 
 
 


 
114
 
 
 
 
 
 
 
 
 
 
2. Analiz 
 
Adamlar, 
səhər  acqarına 
bir  kibrit  qutusu  ürək  verin  analizə. 
Görəcəksiz  ki, 
günahınızın  atası  şeytandı. 
Görəcəksiz ki, 
siz  günaha  hamiləsiz... 
 
Ağaclar, 
səhər  acqarına 
bir  kibrit  qutusu  yarpaq  verin  analizə. 
Görəcəksiz  ki, 
yarpaqlarınızın  atası  buluddu. 
Görəcəksiz  ki, 
siz   ucalığa  hamiləsiniz... 


 
115
 
Dənizlər, 
səhər  acqarına 
bir  kibrit  qutusu  mavilik  verin  analizə. 
Görəcəksiz   ki, 
maviliyin  atası  səmadı. 
Görəcəksiz ki, 
siz  qağayılara  hamiləsiniz. 
 
Şairlər, 
səhər  acqarına  
bir  kibrit  qutusu  SÖZ  verin  analizə. 
Görəcəksiz  ki, 
ALLAH  var. 
Görəcəksiz  ki, 
Hər şey dəqiqdi, düzdü. 
Görəcəksiz  ki, 
dünya  SÖZDÜ... 
 
 


 
116
 
 
 
 
 
 
 
 
 
 
3. Qorxu 
 
Olacaq, olacaq onsuz da olacaq 
Hamı öləcək. 
Hamı biləcək hər şeyi... 
Elə  buna görə də 
məni daha  
nə yaslardakı samovar çayı,  
nə halva, nə dovğa 
mərhum arxasınca 
başlanan mübahisə, qovğa maraqlandırmır. 
Məni daha nə məzarlıq, 
nə də torpaq qorxudur. 
Məni bu dünyada bir gün 
şeirsiz, dostlarsız, 
sevgisiz qalmaq qorxudur... 
İlahi, şükür bu uzun, bəstəboy 


 
117
eynəkli, eynəksiz, 
ürəkli, ürəksiz, 
kök, arıq dostların varlığına, şükür!   
gedənlərin qoyduqlarına, 
qalanların sağlığına şükür!   
 


 
118
 
 
 
 
 
 
 
 
 
 
4. Edison üçün silsilə 
 
(A) Nəsə elə... 
 
Kompyuter yanında kaktus kimisənsə çoxdandı, 
telefonun susursa Qraham Belin səsiylə, 
teleseriallar ağlada bilmirsə daha 
saatlı bomba ürəyilə döyünürsə 
divar saatında vaxt 
darıxma, sıxılma, üzülmə... 
 
nəsə elə, dostum, nəsə elə... 
 
pəncərələri aç, pəncərələri 
burax günəş ayaqqabılı keçsin içəri 
pencəyini küləyə bağışla  
çətirini yağışa... 


 
119
sərçələrin səsi öpsün divarların dodaqlarını, 
uşaqların gülüşü öpsün. 
 
Bu gün yeməyi özün qızdır, 
çayı özün dəmlə 
ütünü köynəyin bağrına özün sıx bu dəfə, 
səninlə getsin bu dəfə ütü 
şalvarın ayağına düşməyə... 
Gülümsə hamıya, gülümsə! 
Darıxma, sıxılma, üzülmə... 
 
Bir  şeir yaz, əzbərlə, 
dənizə get, 
şeir pıçılda dənizin qulağına, şeir pıçılda... 
Hərəniz bir siqaret yandırın 
sən və dəniz. 
Sən burnundan burax tüstünü, 
dəniz uzaqlardakı gəmilərin borularından. 
işığında şeir yazmağa bir-iki ulduz al gecədən. 
Bir mahnı saxla həmişə dilinin altında 
zümzümə elə, 
gülünməmiş lətifələr tap dostlarınla gülməyə. 
 
Nəsə elə dostum, nəsə elə... 
Darıxma, sıxılma, üzülmə... 
 
 


Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə