30
12. Qadın və onun qərarı
Qadın.
Kirayə ev.
Və pəncərəsi...
Yenə dirsəklənib boylanır yola.
Küçədə cütləşən itlərin səsi,
Otaqda oyanmış şirin bir bala.
Bomboşdur qadının baxdığı səki,
Çəkdiyi “ah”lardan tərləyib şüşə.
Tilov gözlərini yola atıb ki,
Bəlkə, gözlərinə bir ümid düşə...
Birdən ağlamağa başlayar uşaq,
Qadın diksinərək ətrafa baxar.
Dartıb küçədəki tilov gözləri,
31
Tələsik o saat yerinə taxar.
Gedər qucağına alar uşağı,
Qışqırıb deyər ki: sus, səsini kəs!
Nə tənbeh, nə isti ana qucağı
Qarnı ac körpənin səsini kəsməz.
Qadın söyər, söyər öz körpəsinə
Gedər itlərəcən söyüş xətləri.
İtlər susmayanda insan səsinə,
Qadın itə dönüb söyər itləri...
Bir söz də saxlamaz qadın sabaha,
Sabah lazım olar söyərəm deyə.
İtlərdən qurtarıb keçər Allaha,
Başlayar Allaha qarğış deməyə...
İtlər hürüşdükcə körpə ağlayar,
Ağlayar, az qalar gözləri çıxsın...
Qadınsa Allahı belə qarğıyar:
“Allah, bu Allahın evini yıxsın!“
Əsəbdən itirər qadın özünü,
Axar dodağına içindən keçən.
İtlər eşidəndə “Allah” sözünü,
Qorxudan susarlar axirətəcən...
Boşalar qadının qəzəb kisəsi,
32
Min dəfə təkləşər o tək otaqda.
Küçədə kəsilər itlərin səsi,
İtlər susan kimi susar uşaq da...
Allah qəzəbindən sıxar dişini,
Şimşəyin səsilə qışqırıb, gedər
İtlərin yarımçıq qalan işini,
O gecə qadına tapşırıb, gedər...
33
13. Şəhərin ən qoca fahişəsinə
Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan-qucağa atan gözəlçə –
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi...
Hardandı boyalı dodaqlarında,
Bu oğraş qəhqəhə, fahişə gülüş?
Sırğa olmayıbmı qulaqlarında,
Sərxoş kişilərin söydüyü söyüş?
Bəlkə, nə vaxtsa sən də sevmisən,
Səni də yandıran odun olubdu,
Yaxının olubdu, yadın olubdu?
34
Nikotin qoxulu, şampan köpüklü
Gümüş bilərzikli, qızıl üzüklü
Sənintək, bəlkə də, milyonlarca qız,
Ana yox, birbaşa “qadın“ olubdu.
Çirkli çarpayıda ləkəli işıq...
Sənin dünyandakı həsrət başqadı.
Təcrübəqarışıq, şəhvətqarışıq
Müştəri başqadı, qiymət başqadı.
Üzüyü kim taxıb o barmağına?
Əmidi, yoxsa ki, dayı, bilinmir.
Açarı pul olan “eşq otağına”,
Girib-çıxanların sayı, bilinmir.
Gəlib müştərilər yüz cür biçimdə,
Lənət həm ağına, həm qarasına...
Kişi ah-ufları sənin içində,
Qarışıb çarpayı cırıltısına.
Ölsən deyəcəklər günahı çoxdu,
Qadınsan, özünü diri satırsan.
Sən namus satmırsan xəbərin yoxdu,
Dünyaya gəldiyin yeri satırsan...
Saqqızın şirindi, dilinsə zəhər,
Canınla görürsən gördüyün işi.
35
Min kişi dadmısan indiyə qədər,
Bananlı, vişnəli, almalı kişi...
Küçələr tökülür danışığından,
Küçələr dilinə qurdtək daraşıb.
Nikotin, alkoqol qarışığından,
Səsin kişiləşib, üzün qırışıb
Keçmiş zamandasan qoca Fahişə.
Hər gecə bir kişi altında qalan,
Döşəmə Fahişə, xalça Fahişə.
Adamlar üstünə çıxıblar, ancaq
Kədərinə ortaq çıxmayıb heç kim.
Çılpaq bədəninə baxıblar, ancaq
Dərdli gözlərinə baxmayıb heç kim.
Gözəl gözlərini yorğun eləyib,
Quduz kişilərə yoldaş səkilər.
Axxx! Bilsən kimləri pozğun eləyib,
Bu qəddar səkilər, oğraş səkilər...
Ümid öldürmüsən, sevgi boğmusan,
Əzbər öyrənmisən tənha qalmağı.
Bütün səkilərdə ölü doğmusan,
Qismətin olmayan ANA olmağı.
36
Səkinin bacısı, küçənin qızı
Gündoğmaz ölkənin sönmüş ulduzu,
Hər gecə başına uçulur damlar.
Göyərmiş üzündə, al yanağında,
Yaşıl boyadığın dodaqlarında –
Üçrəngli bayrağı “öpür” adamlar.
Çoxundan millisən azəri qızı...
37
14. Bakı üçün elegiya
Bakıya toxundum... əsdi ürəyim,
Toxunmaz olaydım, Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib...
Burdan milyardlarla qonaq ötürüb,
İndi öz-özünə qonaq şəhərim.
Röyadan plastik burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkcəsini
Geyinib əyninə mini, bu şəhər.
Dostları ilə paylaş: |