Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə63/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
246
üçün bütün imkanlarından istifadə edir. Qohumları, yaxınları ilə 
məsləhətləşir, bütün ümidsizliklərə baxmayaraq bircə an da 
inamını itirmir.  
Şamilin həbs olunmasının bir neçə  səbəbi ola bilərdi. 
Çünki o, 1930-cu ildə  Marksizm-Leninizm Qırmızı Profes-
sura İnstitutuna qəbul olduqdan sonra 1931-1932-ci illərdə o 
institutun  yataqxanasında Azərbaycan KP MK katibi A.Q. 
Qarayevlə bir otaqda yaşayır. Xəlil bəy xatirələrində qeyd edir 
ki, “qardaşımın Qarayevlə tanışlığı biz 3 qardaşa çox baha başa 
gəldi. Biz məhz Qarayevlə tanış olmaqda ittiham edilirdik. 
Mənim qardaşım Kamil isə çox güman ki, həbsdə  işgəncələrə 
dözməyərək, istintaq zamanı ifadə vermişdi ki, Qarayev 
tərəfindən Moskvada əksinqilabi millətçi təşkilatla casusluğa 
cəlb edilib. 30-cu illər 37-ci illərdən ciddi fərqlənirdi və hələ ki, 
insanlara sonralar şahidi olduğumuz hadisələrdəki kimi 
amansız divan tutmur, kütləvi qırğınlar aparmırdılar. Qardaşım 
1932-ci ildə Moskvadan Qorki şəhərinə yola düşür və 
Marksizm-Leninizm  İnstitutunun (MLİ) filialına qəbul olur. 
Tələbəlik illərində Şamil institut partiya təşkilatının katibi olur. 
1935-ci ilin 31 dekabrında institutun direktoru onu yeni ili 
birlikdə qeyd etmək üçün evlərinə  dəvət edir. Aradan 10 gün 
keçməmiş “Pravda” qəzetində belə bir məqalə  dərc edilir ki, 
Qorki  şəhərindəki MLİ – nın filialında başda institutun direk-
toru olmaqla əksinqilabi trotskist təşkilatının üstü açılmışdır. 
Bu təşkilatın üzvləri sırasında başqa adamlarla yanaşı qardaşım 
Şamilin də adı var idi. Məhbubə xanım  ərinin arxasınca 
Qorkiyə kimi gedib çıxır və onun işinə yenidən baxılması 
üçün çalışır. Saysiz-hesabsız müraciətlər edir. Yalnız aldığı 
rədd cavabları onu geri qayıtmağa məcbur edir. 1937-ci ilə kimi 
Şamildən ara-sıra xəbərlər çatırdı, gah eşdirdik ki, guya onu 
istintaqa Bakıya göndəriblər, gah aylarla əlləşsək də bircə 
kəlmə belə öyrənmək mümkün olmurdu. Bəzən də xəbər gəlirdi 
ki, o da digər kommunistlərlə birlikdə güllələnib”.  
Uzun illər ərindən xəbər bilməyən Məhbubə xanım elmə, 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 247
tədqiqatlara, işində irəli getməyə çalışan bir həkim qinekoloq 
kimi mehrini peşəsinə salır. Həyatın çətinliklərinə  mətinliklə 
sinə  gərən bu qadın qalan ömrünü sənətinə  və övladına həsr 
edir. Peşəsində professor elmi rütbəsinədək yüksəlir. Tibb İns-
titutunda akuşer-qinikologiya kafedrasının müdiri, müəl-
limlər və  tələbələr cəmiyyətinin sədri, respublika mama-gine-
koloqları elmi cəmiyyətinin sədri, çoxlu sayda məqalələrin 
müəllifi idi. Əməkdar həkim fəxri adına layiq görülmüşdü.
 
Qızını cəmiyyət üçün ləyaqətli və dəyərli insan kimi böyüdür. 
Onu həyatın istənilən çətinlikləri qarşısında ruhdan düşməməyi, 
biliklərin kəşf olunmayan zirvələrinə doğru inamla getməyi və 
bir də nə baş verməsindən asılı olmayaraq ataları, əmiləri və ba-
baları ilə  fəxr etməyi öyrədir.  Məhbubə xanım Bakıda dün-
yasını dəyişəndə 73 yaşı var idi.  
 
Şamil Mahmudbəyovun qızı Elmira xanım 1924-cü ildə 
Bakıda anadan olmuşdur. O dünyanı  dərk edəndə atasını nü-
fuzlu, ölkə üçün dəyərli bir şəxs kimi gördü. Anası ilə qürrə-
lənər, atası ilə  fəxr edərdi. Məktəbdə  uşaqlar arasında biliyi, 
ağlı ilə seçilərdi. Lakin 37-ci illərin ölüm kabusu yaxınlaşdıqca 
hamını bürüyüb vahiməyə salan bolşevik xofu 12-13 yaşlı 
Elmiradan da yan ötmədi. Ölkədə illər boyu ad çıxaran, əməyi, 
biliyi ilə  vətənə xeyir verən, millətini, xalqını sevən ziyalılar 
xalq düşməni elan edilərək həbs edilir, işgəncələrə məruz qalır, 
güllələnir, ən yaxşı halda isə sürgün edilirdilər.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
248
Atasının,  əmilərinin və onlarla başqa qohumlarının 
bolşevik qəzəbinə tuş  gəlməsi balaca qızın da taleyində izsiz 
ötüşmədi. Ona Sovet İttifaqının 
qardaşlığa, bərabərliyə çağıran 
siyasətinin fonunda məhz bu 
ideyaların daşıyıcılarının xalq 
düşməni elan edilməsini anla-
maq çətin idi. Bəlkə də ona güc 
verən, ailə faciələrindən aydın 
məqsədlərə doğru qaldıran ana-
sının nikbinliyi idi.  
Elmira xanım Tibb İnsti-
tutunu bitirir, elmlər namizədi 
alimlik dərəcəsi alır.  İxtisasca 
kardioloqdur, Tibb inistinunun 
dosentidir. Elmira iqtisad elm-
ləri namizədi, müxtəlif məsul 
vəzifələrdə çalışmış  Əziz  Əziz-
ovla ailə  həyatı qurmuşdur.  İki 
oğlu olub. Bu gün də Elmira 
xanımın  iki nəvəsi onun anası 
Məhbubə xanımın və atası  Şamilin adlarını vüqarla, ləya-
qətli bir nəslin davamçıları kimi daşıyırlar.  
 
 
Həbib bəyin qızı Sona xanım Mahmudbəyova 
 
Sona xanım 1900-cü ildə Bakıda anadan olmuşdur. 1918-ci 
ildə Marin qadın gimnaziyasını bitirmişdir. Satıcı  işləmişdir. 
1964-cü ildə vəfat etmişdir. 
 
Elmira  xanım Şamil qızı 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 249
 
Həbib bəyin oğlu Kamil Mahmudbəyov 
 
Kamil 1902-ci ildə Bakıda doğulmuşdur. Bakı realnı 
məktəbdə  təhsil almış, 1930-cu ildə Moskva Plan İnstitutuna 
daxil olmuşdur. Şərq musiqisinin bütün alətlərində, o cümlədən 
kamançada çala bilirdi. 1937-ci ilin noyabr ayında onu həbs 
edirlər. Sonrakı taleyindən xəbər-ətər yoxdur. 
 
 
Həbib bəyin oğlu Xəlil Mahmudbəyov 
 
Xəlil  bəy  1904-cü 
ildə Bakıda anadan ol-
muşdur. 1923-cü ildə Bakı 
realnı  məktəbi bitirmiş, 
1925-ci ildə Politexnik İns-
titutuna daxil olmuş, 1930-
cu ildə kənd təsərrüfatı mü-
təxəssisi fakültəsini bitir-
mişdir. 1929-ci ildə Kirov-
abad  şəhərində traktorçular 
kursuna başçılıq etmiş  və 
Dəlməmməd MTS-in yara-
dıcısı olmuşdur. 1930-cu il-
də Moskvada Timirzayev 
adına Kənd Təsərrüfatı 
Akademiyasının aspirantu-
rasına daxil olur. 1937-ci il-
də onu dövlətə qarşı  çıxdı-
ğına görə  həbs edirlər və 
Komi ASSR-ə göndərir, da-
ha sonra Qazaxıstana sürgün edirlər. 
 
Xəlil bəy Mahmudbəyov 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə