Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 253
Bakıda anadan olub. Qızlar seminariyasını bitirib. 1930-cu ildə 
Azərbaycan Sənaye  İnstitutuna daxil olur. 1941-ci ildə  Rəcəb 
Çərkəzzadəyə ərə gedir. Lakin, Rəcəbin guya türk olduğunu id-
dia edirlər. Bununla da onları 1937-ci ildə sürgünə göndərirlər. 
Mustafa və Nazim adlı oğlanları olub. 1954-cü ildə sürgündən 
qayıdırlar. Rəcəb Çərkəzzadə 1973-cü ildə vəfat etmişdir. 
Böyük oğlu  Mustafa Çərkəzzadə  1942-ci ildə anadan 
olmuşdur. Bakıda yaşayır. Evlidir. 
Kiçik oğlu Nazim 1946-cı ildə anadan olmuşdur. O, 
Kiyev Aviasiya İnstitutunu bitirmişdir. Bakıda yaşayır. 
 
Əli  İbadulla oğlu Mahmudbəyov  1910-cu ildə Bakıda 
anadan olub. Bütün Mahmudbəyovlar kimi o da Bakı realnı 
məktəbdə oxumuş, 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunu 
bitirmişdir. 1955-ci ildə əslən şamaxılı olan Tahirə Əzizbəyova 
ilə ailə həyatı qurur. 
Bahadur  İbadulla oğlu Mahmudbəyov 1923-cü ildə 
Bakıda anadan olmuşdur. O da Şahlar kimi qısa ömür sürmüş-
dür. 1941-ci ildə müharibəyə gedir və itkin düşür. 
 
Beşinci budaq 
 
Seyfulla İbrahim Xəlil bəy oğlu Mahmudbəyov 
  
Seyfulla 1872-ci ildə  Şamaxıda  anadan olmuşdur. O, 
ailənin sonbeşiyi idi. Qeyri-müəyyən səbəblərə görə o, təhsil 
almamışdır. Buna baxmayaraq, o, ana dilində yazmağı və oxu-
mağı bacarırdı. O, Şamaxıda böyük qardaşı Əsədullanın yanın-
da qalaraq ticarətlə  məşğul olur. Lakin Şamaxı yandırıldıqda 
Seyfulla qardaşı Əsədulla bəylə Bakıya köçürlər. Seyfulla bəy 
xəstəlikdən  əziyyət çəkir və 7 azyaşlı  uşağını yetim qoyaraq 
vəfat edir.  
İskəndər Seyfulla oğlu Mahmudbəyov  1912-ci ildə  Şa-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
254
maxıda anadan olmuşdur. 1937-ci ildə Politexnik İnstitutu-
nun geoloq fakültəsini bitirmişdir. O, ömrü boyu geoloq işlə-
mişdir. 
Nəsibə Seyfulla qızı Mahmudbəyova 1908-ci ildə Şama-
xıda anadan olmuşdur. 1930-cu ildə Pedaqoji İnstitutu bitirmiş-
dir. O, İnşaatçı-mühəndis Vəli Vəlizadə ilə evlənmişdir. 
 
Altıncı budaq 
 
Sübhi xanım İbrahim Xəlil bəy qızı Mahmudbəyova  
Sübhi xanım 1874-cü ildə Şamaxıda anadan olmuşdur. 
Səid Əliyevə ərə getmişdir. Sübhi xanımın dörd oğlu və bir qızı 
olub. 
Birinci oğlu Ağa Seyid Əliyev 1896-cı ildə anadan olub, 
çar ordusunda zabit rütbəsində xidmət edib. 1922-ci ildə dəmir-
yol qəzasında həlak olmuşdur. 
İkinci oğlu Məmmədrza Seyid Əliyev  1898-ci ildə 
doğulub. Bakı gimnaziyasını bitirdikdən sonra Parisə göndəri-
lir və hüquq fakültəsinə daxil olur. Lakin o, Vətənə qayıtmır. 
Deyilənlərə görə o, arvadı ilə Qahirədə yaşayıb. 
 
Yeddinci budaq 
 
Mahmud bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyov 
(1849-1928) 
 
Mahmudbəyovlar ailəsinin görkəmli 
nümayəndələrindən biri də Mahmud bəy ol-
muşdur.  Mahmud bəy  İbrahim Xəlil bəy 
oğlu 1849-cu ildə Şamaxı şəhərində anadan 
olmuşdur. 
O, ilk təhsilini evdə - atasından almış, 
sonra məhəllə  məktəbində oxumuşdur. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 255
Burada təhsilini başa vuran Mahmud bəy  Şamaxıda fəaliyyət 
göstərən  «Məclis» məktəbində  də oxumuşdur.  Ş,M.Qəniza-
də, M.Ə. Sabir, M.Mahmudbəyov, M.Əfəndiyev və b. «Məc-
lisin» ilk şagirdlərindən olmuşdur. Böyük pedaqoq A.O.Çern-
yayevskinin vasitəsilə Mahmud bəy Qori müəllimlər seminari-
yasına dəvət olunur. İki il hazırlıq kursunda oxuduqdan sonra 
seminariyanın birinci sinfinə qəbul olunur və 1883-cü ildə oranı 
müvəffəqiyyətlə başa vurur. İlk əvvəl Yelizavetpol quberniyası-
nın Padar, Ağcabədi, sonra Ağdam, Şamaxı qəzasının Dilman, 
Kalva kənd məktəblərində çalışmışdır. 
Bu illər  ərzində o, el ədəbiyyatı nümunələrinin toplanıl-
ması sahəsində xeyli iş görmüşdür. O, «Rəhbər» adlı pedaqoji 
jurnalını 1905-ci ildə nəşr etdirmişdir. 
M.Mahmudbəyov A.Səhhətlə birgə ilk dəfə M.Ə.Sabirin 
«Hophopnamə»sini çap etdirib. Nəhayət, Mahmud bəy Bakı 
şəhərində pedaqoji fəaliyyətə başlayır.  Əvvəl 2-ci rus-tatar 
məktəbinə müəllim, sonra isə direktor təyin edilir. Bu illər 
ərzində o, pedaqoji sahədə yorulmadan çalışmışdır. 1919-cu 
ildə Maarif Nazirliyi onu Bakı quberniyasının IV rayonu üzrə 
inspektor təyin edir. O, Azərbaycanda sovet hakimiyyəti qurul-
duqdan sonra da Bakı  şəhəri və onun kəndlərində  məktəblərin 
açılmasında, yeni dərs proqramlarının tərtib olunmasında 
yaxından iştirak edir. 
Mənalı ömrünün 40 ilini Azərbaycan maarifinin qurul-
ması, çiçəklənməsinə  həsr edən görkəmli pedaqoq Mahmud 
bəy 1928-ci ildə Bakı  şəhərində  vəfat etmişdir. M.Mahmud-
bəyovun nəvə-nəticələri hazırda Bakı  şəhərində yaşayır-
lar.Onun yaradıcılığı haqqinda pedaqoq B.Nəsirov namizədlik 
disertasiyası yazmışdır.Filalogiya elmleri doktoru S.Qeniyev 
vaxtı ilə böyük maarifçinin Sirvan ərazisindən toplayıb çap 
etdirdiyi folklor örnəklərini yenidən nəşrə hazirlamışdır. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
256
 
Ağalar bəy Mahmud bəy oğlu Mahmudbəyov 
(1884-1938) 
 
Ağalar bəy  1884-cü ildə 
Şamaxıda ziyalı ailəsində ana-
dan olmuşdur. O, Bakı şəhərində 
realnı  məktəbi bitirdikdən sonra 
böyük xeyriyyəçi Zeynalabdin 
Tağıyevin maddi köməyi ilə Al-
maniyaya göndərilmişdir. Orada 
Darm-ştadt Ali Texniki Məktəbin-
də  təhsil almışdır. Ağalar bəy 
1908-ci ildə institutu qurtardıqdan 
sonra elektrotexnik diplomu alır. 
Vətənə dönən Ağalar bəy mil-
yonçu Ş.Əsədullayevin «Neft mə-
dəni»nin müdiri işləmişdir. Bir 
müddətdən sonra o, həmyerlisi 
A.Axundovla Bakıda «Zümlar» 
(işıq) kontoru təşkil edir.  
Ağalar bəy 1920-ci ildən 1930-cu ilə kimi Azərbaycan 
Ali Xalq Təsərrüfatı Şurasında işləmişdir. O, 1931-ci ildə həbs 
olunaraq Sibirə göndərilir. Orada «Belomor-Baltik» kanal 
tikintisində bütün elektrik işlərini görür. 1936-cı ildə  həbsdən 
azad olunub Bakıya dönəndən sonra Keşlə qəsəbəsində elektrik 
sahəsində  fəaliyyət göstərmişdir. 1938-ci ildə Bakı  şəhərində 
vəfat etmişdir. Ağalar bəyin İsmayıl adlı bir oğlu olmuşdur... 
 
Ağalar bəy Mahmudbəyov 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə