Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 243
Sonralar o, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və 
Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan da-
xili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları 
şurasının sədrinin müavini və  sədri, Azərbaycan Mərkəzi 
İcrayə Komitəsinin işlər müdiri olmuşdur.  Şamil Mahmud-
bəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə 
qarşı  çəkinmədən və  qətiyyətlə mübarizə aparmışdır. Bununla 
əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində  və Azər-
baycan Respublikası Prezidentinin İşlər İdarəsinin
 
siyasi sənəd-
lər arxivində Mahmudbəyovun N.Nərimanova yazdığı gizli 
məktublar saxlanılır. 1924-1928-ci illərdə "Azərbaycan Döv-
lət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd Təsərrüfatı 
İnstitutunun tədris bölməsinin prorektoru vəzifələrində çalış-
mışdır. 
1932-ci ildə Şamil bəyin Mir Cəfər Bağırovla münasi-
bətləri gərginləşir. Bu barədə onun qardaşı Xəlil bəy xatirə-
lərində  ətraflı yazır:  “Bağırov mənim qardaşımı millətçi ad-
landıranda  Şamil çəkinmədən onun üzünə qayıdaraq deyir ki, 
əgər mən millətçiyəmsə, sən də jandarmsan. Respublikanın bi-
rinci siması ilə qardaşım arasında baş verən bu insident sonralar 
Şamilin təqib olunmasına rəvac verir və onun uğurlu taleyini 
ağlasığmaz sıxıntılara düçar edərək büsbütün dəyişdirir. Bakıda 
işlədiyi üçün işi ilə bağlı Mir Cəfər Bağırovla tez-tez rastlaş-
malı olan qardaşım öz qeydlərində onun haqqında çəkinmədən 
sərt fikirlərini deyərdi. Qeydlərinin birində qardaşım yazırdı ki, 
əgər yazdıqlarım Allah eləməmiş Mir Cəfər Bağırovun  əlinə 
düşsə  mənə  rəhm etməyəcək. Qardaşımın gündəliyi onun qızı 
Elmira xanım tərəfindən 1959-cu ildə Bakı  şəhərindəki Mar-
ksizm- Leninizm İnstitutuna təhvil verilib”.  
Şamil bəy Mahmudbəyov Bağırov tərəfindən aramsız 
olaraq izləndiyindən 1932-ci ildə Moskvaya gəlsə  də, başa 
düşür ki, Mir Cəfərin yaxın dostu Beriyanın oturduğu  şəhərdə 
də təqiblərin arası kəsilməyəcək.  
Əslində  Şamil bəyin  N.Nərimanovun yaxın silahdaşı 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
244
kimi qara siyahıya düşməsinin  şəxsi  ədavətdən çox daha 
ciddi tarixi səbəbləri var idi. Hələ 20-ci illərdə  Nəriman 
Nərimanovun Kreml qarşısında qaldırdığı məsələlərin sırasında 
Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun qorunması, milli 
kadrların hazırlanmasının və sair islahatların həyata keçirilməsi 
məsələləri dururdu. Təbii ki, belə mövqe bolşevikləri və Bakıda 
sovet hakimiyyətinin adından ağalıq edən erməniləri qane 
etmirdi. Getdikcə Bakıda ona qarşı artan təzyiqlərdən cana 
gələn N.Nərimanov 1923-cü ilin dekabrında Stalin və Trotskiyə 
müraciət edir, yerli rəhbərlərin “müttəfiq respublikanın” bay-
rağı altında yeridilən diktatura siyasətindən yazır, Azərbaycan 
xalqının maraqlarının pozulmasını  qətiyyətlə pisləyir. Sovet 
hakimiyyəti Azərbaycanda güclənməyə çalışsa da, reallıqda 
erməni planları baş tutur, onların siyasi və iqtisadi maraqları 
təmin olunurdu. N.Nərimanovun AK(b)P, Bakı  rəhbərləri və 
“gənc kommunistlərlə” münasibətləri getdikcə  gərginləşirdi. 
Daşnak xislətli erməni kommunistləri N.Nərimanovu tamamilə 
zərərsizləşdirib sıradan çıxarmaq üçün çəkinmədən bütün siyasi 
vasitələrdən istifadə etməyə çalışır,  ən iyrənc təxribatlardan 
iyrənmədən yararlanırdılar. N.Nərimanov Leninə müraciətlərin-
də birmənalı  şəkildə “Daşnak kommunistlərinin bütün Zaqaf-
qaziyada, həmçinin Azərbaycanda bu murdar hərəkətlərinə son 
qoymağı” dəfələrlə xahiş edirdi. Ürəyi vətən eşqi ilə  çırpınan, 
Azərbaycanın azadlığı, inkişafı üçün əlindən gələni  əsirgə-
məyən N.Nərimanov “milli təmayülçülükdə” ittiham edilir, 
1923-cü ilin əvvəlində SSRİ  MİK sədrlərindən biri seçilərək 
Moskvaya çağırılır. Zahirən vəzifəsinin Kremlə  qədər yüksəl-
dilməsi kimi görünən bu təyinat mahiyyət etibarı ilə onun Azər-
baycandan sürgün edilməsinə  bərabər idi. Məhz bu konteksdə 
onun yaxın silahdaşlarının təqib edilməsi labüd və qaçılmaz idi.  
N.Nərimanovun  şəxsi katibi vəzifəsində çalışdığına 
görə  Şamil Mahmudbəyov da Bakı bolşeviklərinin qara 
siyahısına düşməli idi. Sadəcə bunun geci-tezi vardı. Şamil bəyi 
təhlükələrdən bir qədər uzaq olmaq üçün Moskvaya gəlməsi də 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 245
onu xilas etmir. O, getdikcə daralan təqiblərin halqasını hiss 
etdiyi üçün Moskvadan uzaqlaşır.  1933-cü ildə  Qırmızı Pro-
fessura  İnstitutunun Qorki filialına daxil olur. 1936-cı ilin 
fevral ayında bu filialın kollektivini «antisovet təbliğatçı-
ları» adı altında həbs edirlər. Şamil bəyin sonrakı taleyindən 
məlumat yoxdur. Deyilənlərə görə, 1937-ci ildə güllələnmişdir. 
70 illik yubileyi ilə  əlaqədar 1969-cu ildə «Bakı» 
qəzetində onun ictimai dövlət xadimi kimi gördüyü işlərdən 
bəhs edən geniş məqalə verilmişdir.  
Ş.Mahmudbəyov Şuşa şəhərinin İcraiyyə Komitəsinin sədri 
işləyərkən 1923-cü ildə  Mehmandarova soyadlı  Məhbubə 
xanımla evlənir. Məhbubə xanımın atası  Şuşada məşhur həkim 
olmuşdur. Onun adına indi xəstəxana və küçə adları vardır.  
Məhbubə  Kərim bəy qızı 
Mahmudbəyova Azərbaycanın 
ilk ali təhsilli həkimi Kərim 
bəy Mehmandarovun və  İran 
şahzadəsi Zəri xanım Qacarın 
qızıdır. 1902-ci ildə  Şuşada do-
ğulub. Mehmandarovlar böyük 
nüfuz sahibi idilər və bütün Qa-
rabağda ziyalı bir nəslin təmsil-
çilər kimi məşhur idilər. O, qızlar 
gimnaziyasında təhsil almış, son-
ra isə Bakı Tibb İnstitutunun gi-
nekologiya fakültəsini bitirmiş-
dir. Onun professor kimi onlarla 
gənc kadrların yetişməsində 
müstəsna rolu vardır. Lakin 
Məhbubə xanımın da həyatı dəb-
dəbələrdən uzaq olmuş, 37-ci il-
lərin repressiyaları onu da taleyin ağır sınaqlarına çəkmişdir.  
 Əri Şamilin həbsi onun üçün gözlənilməz olur. O qadın-
lığına və zəmanənin sərtliyinə baxmayaraq ərinin xilas edilməsi 
Məhbubə xanım 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə