Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 235
İnstitutunu bitirmişdir. 1949-cu ildə ailəsi ilə birlikdə Moskva-
ya köçür və SSRİ Neft Məhsulları Nazirliyində işləyir. 
 
Əsədulla bəyin oğlu Lətif bəy 
 
Lətif bəy  Əsədulla oğlu Mahmudbəyov  1904-cü ildə 
Şamaxıda doğulmuşdur. 1913-cü ildə  Şamaxı realnı  məktəbi 
bitirib Kiyev Tibb İnstitutuna daxil olur. 1918-ci ildə  həkim 
kimi Bakıya qayıdır və Tibb İnstitutunda işləyir.  İnfeksiya 
xəstəlikləri kafedrasının müdiri, professor olmuşdur.  1972-ci 
ildə Bakı şəhərində, 80 yaşında vəfat etmişdir. 
 
Əsədulla bəyin oğlu Aslan bəy 
 
Aslan bəy  Əsədulla oğlu Mahmudbəyov  1900-cü ildə 
Şamaxıda anadan olmuşdur. Bakı realnı  məktəbi bitirdikdən 
sonra Azərbaycan Kənd Təsərrüfatı  İnstitutuna daxil olmuş və 
1930-cu ildə oranı bitirmişdir. 1931-ci ildən ta 1972-ci ilədək 
Yeyinti Sənayesi Nazirliyində sıravi işçidən laboratoriya müdiri 
vəzifəsinədək yüksəlmişdir. 1972-ci ildən fərdi pensiyaçıdır. 
Heç vaxt ailə qurmamışdır.  
 
Əsədulla bəyin oğlu Əjdər bəy 
 
Əjdər bəy Əsədulla bəy oğlu Mahmudbəyov 1902-ci ildə 
Şamaxıda anadan olmuşdur. Əvvəl Şamaxı realnı məktəbin-
də, sonra isə Bakı realnı məktəbində oxuyub. 1924-cü ildə təh-
silini başa vurduqdan sonra hərbi hissələrdə işləyir, sonralar Ki-
rovabada (indiki Gəncəyə) köçür və burada da hərbi hissələrdə 
çalışır. 1937-ci ildə podpolkovnik rütbəsinə kimi yüksələn Əj-
dəri həbs edirlər. Sonrakı aqibətindən heç bir məlumat yox-
dur. 
1960-62-ci illərdə böyük oğlu Aydın evdən qaçır. Arabir 
əmisi Aslandan pul almağa gəlir. Lakin tüfeyli həyat keçirən 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
236
Aydın birdən-birə yoxa çıxır. Kiçik oğlu  Rafiq 1934-cü ildə 
Kirovabadda (idiki Gəncədə) anadan olmuşdur. O, əmisi As-
lanın himayəsi altında Azərbaycan Pedaqoji İnstitutunu bitirir. 
1972-ci ildə anasını  və  xəstə  əmisini tərk edərək həmişəlik 
Moskvaya köçür. 
 
Əsədulla bəyin qızı Tahirə xanım 
(1905-1937) 
 
Tahirə  Əsədulla bəy qızı Mahmudbəyova  1905-ci ildə 
Şamaxıda dünyaya göz açıb. Bakıya köçür və böyük bacısı 
Qəmər xanımın yanında yaşayır. Tahirə gözəgəlimli, maraqlı 
qız olub. 1924-25-ci illərdə Bakıda yerləşən İran konsulluğunda 
İsmayıl xana vurulur və ona ərə gedir. Kosulluğun  əməkdaşı 
üçün kübar və zəngin bir ailənin üzvü ilə nikaha getmək təbii ki 
böyük  əhəmiyyət daşıyırdı. Lakin sovet Azərbaycanın vətən-
daşı üçün belə bir izdivac zaman keçdikcə ağır ittihama çevri-
ləcəkdi. Rejim sərtləşdikcə, bolşevik diktaturası amansızlaşdıq-
ca Tahirə xanımın bu izdivacı 1936-37-ci illərdə Mahmudbə-
yovların böyük bir qismi üçün əsl faciəyə, fəlakətə çevrildi.  
Qəmər xanım, Aslan və anası,  İsmayıl arvadı  və  qızı ilə 
birlikdə, Niyaz və  Ənvər 1937-ci ildə Qazaxıstana sürgün 
edildilər. Tahirənin sürgünü əcnəbi  şəxsə  ərə getməsi ilə 
əlaqədar idi. Tahirə Mahmudbəyovanın əri vəfat etdikdən sonra 
Tehranda yaşayır. Onun uşağı olmamışdır. 
Mərdan  Əsədulla oğlu Mahmudbəyov  1912-ci ildə 
Şamaxıda anadan olmuşdur. O, səkkiz yaşında Bakı şəhərin-
də xəstələnib ölür. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 237
 
İkincı budaq 
 
İbrahim Xəlil bəyin oğlu Həbib bəy 
(1864-1928) 
 
Həbib bəy  İbrahim Xəlil 
bəy oğlu Mahmudbəyov 1864-cü 
ildə  Şamaxıda doğulmuşdur
Səkkiz yaşında ikən Həbib bəy 
Şamaxının  əvvəl məhəllə, sonra 
isə şəhər məktəbində oxuyur. El-
mə, təhsilə sonsuz marağı olduğu 
üçün Bakıya gələrək, real mək-
təbə daxil olur. Burada altıncı 
sinifədək oxuduqdan sonra daha 
dərin biliklərə yiyələnmək üçün 
1883-cü ildə Sultanməcid Qə-
nizadə ilə birlikdə Tiflisə gedə-
rək Aleksandrov Müəllimlər İns-
titutuna girir, 1887-ci ildə oranı 
bitirdikdən sonra yenə birlikdə 
Bakıya qayıdır və ilk rus-tatar məktəbini açırlar. Bu, Azər-
baycanda maarifin inkişafında böyük hadisə olur. Bu dünyəvi 
məktəb kasıb uşaqlarının oxuya bildiyi yeganə təhsil ocağı kimi 
məşhurlaşır və sonralar dövlətin himayəsinə keçirilir. Həbib 
bəy 1896-cı ildə bir neçə ziyalı ilə birlikdə Bakıda ilk rus-tatar 
kitabxanasını yaradır. Bakıda rus - Azərbaycan məktəbinin təş-
kili, 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayının təş-
kilində xüsusi xidmətləri  olmuşdur.  
 
 
 
Həbib bəy 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
238
Haşiyə: Azərbaycan müəllimlərinin birinci  qurultayının  
keçirilməsində başqa maarifçilər kimi Həbib bəy Mahmudbə-
yovun da xüsusi  xidmətləri olmuşdur.  2013-cü ildə  keçirilən 
müəllimlər qurultayında yüksək kürsüdən bu sözlər xatırlan-
mışdır: “Düz  107 il bundan qabaq 1906-cı ildə   Bakıda  Həbib  
bəy Mahmudbəyovun  rəhbərlik etdiyi rus – Azərbaycan müəl-
limlərinin I qurultayı keçirilmişdir. Qurultayın işində  Həsən 
bəy Zərdabi, Nəriman Nərimanov,  Əli bəy Hüseynzadə,  Əh-
məd bəy Ağa oğlu,  Firudin  bəy  Köçərli, Üzeyir bəy  Hacıbəy-
li, Süleyman Sani Axundov kimi o dövrün tanınmış maarifçiləri 
iştirak etmişlər. XX əsrin əvvəllərində maarifçilik ideaları ətra-
fında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbay-
can Xalq Cümhuriyyətinin yaranması ilə  nəticələndi.” 
1917-ci il Oktyabr inqilabınadək H. Mahmudbəyov ma-
arifləndirmə  fəaliyyəti ilə  məşğul olur, Bakı  şəhər Dumasında 
məktəb komissiyasının üzvü kimi fəaliyyət göstərir. Onun tə-
Həbib  bəy  Mahmudbəyov  Bakı I  rus – Azərbaycan 
məktəbinin   şagirdləri arasında. 1920-ci il 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə