Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə57/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 225
Dəcəl uşaqlardan biri də mən idim. Məktəb direktorunun məni 
görməyə gözü yox idi. Odur ki, atam mənim fikrimlə razılaşıb, 
məni Ağası bəyə tapşırdı. Mən məktəbi buraxdıqdan sonra bir 
gün M.Ə.Sabirə rast gəldim. O, məni görüb dedi: 
- Cavan oğlan, deyəsən, məktəbi buraxmısan? 
- Bəli, dedim – dərziliyi öyrənirəm. Sənət də yaxşıdır, 
amma oxumaq da lazım idi, - deyə Sabir cavab verdi. 
Burada məndən başqa dörd şagird də var idi. O vaxtın 
savadlı adamlarından biri də bizim ustamız idi. O, qəzet və jur-
nalları  həvəslə oxuyardı. Onun dükanı  həmişə ziyalılarla dolu 
olardı. Oxuduqlarını müzakirə edərdilər. 
«Molla Nəsrəddin» 
jurnalı  təzə  çıxmışdı. Hər 
dəfə jurnalın təzə nüsxəsi 
işıq üzü görəndə M.Ə.Sabir 
də  Ağaəli bəy Nasehlə  gə-
lib maraqlı söhbətlər edər-
dilər. «Molla Nəsrəddin» 
jurnalından başqa «Babayi-
Əmir», «Tutu»  və bir çox 
qəzet və jurnalları da  oxu-
yub təhlil edərdilər. 
Bir gün ustadım Ağa-
sı  bəy Ağaəli bəy Nasehə 
dedi: 
- Bu jurnalda ən çox 
sevdiyim «Hop-hop»dur. 
Hayıf ki, mənasını başa 
düşmürəm. Ağaəli bəy gü-
lümsəyərək, Sabirə baxıb 
dedi: 
- Biz də sizin kimi... 
O vaxtdan məndə oxumağa, mütaliə etməyə böyük həvəs 
oyandı, və dərslərimə davam etdim. Bu həvəs hal-hazırda da öz 
Əbdülrəhman Əfəndizadə və 
Məhəmməd Hadi 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
226
gücünü itirməmişdir. Bundan başqa Məhəmməd Hadinin də 
mənə köməyi az olmayıb.  Şair Hadi mənim xalam oğlu idi, 
məni çox sevərdi. 1918-ci ildə  Gəncədə bir neçə ay onunla 
olduın. O deyərdi: 
-  İnsanda gərək dünyagörüşü olsun. O da mütaliədən 
asılıdır. Sənət ölməzdir, dünyagörüşü sönməz... 
...Nəhayət, sovet hakimiyyəti illərində bir çox işlərdə 
işlədim. 1928-ci ildən  Şamaxıda açılmış Kirov adına dərzi 
sexində müdir vəzifəsinə təyin edildim.  
1930-cu ildə Müsavat partiyasının üzvü olduğuma görə 
həbs olunmuşam. Bir müddət sonra azad edildim. Lakin 
qardaşım Paşayev Soltan Həmid  Şamaxıda hərbi komissar 
işləyərkən 1937-ci il repressiya qurbanı oldu. 1966-cı ildə işdən 
azad oldum. Həmişə  zəhmətə alışan adam üçün ağır olan 
işsizlik çətin oldu. Odur ki, gördüklərimi, eşitdiklərimi 
cəmləyib, özümü toplayıb  «Zadəgan» romanını yazmağa 
başladım» (1966-1969). 
Haşiyə:  Azərbaycanın görkəmli yazıçısı  Əzizə xanım 
Cəfərzadə, “Aləmdə səsim var” trilogiyasını, Şamaxıda İsmayıl 
bəyin evində onun gördükləri, eşitdikləri  əsasında  ərsəyə 
gətirib.  
İsmayıl bəy Fitdağlı 1992-ci ildə Şamaxıda vəfat edib. O, 
həm də şair idi. Əsasən, Sabirsayağı yazırdı,  şairin şeirlərindən  
birini təqdim edirik: 
 
Şairim, aləmə bax 
(M.Ə.Sabirə) 
 
Şairim, aç gözünü, qalx ayağa, aləmə bax
Satirik şeirimizin ildırımı, bir daha çax! 
 
Gördüyün əski cahandan qalmayıb əla əsər,  
Məhv olub molla, seyid mərsiyəxan, sözləri şər,  
Günbəgün şad edir qəlbimizi tazə xəbər,  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 227
Şairim, aç gözünü, qalx ayağa aləmə bax,  
Satirik şeirimizin ildırımı, bir daha çax! 
 
Oxuyub, alim olub Fatma, Tükəzbanlarımız,  
Yeni səyyarələri fəth edir insanlarımız,  
Uzadır ömrümüzü təbibi-loğmanlarımız,  
Şairim, aç gözünü, qalx ayağa, aləmə bax!  
Satirik şeirimizin ildırımı, bir daha çax! 
 
İndi azadə qələm də sülhü tərənnüm eyləyir,  
Bu azadlıq yolunda odlu şəfəqlər çiləyir,  
Haqq, ədalət işini kürreyi-ərzə diləyir,  
Şairim, aç gözünü qalx ayağa aləmə bax,  
Satirik şeirimizin ildırımı, bir daha çax! 
 
Bir şeir bayramını ünvanına ad eylədik,  
Doğma Şirvanımızı nəğmələrlə şad elədik,  
Şöhrətli şeirimizə biz səni ustad eylədik,  
Şairim, aç gözünü, qalx ayağa, aləmə bax,  
Satirik şeirimizin ildırımı, bir daha çax! 
 
Mahmud Ağanın  nəticələri, 
Firidə və Əhməd Veysovun övladları 
 
 Bütünlükdə Mahmud Ağanın nəsil  şəcərəsini  əhatə 
etmək, bura aid olan insanların hamısı haqqında  ətraflı 
məlumatları təqdim etmək qeyri - mümkündür. Ona görə də bə-
zi insanlar haqqında qısa da olsa yazmağı vacib saydıq. Firidə 
xanımla  Əhməd Veysovun 3 övladı olub: Zöhrab, Səadət və 
Nelli. Bu üçlük həm də Qəmər xanımın nəvələridir.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
228
Veysov Zöhrab Əhməd oğlu hazırda həkim işləyir. Tiibb 
Universietini bitirib, Moskvada Ümumittifaq Elmi Cərrahiyyə 
Mərkəzində akademik Luvsanın yanında kurs keçib və onun 
sevimli tələbəsi olub. Hazırda seçdiyi ixtisas üzrə çalışır, bir 
oğlu və bir qızı var. Moskvada yaşayan qızı Yeganə xanımın da 
bir qızı var. Oğlu isə hələ orta məktəbdə təhsil alır. 
Veysova Səadət  Əhməd qızı ixtisasca fizikdir, 
Azərbaycanın  əməkdar müəllimidir.  İki oğul anasıdır. Böyük 
oğlu Emil Qasımzadə Qahirə Universitetini bitirib, bir neçə 
dildə sərbəst danışır, diplomatdır. Emilin Ayan və Aylin adında 
iki övladı var. Səadət xanımın ikinci oğlu Tamerlan 
maliyyəçidir, biznes sahəsində çalışır. 
Veysova Nelli Əhməd qızı da həkim-terapevtdir. Nelli 
xanımın iki qızı var. Lalə həkim, Leyla isə iqtisadçıdır. Maqsud 
və Aydan adında iki övladı var. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə