Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
217
Əhməd Sultan Ağa dərin biliklərə, gözəl musiqi duyumuna
malik imiş və gözəl də şeir söyləyirmiş. Əhməd Sultan Ağa
qardaşları ilə birlikdə atasının muğam gecələrinin təşkilində
iştirak edirlərmiş.
Hacı Əhməd Sultan Ağanın oğlu
Soltan bəy (Mahmud Ağanın nəvəsi)
Soltan bəy Əhməd Sultan ağa oğlu Mahmud Ağanın ən
sevimli nəvəsi idi. Lap kiçik yaşlarından balaca bəyzadə
babasının təşkil etdiyi ziyafətlərdə, musiqi məclislərində iştirak
edib. Soltan bəy fransız, ərəb, rus dillərini mükəmməl bilirdi.
Xarici ölkələrdən dəvət olunan müəllimlər ağanın övladlarına
və nəvələrinə xarici dillərlə yanaşı musiqini, riyaziyyatı da
öyrədərdilər. Soltan bəy dəqiq biliklərə can atdığı qədər də
poeziya və musiqi aşiqi idi. Təbii ki, bu məhəbbət onun
qəlbində Mahmud Ağanın ziyafətlərində və müsabiqələrindəki
incəsənət vurğunu olan qəzəlxanların, muğam ifaçılarının mü-
kəmməlliyindən, onların kamilliyindəki zənginliklərdən boy
verib pöhrələnmişdi. Soltan bəyin mükəmməl musiqi
biliklərinə yiyələnməsi, qarmonda ən gözəl ifaçıları belə heyran
etməsində babasının məclis üzvləri ilə qura bildiyi ünsiyyət
vacib rol oynamışdı.
Nəvəsinin uğurlarına sevinən Mahmud Ağa Soltan bəy
üçün xüsusi bir saray tikdirib, ona da babasının yolu ilə
getməyi, onun əməllərini təlqin etməyi tapşırıbmış. Deyirlər ki,
Soltan bəy bu sarayda Şərqin gözəl xanəndələrini, şairlərini
qəbul edər, babası kimi musiqi müsabiqələri keçirərmiş.
Qaliblərin, istedadlı gənclərin də aqibətinə biganə qalmazmış.
1918-ci ildə erməni millətçilərinin Azərbaycan ərazilərin-
də xalqımıza qarşı törətdikləri amansız qırğınların dalğası Şa-
maxını da bürüdü. Mahmud Ağanın nəslindən olan neçe-neçə
Seyfəddin Qəniyev, Səadət Veysova
218
insanın mülkləri, malikənələri, sarayları talan edildi, dağıdıldı,
viran qoyuldu. Soltan bəy də ailəsini amansız erməni
cəlladlarının əlindən xilas etmək üçün əvvəl Dərbəndə, sonra
isə oradan Aşxabada köçmək məcburiyyəti qarşısında qalır.
Lakin vətənə, elinə, xalqına bütün varlığı ilə bağlanan bu insan
qürbətdə dinclik tapa bilmir. Sən demə qırğından qurtarmaq,
sağ qalmaq, haradasa uzaqlarda əmin-amanlığa qovuşmaq xilas
yolu deyilmiş. Yaşamaq üçün ayaqlarının altında vətən torpağı
olmalıymış, başının üstündən üzən buludlar da doğma
olmalıymış. Musiqinin, şeirin, sənətkarların inkişafına ömrünü
həsr edən bir insana qürbətin azadlığı məhbəsdən betər gəlir. O
dərk edir ki, torpaqdan, ana vətəndən ayrı düşmək kainatın
dərinliklərinə atılmaq kimi bir şey imiş. Nigaran ruhu, vətən
nisgili ilə yatağında didərgin salan yuxuları onu Azərbaycana
haraylayır. O Şamaxıya dönə bilməsə də Bakıya qayıdır,
təskinliyini də sevdiyi torpaqların bir addımlığında – Abşeron
yarımadasında tapır. Övladları xatırlayır ki, atalarının o vaxtı
Bakıda “Dəvəçinski” adlanan küçədə gözəl evi var imiş. Soltan
bəyin oğlu Əhməd Ağa (Soltan bəy ona atasının adını
veribmiş) 1930-cu illərdə Bakıda polis rəisi vəzifəsinədək yük-
səlir. 37-ci illərin repressiyaları alovlananda bir çoxları oturdu-
ğu kürsülərdən məhbəslərə atılar, güllələnirmiş. Nəzərə alaq ki,
o illərdə Azərbaycanda qeyri millətlər, xüsusən də ermənilər
bolşeviklərin repressiya maşınını istədikləri kimi idarə edir və
əsasən azərbaycanlılara - millətinə, xalqına bağlı insanlara qə-
nim kəsilirdilər. Təbii ki, erməni faşistlərinin qənaətinə görə
xan-bəy nəslindən olan, xalqını, mədəniyyətini sevən hər bir
azərbaycanlı dar ağacından asılmalı, güllələnməli idi. Əhməd
Ağa da 1937-ci görkəmli bir nəslin nümayəndəsi kimi rep-
ressiya qurbanı olur və minlərlə ziyalının kədərli aqibətini
yaşayır.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
219
Mahmud Ağanın nəticəsi –
Paşabəyova Qəmərxanım Soltan bəy qızı
Qəmərxanım 1905-ci ildə Şamaxıda anadan olub. Təbii
ki, Mahmud Ağanın soy kökü o zamanlar çox zəngin nəslin
nümayəndələri idilər. Və atası Soltan bəy də Mahmud Ağanın
sevimli nəvəsi kimi varidat sahibi idi. Belə zəngin ailədə qız
uşağının tərbiyəsi də o dövrün adi və kasıb, bir qədər də
xurafata meyilli ailələrindən fərqli idi. Babası Mahmud Ağa
kimi Soltan bəy də musiqiyə, mədəniyyətə və elmə bağlı
olduğundan uşaqlarının da biliklərə uzanan yoluna qadağalara
düzməzdilər. Əksinə, onun mükəmməl musiqi savadı alması
üçün əllərindən gələni əsirgəməmişdilər. Qəmər xanım
çoxlarının qibtə edə biləcəyi kübar tərbiyə almışdı, dərin musiqi
savadına malik bir qız idi. Əsrlər boyu musiqiyə rəğbət
bəsləyən, muğamı bacardıqları qədər ucalıqlara qaldıran, elmin,
İsmayıl bəy və həyat yoldaşı Qəmər xanım
Paşabəyova
Seyfəddin Qəniyev, Səadət Veysova
220
təhsilin, poeziyanın inkişafı üçün sərvətlərini səxavətlə
xərcləyən nəsildə qız uşağının başqa cür böyüməsini əslində
təsəvvür etmək də çətindir. Ailəsində muğam məclislərini,
məşhur müğənni, şair və qəzəl xanları görən qızın poetik
duyumu və musiqi təhsili də zəngin və kübar xanımlara xas
olan bir tərzdə olmalı idi.
Soltan bəy qızı Qəmər xanımı yetkinlik yaşına çatanda
Mustafa xanın nəticəsi Cəbrayıl bəyin və Safura xanımın oğlu
İsmayıl bəylə izdivaclarına razılıq verir. Lakin ana tərəfi,
xüsusən də dayıları uzun müddət etiraz edir, razı olmurlar.
Qəmər xanım nəvələrinə toyunun necə gözəl təşkil edildiyini,
bütün məclislərdən üstün bir ziyafət olduğunu fəxarətlə
danışardı. Bu izdivacdan onların üç övladı dünyaya gəlir:
Ramiz, Firidə və Akif.
Qəmər xanımın oğlu Ramiz Paşayevin 3 övladı olub:
Paşayev Ərəstun, Soltan, Dilşad. Soltanın da bir oğlunun adı
Mahmud, o biri də Mahmuddur.
Kiçik oğlu Akif Paşayev. İkinci Dünya müharibəsi başla-
yanda 1941-ci ildə cəbhəyə yola düşür və yüz minlərlə Azə-
rbaycan əsgərlərindən biri kimi alman faşizminə qarşı gedən
amansız müharibədə həlak olur. Taleyin sərt hökmü ilə barışan
Qəmər xanım anadan olduğu 1905-ci ildən üzü bəri qismətinə
yazılan yaxşı günləri də yaşayır, yaman günlərin də ağrısını
ömrünün sonuna kimi çəkir. Bolşeviklərin hakimiyyətə
qayıdışı, varlıların talanması, sərvətlərinin əlindən alınması, ən
savadlı, ləyaqətli qohumlarının 37-ci illərin repressiyalarından
keçməsi. Gizlincə ağlayardılar, yaslarını da içlərində qurardılar.
Ona görə ki, bütün ölkə güllənən xalq düşmənlərinə nifrət
etməyə alışmışdı. Azərbaycanlı zıyalıların da ot kimi biçilib
güllənməsi adi bir hal idi. Hamı verilən raportlara sevinclə əl
çalmağa alışmışdı. Tanrı Qəmər xanımı ən ağır sınaqlardan
keçirdi. Oğlunu İkinci Dünya müharibəsinə yola salan bu nəcib
qadın ömrü boyu onun ölümünə inanmadı, gizlində və aşkarda,
ürəyində və yuxularında Akifin yolunu gözlədi, ölümünə də
Dostları ilə paylaş: |