Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
203
dəfə görürdü, həm də bu «Seyyidi-ali nəsəb» haqqında o,
vətənin şair və musiqişünaslarından - Asidən, Nəvvabdan nələr
eşitməmişdi... Qəlbindəki titrəyişlə sevdiyi şairin qarşısında diz
çökdü, əyilib qəzəli ona uzadan əlindən öpdü və qalxıb yerinə
keçdi... Tarzənə nə çalmalı olduğunu pıçıldadı... Musiqi «Dəş-
tiyə» keçəndə «Şuşalı balası» şairin ona təqdim elədiyi yeni
qəzəli oxumağa başladı...
... Məclis dağılmış, onlar otaqda cəmi bir neçə nəfər
qalmışdır. Bu gün şair Hacı Seyid Əzim Şirvani öz dost və
həmsöhbəti Mahmud Ağa, əməl yoldaşı Rza bəy, Cavad və bir
neçə başqa ziyalı cavanlarla açmaq istədiyi yeni məktəb
haqqında ciddi söhbət etməli, hərənin bu yolda öz öhdəsinə nə
götürəcəyini bölüşdürməli, nə vaxt, harda işə başlayacağını
qərarlaşdırmalı idi...
...Yasovul Ağa Bəşir gələndə Seyid, Mahmud Ağagildə
idi. Qalada təzə peyda olmuş bir tarzəndən söhbət gedirdi,
musiqi aşiqi Mahmud Ağa danışırdı:
- Belə deyirlər ki, adı Sadıqdı, cavan adam olsa da, elmi-
musiqiyə mahirdi, yaxşı bələddi. Qaladakı dostum Kərbəlayi
Xudaverdiyə yazmışam ki, mümkün olan kimi onu Şirvana
dəvət eləsin, gəlsin ki, bir görək nə əllaməlik açıb... Vallahi,
Əhməd Ağanın ərvahı haqqı, musiqidə bir təzə hava, bir təzə
qayda çıxdığını, bir yeni gözəl səsli xanəndə peyda olduğunu
eşidəndə, Seyyida, çiçəyim çırtlayır, arvadlar demişkən. İndi
onun təəşşüqündəyəm, gətirtdirib, çaldırıb görməsəm, təskinlik
tapa bilməyəcəyəm.
Seyid Əzim gülümsəyərək Mahmud Ağanı dinləyir və
Güllübəyim məktəbilə əlaqədar qulağına dəyən məsələləri ona
nağıl etməyə hazırlaşırdı, amma Mahmud Ağanın musiqi
haqqında söhbətləri onun özünü də maraqlandırmışdı:
- Elə siz özünüz də, cənab Mahmud Ağa, musiqidə az
təbədüllat etməmişsiniz...
Yaxşı, Seyid, bəs o tələbəlik illərində, ya da cənab Hacı
Əlabbas bəylə hicazı səyahət eləyəndə bizim bu musiqi məclis-
lərimizsiz necə keçinirdiniz?
Seyfəddin Qəniyev, Səadət Veysova
204
Seyid Əzim əlini xəttinə çəkib, çənəsini ovxaladı, adəti
bir hərəkətlə barmaqlarını bığlarında gəzdirdi:
- Onu heç deməyin, ürəyimin içi göynəyirdi, xanəndə-
lərimizin səsi qulaqlarımdan, rəqqasələrimizin şəkil və şəmayili
gözlərimdən getmirdi. Hər zaman gözlərimi yumanda özümü
sizin məclislərdə görürdüm.
Mahmud Ağa güldü, zarafatla barmağını ona tərəf
silkələdi:
- Ya cədda, bəs dostlar?
- Dostlar öz yerində... Siz, cənab Ağa Tərlan, bədbəxt
cavan! Heç unuda bilmirəm onu... Bir xəbəriniz varmı?
- Yox, xeyli var kağız da yazmır mənə namərd...
- Elə deməyin, o, Şirvanı yaralı tərk etdi... Bir də Sona...
Ondan necə...
Mahmud Ağanın gözləri yol çəkdi:
- Eh, heç, bu keçən ay cənab Əlyar bəy bizə qonaq
gəlmişdi, soruşdum, deyir, əl-ayağı dürüst, başı aşağı dolanır.
Amma heç üzü gülmür...
- Bədbəxt cavanlar... Hərəsi bir fəlakətin qurbanı olur,
bizim bu qurbanqulular - Məşədi alışlar dünyasında...
- Hə balam, məşədi Alış yamanca hörmət-izzət sahibi
olub, Əhməd Ağanın ərvahına and olsun, deyirlər Molla
Qurbanqulu döşünə çəkib onu, deyir tövbə ki eləyib, üzünü
qəriblər Ağasının asitanına ki, sürtüb, dəxi əshabi-kəfin iti kimi
yeri behiştdi...
Seyid Əzim kədərlə gülümsədi:
- Sədi rəhmətullah gözəl deyib, cənab Mahmud Ağa:
Xəri-İsa gərəş bə Məkkə bərənd, çün beyayəd hənüz xər
başəd. Yəni İsanın eşşəyini Məkkəyə də aparsan qayıdanda elə
eşşəkdi ki, var. Mahmud Ağa dərindən, uğunarcasına bir
qəhqəhə sovurdu. Elə bu anda Mahmud Ağanın lovğa-pəsəd
nökəri dilmanlı Kərim içəri girib baş əydi:
- Ağa, yasovul Ağa Bəşir gəlib... Deyəsən, nəysə yaman
xəbərnən gəlib...
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
205
Mahmud Ağa yaylığını çıxarıb yaşarmış gözlərini sildi.
Kərimin sözlərinin o qədər də fərqinə varmadan, hələ də gül-
məsində davam edərək dedi:
- Çağır gəlsin...
Nökər çıxdı, Mahmud Ağa Seyid Əzimə döndü:
- Bilirsən bu, Kərim dələduz dünən nə pəstaha açıb?
- Xeyr...
- Qapıda dayanmışmış...Birdən Təklədən bir fağırın biri
soraq alıb bizə gəlir, məni soruşur, qapını nişan verirlər. Bu
Kərimin də lovğalığı cənabına məlum olsun gərək...
- Bəli, bəli...
- Qərəz ki, təkləli yazıq bunu görüb təxəllüsündən bəy
sanır, baş əyir, bu oyunbaz da özünü sındırmır, deyir:
- «Nəyə gəlmisən, kişi?» «Cənab Mahmud Ağa sənsən,
başına dönüm?» deyir «hə». «Başına dönüm, uşaqlarım batır,
gəlmişəm mənə bir az əl tut». - «İstədiyin nədi axı?» -«Nə ola-
caq, dərdin alım, buğda». Kərim də qayıdır ki: «Get bir araba
gətir». Kişi qayıdır bazara, bir malağan arabası danışır, gəlir bi-
zim qapıya (Söhbətin bu yerində yasovul Ağa Bəşir içəri girdi,
baş endirib dayandı, Mahmud Ağanın sözünü kəsməyə cəsarət
etməyib, söhbətin qurtarmasını gözlədi). Otur, Ağa Bəşir, bu
saat qurtarıram. Hə... Mən də atlara baxmağçün tövlələrə get-
mişdim, mehtər xəbər vermişdi ki, kəhər day nəsə bir az axsa-
yır, nalını dəyişirik. Qayıdam görəm darvazanın ağzında bir
araba durub, nökərlər aralıda gülüşür, mənə işarə elədilər, həyə-
tə girdim. Kərimi çağırıb soruşdum ki, bu kişiyə nə söz vermi-
sən? Dili dolaşa-dolaşa deyir ki, «buğda». Çıxmışam həyətə,
bunu vermişəm qabağa, deyirəm «Eşit dilman Kərim, bizim
qapıdan boş qayıdan olmayıb»... Bu sözləri ona deditdirə-de-
ditdirə özüm də dalına düşüb getmişəm. Kişi fağır Kərimin
əlindən öpüb yalvardıqca kəndlilər arabaya bir miqdar buğda-
arpa yüklədilər... özləri də uğunub gedirlər, Kərimin öldüyü
gündü...
Dostları ilə paylaş: |