Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
213
onların qayğıları həll olunar, maddi ehtiyacları ödənilərdi.
Bu sarayda məclisə, müsabiqələrə çıxarılan gənclər
püxtələşdikdən sonra kamil sənətkarlar kimi yenilərinə sənətin
sirrini öyrədərdilər. Əsl ali tədris müəssisəsində olduğu kimi.
Ona görə də qürurla deməliyik ki, Mahmud Ağa Şərqin ilk
“Muğam Universiteti”nin və sözün əsl mənasında “Poeziya
Universiteti”nin özülünü qoyan nəcib xeyriyyəçidir.
«Şamaxı» kitabı üçün təxminən 1980-l985-ci illərdə
Şamaxıda Mahmud Ağa ilə bağlı rəvayətlər, məlumatlar
toplayanda hələ onun xeyirxahlığının şahidi olan, 80-90 yaşlı
qohum-əqrəbaları yaşayırdılar. Bəziləri də nənə, babalarından
eşitdiklərini yaddaşlarında o illərə çatdıra bilmişdilər. Ağanın
bulaqları, körpüləri, dəyirman və karvansaralarının yerləri
çoxlarına məlum idi. Həmin illərdən başlamış Şamaxı
xeyriyyəçiləri, bəy-bəyzadələri, M.Ə.Sabir, M.Hadi,
S.Ə.Şirvani, M.Mahmudbəyov və başqaları haqqında məlumat,
sənəd topladım. Eləcə də Mahmud Ağanın qohumları haqqında.
Əlbəttə, bu 30 illik axtarışların hamısı ilə bölüşmək çətin olsa
da, ən vaciblərini qeyd etmək mümkündür.
Bizim araşdırmalarımıza görə, Mahmud Ağanın Əhməd
bəy, İbrahim Xəlil bəy, Ağa bəy, Cavad bəy adlı 4 oğlu və
Bəyim xanım adlı bir qızı olmuşdur. İki əsri əhatə edən bu nəs-
lin yüzlərlə və hətta minlərlə nümayəndəsi olması başa düşü-
ləndir. Təbii ki, Mahmud Ağanın nəsil şəcərəsi haqqında ətraflı
məlumat vermək həm çətin, həm də ki, mümkün deyildir. Lakin
biz Mahmud Ağanın nəsil şəcərisinin bir neçə budağı haqqında
geniş, onun digər uşaqlarından olan nəvə, nəticə, kötükcələri
haqqında isə qısaca bildiklərimizi, öyrəndiklərimizi qələmə
aldıq. Onu da qeyd edək ki, kitaba Mahmud Ağanın böyük oğlu
Hacı Sultan Əhməd Ağa və Hacı İbrahim Xəlil bəyin nəsil
səcərəsi haqqında ətraflı məlumatlar verilmişdir.
Seyfəddin Qəniyev, Səadət Veysova
214
MAHMUD AĞANIN BÖYÜK OĞLU
HACI SULTAN ƏHMƏD AGANIN NƏSİL ŞƏCƏRƏSİ
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
215
Mahmud Ağanın böyük oğlu
Hacı Sultan Əhməd Ağa
Beş barmağın beşi də bir olmadığı kimi, övladlarda da
fərq olur. Mahmud Ağa övladlarının hamısına qayğı və
məhəbbətlə yanaşsa da Sultan Əhməd Ağanı hamıdan çox
sevərdi. Çünki ona atasının adını qoymuşdu. Ürəyində ata
nisgili baş qaldıranda oğlundan alardı ətrini. Amma o ata kimi
övladlarına qarşı mərhəmətli və rəhmli olduğu qədər də
tələbkar və sərt idi. Elə bu ata tələbkarlığı, kökə, nəslə bağlılıq
Sultan Əhməd Ağanı hər bir müsəlmanın arzusunda olduğu
müqəddəs Məkkə və Mədinə torpaqlarınadək aparıb çıxarmışdı.
O vaxt Həcc ziyarətinə gedən yolun təhlükələri də olurdu.
Ziyarətə yola düşən karvanlara, zəvvarlara hücumlar da olurdu.
Bu uzun yola çıxmaq üçün istəkdən, Tanrıya sevgidən savayı,
mərdlik, cəsurluq və həm də təcrübəli olmaq vacib idi. Sultan
Əhməd Ağa kamil tərbiyə aldığından, babalarından, kökdən
gələn cəsarət və hünər sahibi olduğundan bu yolun qorxu və
təhlükələrindən çəkinmirdi.
Mahmud Ağa da övladının dərrakəli və tədbirli olduğunu
bildiyindən Həcc ziyarətinə Şamaxıdan ürəyi Məkkə eşqi ilə
yanan, amma buna maddi imkanı çatmayan xeyli adamı da öz
maliyyə vəsaiti ilə oğluna qoşardı. Hacı Sultan Əhməd Ağanını
ən sevimli oğlu Soltan bəy olub.Ümumiyyətlə Soltan bəy
nəinki atasını, hətta babası Mahmud Ağanın da ən istəkli nəvəsi
olub. Çox cəsarətli, saf, vətənpərvər yoxsullara əl tutan bir
insan olub Soltan bəy. Onun nəcibliyindən bəhs edən
əhvalatları Şamaxıda bu gün də xatırlayan və bilənlər var.
Deyirlər ki, bir gün Mahmud Ağanın həyat yoldaşı və gəlini
Fərrux xanım (Əhməd Sultan ağanın həyat yoldaşı) toya
hazırlaşırlarmış. Geyinib keçinirlər, bər-bəzəklərini, qızıl sırğa,
qolbağlarını taxanda görürlər ki, nələrsə çatmır. Baxanda aydın
Seyfəddin Qəniyev, Səadət Veysova
216
olur ki, bir xeyli miqdarda qızıl və ətəklərə sıra ilə tikilən qızıl
pullar əskikdir. O vaxtı ailənin qanunu elə idi ki, kimsə
əmanətə əl vurmazdı və belə əməlin cəzası da yüngül olmazdı.
Mahmud Ağaya kəm-kəsir barədə xəbər verirlər. Ağa tövrünü
pozmadan belə cavab verir:
- Mənim evimdə nökərdən tutmuş ailəmə qədər heç kim
əmanətə xəyanət etməz. Bunu ağlınıza gətirməyin! Çünki mən
hamının haqqını yetərincə ödəyirəm. O ki qaldı qeyb olan
qızıllara, yəqin yenə Soltan bəy ehtiyacı olanlara əl uzadıb. Bu
oğurluq deyil.
Mahmud Ağa özü uşaqlarını da, nəvələrini də öyrətmişdi
ki, qazanılan varidatın bir qismi fəqir-füqaraya, çətinə düşən
kasıba paylayın ki, Tanrı da sizin sərvətinizi artırsın. O
xəsisliyi, kimlərinsə ehtiyacına xərcənmək üçün vacib olan
pulu gizlətməyi sevməzdi. Övladları, nəvələri də babalarının
xeyriyyəçiliyi ilə öyünər, vacib olanda da onun əməllərini
təkrar edərdilər. Soltan bəy isə babasına demişdi ki, götürdüyü
pulla şəhərdə mədrəsə açmaq istəyən savadlı, lakin imkansız bir
müəllimə əl tutub. Mahmud Ağa da gülümsəyib cavab vermişdi
ki, mənə də deyirlər ki, qızıllar itib. Xərclədiklərinin əvəzini
mütləq görəcəksən. Savadlı adamların sayı artacaq, sənə dua
edənlər, yaxşılıq arzulayanlar çoxalacaq. Çevrənə bilikli adam-
lar yığışacaq. Kasıba əl tutmaqdan, ehtiyacı olana dayaq dur-
maqdan, maarifə pul xərcləməkdən çəkinməyin. İtirməyəcəksi-
niz, əvəzini isə Allah artıqlaması ilə verəcək, tanrının gözündə
ucalacaqsınız. Bundan böyük qazanc varmı? Soltan bəy də ba-
basının tövsiyəsinə qulaq asar, tez-tez məhəllədə yaşayan kasıb
yoldaşlarına əl tutardı. Allah belə səxavətli əməlləri dəyər-
ləndirən və savaba yazandır. Mahmud Ağa nəvəsi Soltan bəyi,
zadəgan, əsilli qohumu Mustafa xanın kökündən olan Surxay
bəyin, Azad bəyin ciyərparələri olan Soltan xanım ilə evlən-
dirir. Dilçi–alim, akademik Məmməd ağa Şirəliyev – Soltan
xanımın doğma qardaşı oğludur. Soltan xanımın ailəsinin Kür
sahillərində zəngin iqamətgahları və çox sayda at ilxıları olub.
Dostları ilə paylaş: |