Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə56/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 221
inanmadı. O, 85 yaşına çatanda erməni faşizminin cilvələnən 
hiyləgər sifətini bir də gördü.  Qanlı Yanvar hadisələrini yaşadı 
və xan nəslindən olan bəy qızı adi sovet adamının iztirablarını 
çiyninə qaldırıb 1990-cı ildə dünyasını  dəyişdi. Yanvar 
hadisələri  ərəfəsində qorxardı, pıçıltı ilə danışardı, deyərdi ki, 
siz bilmirsiniz onlar nəyə qadirdir. Ehtiyatlı olun. Heç kim onu 
başa düşməzdi. 20 Yanvar gecəsi yüzlərlə günahsız insan 
güllələnəndə, hamıya Qəmər xanımın pıçıltı ilə danışmasının  
səəbəbi aydın oldu. Qəmərxanım  Şamaxıdakı “Laləzar” 
qəbristanlığında babası Mahmud Ağanın yanında torpağa 
tapşırıldı.  
Haşiyə:  Biz  Aleksandr Dümanın Mahmud Ağaya 
hədiyyə etdiyi divar saatı haqqında  əvvəl də danışmışdıq. Bu 
saat Mahmud Ağadan üzü bəri fransız yazıçısının qiymətli 
hədiyyəsi kimi nəsildən-nəsilə ötürülüb. Əvvəlcə Mahmud Ağa 
bu saatı  nəvəsi Soltan bəyə  bəxşiş verir. Soltan bəy də öz 
növbəsində onu qızı Qəmər xanıma Mahmud Ağa nəslinin əziz 
bir yadıgarı kimi hədiyyə edir. 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
222
 
Soltan bəyin nəvəsi, Mahmud Ağanın nəticəsi 
Veysova - Paşabəyova Firidə xanım 
 
Firidə  İsmayıl bəy qızı Azərbaycanda sovet hakimiyyəti 
qələbə çalandan xeyli sonra, 1927-ci ildə  anadan olmuşdur. 
Atası  İsmayıl bəy Cəbrayıl bəy 
oğlu zəngin bəy nəslindən olan  
ziyalı idi, Fitdağlı  təxəllüsü ilə 
şeirlər yazmışdır. O, görkəmli 
Azərbaycan  şairi Məhəmməd 
Hadinin xalası  oğludur. O da 
Şamaxı xanı, Fit dağında 
əzəmətli qala tikdirmiş “Yeddi, 
qümbəz” memorial komp-
leksində anası Safura xanım 
üçün məqbərə tikdirmiş Musta-
fa xanın nəslindəndir. Firidə xa-
nımın anası Qəmər xanım Soltan bəy qızı 1905-ci ildə Şamaxı 
şəhərində doğulmuşdur. Onun atası Soltan bəy Mahmud Ağa-
nın nəvəsidir. O da Ağanın oğlu Əhməd bəyin oğludur. 
Qəmər xanımın anası da zəngin bir bəyin qızı olmuşdur. 
Onların Kür qırağında at ilxıları, Kürdə balıq pətəgələri, 
qışlaqları, İsmayıllı ərazisində isə yaylaqları olmuşdur. 
Görkəmli dilçi alim, akademik M.Şirəliyev Qəmər 
xanımın dayısı oğludur. 
Haşiyə: Firidə xanımın həyat yoldaşı  Veysov  Əhməd 
Şeyx Babaşah oğlu 1922-ci ildə mömin ailədə anadan 
olmuşdur. Görkəmli alim, fizik Əhməd Veysov dahi Azərbay-
can  şairi  Əfzələddin Xaqanin əmisi Kafiyyədin  ibn  Osman
Soltan dədə Günəş sülaləsində dünyaya göz açmışdır. Atası ka-
mil dini bilik sahibi olduğu üçün 1937-ci il repressiyasının qur-
banlarından biri olmuşdur.  Ə.Veysov orta məktəbi bitirdikdən 
sonra ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) fizika 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 223
fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi 
başlayanda Əhməd təhsilini yarımçıq qoyub, cəbhəyə yollanır. 
Müharibədən sonra təhsilini davam etdirir və müəllimlik sənəti-
nə yiyələnir... Təhsilini yenidən davam etdirməyi qarşısına 
məqsəd qoyan Əhməd 1952-ci ildə SSRİ Elmlər Akademiyası-
nın Geofizika İnstitutunun aspiranturasına daxil olsa da, atası 
1937-ci ildə tutulduğuna görə bir il sonra onu aspiranturadan 
xaric edirlər. Lakin bir az sonra 1937-ci ildə  həbs olunanlar 
bəraət alır. Eləcə də Əhməd müəllimin atası - Şeyx Babaşah da. 
Odur ki, Əhməd müəlllim yenidən APİ-nin aspiranturasına da-
xil olur. Tez bir zamanda professor A.Abbaszadənin elmi 
rəhbərliyi ilə yazdığı dissertasiyanı  uğurla müdafiə edir. 
Ə.Veysovun elmi məqalələri keçmiş SSRİ-nin mötəbər 
jurnallarında, məcmuələrdə işıq üzü görür, imzası tanınır... 
O,  Şamaxıda rayon partiya komitəsinin  şöbə müdiri və   
katibi, maarif şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. 
Azərbaycanda ilk qeofizika rəsədxanasının yaradılması da onun 
adı ilə bağlıdır. Ömrünün sonuna kimi böyük arzularla yaşayan, 
biliklərə can atan mükəmməl  şəxsiyyət olub. Ən böyük 
arzularından biri də  zəlzələlərin  əvvəlcədən proqnoz-
laşdırılmasına nail olmaq olub. Bu məqsədlə Pirquluda onun 
təşəbbüsü ilə yaradılan poliqona da ömrünün sonuna kimi özü 
rəhbərlik edib. Görkəmli pedaqoq kimi müxtəlif medal, diplom, 
fəxri fərmanlarla təltif olunmuşdur.  Əhməd Veysov 1982-ci 
ildə  Şamaxı  şəhərində  vəfat edib  və Soltan Dədə Günəş 
qəbristanlığında, babalarının yanında dəfn olunmuşdur. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
224
 
İsmayıl bəy Cəbrayıl bəy oğlu Paşabəyov ( Fitdağlı) 
(1890-1992) 
 
Dahi şair Məhəmməd Ha-
dinin xalası  oğlu Paşabəyov 
İsmayıl bəy Cəbrayıl bəy oğ-
lu 1890-cı ildə  Şamaxıda 
zəngin bəy ailəsində anadan 
olmuşdur. Anası 
Şəfiqə 
xanım Fitdağından  Şamaxı-
nın sonuncu xanı Mustafa 
xanın nəvəsidir.  
Şamaxıda yerləşən 
“Yeddi günbəz” memorial 
kompleksinin sonuncu güm-
bəzini Mustafa xan öz anası 
Safura xanım üçün inşa etdi-
rib. İsmayıl bəy Mustafa xa-
nın nəvəsi Safura xanımın 
oğludur. Azərbaycanın dahi 
şairi Məhəmməd Hadi də həm Mustafa xanın nəticəsi, həm də 
Safura xanımın bacısı  oğlu,  İsmayıl bəyin doğma xalası 
oğludur. İsmayıl bəy ilk təhsilini mollaxanada almışdır.  
İsmayıl bəyin xatirələrindən:  «Mollamız çox zülmkar 
adam idi. Uşaqları  fələqqəyə bağlayıb ayaqlarına o qədər 
döyərdi ki, hətta özündən gedənlər olurdu. Mollanın vəhşi 
hərəkətləri məndə ona qarşı nifrət hissi oyatdı. Mollaxanını 
buraxıb, rus məktəbinə daxil oldum. 
İki il rus məktəbində oxudum. Qonşuluğumuzda  Ağası 
bəy adında bir dərzi yaşayırdı. O, Bakıdan  “Zinger” markalı 
tikiş maşını gətirmişdi.  Dərsdən sonra boş vaxtlarımda maşınla 
maraqlanırdım. Bir gün dərzi olmaq istəyimi atama bildirdim. 
Onsuz da məktəbdəki müvəffəqiyyətim qənaətbəxş deyildi. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə