Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə58/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 229
 
Mahmud Ağanın oğlu  Hacı İbrahim 
Xəlil bəyin nəsil şəcərəsi 
 
Mahmud Ağanın oğlu  Hacı İbrahim Xəlil bəy 
(1845 -1890) 
 
Mahmud Ağanın oğlu Hacı İbrahim Xəlil bəy  Şamaxıda 
böyük hörmət-izzət sahibi olmuşdur. O, öz şəxsi hesabına şəhə-
rə su xətti (kəhriz) çəkdirmiş, şəhər əhalisini içməli su ilə təmin 
etmiş, məktəb açmış və digər nəcib işlər görmüşdür. O da atası 
kimi kasıb ailələrə yardımlar etməyi, elmin, maarifin inkişafın-
da xeyriyyəçiliyi ümdə amalı saymışdır. 
Tiflisdə yerləşən Qafqaz canişini Hacı İbrahim Xəlilin bu 
alicənablığını eşidib yanına dəvət edərək ona “bəy” titulu verir. 
Bu haqda Hacı İbrahim Xəlil bəyin nəvəsi Xəlil bəy Həbib bəy 
oğlu Mahmudbəyov 1975-ci ildə  qələmə aldığı xatirələrində 
belə yazır: “Bizim babamız nəslimizin nəcib əməlləri ilə  məş-
hurlaşmasında  əvəzsiz rol oynayıb. Bütün övladları oxumağı, 
yazmağı bilirdi və  hətta bəzilərinin ali savadı var idi. Babam 
müdrik bir xeyriyyəçi idi. Özü də, oğlanlarından bəziləri də ti-
carətlə məşğul olar, Rusiyanın başqa şəhərlərinə səfərə çıxardıl-
ar. Rus dilini yaxşı bildiklərindən bu səfərlərdə  çətinlik 
çəkməz, əksinə, bu dilin imkanlarından yetərincə faydalanaraq 
əlaqələrini genişləndirərdilər. Babamın uşaqları – mənim  əmi 
və bibilərim elə ötən əsrin əvvəllərində Azərbaycanda mövcud 
olan rus məktəblərində oxumuş, sonra isə biliklərini və dünya-
görüşlərini daha da inkişaf etdirmək məqsədi ilə Sankt-Pete-
rburq, Moskva və Kiyev kimi şəhərlərin məktəb və institutların-
da təhsil ala bilmişlər.  
Babamın gördüyü nəcib işlərin sırasında Şamaxıda mək-
təbin açılmasını  və  şəhər  əhalisini içməli su ilə  təmin etmək 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
230
üçün 3 kilometrlik məsafədən saxsı borularla su kəmərinin 
çəkilməsini qeyd etmək olar. Onun nəcib işləri, xeyriyyəçilik 
əməllərini  şamaxılılar heç zaman unutmadılar. Aradan onillik-
lər keçdikdən sonra belə  Şamaxıdan rast gəldiyimiz adamlara 
yeri düşəndə Mahmud Ağanın nəslindən  İbrahim Xəlil bəyin 
nəvələrindən olduğumuzu deyəndə, babamızı hörmətlə xatırlar, 
onun xeyriyyəçiliyindən,  əliaçıqlığından ürəkdolusu danışar, 
hətta ulu babamızın Qala-Bazardan olduğunu deməyi də 
unutmazdılar. 
O zamanlar Tiflisdə yaşayan Qafqaz canişini babamın 
xeyirxah  əməllərindən xəbər tutur və onu yanına dəvət edir. 
Qafqaz canişini çar Rusiyasında ən ciddi vəzifələrdən biri idi və 
bütün ərazidəki hökumət idarələri və hətta ordu birləşmələri də 
ona tabe idi. Canişin yerli əhalinin idarə olunmasına, rusların 
işğal edilmiş ərazilərə köçürülməsinə, ümumiyyətlə bütün işlərə 
rəhbərlik edirdi. Qafqaz canişini vəzifəsinə adətən rus imperi-
yasında dərin bilikləri və yüksək nüfuz sahibi olan məşhur döv-
lət xadimləri təyin olunardı. Bu baxımdan hər hansı bir adamın 
Tiflisə canişinin hüzuruna çağırılması da nadir və diqqətçəkən 
məsələ idi. Babamı  qəbul edən Qafqaz canişini ona xeyirxah 
əməllərinə görə minnətdarlığını bildirir və gördüyü işləri impe-
riyanın təmsilçisi kimi dəyərləndirmək üçün mükafatlandırmaq 
istəyir.  
Babam ayağa duraraq pul mükafatından imtina edir, hər 
bir imkanlı adamın xeyriyyəçiliklə məşğul olmağa borclu oldu-
ğunu bildirir. Bu işlərın mükafat naminə yox, xeyirxahlıq üçün, 
insanlıq naminə görüldüyünü deyir.  
Xəlil bəyin cavabından razı qalan Qafqaz canişini babamı 
“bəy” titulu ilə mükafatlandırır. Ulu babam Mahmud olduğu 
üçün onun adının arxasına bəy sözü əlavə edilir və o zamandan 
bu günə kimi biz bu Mahmudbəyovlar familiyasını daşımağı 
özümüzə  şərəf sayırıq. Qürurlanmağımın  əsas səbəbi Qafqaz 
canişinin verdiyi “bəy” titulundan daha çox, ulu babalarımızın 
törəmələrinə qoyub getdiyi xeyirxah əməllərdir”.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 231
 Hacı  İbrahim Xəlil bəy 
XIX  əsrin birinci yarısında  Şa-
maxı  şəhərində anadan olmuş-
dur. Onun əsas sənəti ticarətlə 
məşğul olmaq idi. Onun 6 oğlu, 2 
qızı  olmuşdur. O, uşaqlarının 
savadlanması üçün əlindən gələni 
etmiş, özü isə  1890-cı ildə  vəfat 
etmişdir. Həyat yoldaşı haqqında 
heç bir məlumat yoxdur. Lakin 
uşaqları haqqında aşağıdakı bilgi-
ləri  əldə etmək mümkün olmuş-
dur:  1.  Əsədulla bəy; 2. Həbib 
bəy; 3. Ələsgər bəy; 4. Abdulla 
bəy; 5. Seyfulla bəy;  6.  Mahmud  bəy; 7. Sübhi xanım; 8. 
Fərrux xanım.  İbrahim Xəlil bəyin övladları, nəvə  və 
nəticələri haqqında yazdıqlarımızın asan başa düşülməsi və 
anlaşılmazlıqlara yol verilməməsi üçün onun hər övladının 
nəsil şəcərəsini bir budaq kimi təqdim etməyi qərara aldıq. 
 
Birinci budaq 
 
Əsədulla bəy İbrahim  
Xəlil bəy oğlu Mahmudbəyov 
 
Əsədulla bəy 1860-cı ildə  Şamaxıda    anadan olmuşdur. 
O, ailənin böyük oğlu kimi atasının vəfatından sonra onun işini 
- ticarəti davam etdirmiş, ailənin qalan üzvlərinin savadlanması, 
biliklərə yiyələnməsi üçün hər  şeyi etmişdir. Kiçik qardaşı 
Seyfulla bəylə uzun müddət ticarətlə  məşğul olmuşdur. 
Əsədulla bəy  özü savadlı olmuş, ticarət üçün başqa ölkələrə 
səfər edər, oradan mallar gətirərmiş. 1918-ci ildə silahlı erməni 
quldur dəstələri tərəfindən  Şamaxı yandırıldıqdan sonra o, 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə